ƏLİSOLTAN

hökmdar, hakim, şah Əli.
ƏLİSMAN
ƏLİSULTAN
OBASTAN VİKİ
Əlisoltan Quliyev
Əlisoltan Yarəli oğlu Quliyev - Azərbaycan SSR Ali Məhkəməsinin sədri, Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi. == Haqqında == 12 iyul 1939-cu ildən 16 avqust 1941-ci ilə qədər Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur. Əlisoltan Yarəli oğlu Quliyev 1901-ci ildə Quba rayonunun Digah kəndində anadan olmuşdur. 1925-1926-cı illərdə Digah kənd sovetində katib vəzifəsində işləmişdir. 1926-1929-cu illərdə Respublika Partiya Məktəbinin və 1929-1931-ci illərdə Zaqafqaziya Kommunist Universitetinin tələbəsi olmuşdur. Təhsilini başa vurduqdan sonra Bakı Partiya Məktəbinə müəllim təyin olunmuş və 1932-1933-cü illərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1933-1934-cü illərdə Bakı şəhərində Marks-Engels-Lenin İnstitutunun (MELİ) tələbəsi olmuşdur. Quba rayonunun Xalq Təhsili şöbəsinin müdiri vəzifəsinə təyin olunması ilə əlaqədar Əlisoltan Quliyev 1934-cü ildə MELİ-də təhsilini yarımçıq qoymuş və 1934-1935-ci illərdə həmin vəzifədə işləmişdir. 1935-1937-ci illərdə o, Bakı şəhərində MELİ-də təhsilini davam etdirmişdir. Əlisoltan Quliyev 1937-ci ildə partiya işinə irəli çəkilərək Qusar rayon partiya komitəsinə I katib vəzifəsinə təyin olunmuş və 1937-1938-ci illərdə həmin vəzifədə çalışmışdır.
Vahid Əlisoltanov
Vahid Tahir oğlu Əlisoltanov (10 noyabr 1994; Balakən rayonu, Azərbaycan — 24 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vahid Əlisoltanov 1994-cü il noyabrın 10-da Balakən rayonunun Gərəkli kəndində anadan olub. 2011-2012-ci illərdə M. Müşfiq adına Gərəkli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Vahid Əlisoltanov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Vahid Əlisoltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vahid Əlisoltanov oktyabrın 24-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Əlisoltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Əlisoltanov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Əlisoltanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əlisoltanlı
Əlisoltanlı — Azərbaycan Respublikasının Saatlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Araz çayının sağ sahilində, Muğan düzündədir. Kəndin adının Əlibəy Sultanın (İlisusultanı) adı ilə bağlı olması ehtimal edilir. Potubəyli və Bəylər kəndləri ilə həmsərhəddir. Əlisoltanlı kəndlərində e. ə. II–III minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılmışdır. == Mədəniyyəti == Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbi Saatlı rayonu üzrə ən yaxşı məktəbdir. 2015-ci ildə məktəb respublikanın ən yaxşı 50 məktəbi sırasında yer aldı və "İlin məktəbi" seçildi. Məktəbin 2003-cü ildə 100 illiyi keçirilmişdir.[mənbə göstərin]Ərazidə həmçinin tikintisi 2014-cü ildə bitmiş məscid də yerləşir.