Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Horadil dağı
Horadil- Şamaxı rayonu ərazisində dağ silsiləsi. == Toponimikası == Horadil Şamaxı rayonu ərazisində dağ silsiləsi. Qozluçay vəm Çigil çaylarının suayrıcındadır. Dağ silsiləsi oradakı eyniadlı zirvənin adı ilə adlandırılmışdır. Tədqiqatçıların fikrincə, oronimin əsli Ouratel olmalıdır. Bu coğrafi ad fars dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən düzəlib, "qala təpəsi" mənasındadır.
Pavian hamadril
Papio hamadryas (lat. Papio hamadryas) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin əntərmeymunlar fəsiləsinin pavianlar cinsinə aid heyvan növü.
İlandağ (Haçadağ) kitabəsi
İlandağ (Haçadağ) kitabəsi — Müasir Naxçıvan Muxtar Respublikası ərazisində Urartuların iki mixi yazısı, biri yaşayış yerindən 75 km cənub-şərqdə, İlandağda, digəri Fərhad evi adlanan Orta əsr karvansarasının yaxınlığında tapılmışdır. Fərhad evi kitabəsi tamamilə dağılmışdır. İlandağ kitabəsi adlana kitabə Culfa rayonunun Xoşkeşin kəndi yaxınlığında aşkar edilmiş və mixi kitabənin mətni S.Qaşqay tərəfindən tərcümə edilmişdir. == Məzmunu == İlandağ kitabəsi İşpuini və Menuanın adını xatırlayır, e.ə. 820 və 810-cu illərdə onların hərbi hücumları və qələbələrinndən bəhs edir. Bir metr uzunluğunda kitabənin mətnindən ayıdn olur ki, Işpuini və Menua Arsinie ve Ania torpaqlarını tutmuş, Pluadidə İlahə Haldinin şərəfinə kitabə qoymuş və qurban kəsmişlər. AMEA-nın müxbir üzvü, arxeoloq Vəli Baxşəliyevin fikrinəcə kitabənin təntənəli şəkildə yazılmasına baxmayaraq Urartular heç vaxt bu ərazini işğal etməmişlər. Tədqiqatçı fikrini Naxçıvan ərazisində Urartu qalalarının tikilməsi haqqında heç bir epiqrafik və arxeoloji dəlilin tapılmaması ilə izah etmişdir. Kitabədən aydın olur ki, Urartu çarları İşpuini və onun oğlu Meniua bu ərazilərə yürüşlər təşkil etmişlər. Kitabədə onların zəbt etdikləri ölkələr arasında üç şəhər dövlətinin adı çəkilmişdir – Arsine, Arsikua, Ayanianu.
Hacallı
Hacallı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Hacallı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Hacallı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Hacallı (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. == Oxşar == Hacıalılı (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. İkinci Hacallı — Azərbaycanın Bərdə rayonunda kənd.
Aşıq Hamayıl
Aşıq Hamayıl — XIX əsr Azərbaycan şairəsi == Həyatı == Aşıq Hamayıl təxminən XIX əsrin I yarısında Şəmkir mahalının Dəllər-Cırdahan kəndində kasıb bir kəndli ailəsində dünyaya gəlmişdir. Bir çox əsərlər yazdığı məlum olsa da, əldə yalnız bir neçə qoşması vardır. Bu qoşmalar onun Molla Pənah Vaqif və Dilğəm yaradıcılığının təsirilə yazdığını göstərir. == Yaradıcılığından nümunələr == Əmim oğlu, məndən heç utanmadın, Üç ay keçdi, bir yaylağa gəlmədin. Yüz min cəfa ilə köç eylədim mən, Ordan endim Ağbulağa, gəlmədin.
Hacallı (Bərdə)
Hacallı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Bərdə rayonunun Hacıalılar kəndi Xəsili kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacıalılar kənd Soveti yaradılmışdır.
Hacallı (Goranboy)
Hacallı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qarqucaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Etimologiyası == Hacallı kənd yaşayış məntəqəsi hacıllı/hacıalılı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 389 nəfər əhali yaşayır.
Hacallı (Tərtər)
Hacallı — Azərbaycan Respublikasının Tərtər rayonunun Soyulan kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Soyulan kəndi Qarabağ düzündədir.
Hacallı (Zəngilan)
Hacallı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd düzənlikdədir. Yaşayış məntəqələri hacıllı/hacıalılı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 63 evdə 299 şiə kürd yaşayırdı.
