Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gecəgözlü
Gecəgözlü — Azərbaycan Respublikasının Füzuli rayonunda kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Gecəgözlü (oyk.) - Füzuli rayonunun Aybasanlı inzibati ərazi vahidində kənd. Dağətəyi düzənlikdədir. Oykonim Qarabağda yaşamış cavanşir elinə mənsub gecəgözlü tirəsinin adını əks etdirir. Etnotoponimdir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Molla Səfi Gecəgözlü-Cavanşir
Molla Səfi Gücəgözlü-Cavanşir — qazı, məktəbdar. == Həyatı == Molla Səfi Gecəgözlü-Cavanşir 1797-ci ildə Cavanşir-Dizaq mahalının Gecəgözlü оbasında dünyaya gəlmişdir. İlk təhsilini atasından almışdı. Sonra Şuşa şəhərində molla, müctəhid yanında təhsilini davam etdirmişdi. Öncə obanın dini işləri ilə ilgilənmiş, məscidlərdə axundluq etmiş, 1878-ci ildə Zəngəzur qəzasının qazısı təyin edilmişdi. Molla Səfi qəza qazısı olarkən şair Məhəmməd bəy Aşiq yazmışdı: Molla Səfidən xoşu gəlməyən şair Bəhram bəy Fədai yazırdı: Mir Mehdi Xəzani Molla Səfi ilə dost idi. Qəsidələrinin birində yazırdı: == Ailəsi == Molla Səfinin törəmələri Axundov soyadını daşıyırdılar. Onun Möhsün, Həşim, Səlim adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu. Hacılılar.
Gecə bənövşəsi gecəgülü
Gecəqondu
Gecəqondu (türk. gecekondu) — lazımi icazə olmadan tez tikilən ev və ya daxma mənasını verən türk dilində söz. "Gecəqondu bölgəsi" (türk. gecekondu bölgesi) bu gecəqondulardan ibarət məhəllələrə deyilir. Gecəqondu məhəllələri rəsmi mənzil almaq və ya kirayə götürmək imkanı olmayan bir çox aztəminatlı ailələrə sığınacaq üçün əlverişli alternativ təklif edir. == Etimologiya == Türk dilində "gecə" və "qondu" sözlərindən formalaşmış, "bir gecədə yerləşdirilmiş (tikilmiş)" mənasına gəlir.
Gecəqondu milyonçusu
Xarabalıqdan olan milyonçu (ing. Slumdog Millionaire) — 2008-ci ildə çəkilmiş Hindistan filmi. == Xarici keçidlər == Xarabalıqdan olan milyonçu — Internet Movie Database saytında.