Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tomas Ravelli
Tomas Ravelli (13 avqust 1959, Vekşö) — İsveç futbolçusu, İsveç milli futbol komandasının qapıçısı. == Həyatı == Tomas Ravelli futbol meydançasındakı qəribə və əyləncəli hərəkətləri ilə məşhurluq qazanmışdır. Futbol üzrə dünya çempionatı 1994-də "Pişik" ləqəbini almışdır. Penalti zərbələrini uğurla yerinə yetirə bilən tək-tük qapıçılardan biri idi. Futbol üzrə dünya çempionatı 1994-də öz oyunu ilə İsveçin uğur qazanmasında böyük rol oynamışdır. İsveç milli futbol çempionatında çıxış edən Göteborg komandasının qapıçısı olmuşdur. 1999-cu ildə 38 yaşında ikən futbol karyerasını bitirmişdir. Əsl peşəsi dülgərlikdir.
Qaravəlli
Folklor Qaravəlli (ədəbiyyat) — Qaravəlli (tamaşa) — Yaşayış məntəqələri Qaravəlli (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Qaravəlli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Qaravəlli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Qaravəlli (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Qaravəlli (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd. Qaravəlli (Balakən) — Azərbaycanın Balakən rayonunda kənd. Qaravəlli (Neftçala) — Azərbaycanın Neftçala rayonunda mövcud olmuş kənd.
Qaravəlli (1989)
Qaravəlli (rus. Гаравелли) — Azərbaycan cizgi filmi. == Məzmun == Müəlliflər burada xalqımızın sevimli qəhrəmanları vasitəsilə bugünkü problemlərimizdən söhbət açırlar. == Film haqqında == Cizgi multiplikasiya filmində Azərbaycan şifahi xalq yaradıcılığından istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Arif Məhərrəmov Kinorejissor: Arif Məhərrəmov Quruluşçu rəssam: Yelena Qolubeva, Arif Məhərrəmov Kinooperator: Ramiz Ağayev Bəstəkar: Səyavuş Kərimi Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Firəngiz Quliyeva, Gülşən Quliyeva, M.Nanaziaşvili, Cahangir Süleymanov, Hüseyn Cavid İsmayılov Rəssam: Tamilla Əsgərova, Y.Bekker, Mehriban Əfəndiyeva, Lalə Məmmədova Rejissor assistenti: Sima Qurbanova (mövqe göstərilməyib) Assistent: Ziya Xəqani, Arifə Hatəmi Montaj edən: Nisə Hacıyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qaravəlli (Ağcabədi)
Qaravəlli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaravəlli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qaravəlli kəndi Gələbədin kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaravəlli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Tarixi == Kənd XVII əsrdən bəri obalardan ibarət olub (Belqışlaq, Qaraqışlaq, Güllüqışlaq v.s.). XIX əsrdən Yelizavetpol quberniyasının Şuşa qəzasına daxil olub. Kolxozlaşma gedişində yuxarıda sayılan obalar bir yerə cəmləşdirilib. Kolxoz sistemi yaranandan sonra əhalinin tərəkəmə həyat tərzinə son qoyulur. Burdakı əhali əksərən tərəkəmə Qaravəlli elatından olanlardır. Zaman keçmiş və insanlar bu kəndin coğrafiyasına uyğunlaşmışlar. Qaravəlli elatının yaşı min ildən çoxdur. Qoca tarixin yazdığına görə Oğuz xanın 6 oğlundan böyüyü Gün xanın dördüncü (sonbeşik) oğlu Qaraevli idi.
Qaravəlli (Ağsu)
Qaravəlli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Qaravəlli (Balakən)
Qaravəli — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Qaravəlli (Neftçala)
Qaravəlli — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd.
