Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Damotu
Damotu (lat. Leonurus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Adi damotu (Leonurus cardiaca L.) Leonurus chaituroides C.Y.Wu & H.W.Li Leonurus deminutus V.I.Krecz. Göyümtül damotu (Leonurus glaucescens Bunge) Leonurus incanus V.I.Krecz. & Kuprian. Yapon damotu (Leonurus japonicus Houtt.) Leonurus kuprijanoviae Krestovsk. Leonurus macranthus Maxim. Leonurus mongolicus V.I.Krecz. & Kuprian. Leonurus nuristanicus Murata Leonurus panzerioides Popov Leonurus persicus Boiss.
"Azon" zavodu
Azon zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Müəssisənin nizamnamə kapitalı 554.928 manatdır. Hazırkı direktoru 2020-ci il sentyabrın 7-də bu vəzifəyə təyin edilmiş Tehran Əliyevdir. == Tarixi == "Azon" zavodu 1974-cü ildə "Mikrosxemotexnika" Bakı Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmış və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir. Burada SSRİ dönəmində kosmik cihazlar da istehsal olunurdu. 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Azon" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. "Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.2012-ci ildə yayılmış məlumata əsasən "Azon" zavodunun istehsalat sahəsi hərraca çıxarılıb. Sahəsi 27714,8 m² olan müəssisənin start satış qiyməti 2 milyon 38 min 750 manat, ilkin satış qiyməti 1 milyon 732 min 938 manat olub. Hərracın nəticəsinin nə olması barədə məlumat mövcud deyil.
"Peyk" zavodu
Peyk zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Çoxlaylı çap lövhələri istehsal edən "PEYK" zavodu 1993-cü ildə Fransanın M. U. P. İndustrie G. İ. E. konsorsiumunun iştirakı ilə tikilmişdir. 1993–2005-ci illər ərzində "PEYK" zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ildən "Peyk" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Sifarişçi ölkələr – Fransa, İngiltərə, ABŞ və ölkələrdir. Müəssisənin istehsal etdiyi məhsulların 95%-i xarici ölkələrə ixrac olunur. == Fəaliyət sahələri == "PEYK" zavodunun istehsalat fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: Birüzlü, ikiüzlü və çoxlaylı (40 laya gədər) çap lövhələrinin istehsalı; Əyilgən çap lövhələrinin istehsalı; Sərt-əyilgən çap lövhələrinin istehsalıMüəssisənin illik istehsal gücü 60 000 m² çap lövhəsi. == Texnoloji imkanları == Müəssisənin əsas istehsalat sahələri: "BARCO" işçi stansiyası; Fotoşablonların hazırlanması sahəsi; Pəstah sahəsi; Mexaniki sahə; Fotomexanika sahəsi; Qalvanik örtük sahəsi; Qoruyucu örtükləmə sahəsi; Setkoqrafiya sahəsi;Müəssisənin köməkçi istehsalat sahələri: Mikroiqlim sahəsi; Elektrik stansiyası; Təmir və texniki xidmət sahəsi; Təmizləmə qurğuları.
"Radioquraşdırma" zavodu
Radioquraşdırma zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisə. == Tarixi == "Radiozavod" 1948-ci ildə Yerli Sənaye Nazirliyinin tabeliyində yaradılmışdır. Zavodun ilk məhsulu "Rekord" və "Qranit" lampalı radioqəbulediciləri olmuşdur. 1950-ci ildən başlayaraq ağ-qara rəngli televizorlar və radioqəbuledicilər istehsal edilmişdir. 1971-ci ildən ES-EHM tipli elektron hesablayıcı maşınların hissələri və elektron avadanlıqları istehsal edilmişdir. 1980-ci ildən isə SSRİ Rаdiоsənаyеsi Nаzirliyində buraxılan yeni EC-1045 və EC-1065 elektron hesablayıcı maşınların elektron avadanlıqları istehsal edilmişdir. Bu məmulatlar xalq təsərrüfatının müxtəlif sahələrində istifadə üçün istehsal olunurdu. 1984-cü ildə "Radiozavod" "Robot" zavodu ilə birləşdirilərək "Radioquraşdırma" Bakı İstehsalat Birliyi adlandırılmışdır. 1991-ci ilədək "Radioquraşdırma" İB SSRİ Radiosənayesi Nazirliyinin, daha sonra Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin tabeliyində olmuş, 1993-cü ilin avqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tabeliyinə verilmişdir. 2006-cı ildən zavod Azərbaycan Respublikası Müdаfiə Sənаyеsi Nаzirliyinin tabeliyində fəaliyyət göstərir.
