Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlyazma
Əlyazma — əl ilə yazılmış mətn, kitab və s. Məsələn, əlyazmaları fondu - əlyazmaları toplayan, saxlayan, bərpa edən yer, idarə, şöbə.
Səsyazma akademiyası
Səsyazma Akademiyası (rəsmi olaraq Milli Səsyazma İncəsənəti və Elmləri Akademiyası; qısaldılmış NARAS) musiqiçilər, prodüserlər, səsyazma mühəndisləri və digər musiqi peşəkarlarından ibarət akademiyadır. O, bütün dünyada məşhur olan mahnı və musiqi sənayesindəki nailiyyətləri tanıyan Grammy Mükafatları ilə məşhurdur. Səsyazma Akademiyası missiyası musiqi tarixini və əhəmiyyətini qorumaq və öyrətmək olan Qremmi Muzeyinin, qeyri-kommersiya təşkilatının təsisçi tərəfdaşıdır. Səsyazma Akademiyası, həmçinin musiqi ictimaiyyətinin sağlamlığına və rifahına təsir göstərməyə xidmət etdiyini bildirən MusiCares xeyriyyə təşkilatını təsis etdi. Səsyazma Akademiyasının Advocacy komandası yerli, əyalət və federal səviyyələrdə musiqi yaradıcılarının hüquqları üçün lobbiçilik edir.
Səsyazma leyblı
Musiqi şirkəti və ya səsyazma şirkəti — musiqi yazıları və musiqi videoları bağlı brend və ya ticari quruluş. Çox vaxt əsərlərin nəşrində, istehsal prosesi, istehsalı, paylanması, təbliği, müəllif hüquqlarının izlənməsi, yeni sənətkarların aşkarlanması və inkişafı və sənətkarlarla müqavilə bağlama işlərində iştirak edir.
Səsyazma studiyası
Səsyazma studiyası — mahnıların, səslərin yazıldığı və miks edildiyi yer. Studiya mümkün olan ən yaxşı səs keyfiyyətinə sahib olmaq üçün akustika üzrə mütəxəssislər tərəfindən dizayn edilmişdir.
Səsyazma şirkəti
Musiqi şirkəti və ya səsyazma şirkəti — musiqi yazıları və musiqi videoları bağlı brend və ya ticari quruluş. Çox vaxt əsərlərin nəşrində, istehsal prosesi, istehsalı, paylanması, təbliği, müəllif hüquqlarının izlənməsi, yeni sənətkarların aşkarlanması və inkişafı və sənətkarlarla müqavilə bağlama işlərində iştirak edir.
Səsyazma prodüseri
Musiqi prodüseri və ya səs prodüseri — musiqi əsərlərinin hazırlanması və istehsalından məsul şəxs, səsyazma layihəsinin yaradıcı və texniki tərəflərinə nəzarət, studiya vaxtını idarə edən şəxsdir. Musiqi prodüseri musiqi ifaçılarının seçilməsi, mahnı ideyalarının hazırlanması, melodiyalar bəstələmək, səsyazma studiyasında işləyərkən musiqiçilərə mentorluq edən, səsyazma, miks və masterinq prosesinə nəzarət edən şəxsdir. Musiqi prodüseri icraçı prodüserdən fərqlənir. İcraçı prodüser musiqiçinin karyerasını idarə edən və hüquqi dəstəyindən, leybllar ilə əməkdaşlıqdan, reklam təbliğatından, sifarişdən, qastrol fəaliyyətlərindən və s. məsul şəxsdir. Səsyazma prodüseri fikir toplamaq, musiqi bəstələmək, sessiya musiqiçilərini seçmək, mahnı aranjımanında dəyişikliklər təklif etmək, ifaçılara məşqçilik etmək, seanslara nəzarət etmək, səslərin mikslənməsinə nəzarət etmək və bəzi hallarda masterinqə nəzarət etmək daxildir.
Naxçıvan Əlyazma Sənədləri
Naxçıvan Əlyazma Sənədləri — Kəngərli sülaləsinə məxsus sənədlər (17 – 19 əsrlər). == Haqqında == Sülalənin ayrı-ayrı üzvləri tərəfindən yazılan və onlara ünvanlanan məktub, reskript, fərman, qəbalə və s.-dən ibarətdir. Sənədlərin mövcudluğu məlum olan kimi (1935) Gürcüstandan Naxçıvana dərhal elmi heyət göndərilmiş, onlar başqa sənədlərlə birlikdə Tiflisə aparılmış, qısa müddətdə araşdırılmış və 1936-cı ildə kitab haılnda çap olunmuşdur. Kitabın redaktoru məşhur şərqşünas, akademik N. Y. Marrın oğlu Y. N. Marrdır. Burada təkcə Azərbaycanın deyil, İran, Türkiyə və Rusiyanın da ictimai-iqtisadi və siyasi tarixinə dair materiallar vardır. Təəssf ki, gətirilmiş 300-dən çox sənədin yalnız 25-i şərqşünas K. N. Smirnovun tərcüməsi və şərhləri ilə üzə çıxarılmış, qalanlarının taleyi isə hələlik naməlumdur. Kitab 2 hissədən ibarətdir. Birinci hissəyə 3 fəsil – Kəngərli tayfası (1 – 7 saylı sənədlər); naxçıvanlıların İran şahı Kərim xan Zəndə iki ərizəsi (8 – 9 saylı sənədlər); Naxçıvanda tərəflər arasında bağlanmış iki qəbalə (10 – 11 saylı sənədlər), ikinci hissəyə isə 2 fəsil – feodal münasibətləri, torpaq mülkiyyəti və maliyyə məsələləri (12 – 21 saylı sənədlər); Səfəvi dövrü sənədləri (22 – 25 saylı sənədlər) daxildir.
