Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hamarlanma
Hamarlanma-(rus. выравнивание, ing. levelling) qalxma səhələrində denudasiya, enmə sahələrində akkumulyasiya nəticəsində relyefdə təzadlığın ləğv olması və onun Yerin qravitasiya sahəsi səviyyəsinə yaxınlaşması. Tektonik əyilməni kompensasiya edən akkumulyasiya sayəsində akkumulyativ düzənlik əmələ gəlir.
Yamacın hamarlanması
Yamacın hamar­lan­ması – (rus. выполаживание скло­нов, ing. downwearing of slopes, flattening of slopes) denudasiya bazisinin sabit vəziyyətində denudasiya proseslərinin təsiri altında yamac­ların alçalması və yastılanması /hamarlanması/.
Hamarlama
Cilalama- materiallarda kiçik abrazivlərlə aparılan mexaniki emal növü. İncə emal üsullarına aid olub metalların və qeyri-metallar ın emalında tətbiq olunur. Materialın üst səthi mexaniki, kimyəvi və elektrolit üsulları ilə ovularaq səthdə minimum kələkötürlük və parıltılıq yaradılır. Aşağıdakı cilalama üsulları mövcuddur: Əl ilə cilalama (fərdi istehasalatda tətbiq olunur) Maşınla cilalama (seriyalı və kütləvi istehsalda) Hidroabraziv cilalama (iriseriyalı və kütləvi istehsal) Ultrasəs cilalama (bərk xəlitələrin emalı) Elektrolit cilalama (kütləvi istehsal) Kimyəvi-mexaniki cilalama (bərk xəlitələrin emalı)Cilalama prosesini aparmaq üçün əsas və köməkçi materiallardan istifadə edilir. Əsas material kimi ölçüləri 0,05-50 mkm həddində olan abraziv materiallar (almaz, korund, karbidlər) tətbiq olunur. Köməkçi materiallar kimi isə əsasən emal növündən asılı olaraq yağlayıcı maddələrdən (yağ, kerosin, su, stearin, çarezin, duz məhlullarından ibarət pastalar) istifadə olunur. == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı, Apostroff, I hissə, 2012.
Entomoloji mikropreparatların hazırlanma texnikası
== Entomoloji mikropreparatların hazırlanma texnikası == Böyük ixtisas təcrübə məşğələlərində çox vaxt müxtəlif entomoloji obyektlərin mikropreparatlarından istifadə olunur. Tədris prosesində hər hansı bir həşərat növünün morfoloji və anatomik quruluş xüsusiyyətləri tədqiq olunan zaman tələbənin preparat hazırlama texnikası ilə tanışlığı və özünün həmin prosesə yiyələnməsi vacibdir. Adətən entomoloji obyektin xarakterindən asılı olaraq, müvəqqəti və ehtiyat üçün (daimi) mikropreparatlar hazırlanır. Müvəqqəti preparatlar bir qayda olaraq, məşğələlərdə istifadə olunmaq üçün hazırlanır. Məsələn, çox kiçik ölçülərə malik olan həşərat növündən və ya onun pəncəsi və s. orqanından bir damla suda əşya şüşəsi üzərində hazırlanıb mikroskop altında baxılır. Ehtiyat (daimi) mikropreparatların hazırlanması daha mürəkkəbdir. Adətən kafedralarda bu preparatlardan çoxlu sayda istifadə olunur. Lakin magistr tələbənin mikropreparatların hazırlanması texnikasına yiyələnməsi üçün onun bu işə cəlb olunması vacibdir. Daimi mikropreparatların hazırlanmasında çox vaxt mikrotom kəsiklərindən istifadə olunur.