"Telemexanika" zavodu
Telemexanika zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Şirvan şəhərində yerləşir. == Tarixi == "Telemexanika" zavodu 1981-ci ildə "Cihazlar" zavodu adı altında fəaliyyətə başlamışdır. 1988-ci ildə "Cihazlar" və "Sənaye avtomatikası və Telemexanika" zavodları birləşdirilərək "Sənaye avtomatikası və Telemexanika" zavodu adı altında fəaliyyət göstərmişdir. 1991-cu ildə "Telemexanika" İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ildən "Telemexanika" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-ci ildən "Telemexanika" zavodu Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyətini davam etdirir.2016-cı il iyunun 26-da zavodun utilizasiya sahəsində baş vermiş partlayış nəticəsində 2 nəfər həyatını itirmiş, daha 19 nəfər isə yaranalanmışdır. Hadisə qısaqapanma nəticəsində baş verib.
Adi damotu
Adi damotu (lat. Leonurus cardiaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü. Azərbaycanda yabanı halda 2 növü yayılmışdır. Təbabətdə bir növü istifadə olunur. Çoxillik, hündürlüyü 40-150 sm, gövdəsi düz, çox vaxt qırmızımtıl, budaqlı, qısa qıvrım tükcüklü, bitkidir. Gövdə yarpaqları saplaqlı, altdan bozumtul, əsasdan ürəkvari, ortasına kimi və ya daha dərin beş enli, uzunsov, kəsikli-dilimli hissələrə bölünmüşdür. Yuxarıya doğru yarpaqlar tədricən kiçilir, üç yumurtavarı-lansetvari kəsikli-dilimli və ya bütöv hissələrə bölünmüşdür. Çiçəklər xırda, oturaq, xəttvari, tikanlı çiçəkaltlıqlıdır. Kasacıqı qıfvari, 5 6mm uzunda, qısa tükcüklü, üçkünc dişli, ucu tikanlıdır. Tacı çəhrayı, ağ pırpıztüklü, bir az kasacıqdan uzundur.
Alov zavodu
Alov zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "İskra" zavodu 1975-ci ildə SSRİ müdafiə sənayesi nazirinin əmrinə əsasən Azov Optika-mexaniki zavodun filialı kimi yaradılmış və 1978-ci ildən fəaliyyətə başlamışdır. 1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "İskra" zavodu Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirmişdir. 2006-cı ildən "İskra" zavodu Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2008-ci ildən "Alov" zavodu adı altında fəaliyyət göstərir.
Azon zavodu
Azon zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Müəssisənin nizamnamə kapitalı 554.928 manatdır. Hazırkı direktoru 2020-ci il sentyabrın 7-də bu vəzifəyə təyin edilmiş Tehran Əliyevdir. == Tarixi == "Azon" zavodu 1974-cü ildə "Mikrosxemotexnika" Bakı Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmış və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir. Burada SSRİ dönəmində kosmik cihazlar da istehsal olunurdu. 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Azon" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. "Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.2012-ci ildə yayılmış məlumata əsasən "Azon" zavodunun istehsalat sahəsi hərraca çıxarılıb. Sahəsi 27714,8 m² olan müəssisənin start satış qiyməti 2 milyon 38 min 750 manat, ilkin satış qiyməti 1 milyon 732 min 938 manat olub. Hərracın nəticəsinin nə olması barədə məlumat mövcud deyil.
