Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəşfül-Həqayiq
Kəşfül-Həqayiq və ya tam adı ilə Kitabi-Kəşfül-Həqayiq ən-Nukətil-Ayəti vəd-Dəqayiq (ərəb. کتاب کشف الحقایق عن نکت الایات والدّقایق‎; azərb. Ayələrin məna və incəlikləriylə həqiqətlərinin açıqlanması‎) — Mirməhəmməd Kərim Bakuvinin yazdığı azərbaycanca ilk Quran təfsiri (tərcüməsi). == Haqqında == Kitab 3 cilddə yazılmışdır. == Nəşr == Kitab ilk dəfə 15 Şaban 1322 / 7 yanvar 1904-cü ildən - 22 Zülqadə 1323 / 1906-cı ilə qədər Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə Tiflisdə senzura icazəsi ilə Kaspi qəzetinin Buxariyyə mətbəəsində 3 cilddə və ümumilikdə 2500 səhifədə çap olunmuşdur.Əsərin 2-ci-yeni nəşri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən, 3 cilddə və cəmi 1776 səhifədə 2014-cü ildə Bakıda edilmişdir. == Tənqid == Molla Nəsrəddin jurnalı H. Z. Tağıyevi belə bir əsəri nəşr etdirdiyinə görə qınamışdır. == Həmçinin bax == == İstinadlar == == Ədəbiyyat == əl-Bakuvi. Kəşfül-Həqayiq. I cild. Bakı.
Əz-Zəqaziq
Əz-Zəqaziq (ərəb. الزقازيق‎) — Misirdə şəhər, əş-Şərqiyyə mühafəzəsinin inzibati mərkəzi. Əhalisi təxminən 383.703 nəfərdir (2017).
Şadbad-i Məşayiq (Təbriz)
Şadbad-i Məşayiq (fars. شادبادمشايخ‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Kəndlilərin özləri bu kəndi "Pinə Şalvar" adlandırırlar. Xondəmir Qiyasəddin, Həbib əs-Seyr tarixinin müəllifi bu kəndin adını "Piran Şirvan" (fars. پیران شروان Şirvanın Pirləri) olaraq qeyd etdib. Azərbaycan şairi Qətran Təbrizi burada anadan olmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4,317 nəfər yaşayır (1,086 ailə).
Qayıq
Qayıq — qədim su nəqliyyatı vasitəsi, su nəqliyyatının ən mükəmməl növü. == Tarixi == Qayıq Neolit dövründən məlumdur. İlk qayıqları qalın və uzun ağac gövdəsinin içini daş alətlərlə oyub düzəldirdilər. Qədim zamanlarda heyvan dərisindən, papirusdan və s.-dən də qayıq hazırlanırdı. Qayığın hərəkətini asanlaşdırmaq və sürətini artırmaq məqsədilə ağacın alt hissəsini yonub yastı hala salır, qabaq tərəfini isə nazildib itiləşdirirdilər. Belə qayıqlar ilk dəfə avstraliyalılar tərəfindən yaradılmışdı. E.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində dəniz və çaylarda yük daşımaq üçün avarlı və yelkənli qayıqlar hazırlanırdı. Qayıq Azərbaycanda da qədimdən məlumdur. Qobustan qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş həkk edilmiş qayıq təsvirləri Azərbaycanın qədim sakinlərinin, Azərbaycanda yaşamış tayfaların hələ e.ə.
Səğayiş (Azərşəhr)
Səğayiş (fars. صغايش‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 660 nəfər yaşayır (159 ailə).
Kələk (qayıq)
XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bölgəsi üçün səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən kələk belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə su nəqliyyatı vasitəsi kimi pələ ilə oxşarlıq təşkil etsə də, ölçülərinə və yükgötürmə qabiliyytəinə görə pələ kiçik, kələk isə nisbətən iri ölçüdə hazırlanırdı. Kələk isə öz həcminə görə pələdən üç-dörd dəfə iri düzəldilirdi. Adətən bir kələyin düzəldilməsi üçün 5–6 m uzunluğunda beş ədəd ağac, təxminən bir o qədər də atmalar gərək olurudu. Kələyə bağlamış tuluqların sayı isə 12-16 ədədə çatırdı. Kələk də çəp vasitəsilə idarə olunurdu və təxminən 150-170 puda qədər yük götürə bilirdi. Culfanın Yaycı kəndi ərazisində "Kələkişləyən yer" adlanan sahə indi də qalamqdadır. Buradan suya salınan kələk Üçtəpədə digər sahilə çıxa bilirdi.
