Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neoseiulus harrowi
Neoseiulus harrowi (lat. Neoseiulus harrowi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Natali Harrowell
Natali Harrovell (9 fevral 1990 – 10 dekabr 2019) — 2017-ci ildə ilk dəfə Qadınlar Super Liqasının Grand Finalında oynamış İngilis regbi liqasının oyunçusu idi. Harrovell Featherstone Rovers-də oynamış və "qadın klub komandasının əsas üzvü" olaraq qəbul edilmişdir", İngiltərə Reqbi Liqası üçün də 3 qapaq keçirdi. O, virusla xəstəxanaya yerləşdirilib və 2019-cu ilin dekabrında dünyasını dəyişib. == İstinadlar == == Xarici keçidlər == Rugby league star killed by virus had already wrapped her kids' Christmas gifts Arxivləşdirilib 2019-12-14 at the Wayback Machine (Mirror Co.uk Gazetesi) Rodger, James. "England rugby league star dies aged 29". birminghammail. Dec 11, 2019. İstifadə tarixi: Dec 16, 2019.
Sorbus harrowiana
Sorbus harrowiana (lat. Sorbus harrowiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Arrow
Arrow, İsrailin təkmilləşdirdiyi anti-ballistik raket sistemidir. Bu sistem qısa və orta mənzilli döyüş raketlərinə qarşı müdafiə imkanları verir. İsrail və ABŞ tərəfindən müştərək olaraq maliyyələşdirilən bu sistemin yaradılması işinə 1986-cı ildən başlanılmışdır. İsrail Müdafiə Nazirliyi və ABŞ Raketdən Müdafiə Təşkilatının nəzarəti altında, İsrail Aviasiya və Kosmik Sənaye (IAI) ilə Boeing tərəfindən layihə davam etdirilir. Testləri edilib qurtaran və istehsalına başlanılan Arrow 1 döyüş raketinin ardınca Arrow 2 rakelərinin yaradılmasına başlanılmışdır. Arrow, indiyə qədər mövcud olmuş ən təkmilləşdirmiş anti-ballistik raket sistemi proqramlarından biri hesab olunur. Daha inkişaf etdirilmiş modeli olan Arrow 3 isə 2013-cü ilin fevral ayında bazara çıxarılmışdır. Təkmilləşdirmə proqramına təxminən 3 milyard ABŞ dolları xərclənmişdir. Hal-hazırda bir döyüş raketinin qiyməti 3 milyon dollardır. İsrailin Azərbaycana satdığı silahların arasında "ARROW" raketdən müdafiə sistemi və bu sistemin tərkib hissəsi olan “Green Pine” (“Qartal şüası”) erkən xəbərdarlıq radar kompleksi xüsusi çəkiyə malikdir.
Coş Harrop
Coşua Andryu Harrop (15 dekabr 1995, Stokport, İngiltərə) — İngiltərə təmsilçələrindən olan Mançester Yunayted klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. 3 iyul 2017-ci ildən EFL Çempionşip təmsilçilərindən olan Preston Nort End klubunda çıxış etmişdir. == Klub karyerası == === Mançester Yunayted === Harrop öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə mövsümün son oyununda Kristal Palas klubuna qarşı oyunda etmişdir. O, debüt oyununda qol vurmağa nail olmuşdur. Həmin görüşdə Mançester Yunayted rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. O, bu qolu ilə Premyer liqada qol vuran 100-cü müxtəlif Mançester Yunaytedli futbolçu olub. Mövsümün sonunda Harrop 10 qolla reserv komandanın bombardiri seçilmişdir. Harrop 2017-ci ilin iyun ayında yeni müqavilə təklifini rədd etmişdir. === Preston Nort End === 23 iyun 2017-ci ildə Harrop EFL Çempionşip təmsilçilərindən olan Preston Nort End klubu ilə dörd illik müqavilə imzalamışdır. O, 1 iyulda kluba qoşulacaq.
