Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ginekologiya
Ginekologiya (yun. gyne – qadın vəlogos – elm) Klinik təbabətin qadın cinsiyyət sisteminin fiziologiyası, xəstəliklərini və bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsini öyrənən sahəsidir.Ginekologiya müstəqil bir elm kimi IX əsrdən etibarən inkişaf etməyə başlamışdır. Ginekologiya elminin məqsədi qadın sağlamlığını qorumaq və ona yardım göstərməkdən ibarətdir. Qadın xəstəlikləri dedikdə yalnız qadınlarda baş verən xəstəliklər nəzərdə tutulur. Bu xəstəliklər uşaqlıqda, uşaqlıq artımlarında, yumurtalıqlarda, uşaqlıq boynunda əmələ gələn xəstəliklərdir. Qadın xəstəliklərinin müalicəsi ginekoloqlar tərəfindən aparılır.Həkim-ginekoloq qadın həyatının müxtəlif dövrlərində (uşaqlıq, yeniyetmə və yetkin dövrlərdə) qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olur. Mama-ginekoloq isə hamiləlik və doğuş dövrlərinə nəzarət edir.Ginekoloq qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (kalpit, endometrit və.s.) uşaqlıq boynu eroziyası, xoşxassəli şiş törəmələri kimi xəstəliklərin müalicə və profilaktikası ilə məşğul olur. Sonsuzluq və ailə planlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım edir. Ginekologiyada funksional (USM, endoskopik və rentgen müayinələr) və laborator (bakterioloji, immunoloji və hormonal müayinələr) diaqnostika üsulları geniş tətbiq olunur. Müalicə üsulunun seçimi və müalicənin ambulator, yaxud stasionar şəraitdə aparılması barədə qərar verilməsi hər bir klinik halın özünəməxsus xüsusiyyətlərindən asılı olur.
Sinekologiya
Sinekologiya — ekologiyanın populyasiya və qruplaşmaların xarici və biosenoloji mühitlə əlaqəsini, onların mühit yaradıcı rolunu, populyasiya qruplaşmalarında gedən fizioloji prosesləri, o cümlədən fotosintezi, tənəffüs və transpirasiyanı öyrənən bölməsi. == Tarixi == Əvvəllər bu termin yalnız botanikada istifadə olunurdu. Ancaq XIX əsrin sonu XX əsrin əvvəllərində Brokrauza və Efronanın ensiklopedik lüğətində bu terminə daha da aydınlıq gətirilmişdir. Sinekologiya bitkilərin formasiyalarını öyrənən elmdir və aşağıdakı bölmələrə bölünür: Fizinomik sinekologiya - bitkilərin formasiylarını onların tərkibi nöqteyi nəzərindən öyrənir (həyatı forma). Coğrafi sinekologiya - bitkilərin formasiyalarını coğrafi cəhətdən yəni harada, hansı dağlıq zonada və geoloji süxurlarda yerləşməsini və bu xüsusiyyətinin bitkiyə təsirini öyrənir. Ekoloji sinekologiya - bitkilərin yayıldığı sahələri, ekoloji bölmələri və s. öyrənir. Tarixi sinekologiya - bitkilərin müxtəlif bölmələrini formasiylarının və tarixi miqrasiyaları öyrənir.
