Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birqit
Birqit (24 sentyabr 1988, Kohilla kənd bələdiyyəsi[d]) — 24 sentyabr 1988-ci ildə anadan olan Estoniyalı müğənni. Birqit 2013 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı "Et Uus Saaks Alguse" mahnısı ilə təmsil edib. == Karyerası == Birgit 2007-ci ildə "Eesti otsib superstaari" milli televiziya şousunun 1-ci mərhələsinin qalibi olmuşdu. Elə həmin ildə də o, Uilyam Şekspirin "Veroniyalı iki centlmen" pyesi əsasında çəkilmiş eyniadlı filmdə Silviya obrazını canlandırır. 2007-ci ildə bunlardan başqa o, "L'Olivo d'Oro" (qızıl zeytun) italyan mədəniyyət festivalında qeyri-italyan kimi çıxış edərək birinci yerə çıxır və mükafatlandırılır. == Şəxsi həyatı == Birgit 15 mart 2015-ci il tarixində Indrek Sarrapla Taylandda ailə həyatı qurdu. Bu cütlüyün Simeon adlı oğlu və Helen adlı qızı var. == Diskoqrafiyası == Albomları Birgit Oigemeel (15 yanvar 2008) Ilus aeg (11 noyabr 2008) Teineteisel pool (19 noyabr 2009) Uus algus (3 dekabr 2013)Mahnıları Kas tead, mida tähendab?
Kirkit
Kirkid (Kirkit, və ya kirki) — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ikinci arğacı salmaq üçün istifadə edilən, qədimdə bəzi heyvanların (əsasən də keçi və ya ceyran) buynuzundan, 1934-cü ildən etibarən metaldan və s.-dən hazırlanan, ikidən dördə qədər dişi olan alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərin də forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkidin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün kirkid sonda tam metaldan hazırlanmışdır.
Qırğız
Qırğızlar – türk xalqlarından biri. Hazırkı Qırğızıstan Respublikasının əsas (70.9 %-i) əhalisi. == Adın mənşəyi == Xalqın öz dilində adı "kırqız"dır. Etimologiyaya görə iki varianta üstünlük verilir : türk sözü olan " qırx qız" və "qırğı" sözləri. Bir çox türkdilli xalqlarda eyni məna başa düşülür. Kırılqız (qırğ.) — qırılmayan, vurula bilməyən Kırğın (qırğ.) — qırıcı, qıran Kıruu (qırğ.) — qırmaq, məhv etmək Azərbaycanca: qırğı — məhv edilmə Altay dilində: qırğın — qırıcı Qazax dilində: kıru — qırmaq, məhv etmək Monqol dilində: kırqı — məhv edilmə, qırılma Xakas dilində: xırqıs — qıran Yakut dilində: kırqısс (kırqıhın) — qırğı, məhv edilmə == Tarixi == == Mədəniyyəti == == Yaşadıqları ölkələr == Türkiyədə : Qırğızlar Van ilinin Ərciş ilçəsinin Ulupamir kəndində yaşayırlar, sayları 3.850 nəfərdir (2007). Əfqanıstanda : Qırğızlar Bədəxşan vilayətinin Vahan rayonunda yaşayırlar və sayları 20.000 nəfərdən çoxdur.
Şirbit
Şirbit (lat. Barbus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Şirbitlər əsasən Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Avropada yayılmışdır. bədənləri uzadılmış formadadır, quyruq üzgəcləri iki tirəlidir. Dişilər iri qarınları səbəbiylə daha böyük görünür. kürüləmə dövründə erkəklər daha parılaq görünür.
Qırtıc
Qırtıc (lat. Poa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Cirit
Cirit — at üzərində oynanılan idman növlərindən biridir. At üzərindəki idmançının ciritini rəqibinə dəqiq atmasını, döyüş zamanı özünə və atına hakim olmasını və bu yolla rəqibinə hakim olmağı hədəfləyən qaydaları olan bir idman növüdür. Ümumiyyətlə Qars, Bayburt, Ardahan, Uşak və Ərzurumda oynanılır. == Tarixi == Cirit türklərin Mərkəzi Asiyadan Anadoluya gəlişindən bəri oynadıqları döyüş oyunu olaraq bilinir. Sonrakı dövrlərdə Anadoluda oynanılan və atçılıq idmanı olaraq da bilinən cirit, nəsildən-nəslə ötürülərək mövcudluğunu bu gün də davam etdirir. Alp Arslan dövründə Anadoluda oynanılan bu idman növü, Şərqi və Orta Anadolunun fərqli bölgələrində daha çox yayılmışdır. XI-XVI əsrlərdə Anadoluda döyüşü oyunu kimi oynanılan cirit, sonrakı dövrlərdə, xüsusilə XIX əsrdə Osmanlı imperiyası sarayında ən böyük əyləncə idman növü idi. Müsabakalarda yaşanan hayati Yarışmalardakı həyati təhlükə səbəbiylə bu oyun II Mahmut dövründə qadağan edildi və daha sonra Anadoluda yenidən nümayiş oyunu olaraq oynanılmağa başlandı. Türkiyədəki cirit idmanına bu günkü dövrdə maraq Şərqi Anadolu bölgəsində yaşayan insanların daha sıx maraq göstərdiyi görülür. İlk Atçılıq İdman klubu 1957-ci ildə bu bölgədə Ərzurumda quruldu.
