Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sənətçi
İncəsənət xadimi və ya artist — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Ələkçi
Ələkçi — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ələkçi toponiminin yaranması haqqında bir neçə variant mövcuddur. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti kitabında Ələkçi kəndinin XIX əsrdə qasımuşağı tayfasının oturaqlaşması nəticəsində yarandığı qeyd edilir. Toponimin qasımuşağı tayfasına məxsus olan ələkçi nəslinin adı ilə bağlı olması deyilir. Əslində isə Ələkçi kəndində qasımuşağı tayfasının nə “ələkçi nəsli (tirəsi)”, nə də bu ərazilərdə vaxtilə məskunlaşan digər belə bir tayfa yaşamamışdır. Ələkçi kəndinin ərazisi hələ 1727-ci ildə Mağavuz nahiyəsi Xaçın məlikliyinin tərkibində qərar tutduğu bir vaxtda Osmanlı dövləti oba, kənd, qışlaq və məzrələri siyahıya alan zaman kəndin adını Ələhi kimi qeyd edib. Bu toponim nə xalq, nə tayfa (tirə), nə də peşə, sənət sözlərindən düzəlməmişdir. Sadəcə olaraq bu ad uzun illər ərzində öz ilkin formasını qismən dəyişmiş, coğrafi mövqeyi ifadə edən qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır. Ələkçi kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur.
Təzəkçi (Duzluca)
Təzəkçi — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kəndin adı XV əsrə aiddir. Əsrin əvvəllərində regionda əmir olmuş Tizək bəyin adından gəlir. 1928-ci il qeydlərində Təzəkçi kimi qeyd olunan kənd, 1968-ci il qeydlərində Özlü kimi qeyd olunur. Kənd 2014-cü ildə yenidən "Təzəkçi" adlandırılmışdır.
Hənəfi Terequlov
Məmməd Hənəfi Həsən oğlu Terequlov (əsl adı:Məhəmmədhənifə Həsən oğlu Terequlov; 27 noyabr 1877, Tiflis – 18 dekabr 1942, Bakı) — Azərbaycan aktyoru, opera müğənnisi, bariton, teatr xadimi və ictimai xadim, Azərbaycanda opera xorunun banilərindən biri. == Həyatı == Hənəfi Terequlov Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Hacıbəylinin qardaşıdır. Zaqafqaziya (Qоri) Müəllimlər Seminariyasının məzunu olmuşdur. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) — rol: Vəli Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 17–20.
Hənəfi Zeynallı
Zeynallı Hənəfi Baba oğlu (1896, Bakı – 13 oktyabr 1937, Bakı) — müəllim, ədəbiyyatşünas, tənqidçi, folklorşünas, mətnşünas, Azərbaycan şifahi xalq ədəbiyyatının ilk tədqiqatçılarından biri,1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Hənəfi Zeynallı 1896-cı ildə Bakının Mərdəkan qəsəbəsində, dəmirçi-nalbənd ailəsində anadan olmuşdur. Babası nalbənd Zeynalabdin bütün Abşeron yarımadasında, həmçinin, Mərdəkan kəndində mahir sənətkar kimi tanınmışdır. Hənəfi Zeynallı altı yaşında olarkən atası vəfat etmişdir. O, kiçik yaşlarından anasının himayəsində yaşamışdır. === Təhsili === Zeynallı yeddinci rus-tatar məktəbinə daxil olmuş, on iki yaşında məktəbdə oxuya-oxuya ailəsini dolandırmaq üçün çəkmə silməklə, qəzet satmaqla məşğul olmuşdur. O, rus-tatar məktəbini bitirdikdən sonra Bakıda Alekseyev adına 3 nömrəli ali-ibtidai məktəbdə təhsilini davam etdirmişdir.Hənəfi Zeynallı 1916-cı ildə həmin məktəbi uğurla bitirir. Daha sonra imtahan verib müsabiqə yolu ilə ali-texniki məktəbə daxil olur. Eyni zamanda, Moskva-Nijniqorod dəmiryol baş idarəsində işləyir. Bu illərdə o, tələbələrin gizli inqilabi fəaliyyətləri ilə tanış olur və fəal tələbə-inqilabçılardan birinə çevrilir.