Beşpaycıqlı damotu
Beşpaycıqlı damotu (lat. Leonurus quinquelobatus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Göyümtül damotu
Göyümtül damotu (lat. Leonurus glaucescens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Kirov zavodu
Putilov zavodu, Leninqrad Kirov zavodu və ya Kirov zavodu (ru: Кировский завод) Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən bir maşın zavodudur. == Yaradılması == Zavod top mərmisi istehsal etmək üçün 1800-cü illərdə inşa edilmişdir. 1848-ci ildə Putilov adlı bir sənayeçi tərəfindən satın alındı ​​və adı Putilov zavodu oldu. Bu dövrdə dəmir yolları üçün müxtəlif komponentlər istehsal etmişdir. 1890-cı illərdəki sənayeləşmə dövründə istehsal gücü və işçi sayı artmışdır. 1900-cü ildə fabrikdəki işçi sayı 12 min 400 nəfər idi. == İstehsal == Fabrik Rusiyanın Çar hökumətinin böyük sifarişlərini yerinə yetirmiş və dəmir yolu komponentləri istehsal etmiş və beləliklə də ölkənin ən əhəmiyyətli sənaye müəssisələrindən biri olmuşdur. 1900-cü ildən top mərmisi istehsalını bərpa etmiş və Çar Ordusunun ən vacib sursat tədarükçüsünə çevrilmişdir. 1917-ci ildə, Sankt-Peterburq şəhərindəki ən böyük fabrik kompleksi idi. == 1917-ci il inqilabları == 1917-ci ilin Fevral İnqilabı ilə devrilmiş Çar rejiminin süqutu zamanı Putilov zavodu işçiləri tərəfindən təşkil edilən tətillər və aksiyalar ilə ön plana çıxmışdır.
Kiçik qovotu
Dərman xəşənbülü (lat. Melilotus officinalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xəşənbül cinsinə aid bitki növü. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 4-ü dərman bitkisidir. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 4-ü dərman bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 100 sm və daha çox olan ikiillik, çılpaq ot bitkisidir. Yarpaqları ardıcıl, saplaqlı, üçqatlıdır. Çox xırda, açıq sarı rəngli çiçəkləri sıx salxım şəklində birləşmişlər. Qurudulmuş xammalda yarpaqlar yaşıl, çiçəklər isə sarıdır. Özünəməxsus güclü iyi yeni qurudulmuş otun iyini xatırladır. May-iyun aylarında çiçəkləyərək iyun-avqust aylarında meyvə verir.
Müxtəlifyarpaq damotu
Yapon damotu (lat. Leonurus japonicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Peyk zavodu
Peyk zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Çoxlaylı çap lövhələri istehsal edən "PEYK" zavodu 1993-cü ildə Fransanın M. U. P. İndustrie G. İ. E. konsorsiumunun iştirakı ilə tikilmişdir. 1993–2005-ci illər ərzində "PEYK" zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ildən "Peyk" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Sifarişçi ölkələr – Fransa, İngiltərə, ABŞ və ölkələrdir. Müəssisənin istehsal etdiyi məhsulların 95%-i xarici ölkələrə ixrac olunur. == Fəaliyət sahələri == "PEYK" zavodunun istehsalat fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: Birüzlü, ikiüzlü və çoxlaylı (40 laya gədər) çap lövhələrinin istehsalı; Əyilgən çap lövhələrinin istehsalı; Sərt-əyilgən çap lövhələrinin istehsalıMüəssisənin illik istehsal gücü 60 000 m² çap lövhəsi. == Texnoloji imkanları == Müəssisənin əsas istehsalat sahələri: "BARCO" işçi stansiyası; Fotoşablonların hazırlanması sahəsi; Pəstah sahəsi; Mexaniki sahə; Fotomexanika sahəsi; Qalvanik örtük sahəsi; Qoruyucu örtükləmə sahəsi; Setkoqrafiya sahəsi;Müəssisənin köməkçi istehsalat sahələri: Mikroiqlim sahəsi; Elektrik stansiyası; Təmir və texniki xidmət sahəsi; Təmizləmə qurğuları.
