Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qelles burnu
Qelles burnu — Türkiyənin Gelibolu yarımadasının cənub-qərbində yerləşir. Sahillərini Egey dənizinin suları yuyur. == Tarixi == 1915-ci ildə Çanaqqala müharibəsi zamanı ingilislər və fransızlar buruna qoşun çıxarmışlar. Hazırda burada memorial kompleks yerləşir.
Gəllər-i Məhəmmədhəsən (Meşkinşəhr)
Gəllər-i Məhəmmədhəsən (fars. گللرمحمدحسن‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 320 nəfər yaşayır (70 ailə).
Gəllər-i Məhəmmədtağı (Meşkinşəhr)
Gəllər-i Məhəmmədtağı (fars. گللرمحمدتقي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 118 nəfər yaşayır (30 ailə).
Gellər
Gellər — Strabon və Plininin qeyd etdiyi qədim skif tayfası, çox güman ki, etnik tərkibində heterojen olan Qafqaz albanlarının qəbilə birliyinin bir hissəsi idi. == Tarixi == Vasili Tatişevə görə Gili, Sarmat xalqı və ya slavyanlar, dəqiq məlum deyil, onlar indi Orel adlanan Uqla çayı boyunca yaşamışlar və çayın onların dilində Gilia adlandırılması diqqətəlayiqdir. ruslar tərcümədə Uql tərcümə etdilər, çünki sarmat dilində Gilia coal və guilio west. Bəzən ruslar onlara gel deyirlər, Melyanın gelon dediyi eyni; Ptolemey Litvada qalindalar, qalyonlar və gitonlar qoyur. Strykovsky, Qalindiya bölgəsinin adını saxladığı Prusslara qaliodalar qoyur. Pliniyə görə gelləri, yunanlar kadusilə kimi radlandırdılar. Lüdmila Borovkova öz əsərlərində yazırdı:Xonların və gellərin, Ammian Marsellinə görə, 356-358-ci illərdə birinci Şahanşah II Şapur ilə birlikdə vuruşmağlarını və ermənicə “xüsusilə döyüşkən tayfalar” adlandırılan xionitlərin və gelonların nəsilləri olduğuna şübhə etmək gərək yoxdur. Onlar 359-cu ildə albanlarla birlikdə Amida şəhəri yaxınlığında farslara romalılarla döyüşməkdə kömək etdilər. Birinci fəsilimizdə o da məlum oldu ki, Xionitlər və Gelonlar IV əsrin ortalarında artıq mövcud olmuş Alan tayfalarıdır. == Varisi == Bölgənin Gilyan adı ilə Gels etnonimi arasındakı əlaqə Vasili Bartold tərəfindən ifadə edilmiş və Edvin Qrantovski əsərlərində işlənmişdir.
Eyləs
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Albert Qleyzes
Alber Qlez (8 dekabr 1881[…], Paris[…] – 23 iyun 1953[…], Sen-Remi-de-Provans[d]) — Fransa rəssamı, nəzəriyyəçisi və yazıçısı. Daha çox rəssam kimi tanınır. == Həyatı == 1881-ci ildə Parisdə anadan olmuşdur. Qlez, ilk rəsm əsərlərində Pol Sezannın təsiri ilə rəngdə dəyişikliklər etdi. Bundan sonra kubizm üslubuna yönəlib dövrün digər kubizm sənətçiləri olan Jorj Brak və Pablo Pikassonun üslublarına yaxınlaşmışdır. 1912-ci ildə Jan Metzinger ilə birlikdə kubizmdən bəhs edən "Kubizm haqda" (DuCubisme) adlı kitabı nəşr olundu. "Bruklin körpüsü" (1917; Quqqenhaym muzeyi, Nyu-York) əsəri ən məşhur əsərlərindən biridir. Ömrünün son illərində dini kubizmə yönəlmişdir.
Jorj Melyes
Jorj Melyes (ing. Maries-Georges-Jean Méliès; 8 dekabr 1861[…], Paris – 21 yanvar 1938[…], Paris) — məşhur Fransa komediya rejissoru, prodüseri, ssenaristi və aktyorudur.