Geoekologiya
Geoekologiya - elmi yerin daxilində və xaricində baş verən proseslərlə canlı aləm arasında mövcud olan əlaqəni, canlı aləmin yaşaması üçün əlverişli şəratin (mühitin) yaradılması nöqteyi nəzərindən öyrənir. Geoekologiya fənni geologiya və ekologiya fənnlərinin sərhədində yaranmaqdadır. Geoekologiya canlı aləmin yaşadığı şərait, onlar arasında qarşılıqlı münasibət, bu şəraitin geoloji mühitdə baş verən dəyişikliklərlə əlaqədar dəyişməsi, canlı varlığın təsiri ilə geoloji mühitin dəyişməsi, yəni canlı varlıqla geoloji mühit arasında qarşılıqlı münasibət haqqında elmdir. == Predmeti == İnsanın həyat mühitinin (geoloji mühitin) vəziyyəti həm geoloji proseslərdən, həm də insanın təsərrüfat fəaliyyətindən asılıdır. Geoekologiyanın predmeti də bundan ibarətdir. Onun obyekti, bir tərəfdən təbii geoloji mühit, digər tərəfdən təbii-antropogen sistemlərdir. == Digər elmlərlə əlaqəsi == Geoekologiya bəşəriyyət üçün böyük əhəmiyyəti olan təbii və təbiəti mühafizə biliklərinin sintezidir. Geoekologiya təbii proseslərin geoloji mühitə və təbii-texnogen sistemlərə mümkün təsir nəticələrini qiymətləndirməyə və qabaqcadan söyləməyə imkan verir. Yer səthində və təkində təbii və oyadılmın (hərəkətə gətirilmiş) geoloji proseslərin gedişini müəyyən edən təbii və texnogen amillərin öyrənilməsi təbii kortəbii hadisələrin nəticələrini zəiflətmək və geoloji mühitə antropogen fəaliyyətin təhlükəli təsirinin minimuma endirilməsinə imkan verir. Öz inkişafında bu elmi sahə müxtəlif təbii və tətbiqi elmlərə - geologiya, fiziki coğrafiya, geomorfologiya, hidrogeologiya, meteorologiya, seysmologiya, geofizika, geokimya, mühəndis geologiyası, dağ işləri, faydalı qazıntıların kəşfiyyatı və işlənilməsi və b.
Geneologiya
Genealogiya – şəcərəni, nəsil, soy qohumluğunu öyrənən elmdir. Gen – yunan sözü olub "genes" sözündən əmələ gəlmişdir. Mənası əsil, mənşə, kök məzmununu əhatə edir. Nəyinsə yaranma mənşəyini, məcrasını, məzmununu açıqlamağa xidmət edir. "Logiya" da yunan sözüdür, "elm", "öyrənən sahə" məzmununda başa düşülür. Bütövlükdə nəzəriyyənin adı geniş məna çalarlarına malikdir. Genealogiya xalqların günümüz üçün, sözün geniş mənasında, mühüm əhəmiyyət kəsb edən gen mənşəyini, onun fərdi, ümumi cəhətlərini, törəmə formaları və funksiyalarını əhatə edir. == Elmin tarixi == Genealoji tədqiqatların öyrənilməsi və elmin müxtəlif sahələrində tətbiqi yeni problem deyildir. Bu istiqamətdə ilk mülahizə və tədqiqatlara Avropada təsadüf edilmişdir. Geneologiya elə həmin dövrdə nəsil qohumluğu şəcərəsini öyrənən istiqamət kimi tanınmışdır.
Jineologiya
Jineologiya (kürd. Jineolojî) — feminizm və gender bərabərliyinin Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalanın müdafiə etdiyi forması. Orta Şərq cəmiyyətlərində qadınları məhdudlaşdıran namusa əsaslanan dini və qəbilə qaydaları fonunda Öcalan "qadınlar azad olmadıqca bir ölkə azad ola bilməz" demiş, qadınların azadlığının səviyyəsinin ümumən cəmiyyətdə azadlıq səviyyəsini müəyyən etdiyini bildirmişdir.Jineologiya demokratik konfederalizmin tərkib hissəsidir, Şimali və Şərqi Suriyanın Muxtar Administrasiyasının idarəçiliyində dəstəklənən fəlsəfədir. == Tarixi == Kürdüstan İcmalar İttifaqı (KCK) Demokratik Birlik Partiyası (PYD) və PKK-nın daxil olduğu çətir təşkilatdır. 2005-ci ildə KCK ayrıca kürd dövləti qurmaq məqsədindən əl çəkmiş və bunun əvəzinə demokratik konfederalizmin tərəfdarı olmuşdur. 2012-ci ildə PYD Şimali Suriyanın böyük bir hissəsinə nəzarəti ələ keçirmiş və demokratik konfederalizm modeli altında özünüidarəni həyata keçirərək muxtariyyət elan etmişdir. Şimali və Şərqi Suriya Muxtar İdarəsi kimi tanınan bu region 2016-cı ildən əvvəl Suriya ərazisinin təxminən beşdə birini təşkil edirdi. PYD-nin hərbiləşdirilmiş qüvvəsi Xalq Qoruma Dəstələri (YPG) və Qadın Qoruma Dəstələrindən (YPJ) ibarətdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Liberating life: Woman's Revolution. Cologne, Germany: International Initiative Edition, 2013.