Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədiilik
Bədiilik — estetik kateqoriya; ədəbiyyat və incəsənət əsərlərinin əsas spesifik xüsusiyyəti; sənətdə gözəllik meyarı, yaradıcı əmək məhsulunun keyfiyyət və elementlərinin məcmusu. Bədiiliyin əsas prinsipini tarixilik, yəni cəmiyyətin ayrı-ayrı inkişaf dövrlərinin bədii funksiyalarının həmin dövrün konkret vəzifə və tələbləri ilə dialektik üzvi bağlılığı təşkil edir. Bədiiliyin zəruri amili və şərti bədii istedaddır. Bədiilik üç əsas aspektin vəhdəti kimi dərk edilməlidir: yaradıcı şəxsiyyət və yaradıcılıq prosesi; bədii əsər və onun vahid bədii sistemi; qavrayış prosesi. Bədiilikdə əsərin zamanla, dövrlə əlaqəsi, onun dərin ictimai-fəlsəfi dəyəri mühüm əhəmiyyət kəsb edir. Bədiilik bu və ya başqa məzmundan irəli gələn əsas bədii ifadə vasitələrinin uyğunluğu, daxilən təşkil olunması deməkdir. Bu, müəllifin istedadından və yaradıcılıq təcrübəsindən, sənətkarlığından, bədii əsərin məzmunundakı ideya gerçəkliyinin nə dərəcədə əhəmiyyətli olmasından asılıdır. Bədiiliyin mühüm şərtlərindən biri də əsərin kamil bədii dildə olmasıdır. Holland rəssaamı Van Qoqun "insanları sevmək qədər bədii heç bir şey yoxdur" sözləri bədiilik meyarının emosional-psixoloji tərifini təşkil edir. Geniş mənada bədiilik sənətşünaslıq kateqoriyası olub, ictimai şüurun başqa növlərindən fərqli olaraq həyatın obrazlı — bədii inikasını verən sənətin ümumi növ əlamətini bildirir.
Məliklik
Məliklik — xandan asılı vəziyyətdə olan, məlik tərəfindən başçılıq edilən kiçik feodal mülkiyyəti. Azərbaycanda XVIII əsrin 40-cı illərində Qarabağda 5 məliklik – Vərəndə, Dizaq, Gülüstan (Talış), Xaçın və Cəraberd məliklikləri var idi. Bu məlikliklər Qarabağ xanlığının xanına tabe idilər.
Sidiklik
Sidiklik və ya qədim türkcə Qovuq (lat. vesica urinaria; yun. cystis) sidik-ifrazat sisteminə aid üzv. Sidik üçün bir anbar funksiyasl daşıyır və özü də kişik çanaqda, kişilərdə qasıq birləşməsi ilə düz bağırsaq arasında və qadınlarda qasıq birləşməsinin arxasında, uşaqlıq və uşaqlıq yolunun önündə yerləşmişdir. Sidikliyin yuxarı doğru baxan zirvəsi - lat. apex vesicae (vertex vesicae BNA), aşağı tərəfə çevrilmiş dibi - lat. fundus vesicae və ortada cismi - lat. corpus vesicae vardır. Sidikliyin iki ın və dal səthi iki sağ və sol kənarları vardır. Ön səthi qasıq birləşməsinə və dal səthi kişilərdə düz bağırsağa, qadınlarda isə uşaqlıq və uşaqlıq yoluna baxır.
Gədikli
Fəthi Gədikli – Türkiyə hüquqçusu, hüquq elmləri doktoru, professor, diplomat.
Fəthi Gədikli
Fəthi Gədikli (türk: Fethi Gedikli; (doğumu: 5 yanvar 1960) – Türkiyə hüquqçusu, hüquq elmləri doktoru, professor, diplomat. == Həyatı == Fəthi Gədikli 5 yanvar 1960-cu ildə Türkiyənin Akçaabat bölgəsinin Kuruçam kəndində doğulmuşdur. İbtidai və orta məktəbi doğulduğu kənddə tamamladıqdan sonra, 1979-1980-ci illərdə Hacettepe Universitetində ingiliscə hazırlıq, 1984-cü ildə İstanbul Universitetində hüquq fakültəsini bitirmişdir. === Ailəsi === Evlidir, üç övlad atasıdır. == Fəaliyyəti == 1988-1989-cu illərdə İngiltərənin Birmingham və London Universitetlərində bir il, 1992-ci ildə Misirin Qahirə Universitetində 10 aya yaxın bir müddətdə araşdırma aparmışdır. 1985-ci ildə Mərmərə Universiteti Hüquq fakültəsində elmi fəaliyyətə başlamışdır. 1989-cu ildə elm mütəxəssisi olmuş, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1998-ci ilə dosent elmi adına yiyələnmişdir. Fəthi Gədikli, 2004-cü ilin iyunundan 2007-ci ilin avqustuna qədər Azərbaycanda Mədəniyyət ve Tanıtma Müşaviri olaraq çalışmışdır. 2008-ci ildə Mərmərə Universitetində professor elmi dərəcəsi alan Fəthi Gədikli, Bakı, Astana, Almatı, Pavlodar və Leidendə mühazirələr oxumuşdur.
