Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəyişmə (şahmat)
Dəyişmə — Şahmat termini. Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir.
Dəyişmə müqaviləsi
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Yerdəyişmə, yerini dəyişmə (İnformatika)
Yerdəyişmə, yerini dəyişmə (ing. move, ru. перемещение) - informasiyanın bir yerdən başqa bir yerə verilməsi. Əməliyyatdan asılı olaraq yerdəyişmə kompüterin yaddaşında yerləşmiş verilənlərə, yaxud verilənlər faylında olan mətnə və ya görüntüyə aid ola bilər. Məsələn, proqramlaşdırmada move deyimi tək qiyməti bir yaddaş sahəsindən başqasına verə bilər. Digər tərəfdən, tətbiqi proqramlarda yerdəyişmə komandası mətnin bir hissəsini sənədin bir yerindən başqa bir yerinə köçürə bilər. İnformasiyanı təkrarlayan köçürmə – kopiyalama (COPY) prosedurundan fərqli olaraq, yerdəyişmə zamanı informasiya ilkin yerindən uzaqlaşdırılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Görüş yerini dəyişmək olmaz (film, 1979)
"Görüş yerini dəyişdirmək olmaz" (rus. Место встречи изменить нельзя) — 1979-cu ildə SSRİ-də çəkilmiş beşseriyalı televiziya filmidir. Rejissor Stanislav Qovoruxinin bu filmi Vayner qardaşlarının "Mərhəmət erası" romanına əsaslanır. == Məzmun == Filmin hadisələri 1945-ci ilin avqust-noyabr aylarında cərəyan edir. Moskva cinayət axtarış idarəsinin əməkdaşları olan təcrübəli əməliyyat işçisi Qleb Jeqlov və İkinci dünya müharibəsinin cəbhəsindən dönərək idarəyə yenicə qoşulan Vladimir Şarapov "Qara pişik" adlı quldur dəstəsinə qarşı mübarizə aparır. Mübarizəni çətinləşdirən odur ki, müharibə ucbatından yüksək ixtisaslı işçilər azdır və milisionerlər eyni zamanda bir neçə cinayət üzərində istintaq aparmaq məcburiyyətindədir. Lakin quldurlar haqqında şayiələr Moskvada yayıldıqca, rəhbərlik idarəyə yalnız "Qara pişik"lə məşğul olmağa göstəriş verir. Filmdə bir çox gözlənilməyən hadisə baş verir. Belə ki, taqsırı demək olar ki, tam sübuta yetirilən Qruzdev günahsız çıxır, cinayət axtarış idarəsinin əməkdaşlarından biri qorxaqlıq və satqınlıq nümayiş etdirir, quldurların biri isə müharibə zamanı Şarapovla bir bölükdə döyüşübmüş. Filmin son seriyasında dəstə üzvləri həbs olunur, Şarapovun bölük yoldaşı Levçenko isə qətlə yetirilir.
Deyişmə
Aytış və ya Aytıs (qaz. айтыс, qırğ. айтыш, başq. әйтеш) — qazax, qaraqalpaq, qırğız və başqırd poeziyasında akınların mahnı yarışı, şifahi xalq şeirinin geniş yayılmış ənənəvi formalarından biri olmuşdur. Bütün xüsusiyyətləri ilə Azərbaycanda şair və aşıqlarının deyişmələrini xatırladır.Deyişmə – poetik söz qüdrətinə güvənən iki aşığın qarşı-qarşıya dayanaraq birinin digərini məğlub etməsi məqsədi daşıyan şeirləşmə. Bir neçə mühüm mərhələdən ibarət olan aşıq deyişmələrinin sonunda qalib tərəf məğlub tərəfin sazını əlindən almaq hüququna malik olur. Adətən, ya özünə güvənən bir aşıq tanınmış bir saz-söz ustadının üstünə gedərək onu deyişmə meydanına çəkir, ya da məktub göndərərək qarşı tərəfi öz meydanına çağırır. Dirili Qurbaninin Dədə Yediyarla, Tufarqanlı Abbasın Təbriz aşıqları ilə deyişmə meydanına çıxması birinci, Dərbəndli Zərnigarın Abdalgülablı Valehə, Naxçıvanlı Reyhan xanımın Şəmkirli Aşıq Hüseynə deyişmə dəvəti göndərməsi isə ikinci tip deyişmələrə aiddir.