Sualtı qayıq
Sualtı qayıq — uzun müddət su altında müstəqil əməliyyatlar icra edə bilən gəmi növüdür. Su sıxışdırma həcmi 26000 t olan sualtı qayıqlara sualtı gəmilər də deyilir. Sualtı qayıqlar bir çox ölkələrin hərbi-dəniz qüvvələrinin tərkib hissəsidir. Onların üstün cəhətləri gizli olmalarıdır. Bu xassələrdən hərbdə geniş istifadə olunur. == Tarixi == İnsanların suyun altında mümkün qədər çox qalma arzuları uçmağa canatma qədər qədimdir. Ona görə də, adamlar uyğun qurğuların yaradılamsı ilə məşğul idilər. Antik dövrdən Aristotel və Plini bu haqqda xəbər verirlər. Hətta Böyük İskəndərin də Aralıq dənizində kürənin içərisində suya baş vurması haqqında məlumatar var. Bizə gəlib çatan cizgilər arasında XIII əsrdə anadan olmuş Qudo Vigevano tərəfindən işlənmiş sualtı qayıqları da var.
Yal (qayıq)
Yal qayığı (nid. jol; adətən Yalik olaraq adlandırılır) — yüngül yelkənli qayıq və ya yelkənli, avarlı qayıq. Bu qayıqlar əsasən iri gəmilərin sahillə əlaqəsinin təminatında, yüngül yüklərin və insanların daşınmasında və gəmilərin təmirində istifadə edilir. Həmcinin idman-turizm istiqamətli məqsədlərə xudmət edir. Altı yelkənli qayığın yalnız bir dor ağacı olur. Dor ağacı əsasən tozağacı və ya şamdan hazırlanır. Uzunluğu 5,5 metrdir. Hazırlanması və materialına görə fərqlənirlər: taxta lövhə — YAL-6, YAL-4, YAL-2, şpondan — YALŞ-6, YALŞ-4, YALŞ-2, plasmasdan — YALP-6, yüngül lehimli materialdan — YALA-6. == Altı yelkənli yal == YAL-6 və ya Altı yelkənli yal — qayıqlar əsasən taxtadan hazırlanır. Uzunluğu 6,11 metr, eni 1,85 metrdir.
Tısbağa (sualtı qayıq)
Tısbağa (ing. Turtle) — Hərbi məqsədlər üçün yaradılmış ilk sualtı qayıq. Amerikalı müharibə veteranı Devid Buşnel (1740 – 1824) tərəfindən ixtira olunmuşdur. Tısbağa suyun altında düşmən gəmilərinə yaxınlaşaraq dəniz minasını gəminin alt hissəsinə yerləşirir və ərazidən uzaqlaşdıqdan sonra mina partladılırdı. Tısbağadan ilk dəfə ABŞ İstiqlal müharibəsi dövründə Britaniya Donanmasının gəmilərinə qarşı istifadə olunmuşdur. Konnektikut ştatının qubernatoru Conatan Trumbel ixtiranın müharibədə istifadə olunmasını Corc Vaşinqtona məsləhət görmüşdür. Vaşinqton Tısbağanın açıq müharibədə istifadə olunmasına ilk öncə isti yanaşmasada, hərbi məqsədlər üçün olan ilk sualtı qayığın test edilməsi üçün lazımi maliyyə vəsaitinin ayrılmasına razılıq vermişdir. Aparılan test yürüşlərinin ardından ilk dəfə 1776-cı ildə Nyu-York limanında lövbər salan Böyük Britaniya donanmasına aid gəmilərin alt hissələrinə tısbağa vasitəsi ilə dəniz minasının yerləşdirilməsinə cəhd göstərilmişdir. İlk cəhdlərin hər biri uğursuzluqla nəticələnir və sualtı qayığın mövcudluğu ingilis dənizçilər tərəfindən aşkarlanır. Tısbağada olan əsas problem oksigen çatışmamazlığı idi.