Qaravəlli (Zərdab)
Qaravəlli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qaravəlli Zərdab rayonunun qədim və zəngin tarixə malik kəndlərindən biridir. Qaravəllilər əvvəllər yarımköçəri maldarlıqla məşğul olmuş, Kür vadisinə XIX əsrin ikinci yarısında həmişəlik gəlmiş və əsasən oturaq həyata keçmişlər. Əlisəfa Məmmədov "Qarayazı düzündən Xəzər dənizinə qədər" kitabında yazır ki, Azərbaycanın qədim türkdilli tayfalarından olan qaravəllilər XX əsrin əvvəllərinə qədər əsasən Şirvanda, Araz boyunca – Mildə, Muğanda yaşayırdılar. Bu vaxt onların Şirvanda Qaravəlli-Alməmməd (ona Xanlıq da deyirdilər) və Qaravəlli (Tapdıq), Qaravəlli-Qambaybəy, Muğanda Qaravəlli, Arazın sol sahilində – Mil düzündə isə Qaravəlli və Minaxarlı (Qaravəlli) kəndləri olmuşdur. Şimali Azərbaycanda Qaravəlli adlı 8 kənd vardı. Qaravəllilər indi Azərbaycanın Gədəbəy, Ağsu, Zərdab, Ağcabədi, Şamaxı, İmişli və Balakən rayonlarının ərazilərində yerləşirlər. Qaravəllinin yaşlı sakinlərinin rəvayət etdiyinə görə ilk dəfə bu əraziyə Vəli, onun ardınca, daha sonra isə Hacıaxund adlı biri gəlib. Onların hər üçü Araz qırağından olub. Vəli kişinin rəngi qara olduğuna görə bu kəndin adını elə Qaravəlli qoyublar.
Qaravəlli (İsmayıllı)
Qaravəlli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Qaravəlli (Şamaxı)
Qaravəlli — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı rayonu Mirikənd i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində “Şor dərə” çay dərəsi hövzəsindədir. Əhalisi 1143 nəfərdir (2009), 278 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Keçmiş adı Qaravəlli Qambay bəy olmuşdur. 1886 il əhalinin siyahıyaalmasında Şamaxı qəzasında Qaravəlli Qambaybəy köçünün (54 ailə, 272 nəfər) qeyd edilən ərazidə yaşadığı göstərilir. Qambay bəy adlı birisinə mənsub qaravəlli ailələri 19 əsrin 80-ci illərində Daştulan adlı yerdə oturaqlaşaraq kənd salmışlar. Kənd tayfanın adını daşıyır. == Əhalisi == 1919-cu il tarixində ermənilər tərəfindən 66 evlik Qaravəlli kəndində 40 kişi, 50 qadın, 30 uşaq öldürülmüşdür.
Qaravəlli (ədəbiyyat)
Qaravəllilər— Auditoriyanı güldürməyə xidmət edən, yumoristik məzmunlu nağıllara kiçik müqəddimə. Nəzmlə söylənir və əsasən satirik mahiyyət daşıyır.
Qaravəlli bələdiyyəsi
Qaravəlli bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Qaravəlli bələdiyyəsi (Ağcabədi) — Ağcabədi rayonunda bələdiyyə. Qaravəlli bələdiyyəsi (Zərdab) — Zərdab rayonunda bələdiyyə.
Qravelot döyüşü
Seynt - Priva- Qravelot vuruşu (Saint - Privat - Gravelotte) - Fransa–Prussiya müharibəsi gedişində 18 avsqust 1870-ci ildə Mets şəhərindən 12 km şim.-qərb və qərbdə yerləşən bu iki kənd ərazisində fransız Reyn ordusu ilə 1-ci və 2-ci alman orduları arasında baş vermiş döyüş. == Döyüşün gedişi == Vuruşun başlanmasına marşal A. Bazenin Reyn ordusu(130 min adam 450 top) yaxşı təchiz olunmuş Ronkur, Sen - Priva, Qravelot mövqelərini tuturdu. Mövqenin sol cinahı Metsın fortlarına dayanırdı. Qoşunlarının əsas qüvvələrini Bazen mövqenin mərkəzində və sol cinahında yerləşdirmişdi. Prus kralı I Vilhelmin komandanlığı( faktiki olaraq - qərargah rəisi X.Moltkenin) altında 1-ci alman ordusu və 2-cinin yarısı(ümumiyətlə 220 min adam 726 top), kəşfiyat işini təşkil etmədən, şimala hərəkət edərkən franszı ordusu ilə qarşılaşdılar. Moltke, franszı qoşunlarının dislokasiyasını yanlış müəyyən edərək, öz qoşunlarının əsas zərbəsini fransız mövqelərinin mərkəzinə yönəltdi. 9-cu, sonra 8-ci və 7-ci korpuslar cəbhə hucumları ilə müdafiyəni yarmaq və fransız mövqelərini tutmağa çalışırdılar. Lakin onların sıx rota sütunları yivli Şaspo tüfəngləri ilə silahlanmış fransız atıcılarının atəşindən böyük itki verirdilər. Ancaq axşama yaxın alman qvardiya korpusu və 9 -10-cu korpusların briqadaları, atıcı zəncirlərə səpələnərək, artilleriyanın əzici üstünlüyü şəraitində, franszıları sıxışdıra bildilər, Sen-Priva və Qravelotu tutdular. == Vuruşun sonu == Vuruşun sonunu, franszı mövqelərini dərin yandan alma təhlükəsi altına qoyan 12-ci alman korpusunun Ronkura hucumu həll etdi.