Flash vs. Arrow
Fleş Oxa qarşı (ing. Flash vs. Arrow) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi korossoverlərdən birincisi. Krossover “Fleş” və “Ox” teleserialları arasında baş tutmuşdur. Krossover hadisəsi 2 dekabr 2014-cü ildə “Fleş” teleserialının “Fleş Oxa qarşı” adlanan səkkizinci seriyası ilə başlamış və “Ox” teleserialının növbəti gün yayımlanan “Məğrur və kobud” adlı səkkizinci seriyası ilə davam etdirilmişdir. Krossoverdə Fleş komandası (Barri Allen/Fleş, Keytlin Snou və Sisko Ramon) cinayətkar Kapitan Bumeranqın həbs edilməsində Ox komandasına (Oliver Kuin/Ox, Felisiti Smok, Con Diql), Ox komandası isə metainsan Roy Bivolonun tutulmasında Fleş komandasına kömək edir. İki teleserial arasında korssoverin baş tutacağı 2014-cü ilin iyulunda Barri Allenin “Fleş” serialının debütündən əvvəl “Ox”un ikinci mövsümündə təqdim edilməsindən sonra elan olunmuşdu. Bundan sonra sentyabrda hər iki seriya üçün ssenari yazılması tamamlanmış, 2014-cü ilin oktyabrında isə çəkilişlərə başlanılmışdır. Krossover seriyalarında hər iki serialın əsas aktyor heyətinə daxil olan bütün aktyorlar iştirak etmişdir. Seriyalar tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, şən və fanların istədiyi hər şeyi əks etdirən adlandırmışlar.
Avro Canada CF-105 Arrow
Avro Canada CF-105 Arrow, yelkən qanadlı supersonik (səsdən daha sürətli) bir qırıcı hərbi təyyarədir. Onun dizayneri və istehsalçısı Ontario (Kanada) regionundakı Malton şəhərində yerləşən Avro Canada şirkətidir. Dizayn işləri 1953-cü ildə başlamışdır. Arrow və eyni vaxtda Orenda Iroquois reaktiv mühərrikləri işi 1959-cu ildə anidən dayandırılmışdır. Bu vəziyyət uzun və çox ciddi siyasi müzakirələrə səbəb olmuşdur. Təyyarənin 5 sınaq modeli və hissələri sonradan məhv edilsə də, unudulmaz xatirələri ilə Kanadada bir növ əfsanəyə çevrilmişdir. İstehsalı dayandırıldıqdan sonra gizli şəkildə alınan bir prototipin olduğu və yaxşı vəziyyətdə saxlanıldığı barədə şayiələr yayılsa da, bunu təsdiqləyən bir dəlil yoxdur. Arrowun tələsik məhv edilməsi Amerikanın bu işdə əli olduğu düşüncələrini ortaya çıxarmışdır. Həqiqətən də, Avro Canada mühəndis və texniki işçilərinin əksəriyyəti beyin axınını başladaraq ABŞ-yə getmiş, NASA-nın Merkuri layihəsi, Gemini layihəsi və Apollon proqramı kimi insanlı kosmik gəmi layihələrində qabaqcıl mühəndislər, menecerlər və rəhbərlər olmuşdurlar.
Hadron
Hadron (yun. ἁδρός, adrós, "qalın, güclü, ağır") kvant fizikasında mürəkkəb hissəcik. Hadronlar iki və ya daha çox kvarkdan ibarət olurlar. Üç kvarkdan ibarət hadron barion, iki kvarkdan ibarət hadron mezon adlanır. Ətrafda gördüyümüz hər şey, özümüz də daxil olmaqla maddə daşıyıcıları olan barionlardan ibarətdir. Elementlərin nüvəsini təşkil edən protonlar və neytronlar barion qrupundan olan hadronlardır. Hadronun ölçüsü təqribən 1 fm (femtometr-dir (1 fm 10−15 metrə bərabərdir). == Xüsusiyyətləri == Standart Model nəzəriyyəsinə görə kvark zərrəciklərinin 6 növü var. Bu kvark növləri şərti olaraq up (yuxarı), down (aşağı), strange (qəribə), charm (ovsun, tilsim), top (üst), bottom (alt) adlandırılmışlar. Həmin adlara uyğun olaraq kvark növləri u-kvark, d-kvark, s-kvark, c-kvark, t-kvark, b-kvark kimi işarə edilirlər.
Harrods
"Harrods" — Londonda yerləşən dəbdəbəli mağaza. Hal-hazırda Qatar Əmirliyinin mülkiyyətindədir. "Harrods" brendi altında Harrods Bankı, Harrods Aviasiyası və s. müəssisələrə aiddir. Mağazanın sahəsi 20 000 kvadrat metrdir və 90 000 kvadrat metr ərazidə 330 mağazanı özündə cəmləşdirir.Harrods mağazasının devizi latın dilində olan Omnia Omnibus Ubique ifadəsidir, “hər şey hər yerdə hami üçün” kimi tərcümə olunur. Mağazanın bəzi şöbələri, eləcə də Milad şöbəsi və qida zalları əhali arasında daha populyardır. Harrods mağazası Böyük Britaniya Parlamenti və Big Bendən sonra Londondakı üçüncü ən məşhur yer sayılır. == Tarixi == Şirkət 1824-cü ildə 25 yaşlı Çarlz Henri Harrod tərəfindən təsis edilib və ilk fəaliyyətinə kiçik bir baqqal mağazası olaraq başlayıb. 1849-cu ildə Harrod Brompton Yolu üzərində kiçik bir mağazanı satın aldı. Buradakı iki satıcısı ilə fəaliyyətinə davam edir.