Hafiz Hacxalıl
Hafiz Hacxalıl (Hafiz Ziyatxan oğlu Təmirov 1981) — Azərbaycan şairi. == Həyatı == 1981-ci ildə qədim oğuz-türk yurdu olan indiki Ermənistanın İlməzli kəndində doğulub. Bakı şəhərində yaşayır. Ziyadxan, Turan və Dəniz adlı üç övladı var. == Təhsili == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Bakı Dövlət Unuversitetini bitirib. == Yaradıcılığı == “Sevgi dolu ürəyəm”, “Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”,“Dərdimdən ölən dərdlərim”, "İşıq", "Sevgi də bir vətəndir" , "Xatirən var" "Arzu ömrü uzatmır" adlı şeir kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. == Hal-hazırdakı fəaliyyəti == Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, "Polis" qəzetinin redaktoru, polis polkovnik-leytenantıdır. Dövri mətbuatda şeir və məqalələrlə çıxış edir.
Həmzə Hocagil
Həmzə Hocagil (türk. Hamza Hocagil) — Türkiyəli filoloq, professor. == Haqqında == Həmzə Bəktaş 23 fevral 1946-cı ildə Malatya Akçadağda, Kotangölü kəndində anadan olmuşdur. Atası bu kəndin imam-camaatı olmuşdur. İbtidai məktəbi doğulduğu kənddə, orta məktəbi Akçadağda, liseyi isə Malatyada oxumuşdur. Daha sonra müəllimlik texnikumunu bitirmişdir. Bundan sonra 1 il Malatyada müəllimlik etmişdir. Daha sonra Ərzurum Universiteti Təhsil Fakültəsinə daxil olmuşdur. 1967-ci ildə buranı bitirmiş və Malatya Darəndədə 3 il müəllimlik etmişdir. Sonra Arquvan ilçəsində müəllmlik etmişdir.
İkinci Hacallı
İkinci Hacallı (əvvəlki adı: Hacıalılı) — Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Hacıalılı kəndi İkinci Hacallı kəndi adlandırılmışdır.
Haçalı ağcaqanadlar
Xironomidlər və ya haçalı ağcaqanadlar (lat. Chironomidae)- cücülər fəsiləsi. Hazırda 3000 növü məlumdur, onlardan Xəzər dənizində 8 növü qeyd edilmişdir, əksəriyyəti şirin sularda , bəzi növləri isə dənizdə yaşayır. Chiromonus albidus Xəzər dənizi üçün endemikdir. Bu növ və eləcə də Clunio marinus növü dənizin sahil zonalarında yayılmışdır. Xironomid sürfələri miqdarca və biokütləcə ən çox Şimali Xəzərdə inkişaf edirlər. Onlar çökə, çəki,külmə və nərə balıqlarının qidasında mühüm rol oynayırlar.
Haçalı islimilər
Haçalı İslimilər sınıq ağac şaxəsinə və yaxud açılmış heyvan ağzına bənzər islimilərə deyilir. Haçalı islimilərın forması qanadlı islimilərlə uyğunluq təşkil edir. Haçalı islimilər qanadlı islimilər kimi yalnız hiçəklərin sonunda deyil, müxtəlif formalı şaxələrin üzərində yerləşir.
Hacallı bələdiyyəsi (Bərdə)
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İkinci Hacallı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşıq Hacalı Hacıyev
Aşıq Hacalı Hacıyev (1 yanvar 1935, Quşçu, Şamaxı rayonu – 10 mart 1983, Quşçu, Şamaxı rayonu) - görkəmli Azərbaycanlı ustad aşıq. == Həyat və fəaliyyəti == Hacalı Hacıyev 1935-ci ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olub. Aşıqlıq sənətinin sirlərini Aşıq Söhbətdən öyrənmişdir. Şaqraq və məlahətli səsi, xoş avazı ilə diqqəti cəlb etmişdir. Şeirlər yazmış, nəğmələr bəstələmişdir.Azərbaycan aşıqlarının 1961-ci ildə keçirilən III qurultayının iştirakçısı olmuşdur. Ümumittifaq müsabiqələrinin laureatı adına layiq görülmüşdür.Hacalı Hacıyev 10 mart 1983-cü ildə Şamaxı rayonunun Quşçu kəndində vəfat edib.
Qışlaq-i Dəmirçili-i Qaraqışlaq-i Hacıabil (Biləsuvar)
Qışlaq-i Dəmirçili-i Qaraqışlaq-i Hacıabil (fars. قشلاق دميرچلوي قره قشلاق حاج ابيل‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 145 nəfər yaşayır (30 ailə).