Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saloniki
Saloniki (yun. Θεσσαλονίκη, translit. Tessaloníki qulas as, translit. Saloniki) ya da Səlanik (osm. سلانیك, türk. Selanik) — Yunanıstanın ikinci böyük şəhəri. Əhalisi 363.987 nəfərdir. == Tarixi == Şəhərin əsası e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən qoyulmuşdur. O, Term körfəzi sahilində yerləşən 26 kiçik yaşayış məntəqəsini birləşdirərək yeni şəhərə öz həyat yoldaşı, Makedoniyalı İsgəndərin ögey bacısı Fessalonikanın adını vermişdir.
Aechmea haltonii
Aechmea haltonii (lat. Aechmea haltonii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Alberto Paloski
Alberto Paloski (4 yanvar 1990) — Seria C liqasının B qrupunda çıxış edən "Siena" klubunun hücumçu mövqeyində çıxış edən İtaliya futbolçusu. == Milli komanda karyerası == 2008-ci ildə Paloski İtaliya millisinin heyətində 19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında 2 qol vurmuşudur. 18 noyabr 2008-ci ildə İtaliyanın U-21 yığmasında Almaniya ilə yoldaşlıq oyununda debüt etmişdir. O, 2009-cu ildə İsveçdə keçirilən U-21 Avropa çempionatında İtaliya heyətinə dəvət almışdır. 2014-cü ilin mart ayında Çezare Prandelli onu əsas milli komandanın heyətinə saldı. 31 may 2015-ci ildə Paloski Antonio Konte tərəfindən yenidən təlim-məşq toplanışına çağırıldı.
Laslo Kalnoki
Laslo Kalnoki (mac. Kálnoky László; 5 sentyabr 1912, Eqer – 30 iyul 1985, Budakesi[d], Peşt medyesi) — macar şairi və tərcüməçisi. == Həyatı == Laslo Kalnoki Nyuqatın üçüncü nəslinə aid edilirdi. Onun şeirlərində pessimizm cərəyanı daha çox hiss olunurdu.
Saloniki vilayəti
Saloniki vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1913–cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Saloniki şəhəri idi.
Tarya Halonen
Tarja Kaarina Halonen (24 dekabr 1943-cü il təvəllüdlü), Finlandiyanın 11-ci prezidenti və 2000–2012-ci illərdə bu vəzifəni tutan ilk qadın kimi fəaliyyət göstərən bir Fin siyasətçisidir. İlk öncə fəaliyyətinə Finlandiya Həmkarlar İttifaqlarının Mərkəzi Təşkilatı (SAK) ilə vəkil kimi başlamış və fəaliyyətindəki uğurlar nəticəsində bu sahə üzrə məşhurlaşmışdır sonra isə Baş nazirin parlament katibi (1974–1975) və Helsinki Şəhər Şurasının üzvü (1977–1996) olmuşdur. Xanım Halonen 1979-cu ildən 2000-ci ildə prezidentliyə seçilənə qədər parlamentdə Sosial Demokrat Partiyasının üzvü olmuşdur. 1987–1990-cı illərdə Sosial İşlər və Səhiyyə Nazirliyində nazir, 1990–1991-ci illərdə Ədliyyə Naziri və 1995–2000-ci illərdə Xarici İşlər Naziri vəzifələrində çalışmışdır. Halonen, Finlandiyanın son dərəcə populyar bir prezidenti olmuş, 2003-cü ilin dekabrında təsdiqləmə reytinqi ilə yüzdə 88 səviyyəsinə qalxmışdır. İkinci turda Milli Koalisiya Partiyası namizədi Sauli Niinistöyü 51–48% ilə məğlub edərək 2006-cı ildə yenidən seçilmişdir. Müddət məhdudiyyəti səbəbindən 2012 prezident seçkilərində iştirak etmək hüququ olmayan Halonen, 1 Mart 2012-ci ildə vəzifəsindən ayrılmış və yerinə Niinistö gəlmişdir. İnsan hüquqları məsələlərinə marağı ilə geniş tanınan Halonen 1980-ci illərdə Finlandiya LGBT hüquq təşkilatı Seta-nın sədri vəzifəsində çalışmış və prezidentliyi dövründə qadın hüquqları və qloballaşma problemləri kimi məsələlərin müzakirəsində fəal iştirak etmişdir. 2006-cı ildə, müxtəlif şərhçilər tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş katibi seçimi üçün potensial bir namizəd olaraq göstərilmiş, lakin o, digər karyera seçimləri haqqında düşünmədən əvvəl prezidentlik müddətini bitirmək istədiyini ifadə edərək, rədd etmişdir. 2009-cu ildə Forbes onu dünyanın ən güclü 100 qadını sırasına daxil etmişdir.