Radioquraşdırma zavodu
Radioquraşdırma zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisə. == Tarixi == "Radiozavod" 1948-ci ildə Yerli Sənaye Nazirliyinin tabeliyində yaradılmışdır. Zavodun ilk məhsulu "Rekord" və "Qranit" lampalı radioqəbulediciləri olmuşdur. 1950-ci ildən başlayaraq ağ-qara rəngli televizorlar və radioqəbuledicilər istehsal edilmişdir. 1971-ci ildən ES-EHM tipli elektron hesablayıcı maşınların hissələri və elektron avadanlıqları istehsal edilmişdir. 1980-ci ildən isə SSRİ Rаdiоsənаyеsi Nаzirliyində buraxılan yeni EC-1045 və EC-1065 elektron hesablayıcı maşınların elektron avadanlıqları istehsal edilmişdir. Bu məmulatlar xalq təsərrüfatının müxtəlif sahələrində istifadə üçün istehsal olunurdu. 1984-cü ildə "Radiozavod" "Robot" zavodu ilə birləşdirilərək "Radioquraşdırma" Bakı İstehsalat Birliyi adlandırılmışdır. 1991-ci ilədək "Radioquraşdırma" İB SSRİ Radiosənayesi Nazirliyinin, daha sonra Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin tabeliyində olmuş, 1993-cü ilin avqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tabeliyinə verilmişdir. 2006-cı ildən zavod Azərbaycan Respublikası Müdаfiə Sənаyеsi Nаzirliyinin tabeliyində fəaliyyət göstərir.
Seqelski zavodu
Seqelski zavodu (pol. H. Cegielski — Poznań S.A.) — Polşanın Poznan şəhərində yerləşən maşınqayırma şirkəti. == Tarixi == Şirkət 1846-cı ildə Hipolit Seqelski tərəfindən qurulmuşdur. Şirkətin ilk işi əvvəlcə metal emalı ilə olmuşdur. 1849-1855-ci illərdə müəssisə kənd təsərrüfatı cihazlarının təmiri ilə məşğul idi. 1855-ci ildə genişləndirməyə ehtiyac olduğu üçün (müəssisə Bazar Otelin yaxınlığında yerləşirdi) şəhərin başqa bir küçəsinə - Kozaya (Koziç) köçürüldü. Təmirdən əlavə şirkət kənd təsərrüfat texnikaları istehsalına başlayır. Bunun nəticəsində şirkət dahada böyüyür. Artıq daha geniş əraziyə ehtiyac duyur. 1859-cu ildə şirkət Arujeynaya küçəsinə köçür.
Sibir damotu
Sibir damotu (lat. Leonurus sibiricus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Tatar damotu
Tatar damotu (lat. Leonurus tataricus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Telemexanika zavodu
Telemexanika zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Şirvan şəhərində yerləşir. == Tarixi == "Telemexanika" zavodu 1981-ci ildə "Cihazlar" zavodu adı altında fəaliyyətə başlamışdır. 1988-ci ildə "Cihazlar" və "Sənaye avtomatikası və Telemexanika" zavodları birləşdirilərək "Sənaye avtomatikası və Telemexanika" zavodu adı altında fəaliyyət göstərmişdir. 1991-cu ildə "Telemexanika" İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ildən "Telemexanika" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-ci ildən "Telemexanika" zavodu Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyətini davam etdirir.2016-cı il iyunun 26-da zavodun utilizasiya sahəsində baş vermiş partlayış nəticəsində 2 nəfər həyatını itirmiş, daha 19 nəfər isə yaranalanmışdır. Hadisə qısaqapanma nəticəsində baş verib.
