DƏYİŞMƏK

f.
1. bax dəyişdirmək 1-ci mənada.
[Əli:] İmanımız haqqı, mən [Gülnazı] bir xəzinəyə dəyişmərəm, kişi!… M.İbrahimov.

2. Başqa şəklə və ya başqa hala düşmək, başqalaşmaq, başqa cür olmaq, təbəddülata uğramaq. Onun xasiyyəti tamamilə dəyişmişdir. Hava dəyişir. – Murad özünü aldatmışdı: nə evini, nə çocuqlarını, nə də Nigarını kənddə olarkən xəyalında təsəvvür etdiyi kimi görmədi.
Onlar beş ilin zərfində dəyişmişdilər. S.Hüseyn.
Elə ki Dürdanə gənc ana oldu; Dəyişib başqa bir Dürdanə oldu. M.Rahim.

3. Birini buraxıb, o birinə keçmək. Yerini dəyişmək. Vəzifəsini dəyişmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏYİŞMƏK 1. DƏYİŞMƏK Sevgilim, camalını günə, aya dəyişmərəm! (S.Rüstəm); DƏYİŞDİRMƏK Qaçay söhbətin səmtini dəyişdirməyə çalışdı (İ
  • DƏYİŞMƏK təzələmək — başqalaşmaq

Antonimlər (əks mənalı sözlər)

  • DƏYİŞMƏK DƏYİŞMƏK – SABİTLƏŞMƏK Elə ki, Dürdanə gənc ana oldu; Dəyişib başqa bir Dürdanə oldu (M.Rahim); Sabit birləşmələrdə tərəflər (sözlər) öz əvvəlki forma
DƏYİŞMƏ
DƏYİŞMƏMƏZLİK
OBASTAN VİKİ
Görüş yerini dəyişmək olmaz (film, 1979)
"Görüş yerini dəyişdirmək olmaz" (rus. Место встречи изменить нельзя) — 1979-cu ildə SSRİ-də çəkilmiş beşseriyalı televiziya filmidir. Rejissor Stanislav Qovoruxinin bu filmi Vayner qardaşlarının "Mərhəmət erası" romanına əsaslanır. == Məzmun == Filmin hadisələri 1945-ci ilin avqust-noyabr aylarında cərəyan edir. Moskva cinayət axtarış idarəsinin əməkdaşları olan təcrübəli əməliyyat işçisi Qleb Jeqlov və İkinci dünya müharibəsinin cəbhəsindən dönərək idarəyə yenicə qoşulan Vladimir Şarapov "Qara pişik" adlı quldur dəstəsinə qarşı mübarizə aparır. Mübarizəni çətinləşdirən odur ki, müharibə ucbatından yüksək ixtisaslı işçilər azdır və milisionerlər eyni zamanda bir neçə cinayət üzərində istintaq aparmaq məcburiyyətindədir. Lakin quldurlar haqqında şayiələr Moskvada yayıldıqca, rəhbərlik idarəyə yalnız "Qara pişik"lə məşğul olmağa göstəriş verir. Filmdə bir çox gözlənilməyən hadisə baş verir. Belə ki, taqsırı demək olar ki, tam sübuta yetirilən Qruzdev günahsız çıxır, cinayət axtarış idarəsinin əməkdaşlarından biri qorxaqlıq və satqınlıq nümayiş etdirir, quldurların biri isə müharibə zamanı Şarapovla bir bölükdə döyüşübmüş. Filmin son seriyasında dəstə üzvləri həbs olunur, Şarapovun bölük yoldaşı Levçenko isə qətlə yetirilir.

Digər lüğətlərdə

барбари́совый бегу́нья бээрэ́м ветря́к отло́жистый скальд столова́ние беспоща́дно мануфакту́ра отдава́ть подрессо́рить пещер analgesia Bombay congruence French seam green crop petrolize prosoma real-estate xerox yarn втереться натираться приготовлять