Girik
Girik — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim ləzgi dilindəki küyqü sözündən olub, "çaytikanı" deməkdir. Girik sözü Azərbaycan dilinin dialektlərində "çayın keçid yeri", türk dillərində isə "gərilmiş, dartılmış, uzanmış" mənalarında işlənir. == Coğrafiyası və iqlimi == Kənd Samurçayın sahilində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1307 nəfər əhali yaşayır.
Pirit
Pirit (kükürd kolçedanı, dəmir kolçedanı) — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Kobaltpirit, nikelli pirit, mərgümüşlü pirit. == Xassələri == Rəng – açıq bürüncü-sarı, tez-tez oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9-5,2; S – 6-6,5; Ayrılma – {100} və {111} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; termoelektrik xassəsi var; bəzən detektor xassələri təzahür edir; Morfologiya – kristallar: heksaedrik, pentaqon-dodekaedrik, hərdənbir oktaedrik, bəzən burulmuş; heksaedr üzləri üzrə kobud, başqa üzlər üzrə isə nazik ştrixlərin olması ilə səciyyələnir; İkiləşmə: {110} və {111} üzrə təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, müxtəlif süxurlarda püruzlar, böyrək- və salxımvari aqreqatlar; konkresiyalar, sekresiyalar, stalaktitlər, bəzən – druzalar, pirrotin, maqnetit, hematit və üzvi qalıqlar üzrə psevdomorfozalar, markazit üzrə paramorfozalar, isti bulaqların çöküntülərində qabıq, qaysaq və nazik təbəqələr. == Mənşəyi və yayılması == Ən geniş yayılmış sulfid olub, müxtəlif genetik tipli filiz və süxurlarda rast gəlir. Piritin ən iri yığınları hidrotermal-çökmə və hidrotermal-metasomatik kükürd kolçedanı, mis-kolçedan və kolçedan-polimetal obyektlərində yerləşir. Kobaltpirit isə geniş miqyasda Mərkəzi Afrikanın stratiform tipli mis yataqlarında yayılmışdır. Skarnlar və maqnetit filizləri üzrə inkişaf edən sulfidlərlə sıx assosiasiyada kontakt-metasomatik yataqlarda rast gəlir. Daş kömürlər içərisində, həmçinin çökmə mənşəli dəmir, manqan və alüminium filizlərində və çökmə süxurlarda qeyd olunur. Aksessor mineral kimi püskürmə süxurlarda müşahidə edilir.
Qırğı
Müharibə qırğısı (ing. War hawk) və ya qırğı (ing. hawk) — siyasətdə və ya iqtisadiyyatda, öz ölkəsinin vəziyyətini yaxşılaşdırmaq üçün, digər ölkələr, təşkilatlar və ya hökumətlər ilə əlaqədar sərt tədbirlər tərəfdarı olan şəxslərə deyilən termin.
Qırız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Adı == "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Qırış
Qırışlar — mimika əzələlərinin aktivliyi, dərinin elastikliyinin itirilməsi və digər səbəblərdən dəridə yaranan bükük qatların
İrbit
İrbit — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir
İvrit
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit ] ( dinlə) və ya [ʕivˈrit ] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
Adolf Qurviç
Adolf Qurviç (ing. Adolf Hurwitz; 26 mart 1859[…], Hildeshaym[d], Aşağı Saksoniya – 18 noyabr 1919[…], Sürix) — Alman riyaziyyatçısıdır; əsas işləri riyazi analizə, funksiyalar nəzəriyyəsinə və ədədlərnəzəriyyəsinə aiddir.