Arron
Arron (fr. Arronnes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03008. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 354 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 214 nəfər (15–64 yaş arasında) arasında 163 nəfər iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,2%, 1999-cu ildə bu 72,9%). Fəal 163 nəfərdən 141 nəfər (77 kişi və 64 qadın) işləyir, 22 nəfər işsizdir (9 kişi və 13 qadın). 51 hərəkətsiz 12 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 19 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Harov
Harov — Azərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Horov kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, İran dillərindəki hor (isti) və ov (su) sözlərindən düzəlmiş bu toponim "isti su" mənasındadır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Harov kəndinin əhalisinin faktiki sayı 289 nəfər, qeydiyyatdakı əhalinin sayı 300 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Harov kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Hazro
Hazro Diyarbəkir in şimal-şərqində yerləşən kiçik bir dağ ilçesidir.
Acacia karroo
Acacia karroo (lat. Acacia karroo) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia campbellii Arn. Acacia dekindtiana A. Chev. Acacia eburnea sensu auct. Acacia horrida sensu auct. Acacia inconflagrabilis Gerstner] Acacia karoo Hayne Acacia minutifolia Ragup. Acacia natalitia E. Mey. Acacia pseudowightii Thoth. Acacia roxburghii Wight & Arn.
Barrou boğazı
Barrou boğazı ing. Barrow Strait - Kanada Arktik arxipelaqına daxil olan Devon, Kornuolles adaları ilə Uels Şahzadəsi (ada) və Şahzadə Liopold adalarını ayırır. Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Mak-Klur boğazı, Vaykaunt-Melvill boğazı və Lankaster boğazı ilə birlikdə ingilis mənbələrində Parri boğazı adlandırılır. Bofort dənizini Baffin dənizini birləşdirir. Kraliça Yelizaveta adasını, digər adalarını ayırır. Qərbdə Vaykaunt-Melvill, şərqdə Lankaster boğazını, şimal-şərqdə Vellinqton, cənubda Pil boğazı ilə birləşir. Uzunluğu 270 km, eni isə ən dar yerdə 45 km, enli yeri 106 km, dərinliyi 200 m təşkil edir. 48 km-liyinə qədər ada yoxdur. Burada Lauter adaları, Yanq, Qarrett, Baterst, və Qriffit adaları yerləşir.
Barrou burnu
Barrou burnu (ing. Point Barrow) — ABŞ və Şimali Amerika materikinin qərb hissəsinin ən ucqar şimal nöqtəsi. Şimal Buzlu okean sahillərində yerləşir. Alyaskanın ən ucqar şəhəri olan Barroudan 14, Şimal qütbündən isə 2078 km aralıda yerləşir. Burun Çukot dənizi ilə Bofort dənizi arasında sərhəd xəttini təşkil edir. Burun Admirallığın ikini müavini olan Con Barraounun şərəfinə adlandırılmışdır.
Cin Harlou
Cin Harlou (ing. Jean Harlow; 3 mart 1911 — 7 iyun 1937) — ABŞ aktrisasıdır.
David Harbor
David Kenneth Harbour (10 aprel 1975, Uayt-Pleyns[d], Vestçester[d], Nyu-York ştatı, ABŞ) — Amerikan aktyoru. == Həyatı == 1975-ci il 10 apreldə doğulmuşdur.
Din Barrou
Din Oliver Borrou (ing. Dean Oliver Barrow; 2 mart 1951, Beliz[d]) — 8 fevral 2008-ci ildən Beliz baş naziri, 1998-ci ildən Beliz Birləşmiş Demokratlar Partiyasının lideri.
Ed Harris
Ed Harris (28 noyabr 1950[…], Enqlvud[d], Nyu Cersi[…]) — ABŞ rejissoru və aktyoru. == Həyatı == Dörd qat Oskar mükafatı namizədi və iki Qızıl Qlobus mükafatı laureatı Edvard Harris 1950-ci il 28 noyabrda Nyu-Cersi əyalətində dünyaya gəlib. Aktyora daha çox məşhurluq gətirən filmlər Qaya,Trumen şousu,Ağıl oyunları olmuşdur.