Tükcüklü damotu
Beşpaycıqlı damotu (lat. Leonurus quinquelobatus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Yanotu yarpaqyeyəni
Yanotu yarpaqyeyəni (lat. Galeruca tanaceti) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yanotu yarpaqyeyənin bədəni qaradır. Uzunluğu 6–10 mm-dir. == Həyat tərzi == Böcəklər və sürfələr müxtəlif yabanı mürəkkəbçiçəklilər üzərində qidalanır. Məlumatlara əsasən bu böcəklər Abşeronda kələmi, soğanı, Şəmkirdə isə kartofu zədələyir. Turp, xardal, çuğundur, yonca, yulaf və başqa bitkilərə zərər verir. Böcəklər və sürfələr payızgülü bitkisinin də yarpaqlarını yeyirlər. Azərbaycanın rayonlarında bu böcəkləri mayın ikinci yarısında, onların çıxalmasını isə iyunda və iyulun əvvəllərində müşahidə etmək olar. Yanotu yarpaqyeyənləri ildə 2–3 nəsil verir.
Gəmiqayırma zavodu
Tərsanə və ya verf — gəmilərin tikintisi və ya təmiri üçün yer və ya müəssisə. Sovet dövründə bu cür müəssisələr üçün "gəmiqayırma zavodu" adından istifadə olunurdu. O, gəmilərin və gəmilərin tikintisi, konvertasiyası, modernləşdirilməsi, təmiri və utilizasiyası üzrə ixtisaslaşmışdır. == Etimologiyası == Tərsanə sözü Azərbaycan dilinə italyan dilindəki "tersaná" sözündən keçmişdir, bu söz isə öz növbəsində ərəb dilində "darüssəna" (ərəb. دَار اَلصِّنَاعَة‎‎, mənası – "sənaye evi") sözündən yaranmışdır. Verf sözü Niderland dilindəki "werf" sözündən keçmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Альфред Генрихович Нюберг. Верфь // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Tayfur Havutçu
Tayfur Havutçu (d. 23 aprel 1970-ci il, Almaniya) — Almaniya vətəndaşı olan, ön libero mövqeyində çıxış edən türk keçmiş futbolçu və məşqçidir. == Futbol karyerası == === SV Darmstadt 98 === Futbol karyerasına Almaniyada başlayan Tayfur Havutçu SV Darmstadt 98 forması ilə meydanlara peşəkar addım atıb. 2. Bundesliqa komandası liqanın 7-ci həftəsində Darmstadtda ilk oyununu Vuppertaler SV ilə keçirib. Havutçu 10-cu həftədə bir daha əldə etdiyi formanı mövsümün sonuna qədər tərk etməyib və 35 matçda forma geyinib. SV Meppen və 1. FSV Mainz 05 hərəyə bir qol vurub. Bununla belə, onun komandası mövsümün sonunda liqada sonuncu yer kimi aşağı liqaya düşüb. Karyerasında ilk və sonuncu dəfə DFB-Pokal matçında da çıxış etdi, lakin 2-ci raundda mübarizədən kənarlaşdırıldılar.
Yapon damotu
Yapon damotu (lat. Leonurus japonicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Başqırdıstan Trolleybus Zavodu
«Başqırdıstan Trolleybus Zavodu» ASC (1999-cu ilə qədər — Ufa Tramvay-Trolleybus Təmiri Zavodu ) — Ufa şəhərində trolleybus istehsalı və təmiri zavodu. BTZ marxalı trolleybuslar Rusiyanın və MDB ölkələrinin əllidən çox şəhərimndə istifadə edilir. == Tarixi == 1964-cü ildə Ufa Tramvay-Trolleybus Zavodu işə salınır. Bu zaman zavodlarda nəqliyyat vastələri istehsal edilir və ya təmirlər həyata keçirilirdi. Fəaliyyəti dönəmində zavodda hər il 250—270 trolleybus əsaslı təmirdən çıxırdı. Bununla yanaşı zavod geologiya işləri üçün nəqliyyatlar, neft və enerji avadanlıqları istehsal edirdi. Yenidənqurma dönəmində istehsalat açağı düşür. 1999-cu ildə Ufa Tramvay-Trolleybus Zavoduu, Başqırdıstan Trolleybus Zavodu MMC adlanmağa başlayır. Hələ bir il öncə burada trolleybuslar istehsal olunmağa başlanılır. Bundan sonra istehsalat ilbəil artırılır.