Frederik Qrifit
Frederik Qriffit (ing. Frederick Griffith, 1877 və ya 1879, London – 17 aprel 1941, London) — ingilis həkim və genetik. Alim 1928-ci ildə, günümüzdə Qriffit təcrübəsi olaraq bilinən sınaqlarda, öz adlandırmasıyla transformasya prinsipi (ing. transforming principle), yəni bu gün DNT adı ilə bilinən maddəni kəşf etmişdir. Müasir molekulyar biologiyanın təməlinin kəşflə atıldığı qəbul olunur. == Həyatı == 1879-cu ildə İngiltərədə anadan olub. Liverpul Universitetində təhsil alıb. 1910-cu ildə Böyük Britaniya Səhiyyə Nazirliyində işə qəbul olub. == Qriffit təcrübəsi == 1928-ci ildə Frederik Qriffit pnevmoniyaya (Ağciyər iltihabı) səbəb olan bakteriyalar — pnevmokokları tədqiq etmiş və kapsulalı pnevmokokların ağciyər iltihabına səbəb olduğunu (çünki kapsula bakteriyanı immun sistemindən qoruyur), kapsulasızların isə ağciyər iltihabını yaratmadığını aşkar etmişdir. Şərti olaraq, kapsulalı bakterya xəttini PV kimi qeyd edək (Pneumania — ağciyər iltihabı və Virulent — virulent, yəni xəstəliyi yaradan), kapsulasızları isə NV (Nervulent — qeyri-virulent) kimi qeyd edək.
Gilgit-Baltistan
Gilgit-Baltistan (urdu گلگت بلتستان‎) və ya keçmiş adı ilə Şimal əraziləri Pakistan İslam Respublikasının ucqar şimalında yerləşən muxtar bölgədir. Bu vilayət cənubdan Hindistanın nəzarəti altında olan Azad Kəşmir, şimaldan Əfqanıstana məxsus Vahan dəhlizi, qərbdən Hayber Paxtunxva bölgəsi, şərqdən və şimal-şərqdən Çinin Sintszyan-Uyğur Muxtar Rayonu ilə əhatə olunmuşdur. Gilgit-Baltistan Hindistan və Pakistan arasında mübahisəli ərazi olan Kəşmirin tərkib hissəsidir.Hazırda Gilgit-Baltistanın yerləşdiyi ərazi 1970-ci ildə "Şimal əraziləri" adı altında muxtar inzibati vahid elan olunmuşdur. 2009-cu ildə Pakistan Prezidenti Asif Əli Zərdari tərəfindən imzalanmış əmrə əsasən muxtar bölgənin adı Gilgit-Baltistan formasına qaytarılmışdır. Bu bölgənin əhalisi Kəşmirlə birləşməyin əleyhinə olmuş, Pakistanın tərkibində beşinci muxtar vilayət olmaq istəmişdir, lakin Pakistan hökuməti BMT-də müzakirə olunan Kəşmir məsələsi ilə əlaqədar olaraq bu istəyi qəbul etməmişdir. Gilgit-Baltistanın sahəsi əksər hissəsi yüksək dağlıq relyef olmaqla 72,971 km²-dir. 2015-ci il hesablamalarına əsasən bölgə əhalisi 1 milyon 800 min nəfər təşkil edir. Paytaxtı Gilgit şəhəridir. Bu muxtar bölgədə olan zirvələrin 50-dən çoxunun hündürlüyü 7000 metrdən çoxdur. Qütb zonasını çıxmaqla dünyada mövcud olan ən uzun üç buzlaq Gilgit-Baltistan ərazisində yerləşir.
Gərvis (Sərdəşt)
Gərvis (fars. گرويس‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (31 ailə).
Jorj Qurviç
Jorj Qurviç (rusca- Гео́ргий Дави́дович Гу́рвич; fransızca- Guéorgui Davidovitch Gourvitch) Rus əsilli Fransız sosioloqu. == Həyatı == Georgi Davıdoviç Qurviç (sonradan adı J.Qurviç kimi göstəriləcək) Novorossiysk şəhərində 20 oktayabr (yeni təqvim ilə 2 noyabr ) 1894-cü ildə anadan olmuşdur. 1912-ci ildə J.Qurviç Riqada Nikoloy gimnaziyasının 8 illik kursunu bitirmişdir. Xatirələrdən məlum olur ki, hələ 14 yaşında gimnaziya şagirdi olan Qurviç fəlsəfə və sosologiyaya aid bir çox əsərlərlə tanış olmuşdur. Tanış olduğu ədəbiyyat sırasında K.Marksın, F.Engelsin, məşhur marksistlər və sosialist hərəkatının liderləri olan C.Kautskinin, G.Plexanovun,V.Leninin, M.Ştirnerin əsərləri də olmuşdur. 1912-ci ildən etibarən I Dünya müharibəsi başlayana qədər hər yay o, Almaniyaya istirahətə gedirdi. Bu müddətdə Qurviç neokantçıların əsərləri ilə tanış olmağa imkan tapmışdır. 1912-ci ilin iyun ayında J.Qurviç Yuryer Universitetinin hüquq fakultəsinə qəbul olundu. Burada ilk altı semestri oxuyan Qurviç professorları A.S.Yaşşenko, F.V.Taranovski, M.E.Krasnojen, L.A.Şalland tərəfindən oxunan hüquq fəlsəfəsi Roma hüquqi tarixi, siyası iqtisadi, statistika , kilsə, dövlət ticarət hüququ üzrə mühazirələri dinləmişdir. 1914-cü ilin avqust ayında J.Qurviç Petoqrad Universitetinə keçmək haqqında məsələ qaldırdı.