Yarımçıq əlyazma (roman)
Yarımçıq əlyazma (ing. the incomplete manuscript)— Kamal Abdulla tərəfindən 2004 cü ildə nəşr edilmiş roman. == Haqqında == Kitab Londonda "Pikadili the Fifth View Waterstone Flagman" mağazasındada AAC-nin təşkilatçılığı ilə keçirilmiş tədbirdə təqdim olunub. Tədbirdə həm Azərbaycan, həm də kosmopolit Londondan 100-ə yaxın kitabsevər iştirak edib. Bu kitab Dədə Qorqud adlı bir ozan tərəfindən Oğuz elindəki xainlərin iç üzünün ifşa olunması ilə bağlı aparılan tədqiqatın hesabatı xarakterini daşıyır. Bu isə , öz növbəsində, XVI əsrdə mövcud olan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə aid başqa bir hekayə ilə sıx əlaqədardır. Bu iki istiqaməti özündə birləşdirən "Yarımçıq əlyazma" romanı ingilis, fransız, italyan, türk, rus, polyak, ərəb, yapon, portuqal, alman və qazax dillərində nəşr olunub.
Amerika Səsyazma Sənayesi Birliyi
Amerika Səsyazma Sənayesi Birliyi (ing. The Recording Industry Association of America (RIAA)) — ABŞ — da səsyazma industriyası ilə məşğul olan şirkət.
Shangri-La (səsyazma studiyası)
Shangri-La — Kaliforniyanın Malibu şəhərində yerləşən səsyazma studiyası. Hazırkı Sahibi prodüser Rik Rubindir. Əvvəlcə aktrisa Marqoya məxsus olan bu obyekt 1970-ci illərdə The Band tərəfindən icarəyə götürüldü və sonradan Bob Dilanın səsyazma studiyasına çevrildi. Martin Skorzezenin "The Last Waltz" sənədli filmində göstərilən qrupun müsahibələri Shangi-Lada lentə alınıb. Əmlak 2011-ci ildə Rik Rubin tərəfindən alınıb.
Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri
Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri 1926-cı il, noyabrın 6-da, indiki Ə. Əlizadə-9 (keçmiş Fioletov-9) ünvanında Radio komitəsi fəaliyətə başlayır. 1931-ci ildə Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyirbəy Hacıbəylinin təşəbbüsü ilə, bu məkanda şərqdə ilk notlu xalq çalğı alətləri orkestri və indiki Niyazi adına simfonik orkestri yaradılır. Üzeyir bəyə o zamanlar Müslüm Maqamayev yaxından köməklik etmişdir. Azərbaycan Televiziya və Radiosunun Səsyazma evinin məqsədi dövlətin milli-mədəni musiqi həyatında ictimaiyyətə bir-birindən maraqlı layihələr təqdim etmək, milli mənəvi dəyərləri qorumaq, dövlətin hər bir uğurunu musiqi dili ilə dinləyicilərə çatdırmaq, yeni gənc nəslə peşəkar musiqini təbliğ etməkdir. Əməkdar artist Ramil Qasımovsəsyazma evinin direktoru və bədii rəhbəridir. == Səsyazma evində fəaliyyət göstərən musiqi kollektivləri == 1 Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri 2 Niyazi adına Dövlət simfonik orkestri 3 Cahangir Cahangirov adına xor 4 Tofiq Əhmədov adına estrada-simfonik orkestri 5 Uşaq Musiqili Teatrının Əfsər Cavanşirov adına "Bənövşə" uşaq xoru 6 Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı 7 Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı 8 Vaqif Mustafazadə adına "Sevil" vokal-instrumental ansamblı 9 "Qaytağı" instrumental ansamblı 10 Uşaq Musiqili Teatrı === Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri === Azərbaycan musiqi mədəniyyəti tarixininin incilərindən biri olan Səid Rüstəmov adına Əməkdar kollektiv xalq çalğı alətləri orkestri Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən 1931-ci ildə yaradılmaqla, nəinki Azərbaycanda, hətta, bütün Şərq aləmində peşəkar notlu xalq çalğı alətləri orkestrinin əsasını qoymuş olur. İlk dövrlərdə orkestrin dirijoru və rəhbəri Üzeyir Hacıbəyli, konsertmeysteri isə Səid Rüstəmov olmuşdur. Orkestrin tərkibi isə ancaq kamança, saz, balaban, zurna, dəf, nağara alətlərindən ibarət olmuşdur. İlk heyəti Səid Rüstəmov, Əhmədxan Bakıxanov, onun qardaşı Məmmədxan Bakıxanov, Ağabacı Rzayeva, Əmrulla Məmmədbəyli, Cəvahir Həsənova, Tutu Kərimova, Məmmədağa Muradov, Süleyman Hüseynquluoğlu, Əbülfəz Fərəczadə, Xalıq Babayev, Əlihəsən Nuriyev, Xosrov Məlikov, Qılman Salahov, Qönçə İsrafilova, Hacıbaba Əliyev, Hacı Xanməmmədov, Ə. Quliyev və b.-dən ibarət idi. 1935-ci ildən sonra Üzeyir Hacıbəylinin təklifi ilə Səid Rüstəmov orkestrə baş dirijor və bədii rəhbər vəzifəsinə təyin olunur.