Yusif Gədikli
Yusif Gədikli (türk. Yusuf Gedikli; 1954) — Türkiyə ədəbiyyatşünası, publisisti və tərcüməçi == Həyatı == 1954-cü ildə Trabzona bağlı Akçaabat ilçəsinin Kuruçam kəndində anadan olmuşdur. İbtidai məktəbi doğulduğu kənddə (1967), orta məktəbi Akçaabatda (1970), lisey təhsilini Vanda (1974) bitirmişdir. 1975-1980-ci illərdə Ərzurum Atatürk Üniversiteti Ədəbiyyat fakültəsinin türk dili və ədəbiyatı bölümündə təhsil almışdır. Universitetdən “Hüseyn Cavid Rəsizadənin “Uçurum” və “İblis” dramları üzərində bir çalışma; incələmə - mətn” mövzusunda yazdığı araşdırma ilə məzun olmuşdur. Magistratura 1992-ci ildə İstanbul Universitesinin jurnalistika bölümünü bitirmişdir. “Azərbaycan mətbuatında əlifba müzakirələri (1990-1992) mövzusunda magistr dissertasiyası müdafiə etmişdir. 1993-1995-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda doktorantura təsili almış,“Şəhriyarın həyatı və sənəti (türkcə divanı əsasında)” mövzusunda (17 mart 1995) dissertasiya müdafiə etmişdir. 1974- 2001-ci illərdə Türkiyənin Zonguldak, Ərzurum, Trabzon, Ankara və İstanbul şəhərlərində sağlık məmuru, müəllim və rəhbər vəzifələrdə çalışmışdır. Güzin xanımla evlilikdən Betül ve Mustafa adlı iki övladı vardır.
10 qəpiklik sikkə
10 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 10 qəpiklik sikkələr Qarabağ mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 10 qəpiklik sikkələr latunla örtülmüş qızılı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 10 qəpiklik sikkələrin ölçüsi isə 22,25 mm, çəkisi isə 5,25 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
1 qəpiklik sikkə
1 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. Bu sikkə Azərbaycanın digər sikkələri ilə müqayisədə ən aşağı nominal dəyərə malikdir. == Mövzusu == Hazırda dövriyyədə olan 1 qəpiklik sikkələr mədəniyyət mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 1 qəpiklik sikkələr mislə örtülmüş qırmızı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsü və kütləsi == 2006-cı ildə dövriyyəyə buraxılmış 1 qəpiklik sikkələrin ölçüsi isə 16,25 mm, kütləsi isə 2,8 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
20 qəpiklik sikkə
20 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 20 qəpiklik sikkələr təhsil və gələcək mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 20 qəpiklik sikkələr latunla örtülmüş qızılı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 20 qəpiklik sikkələrin ölçüsi isə 24,25 mm, çəkisi isə 6,6 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
3 qəpiklik sikkə
3 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 3 qəpiklik sikkələr yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 3 qəpiklik sikkələr mislə örtülmüş qırmızı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 3 qəpiklik sikkələrin ölçüsi isə 18 mm, çəkisi isə 3,45 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
50 qəpiklik sikkə
50 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 50 qəpiklik sikkələr iqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan yeganə bikolor sikkə – 50 qəpiklik sikkələr latun və nikellə örtülmüş ikirəngli – qızılı və gümüşü rəngdədir. Yan tərəfləri fərdi üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 50 qəpiklik sikkələrin ölçüsi isə 25,5 mm, çəkisi isə 7,7 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
5 qəpiklik sikkə
5 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. 2023-cü ildə yenilənmiş 5 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb. Hər iki sikkə paralel olaraq dövriyyədə olacaq. == Mövzusu == Hazırda dövriyyədə olan 5 qəpiklik sikkələr tarix mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 5 qəpiklik sikkələr mislə örtülmüş qırmızı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 5 qəpiklik sikkələrin ölçüsi isə 19,75 mm, çəkisi isə 4,85 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
Üç qəpiklik opera
Üç qəpiklik opera (alm. Die Dreigroschenoper‎) — alman dramaturqu Bertolt Brextin məşhur pyesi. Əsər ilkd dəfə 1928 31 avqust tarixində Berlinin Şifbauerdamm teatrında tamaşaya qoyulmuşdur. == Personajlar == Makxit, Bıçaq Mekki ləqəbli soyğunçu Conatan Ceremiya Piçem, "Yoxsul dostu" firmasının sahibi Seliya Piçem, onun arvadı Polli Piçem, onun qızı Braun, London polisinin şefi Lüsi, onun qızı Cenni Malina Smit Kimbl, keşiş Filç Küçə müğənnisi Banditlər Dilənçilər Fahişələr Polis çavuşu == Süjet == 1920-ci illərə aid pyesin val yazısı bu sözlərlə başlayır: Pyesin girişi: Hadisə İngiltərədə, Londonun Soxo rayonunda vaqe olur. “Yoxsullar dilənirlər, oğrular çalıb-çapırlar, avaralar avaralanırlar”. Bazar meydanında küçə müğənnisi yerli quldur Bıçaq Mekkinin törətdiyi əməllərdən söhbət açır. Törətdiyi cinayətlərə görə cəzalandırılmayan Bıçaq Mekki rəsmi olmasa da ərazinin tam sahibidir. Mekxit, atası yerli söz sahibi olan gözəl Polli Piçemə evlənməyə hazırlaşır, lakin Conatan Ceremiya Piçem qızını kiməsə ərə vermək fikirində deyil. Polli Piçemin atası Conatan Ceremiya Piçem, "Yoxsul dostu" firmasının sahibidir. Londonun 14 rayonunda dilənçilik etmək istəyən hər kəs "Yoxsul dostu" firmasından lisensiya almağa və gündəlik gəlirlərinin 50%-ni bölüşməyə borcludur.
Gedikli (Duzluca)
Gedikli — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Tavusgün kimi qeyd olunur. Ermənilər 1919-cu il avqustun 12-də Tavusgün (Gədikli) kəndinə basqın edərək kəndin bütün əhalisini qətlə yetirmişdilər.