Hənəfi məzhəbi
Hənəfi məzhəbi — 4 sünni məzhəbindən biri. Əhli-sünnə yolunun davamçılarının böyük hissəsi bu məzhəbi yaşayır. Məzhəbin qurucusu böyük İslam alimi Əbu Hənifədir (əsl adı Numan bin Sabit) (699-767). Hənəfilik Türkmənistan, Əfqanıstan, Türkiyə, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, İordaniya, Tatarıstan, Başqırdıstan, Suriya, İraqın mərkəzi şəhərləri (Ramadi, Bağdad, Tiqrit), İranın Xorasan əyalətində, Cibuti, Bosniya və Herseqovina, Banqladeş, Şri-Lanka və Çinin Sincan-Uyğur Muxtar Rayonunda yayılmışdır. Hənəfi məzhəbi dörd sünni məzhəbinin əhali baxımından ən genişidir. Davamçıları bütün İslam aləminin %56-ni təşkil edirlər. Hənəfi məzhəbi Abbasilər Xilafətinin və Osmanlı dövlətinin rəsmi məzhəbi olmuşdur [mənbə göstərin]. == Hənəfi məzhəbinin əsasları == Hənəfi məzhəbi Şeyxülislam İmam-Əzəm Əbu Hənifənin ictihadları əsasında formalaşmışdır. Onun tələbələri Əbu Yusuf, Şeyx Züfar və Məhəmməd bin əl-Hasan tərəfindən İmam-Əzəmin fikirləri saxlanılmış, sistemləşdirilmiş və gələcək İslam nəsillərinə ötürülmüşdür. Hənəfi məzhəbində hökm vermənin əsasları: Quran Sünnə (səhabələrdən gələn hədislər) İcma Qiyas2007-ci ildə Hənəfi məzhəbi Tacikistanın rəsmi məzhəbi elan edilmişdir..
Həsən Hənəfi
Həsən Hənəfi(23 fevral 1935, Qahirə – 21 oktyabr 2021) – Qahirə Universitetinin professoru və fəlsəfə kafedrasının rəhbəri olmuşdur. O müasir islam məsələlərində qabaqcıl mütəxəssis hesab edilirdi. == Həyatı == O, Misirin Qahirə şəhərində sənətçi ailəsində dünyaya gəlmişdi. Yeniyetməlik çağında skripkada ifa etməyi öyrənən Həsən həyatının sonrakı dövründə də bu məşğuliyyətini davam etdirdi. Gənclik illərində inqilabçı siyasi fəaliyyətlərdən ruhlanan Hənəfi Müsəlman Qardaşlığı təşkilatına maraq göstərirdi. Daha sonra Hənəfi Parisdə Sarbonna universitetində təhsil almışdır. == Fəlsəfəsi == Hənəfi fenomenologiya ilə məşğul olan Osman Aminin davamçısı idi və Husserlin metodundan bəhrələnərək klassik islam fəlsəfəsini rekonstruksiya və Avropa şüurunun inkişafını tənqid etdiyi bir trilogiya qələmə almışdır.
Yaqub Rzayev (sənətçi)
Yaqub Kazım oğlu Rzayev (1898, Bakı – 1975, Bakı) — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Yusif Dadaşov 1898-ci ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyovun "Koroğlu" operasındakı Koroğlu obrazında bu partiyanın ifaçısı Bülbüllə ilk roldaş (dublyor) olub.Lirik-dramatik tenor səsə malik Yaqub Rzayev Moskvadakı Böyük Teatra sənət təcrübəsi keçməyə göndərilmiş ilk peşəkar azərbaycanlı solist-ifaçıdır. O, 1975-ci ildə Bakıda vəfat edib.
Yekaterina Volkova (sənətçi)
Gözün hərəki siniri
Gözün hərəki siniri (lat. nervus oculomotorius) bir başlanğıc nüvəyə malikdir. Onun nüvəsi — lat. nucleus nervi oculomotorii böyük beyin ayaqcıqları qapağında, yuxarı təpəciklər səviyyəsində yerləşmişdir. Bu nüvənin altında kirpik əzələsini və göz bəbəyini daraldıcı əzələni innervasiya edən lat. nucleus accessorius (vegetativus) nervi oculomotorii (Vestfal-Edinger və ya Yakuboviç nüvəsi) və tən orta tək parasimpatik nüvə vardır. Gözün hərəki siniri böyük beyin ayaqcığının içəri tərəfində ayaqcıqlararası çuxurda — lat. sulcus medialis cruris cerebri deyilən şırımdan beyin əsasına çıxır. Buradan önə və bayır tərəfə dönərək, dal maili çıxıntının və mağaralı cibin bayır kənarı ilə göz yuvasının yuxarı yarığına çatır və bunun içəri bucağından (vətər halqasından) göz yuvasına daxil olub iki şaxəyə — lat. rami superior et inferior bölünür.