Kamala Harris
Kamala Harris (ing. Kamala Harris; 20 oktyabr 1964[…]) — Amerikalı Demokrat partiyasından siyasətçi, Kaliforniya ştatının senatoru və Amerika Birləşmiş Ştatlarının ilk qadın və ilk asiya-amerikalı 49-ci vitse-prezidenti. == Həyatı == Kamala Harris 20 oktyabr 1964-cü ildə ABŞ-nin Oklend şəhərində mühacir ailəsində dünyaya gəlmişdir. Anası Hindistandan ABŞ-yə tələbə olaraq gələn bioloq, atası isə Yamaykadan ABŞ-yə təhsil almaq üçün gələn qaradərili iqtisad professorudur. Kamala Harris siyasətə ilk addımını 2010-cu ildə atıb. O, Kaliforniya Baş Prokurorluğuna namizədliyini verərək əyalət tarixində seçilən ilk qaradərili və ilk qadın olub. 2014-cü ildə ikinci dövr əyalət prokurorluğuna yenidən seçilən Harris 2016-cı ildə keçirilən prezident seçkilərində Kaliforniyadan Konqresə girən ilk Cənubi Asiya mənşəli və ikinci qaradərili senator olmuşdur. === Şəxsi həyatı === 2014-cü ildə vəkil Douglas Emhoff-la ailə həyatı qurmuşdur.
Kelvin Harris
Kelvin Harris (d. Adam Riçard Vayls, 17 yanvar, 1984) şotland DJ, bəstəçi. İlk albomu "I Created Disco"nu 15 iyun, 2007-ci ildə çıxartmışdır. Bu albomda olan "Acceptable in the 80s" və "The Girls" sinqlları siyahılarda ilk yerlərə yüksəlmişdir. İkinci albomu "Ready for the Weekend"i 2009-cu ildə çıxartmışdır. Bu albom "UK Albom Chart" siyahısında 1 nömrəyə yüksəlmişdir. Bu albomdan "I'm Not Alone" "Ready for the Weekend" və "You Used to Hold Me" adlı sinqlları çıxmışdır.
Mark Harris
Mark Harris (29 dekabr 1998-ci ildə anadan olub) — İngiltərə təmsilçələrindən olan Kardif Siti klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == Harris öz karyerasına Kardif Siti klubunda başlamışdır. O, 2016-cı ilin dekabr ayında klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Harris öz peşəkar karyerasında debütünü Kardif klubu ilə 8 yanvar 2017-ci ildə etmişdir. O, FA Kubokunun üçüncü mərhələsində Fulhem klubu ilə qarşılaşmada Qreq Halfordu əvəz etmişdir. Həmin görüşdə Kardif Fulhemə 2–1 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Harris hal-hazırda Uelsin U-19 və U-17 komandalarında çıxış edir.
Riçard Harris
Riçard Harris (ing. Richard Harris) İrlandiyalı aktyor, müğənni, teatr prodüseri, film rejissoru və yazıçıdır. Karyerası boyunca bir çox film və tamaşada rol alan Harrisin ən çox bilinən rollarından biri 1967-ci il filmi Kamelotdakı Kral Artur rolu və sonrasındakı 1982-ci il Broadway nümayişindəki performanslarıdır. Həmçinin, son performanslarından biri olan Harri Potter film seriyasının ilk iki filmindəki Albus Dambldor rolu ilə də tanınır. 1970-ci il filmi At adlı adamda kübar və məhbusu, 2000-ci il filmi Qladiatorda İmperator Mark Avrelini, 2002-ci il filmi Apokalipsisdə Əziz Conu və 1997 istehsalı Notrdam qozbelində müşketyor və Klod Frollonu canlandırdı. Harrisin musiqiçi olaraq İngiltərə və ABŞ siyahılarında 1968-ci il qeydi Cimmi Uebin mahnısı "Mak Artur Park" ilə ilk 10-luğa girdi. Şöhrətinin zirvədə olduğu 1960 və 1970-ci illərdə sənətdəki qabiliyyəti qədər həddindən artıq alkoqol və nizamsız həyatı ilə tanınırdı.