Bars tipli sualtı qayıq
"Bars" tipli sualtı qayıq — XX əvvəllərində Rusiya sualtı qayıqlarının seriyası. "Bars"lar Baltik dənizində Birinci Dünya müharibəsi və Vətəndaş müharibəsi zamanı fəal iştirak etmişdir. Onların fəal xidməti 1930-cu illərə qədər davam etmişdir. Bu seriya o illərdəki bütün Rusiya sualtı layihələrinin əksəriyyətini təşkil edirdi. 24 qayıqdan 20-si tamamlanmış, 4-ü Birinci Dünya müharibəsində batmış, 3-ü sülh dövründə batmış, 4-ü Almaniya tərəfindən qənimət kimi götürülmüşdür. "Bars" sualtı qayıqların tikintisi üzrə professor və mütəxəssis İvan Bubnovun beşinci layihəsi olmuşdur. İlkin mərhələdə layihənin ilk variantı "Morj" tipi ilə eyni vaxtda hazırlanmışdır, ondan daha böyük yerdəyişmə, yanacaq tutumu və mühərrik gücü ilə fərqlənirdi. Bəzi mənbələrdə "Bars" tipi "II Morj seriyası", Nikolayevdə inşa edilmiş altı gəmi isə "Qu quşu" və ya "III Morj seriyası" kimi təsnif edilir. Vəsait çatışmazlığı səbəbindən belə gəmilərin tikintisinə başlanılmamışdı, 1912-ci ilin martında sifarişlərin olmaması səbəbindən İvan Bubnov Baltik gəmiqayırma zavodundan istefa vermişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Э. А. Ковалёв.
Sualtı qayıq (film, 1981)
Das Boot, 1979-cu ildə çəkilmiş və 1981-ci ildə efirə çıxmış İkinci Dünya Müharibəsindəki bir U-96 adlı tip 7 sinifindəki Alman U-bot heyəti haqqında olan epik döyüş filmidir. 55-ci Akademiya Mükafatlarında Das Boot ən yaxşı rejissor da daxil olmaqla altı mükafata namizəd göstərildi. Bu günə qədər film, bir Alman filmi üçün ən çox Akademiya Mükafatı nominasiyaları rekordunu əlində saxlayır. Filmdə heç bir təbliğat elementi yoxdur. Alman dilində çəkilən təxminən 3,5 saatlıq filmin rejissoru Wolfgang Petersendir. Alman dənizçilərinin müharibə dövründəki həyatının psixoloji vəziyyətini əyani vizualla təsvir edir.1980-ci ildəki premyerasında dövrün məşhur insanları filmin sonunda Wolfgang Petersonu ayaqda alqışlamışdırlar. Digər müharibə filmlərində olmayan bir element bu filmə daxil edilmişdir; Müharibənin humanitar ölçüsü ortaya qoyulmuşdur. == Filmin məzmunu == İkinci Dünya Müharibəsində xidmət edən U-96 tipli bir Alman sualtı qayığı Atlantik okeanında normal patrul dövrüyyəsinə çıxır. Gəmidəki ekipaja əlavə olaraq bir zabit də sualtı qayıqda baş verənləri qeyd etmək üçün ekspedisiyada iştirak edir. Gəmi normal gedişində olduğu zaman, destroyerlərin mühafizəsi olmadan okeanda üzən 5 gəmidən ibarət bir donanma ilə qarşılaşır.
Sualtı qayıq "T-9" (film, 1943)
== Məzmun == Kinopovestdir. Filmdə İkinci Dünya müharibəsi illərində dənizçilərin göstərdikləri hünərdən bəhs olunur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Bədii rəhbər: Qriqori Aleksandrov Ssenari müəllifi: Aleksandr Şteyn, İohann Zeltser Quruluşçu rejissor: Aleksandr İvanov Rejissor: Nikolay Leşşenko Quruluşçu operator: Nikolay Renkov Operator: Muxtar Dadaşov Quruluşçu rəssam: Yuri Şvets, Əlisəttar Atakişiyev Rəssam: V.Kaşenko Bəstəkar: Boris Zeydman Səs operatoru: Əziz Şeyxov Qrupun direktoru: İ.Yermolayev Rejissor assistenti: G.Əliyev, V.Medvedkina, Əlisəttar Məlikov Operator assistenti: Kazım Həsənov Mahnıların Mətni: L.Zaltsman Quraşdırılmış səhnələrin rəssamı: Yuri Şvets, Mirzə Rəfiyev === Rollarda === Oleq Jakov — Kostrov İsmayıl Dağıstanlı — Dəmirov Boris Çinkin — Çibisov Viktor Şarlaxov — Minayev Boris Baykov — Sergeyev Kazım Ziya — Almazov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. M. Əmrahov.