Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Giqabayt
Giqabayt (GB) (ing. Gigabyte) — 1000 (103) meqabayta (MB), 106 kilobayta (kB) və ya 109 bayta bərabər ölçü vahidi. Beynəlxalq Vahidlər Sisteminə əsasən Giqa prefiksi 109 bildirir. Tarixdə Giqabaytın digər tərifi də (230 B) istifadə edilmişdir. Lakin hazırda bu tərifdən imtina edilib və 230 bayta bərabər kəmiyyət Gibibayt (GiB) adlanır.
Giqant-hüceyrəli arteriit
Giqant-hüceyrəli arteriit və ya Xorton xəstəliyi – 50 yaşdan yuxarı, xüsusi ilə qadınlarda rast gələn iri damar vaskulitidir, çox vaxt revmatik polimialgiya ilə birgə təsadüf edir. Klinik yeni tip baş ağrıları, çənənin "fasiləli" axsaması (kladikasyon), görmənin pozulması (korluq birdən və ağrısız yaranır və biopsiyanın cavabını gözləmədən yüksək doza QK tələb olunan haldır), EÇS 50 mm/saat yuxarı olması, temporal arteriyada nəbzin zəifləməsi və ya olmaması, sistem əlamətlərlə özünü göstərir. Seroloji analizlər (RF, anti-CCP, ANA) mənfidir. Aortanın zədələnməsi anevrizmaya gətirir və IgG 4-assosiasiyalı xəstəliyi inkar etmək lazımdır. Gicgah arteriyasının dəyişilmiş hissəsinin biopsiyası önəmlidir.
Gigabyte
Giqabayt (GB) (ing. Gigabyte) — 1000 (103) meqabayta (MB), 106 kilobayta (kB) və ya 109 bayta bərabər ölçü vahidi. Beynəlxalq Vahidlər Sisteminə əsasən Giqa prefiksi 109 bildirir. Tarixdə Giqabaytın digər tərifi də (230 B) istifadə edilmişdir. Lakin hazırda bu tərifdən imtina edilib və 230 bayta bərabər kəmiyyət Gibibayt (GiB) adlanır.
Qiqabayt

GigaPix
Giga Pix — 1995-ci ilin oktyabrında yaradılmış qeyri-kommersiya Portuqaliya internet mübadilə nöqtəsi. "Giga Pix" FCT|FCCN tərəfindən idarə olunur. "Giga Pix" neytral internet mübadilə nöqtəsidir. Burada trafik bağlı təşkilatlar arasında yüksək sürətlə dəyişdirilir, Portuqaliyada IP qarşılıqlı əlaqənin keyfiyyətini təkmilləşdirir və yerli əhatə dairəsi ilə trafik üçün beynəlxalq tranzit bağlantılarından istifadənin qarşısı alınır. Fiziki olaraq, "Giga Pix"in iki fərqli şəhərdə, üçü Lissabonda və biri Portoda olmaqla dörd mübadilə nöqtəsi var ki, bu da Portuqaliya yerli şəbəkələri arasında əlaqəni daha da yaxşılaşdırır.
Qızqayıt Həsənova
Qızqayıt Salman qızı Həsənova (1924, Xırmandalı, Biləsuvar rayonu – 22 avqust 2012, Xırmandalı, Biləsuvar rayonu) — Azərbaycan pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1948). Qızqayıt Həsənova 1924-cü ildə hazırkı Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub. Əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlayıb. Pambıqçılıqda yüksək əmək göstəricilərinə görə o, 1948-ci ildə "Lenin" ordeni ilə təltif olunub, Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. 1953-cü ildən 1996-cı ilə kimi Xırmandalı kəndindəki Telman adına kolxozun sədri işləyib. Qızqayıt Həsənova 1975-ci ildə Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1984-cü ildə Telman adına kolxoza Qızqayıt Həsənovanın adı verilib. Qızqayıt Həsənova V–VI çağırış SSRİ Ali Sovetinin, II–X çağırışlar olmaqla 9 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü, Azərbaycan KP Biləsuvar rayon komitəsinin büro üzvü seçilib. Məşhəd, Kərbəla və Həcc ziyarətlərində olub. Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Salman qızı Həsənova 2012-ci ildə 88 yaşında vəfat edib.
Qiyabi təhsil
Qiyabi təhsil – ali və orta təhsilli mütəxəssislər hazırlamaq və onların ixtisasını artırmaq, həmçinin istehsalatdan ayrılmadan ümumi orta təhsil almaq formalarından biri. Qiyabi təhsildə tələbələrin (şagirdlərin) müstəqil işi əsas təlim formasıdır. Qiyabi şahmat - poçt vasitəsilə şahmat oyunu R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.