Sintiya Harris
Cynthia Harris (9 avqust 1934, Nyu-York, Nyu-York ştatı – 3 oktyabr 2021, Nyu-York, Nyu-York ştatı) ― Amerika səhnəsi, film və televiziya aktrisası. == Fimloqrafiyası == Rescue Me (2004–2007) The Geena Davis Show (2000) An American Daughter (2000) Now and Again (1999) All My Children (1994; Unknown episodes) Murder, She Wrote (1994; 1 episode) Mad About You (1993–1999, 2019) — recurring role The Distinguished Gentleman (1992) Mannequin Two: On the Move (1991) Law & Order (1991–1993; 1997) Murder, She Wrote (1990; 1 episode) The Ann Jillian Show (1989–1990) Kate & Allie (1989) Three Men and a Baby (1987) Everything's Relative (1987; 1 episode) L.A. Law (1986–1987) — recurring role Izzy and Moe (1987) Reuben, Reuben (1983) Tempest Quincy, M.E. (1982) Archie Bunker's Place (1981) Hart to Hart (1980) Husbands, Wives & Lovers (1979) Three's Company (1979) Edward and Mrs.
Survival horror
Survival horror (hərfi tərcüməsi survival – sağ qalmaq, horror – qorxu, dəhşət) — 1990-cı illərin sonlarında meydana gəlmiş kompüter oyunu janrı. Bu janrda olan oyunların əsas xüsusiyyətləri mistik personajlar, qorxu, düşündürücü tapşırıqlar, gözlənilməzliklər və s. ola bilər. Oyunun baş qəhrəmanları daim ölümlə üz-üzə qalır və digər oyunlardakı kimi kimisə öldürmək və ya xilas etmək yox, düşdüyü çətin vəziyyətdən (məkandan) sağ qurtula bilməkdir.
Vachellia karroo
Acacia karroo (lat. Acacia karroo) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia campbellii Arn. Acacia dekindtiana A. Chev. Acacia eburnea sensu auct. Acacia horrida sensu auct. Acacia inconflagrabilis Gerstner] Acacia karoo Hayne Acacia minutifolia Ragup. Acacia natalitia E. Mey. Acacia pseudowightii Thoth. Acacia roxburghii Wight & Arn.
İsaak Barrou
İsaak Barrou (d.1630, London – ö.1677, London) — ingilis riyaziyyatçısı, filoloqu, ilahiyyatçısı, Kembric Universitetinin professoru, sonsuz kiçilənlər hesabının tədqiqində Nyuton və Leybnisin sələfi. == Həyatı == 1668-ci ildə İsaak Nyuton Kembricə qayıdıb və tezliklə Lukask riyaziyyat kafedrasına rəhbərlik ona həvalə olunub. Ona qədər bu kafedraya müəllimi İsaak Barrou rəhbərlik edib. Barrou sevimli tələbəsini maddi cəhətdən təmin etmək üçün kafedranı ona güzəştə gedib.
Parrot OS
Parrot OS təhlükəsizlik, məxfilik və inkişafa diqqət yetirən Debian-a əsaslanan Linux distributividir. == Nüvəsi == Parrot Linux 5.10 nüvəsi ilə Debian-ın "sınaq" bölməsinə əsaslanır. O, yayma buraxılış (Rolling release) inkişaf modelini izləyir.İş masası mühitləri MATE-dir və standart displey meneceri LightDM-dir. == Buraxılışlar == Parrot Debian-a əsaslanan və müxtəlif iş masası mühitləri olan çoxsaylı növlərə malikdir. === Parrot Security === Parrot hücumun azaldılması, təhlükəsizlik araşdırması və zəifliyin qiymətləndirilməsi üçün istifadə olunacaq nüfuzetmə testi alətləri dəstini təmin etmək üçün nəzərdə tutulub. O, nüfuz sınağı, zəifliyin qiymətləndirilməsi və azaldılması, kompüter ekspertizası və anonim internetə baxış üçün nəzərdə tutulmuşdur. === Parrot Home === Parrot Home gündəlik istifadə üçün nəzərdə tutulmuş Parrot-un əsas nəşridir və o, noutbuklarında və ya iş stansiyalarında "yüngül" sistemə ehtiyacı olan adi istifadəçiləri hədəfləyir. Dağıtım gündəlik iş üçün faydalıdır. Parrot Home həmçinin insanlarla şəxsi söhbət etmək, sənədləri şifrələmək və ya anonim şəkildə internetə baxmaq üçün proqramları ehtiva edir. Sistem həmçinin xüsusi təhlükəsizlik alətləri dəsti ilə sistem qurmaq üçün başlanğıc nöqtəsi kimi istifadə edilə bilər.