Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlisoltan Quliyev
Əlisoltan Yarəli oğlu Quliyev - Azərbaycan SSR Ali Məhkəməsinin sədri, Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi. == Haqqında == 12 iyul 1939-cu ildən 16 avqust 1941-ci ilə qədər Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur. Əlisoltan Yarəli oğlu Quliyev 1901-ci ildə Quba rayonunun Digah kəndində anadan olmuşdur. 1925-1926-cı illərdə Digah kənd sovetində katib vəzifəsində işləmişdir. 1926-1929-cu illərdə Respublika Partiya Məktəbinin və 1929-1931-ci illərdə Zaqafqaziya Kommunist Universitetinin tələbəsi olmuşdur. Təhsilini başa vurduqdan sonra Bakı Partiya Məktəbinə müəllim təyin olunmuş və 1932-1933-cü illərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1933-1934-cü illərdə Bakı şəhərində Marks-Engels-Lenin İnstitutunun (MELİ) tələbəsi olmuşdur. Quba rayonunun Xalq Təhsili şöbəsinin müdiri vəzifəsinə təyin olunması ilə əlaqədar Əlisoltan Quliyev 1934-cü ildə MELİ-də təhsilini yarımçıq qoymuş və 1934-1935-ci illərdə həmin vəzifədə işləmişdir. 1935-1937-ci illərdə o, Bakı şəhərində MELİ-də təhsilini davam etdirmişdir. Əlisoltan Quliyev 1937-ci ildə partiya işinə irəli çəkilərək Qusar rayon partiya komitəsinə I katib vəzifəsinə təyin olunmuş və 1937-1938-ci illərdə həmin vəzifədə çalışmışdır.
Qəribsoltan Məlikova
Qəribsoltan Həsən bəy qızı Məlikova (11 iyun 1896, Zərdab, Göyçay qəzası – 9 mart 1967, Bakı) — Azərbaycanın maarif xadimi, Azərbaycan SSR əməkdar müəllimi (1948). Həsən bəy Zərdabinin qızı. == Həyatı == Qəribsoltan Həsən bəy qızı Məlikova 1886-cı il (bəzi mənbələrdə 1896) iyun ayının 11-də Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində), maarifpərvər ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Məlikov-Zərdabi və onun həyat yoldaşı Hənifə xanımın ailəsində anadan olmuşdur. Qəribsoltan Məlikova orta məktəbi bitirdikdən sonra Tiflisdə rus qızlar gimnaziyasında təhsil almışdır. Atası Həsən bəy Zərdabinin vəfatından 3 il sonra onun arzusu ilə Bakıya köçməyə məcbur olmuş və 1910-cu ildə pedaqoji fəaliyyətə başlamışdır. 1914-cü il 10 may tarixində ona ibtidai sinif müəllimi adı verilməsi haqqında Şəhadədnamə təqdim edilmişdir. 1915-1918-ci illərdə Bakıdakı rus-tatar (Rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci illərdə bir sıra çətinliklərə sinə gələrək Bakıdakı üçüncü rus qız gimnaziyasında, sonra isə ikinci rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs demiş, həm də pedaqoji kursda öz təhsilini artırmışdır. Qərib Soltan Məlikovaya ibtidai məktəb müəllimi adı verilməsi haqqında 1938-ci il 4 noyabr tarixində Attestat təqdim edilmişdir. 1956-cı ilədək Bakının bir sıra orta məktəblərində yorulmaq bilmədən çalışmış, neçə-neçə nəslin yetişməsində böyük rol oynamışdır. Maarifpərvər ziyalı Qəribsoltan Məlikova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat etmişdir.