Leonid Qurvits
Leonid Qurvits (ing. Leonid Hurwicz) (21 avqust 1917[…], Moskva – 24 iyun 2008[…], Minneapolis, Minnesota) — amerikalı iqtisadçı və riyaziyyatçıdır. 2007-ci ildə Erik Meskin və Rocer Mayersonla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına "mexanizm dizaynı nəzəriyyəsinin əsasını qoyması" səbəbi ilə layiq görülmüşdür. Nobel münsiflər heyəti Leonid Qurvits tərəfindən ortaya atılan və Erik Meskinlə Rocer Mayerson tərəfindən inkişaf etdirilən nəzəriyyənin, iqtisadçıları təsirli ticarət mexanizmləri təyin edilməsi, qaydalara bağlı planlar və səsvermə prosedurlarının inkişaf etdirilməsinə köməkçi olduğunu bildirilmişdir. Bu nəzəriyyə iqtisadçıların, hökumətlərin və müəssisə sahiblərinin bazarların yaxşı işlədiyi vəziyyətlərlə, yaxşı işləmədiyi vəziyyətləri bir-birindən fərqləndirməsinə də köməkçi olur. == Əsərləri == Hurwicz, Leonid (1945). "The Theory of Economic Behavior" American Economic Review, 35(5), p p. 909– 925. Hurwicz, Leonid (1969). "On the Concept and Possibility of Informational Decentralization," American Economic Review, 59 (2), p.
Qarşıt Xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Qurd qırmız
Qırmız böcək
Qırmız böcəyi
Qırğız Respublikası
Qırğızıstan (qırğız. Кыргызстан; rus. Киргизия) və ya rəsmi adı ilə Qırğız Respublikası (qırğız. Кыргыз Республикасы; rus. Кыргызская Республика) – Mərkəzi Asiyada dövlət. Qırğızıstanın dənizə çıxışı yoxdur və ərazisinin əksər hissəsi Tyan-Şan, Talas, Qırğız, Türküstan dağları ilə əhatə olunmuşdur. Şimalda Qazaxıstan, qərb və cənub-qərbdə Özbəkistan, cənubda Tacikistan, şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Bişkek şəhəri, ümumi sahəsi 199,951 kvadrat kilometrdir. Qırğızıstan 31 avqust 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir. == Coğrafiya == Dənizə çıxışı olmayan Qırğızıstanın qonşuları şimalda Qazaxıstan, qərbdə Özbəkistan, cənub-qərbdə Tacikistan və cənub-şərqdə Çin Xalq Respublikasıdır.
Qırğız atı
Qırğız atı— Qırğız atı bir at cinsidir. 4 min il əvvəl atçılıqla məşğul olan qırğızların qədim əcdadlarının atlarından törəmişdir. Monqol və qismən şərq at cinslərinin əhəmiyyətli bir təsirinə məruz qalmışdır. Qırğız atlarının qabarıq bir cins xüsusiyyətinə malikdir: qısa, maral boynuna bənzər boyuna, inkişaf etməmiş küt bir uzunsov bədənə və güclü kürəyə, sallanan krupa, çox güclü dırnaqlara sahibdirlər. Orta boy 137 sm, ön ətrafı sümüklərinin eni 17,5 smdir. Rəngi müxtəlifdir: ən çox yayılmış rəngi qəhvəyi və bozdur. Atlar çox davamlı və iddiasızdır. Demək olar ki, bütün il boyunca otlaqlarda otarılırlar. Yalnız qışda samanla bəslənilirlər. Qırğız atları istər minik istərsə yük heyvanalrı kimi istifadə olunurlar.