HƏLLƏM-QƏLLƏM

sif. dan.
1. Cüvəllağı, fırıldaq, haramzadə, cəncəl.
[Xan Kazıma:] Ay gədə, sən çox həlləm-qəlləm adama oxşayırsan, … xatanı məndən sov. Çəmənzəminli.
[Həsən] həlləm-qəlləm adam imiş. Qantəmir.

2. Qarışıq, dolaşıq.
[Gəray ağa:] Bilirsən, bəydadaş, işlər necə həlləm-qəlləmdir? S.Rəhimov.
Məktubun sonunda mənə tapşırır ki, o lotulara deyim: – Həlləm-qəlləm işlərdən əl çəkməsələr, hamısını adbaad yazacaq. Kirpi”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HƏLLƏM-QƏLLƏM həlləm-qəlləm bax 1. hiyləgər; 2. dolaşıq 1
HƏLLEDİCİ₂
HƏLLƏNMƏ

Digər lüğətlərdə