Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xiphophorus hellerii
Yaşıl qılıncbalıq (lat. Xiphophorus hellerii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin poeciliidae fəsiləsinin qılıncbalıq cinsinə aid heyvan növü. Yaşıl qılıncbalıq əsasən gur axıntıya sahib Mərkəzi Amerika çaylarında, istiliyi 20-30 dərəcəyə çatan şirin sularda yaşayır. Bu balıqlar üçün ideal su istiliyi +26-28 dərəcədir. Dişi fərdlər erkək fərdlərdən daha böyük olur. Erkək fərdlər quyruqlarında qılıncı xatırladan çıxıntı ilə fərqlənir. Yosunla qidalanırlar, quru yemlərinin tərkibində spirulinanın olması sağlam inkişafları üçün vacib əhəmiyyət daşıyır. Yağlanmamaları, iç parazitlərin meydana gəlməməsi üçün canlı yem və bol zülallı qidalarla az bəslənmələri gərəkdir. Erkək fərdlər bir-birinə qarşı aqressiv davranır; ancaq akvariumdakı başqa balıq növləri ilə yaxşı yola gedirlər. Əsasən suyun orta və üst hissəsində üzürlər.
Mentha pulegium f. hellenica
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid biki növü. == Qısa morfoloji təsviri == Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5-10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10-15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5-7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. == Yayılması == == Arealı == Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.
Journal of Hellenic Studies
Journal of Hellenic Studies (qısaca JHS) — Britaniya jurnalıdır, Qədim Yunanıstanın dilinə, mədəniyyətinə, arxeologiyasına həsr edilib. Bundan əlavə, ellinistika (yəni Qədim Yunanistan) mövzusu ilə əlaqədar olan bəzi ədəbiyyat də nəşr olunur. "Təşviqi ellinistika Cəmiyyəti" tərəfindən ildə yalnız bir dəfə çap olunur.