Halonq buxtası
Halonq buxtası (vyet. Vịnh Hạ Long) — Sakit okean, Cənubi Çin dənizi Bakbo körfəzinin daxilində yerləşən buxta. Buxta inzibati cəhətdən Vyetnamın Vandon vilayəti Halonq və Kamfa şəhərlərinin inzibati vahidliyinə daxildir. 1994-cü ildə UNESKO Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Görünüşü == Buxta ərazisinə ümumilikdə 3000 ada daxildir. Üstəlik bura qayalıqlar, dayazlıqlar və mağaralar daxildir. Körfəzin sahəsi 1500 km² təşkil edir. Belə desək su altı aləmi yüksık bioloji rəngarəngliyə malikdir. Halonq vyetnamcadan tərcümədə "o yeri əjdaha dəniz dibinə enmişdir" kimi səslənir. Hətta belə deyilir ki, Halonq adasını böyük bir əjdaha formalaşdırmışdır.
Lennard Maloni
Lennard Maloni (8 oktyabr 1999-cu ildə anadan olub) — 2.Bundesliqa təmsilçilərindən olan Yunion Berlin klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Yunion Berlin === Maloni Yunion Berlin akademiyası vasitəsilə inkişaf etmişdir. Maloni öz peşəkar karyerasında debütünü 1 aprel 2018-ci ildə Qroyter Fürth klubuna qarşı oyunda etmişdir. O, 77-ci dəqiqədə Marsel Hartel ilə əvəz olunmuşdur. 2.Bundesliqa görüşündə Yunion Berlin rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Maloni yoxlama oyunlarında Almaniya gənclər yığmasının U-18 və U-19 komandalarına dəvət almışdır. 7 iyul 2018-ci ildə Maloni Amerika Birləşmiş Ştatlarında oynamaq istədiyini bildirmiş və Amerika U-20 millisinə dəvət almışdır. O, milli ilə Şimali Karolina və Tobakko Roud klublarına qarşı yoldaşlıq oyunlarında iştira etmişdir. == Şəxsi həyatı == Maloni Almaniyada anadan olmuşdur. Onun atası Amerika, anası isə Almaniya vətəndaşıdır.
Nimrod Aloni
Nimrod Aloni (ivr. ‏נמרוד אלוני‏‎; 12 iyul 1973, Eyn Karem[d]) — İsrail Silahlı Qüvvələrinə mənsub General-mayor, yəhudi əsilli hərbçi. 1991-ci ildən etibarən ölkəsinin Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən Aloni orduda bir sıra mühüm vəzifələrdə çalışıb. Dərinlik Korpusunun komandiri kimi bir necə il xidmət etdikdən sonra, 143-cü "Qəzza" diviziyasının komandiri təyin edilib və Ramallah bölgəsində ordu tərəfindən icra edilmiş hərbi əməliyyatlara rəhbərlik edib. 2023-cü ilin 7 oktyabr tarixində başlamış Qəzzə–İsrail münaqişəsi zamanı Həmas qruplaşmasının mənsubları tərəfindən əsir götürülüb. Alonini fələstinli döyüşçülər tərəfindən saxlanıldığını və harasa aparıldığını əks etdirən foto şəkillərin mediada yayılmasına baxmayaraq, sözügedən hadisə İsrail Silahlı Qüvvələri tərəfindən rəsmən təsdiqlənməyib. == Həyatı == Nimrod Aloni 1973-cü ilin 12 iyul tarixində İsrailin Yerusəlim şəhərində anadan olub. Ailəsi şəhərin kənarında yerləşən Eyn-Kərəm kəndində yaşayıblar. 1991-ci ilin noyabr ayında 35-ci Paraşütçülər Briqadasında könüllü olaraq xidmətə başlayıb və beləliklə İsrail Silahlı Qüvvələrində ilk addımlarını atmağa başlayıb. Burada piyada komandirləri üçün nəzərdə tutulan kursu bitirdikdən sonra rota komandiri kimi xidmətə başlayıb.