Qaravəlli-2 (1992)
== Məzmun == == Film haqqında == Film satirik xalq folklorunun motivləri əsasında çəkilmişdir.
Qaravəlli (film, 1989)
Qaravəlli (rus. Гаравелли) — Azərbaycan cizgi filmi. == Məzmun == Müəlliflər burada xalqımızın sevimli qəhrəmanları vasitəsilə bugünkü problemlərimizdən söhbət açırlar. == Film haqqında == Cizgi multiplikasiya filmində Azərbaycan şifahi xalq yaradıcılığından istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Arif Məhərrəmov Kinorejissor: Arif Məhərrəmov Quruluşçu rəssam: Yelena Qolubeva, Arif Məhərrəmov Kinooperator: Ramiz Ağayev Bəstəkar: Səyavuş Kərimi Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Firəngiz Quliyeva, Gülşən Quliyeva, M.Nanaziaşvili, Cahangir Süleymanov, Hüseyn Cavid İsmayılov Rəssam: Tamilla Əsgərova, Y.Bekker, Mehriban Əfəndiyeva, Lalə Məmmədova Rejissor assistenti: Sima Qurbanova (mövqe göstərilməyib) Assistent: Ziya Xəqani, Arifə Hatəmi Montaj edən: Nisə Hacıyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qaravəlli bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaravəlli bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaravəlli-2 (film, 1992)
== Məzmun == == Film haqqında == Film satirik xalq folklorunun motivləri əsasında çəkilmişdir.
Sen-Priva - Qravelot döyüşü
Seynt - Priva- Qravelot vuruşu (Saint - Privat - Gravelotte) - Fransa–Prussiya müharibəsi gedişində 18 avsqust 1870-ci ildə Mets şəhərindən 12 km şim.-qərb və qərbdə yerləşən bu iki kənd ərazisində fransız Reyn ordusu ilə 1-ci və 2-ci alman orduları arasında baş vermiş döyüş. == Döyüşün gedişi == Vuruşun başlanmasına marşal A. Bazenin Reyn ordusu(130 min adam 450 top) yaxşı təchiz olunmuş Ronkur, Sen - Priva, Qravelot mövqelərini tuturdu. Mövqenin sol cinahı Metsın fortlarına dayanırdı. Qoşunlarının əsas qüvvələrini Bazen mövqenin mərkəzində və sol cinahında yerləşdirmişdi. Prus kralı I Vilhelmin komandanlığı( faktiki olaraq - qərargah rəisi X.Moltkenin) altında 1-ci alman ordusu və 2-cinin yarısı(ümumiyətlə 220 min adam 726 top), kəşfiyat işini təşkil etmədən, şimala hərəkət edərkən franszı ordusu ilə qarşılaşdılar. Moltke, franszı qoşunlarının dislokasiyasını yanlış müəyyən edərək, öz qoşunlarının əsas zərbəsini fransız mövqelərinin mərkəzinə yönəltdi. 9-cu, sonra 8-ci və 7-ci korpuslar cəbhə hucumları ilə müdafiyəni yarmaq və fransız mövqelərini tutmağa çalışırdılar. Lakin onların sıx rota sütunları yivli Şaspo tüfəngləri ilə silahlanmış fransız atıcılarının atəşindən böyük itki verirdilər. Ancaq axşama yaxın alman qvardiya korpusu və 9 -10-cu korpusların briqadaları, atıcı zəncirlərə səpələnərək, artilleriyanın əzici üstünlüyü şəraitində, franszıları sıxışdıra bildilər, Sen-Priva və Qravelotu tutdular. == Vuruşun sonu == Vuruşun sonunu, franszı mövqelərini dərin yandan alma təhlükəsi altına qoyan 12-ci alman korpusunun Ronkura hucumu həll etdi.
Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbi
Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbi — Qaravəlli kəndində orta məktəb. == Tarixi == Yeni məktəb binası şagirdlərin istifadəsindədir, məktəb kompyuret ilə təmin olunub.