Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vələver
Vələver — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Toponimikası == Zəngəzur silsiləsinin ətəyindədir. Oykonim vələ (təpəlik) və ver (yuxarı) komponentlərindən düzəlib. Təpəlik yer yüksəklik mənasındadır. == Əhalisi == Əhalisi 555 nəfərdir.
Dələver çayı
Dələver çayı - Borçalı bölgəsinin Bolnisi rayonu ərazisində kiçik dağ çayı. Maşavera çayının sağ qollarından biridir. Uzunluğu təqribən 30 km.-dir. Mənbəyini dəniz səviyyəsindən təqribən 1400 m. yüksəklikdə yerləşən Bejanazan adlı yerdən götürür və 390 m. hündürlükdə Maşaveraya qovuşur. Çayın düşməsi təqribən 1000 metrə, orta meylliyi 1,9°-yə bərabərdir. Yaz və payız aylarında sel və daşqınların səciyyəvi olduğu çayın aşağı axarları quraqlıq dövrlərdə quruyur. Rayonun Faxralı və İmirhəsən kəndləri bu çayın üzərində yerləşir. Suyundan əkinçilik və bağçılıqda istisadə olunur.
Vələver nekropolu
Vələver nekropolu — Ordubad rayonunun Vələver kəndindən şərqdə, təpənin üzərində arxeologi abidə. Nekropol q.-ş. istiqamətinə yönəldilmiş müsəlman qəbirlərindən ibarətdir. Qəbirlərin ətrafına dördkünc formada çay daşları düzülmüş bəzi qəbirlərin üzərində isə daş yığınları meydana gəlmişdir. Qəbirlərin bəzisinin üzərində qoç daşlar vardır. Baş daşlarının əksəriyyəti yonulmamış qaya parçalarındandır. Lakin yonulmuş baş daşlarına da rast gəlinir. Onlar dördkünc olub, yuxarıda tağşəkilli formaya malikdir. Baş daşlarının bəzisində ərəb əlifbası ilə kitabə vardır. Nekropol XIV–XVIII əsrlərə aid edilir.