Kombinə olunmuş malonik və metilmalonik asiduriya
Kombinə olunmuş malonil və metilmalonil asiduriya (İngiliscə: Combined malonic and methylmalonic aciduria, CMAMMA), həmçinin kombinə olunmuş malonil və metilmalonil asidemiya adlanır. Bu xəstəlik malonil turşusu və metilmalon turşusunun yüksək səviyyəsi ilə xarakterizə olunan irsi metabolik xəstəlikdir. Bəzi tədqiqatçılar fərz edirlər ki, CMAMMA metilmalonil asidemiyanın ən geniş yayılmış növlərindən biridir və ehtimal ki, metabolizmin ən çox rast gəlinən anadangəlmə xətalarından biridir. Nadirən diaqnoz qoyulduğu üçün əksər hallarda bu, aşkar edilməmiş olur. == Simptomlar və əlamətlər == CMAMMA-nın klinik fenotipləri yüksək heterogendir və asimptomatik, mülayim və ağır simptomlar arasında dəyişir. Əsas patofiziologiya hələ ki, başa düşülməmişdir. Ədəbiyyatda aşağıdakı simptomlar haqqında məlumat verilmişdir: metabolik asidoz koma hipoqlikemiya tutmalar mədə-bağırsaq xəstəlikləri inkişaf ləngiməsi nitq ləngiməsi inkişaf uğursuzluğu psixi xəstəlik yaddaş problemləri koqnitiv tənəzzül ensefalopatiya kardiomiopatiya dismorfik xüsusiyyətlərİlk simptomlar uşaqlıqda meydana çıxdıqda aralıq metabolik pozğunluqlar olma ehtimalı daha yüksəkdir, halbuki böyüklərdə adətən nevroloji simptomlar olur. == Səbəblər == CMAMMA yaranma səbəbinə görə iki ayrı irsi pozuntuya bölünə bilər: biri ACSF3 geni (OMIM#614265) tərəfindən kodlanmış mitoxondrial fermentin asil-CoA sintez ailə üzvü 3-ün çatışmazlığıdır; digər pozulma MLYCD geni (OMIM#248360) tərəfindən kodlanmış malonil-CoA dekarboksilaza çatışmazlığıdır. == Diaqnoz == Müxtəlif klinik simptomların mövcudluğu və böyük miqyasda yeni doğulmuş müayinə proqramlarında gözdən qaçdığı üçün CMAMMA-nın az tanınan xəstəlik olduğu güman edilir. === Yeni doğulmuş müayinə proqramları === ACSF3-ə bağlı CMAMMA-nın metilmalonil-CoA, malonil-CoA və ya propionil-CoA-nın toplanması ilə nəticələnməməsi, həmçinin akilkarnitin profilində müşahidə olunan anormallıqlar olmadığı üçün CMAMMA standart qan əsaslı yeni doğulmuş müayinə proqramları ilə aşkar olunmur.Xüsusi hal qan analizi ilə yanaşı, Kvebek Yeni Doğulmuş Qan və Sidik müayinə Proqramı ilə doğuşdan sonrakı 21-ci gündə sidiyi ekrana çəkən Kvebek vilayətidir.