Hənəfi Mehmed Əfəndi
Hənəfi Mehmed Əfəndi (v. 1658, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == Naxçıvanda dünyaya gəlmişdir. Bir müddət burada təhsil gördükdən sonra İstanbula gəldi. İstanbulda müxtəlif müəllimlərdən dərslər aldı, məzun olduqdan sonra 40 axca maaşla müdərrisliyə başladı. 1625-ci ildə Təkirdağda Rüstəm Paşa mədrəsəsinə təyin edildi. Ertəsi il Osman Paşa mədrəsəsinə, iki il sonra Mehmed Paşa mədrəsəsinə, 1630-cu ildə Əsməhan Sultan mədrəsəsinə, 1631-ci ildə Sahn-ı səman mədrəsəsinə, ardından Ədirnədəki Bəyazid mədrəsəsinə və Səlimiyə mədrəsəsinə müdərris təyin olundu. 1634–1638-ci illərdə qazı olaraq Mədinədə xidmət göstərdi. Daha sonra Misir (1641–1643) və Ədirnə (1646–1647) qazısı oldu. 1648-ci ildə Anadolu qazəsgərliyinə gətirilsə də, həmin il bu vəzifədən alındı.
Albaniya Əməkçi Gənclər İttifaqı
Albaniya Əməkçi Gənclər İttifaqı (alb. Bashkimi i Rinisë së Punës së Shqipërisë) — Albaniya Əmək Partiyasının gənclər təşkilatı. 1949-cu ildə təşkil edilmişdir. Kommunist Albaniyada əsas siyasi təşkilatlar olmuşdur və Demokratik Cəbhənin bir hissəsi idi. İttifaqın yaşı on beşdən iyirmi beşə qədər olan 200 mindən çox üzvü var idi. İttifaqı bütün pioner təşkilatlarına nəzarət etmək, gənclər arasında partiya direktivlərini yerinə yetirmək, xüsusi təsərrüfat layihələri üzərində işləmək üçün əmək dəstələrini səfərbər etmək vəzifəsi daşıyırdı. Partiya və ya dövlət aparatında karyera qurmaq istəyənlər üçün ittifaqa üzvlük ilkin şərt idi.
Səid ibn Abdullah əl-Hənəfi
Səid ibn Abdullah əl-Hənəfi (ərəb. سعید بن عبد الله الحنفی‎) — Kərbəla döyüşündə şəhid olmuş Hüseyn ibn Əlinin səhabəsi. O, görkəmli şiə və Kufə əsilzadəsi kimi İmam Hüseynin Kufəyə dəvət olunmasında mühüm rol oynamışdır. O, kufəlilərin bir neçə mühüm məktubunu İmam Hüseynə çatdırdı. Onun çatdırdığı son məktub Müslüm ibn Əqilin İmam Hüseynə məktubu oldu. Həmin andan o, İmam Hüseyni Məkkədən Kərbəlaya qədər müşayiət etdi. Səid Aşuradan əvvəlki gecə Əhli-beytə sevgisini və İmam Hüseyni dəstəklədiyini sübut edən çıxışı ilə də yadda qalıb. == Nəsil == Səid (və ya Səd) ibn Abdullah əl-Hənəfi Adnan qəbiləsindən Bənu Bəkr ibn Vail nəslindən olan Bəni Hənifə ibn Lacim qəbiləsindən idi. O, cəsarəti və təqvası ilə məşhur olan Kufənin məşhur zadəganlarından idi. == İmam Hüseynə qoşulması == === Kufəlilərin məktubunun çatdırılması === Müaviyə ibn Əbu Süfyanın vəfatından sonra Kufə şiələri Hüseyn ibn Əliyə bir neçə məktub yazıb onu öz şəhərlərinə dəvət etdilər.
Bulbophyllum henrici
Bulbophyllum henrici (lat. Bulbophyllum henrici) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.