Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
HEPAR
Haqq və Bərabərlik Partiyası (türk.: Hak ve Eşitlik Partisi) ya da rəsmi qısaltması ilə HEPAR, qurucusu əməkdar əsgər Osman Pamukoğlu olan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Partiyanın simvolu Anadolu qartalıdır. 2011 Türkiyə Parlament Seçkilərindən uğursuz nəticə ilə çıxan partiyanın başçısı Osman Pamukoğlu, 23 İyun 2011 tarixində partiyanı bağlama qərarı aldığını bildirmiş, ancaq 10 İyul 2011 günü baş tutan qurultayda partiyanın bağlanmaması qərara alınmış və partiya fəaliyyətinə davam etmişdir. == Seçkilərdə == Partiya, 10% seçki sərhədi səbəbi ilə 2015-ci ildə seçkiyə müstəqil millət vəkili namizədləri ilə girib məclisdə qrup yaratmağı planlayırdı. Bu səbəbdən ötrü də partiyanın sədri Osman Pamukoğlu vəzifəsindən istefa verərək İstanbul 3-cü seçki bölgəsindən namizəd olaraq səs hədəfinin 400 min olduğunu söyləmişdi. Lakin seçkilərdə heç bir partiya üzvü müvəffəqiyyət əldə edə bilmədi və Türkiyə Böyük Millət Məclisində yer ala bilmədilər.
HTTPS
HTTP (HyperText Transfer Protocol Secure) — şifrləməni dəstəkləyən HTTP protokolunun genişlənməsi. Məlumatlar və verilənlər HTTP protokolu üzrə, SSL və ya TLS kriptoqrafiya protokoluna uyğun olaraq "hazırlanır". HTTP-dan fərqli olaraq, HTTP üçün susmaya görə TCP-port 443-dən istifadə olunur. Protokol 1994-cü ildə Netscape Navigator brauzeri üçün Netscape Communications şirkəti tərəfindən hazırlanmışdır. HTTPS internet dünyasında geniş istifadə olunur və əksər brauzerlər tərəfindən dəst iş prinsipi HTTPS ayrıca bir protokol deyil. HTTPS, SSL və TLS şifrlənmiş ötürmə mexanizmləri ilə işləyən adi HTTP protokuludur. HTTPS şəbəkəyəA təhlükəsiz bağlantını təmin edir və şəbəkəyəH hücumların qarşısını alır. Susmaya görə HTTPS URL, 443 TCP-portundan (qorunmamış HTTP üçün — 80) istifadə edir. Https-bağlantı emalının veb-serverə quraşdırılması üçün adminstrator sertifikat əldə etməli və veb-serverə quraşdırmalıdır. Sertifikat 2 hissədən (2 açar) ibarətdir — public və private.
Heart
Heart — L'Arc~en~Ciel qrupunun albomudur.
Hepsi
Hepsi — Türkiyə musiqi qrupu. Qrupda 4 ifaçı var. Eren Bakıcı 1984-cü il mayın 18-də İstanbul şəhərində anadan olub. Memar Sinan Gözəl Sənətlər Universitetinin Dövlət Konservatoriyasının "Balet" fakültəsinin məzunu olub. Elə həmin məktəbdə müasir rəqs təhsili alan Eren Bakıcı Atatürk Mədəniyyət Mərkəzi Uşaq və Gənclik Baletinin sərgilədiyi oyunlarda altı il ərzində müxtəlif rollar oynayıb. Londonda Urdang Dans Akademiyasında və Budapeştdə Rəqs məktəbində təhsil alıb. Rəqs nominasiyaları ilə Çində Türkiyəni təmsil edən Eren reklam üçün kiçik jing-lar səsləndirib. Britney Spears və Michael Jackson kimi dünya ulduzları ilə çalışan Selatin Qara ilə bir aylıq "workshop" çalışmasını gerçəkləşdirib. Qrupun ən cazibədar üzvlərindən olan Cemre Kemer 1985-ci il fevralın 17-də İstanbulda dünyaya gəlib. Memar Sinan Gözəl Sənətlər Universitetinin Dövlət Konservatoriyasının Balet fakültəsini bitirib.
Heris
Heris və ya Heriz — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Heris şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıyaalınması əsasında bu şəhər 9,513 nəfər və 2,359 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər həm bölgədə, həm də xaricdə öz gözəl Heris xalıları ilə tanınır. == Zəlzələlər == 2012-ci il tarixində baş verən zəlzələlər zamanı şəhərdə xeyli sayda insan həlak olmuşdur. == Heris xalçaları == Heriz Xalçaları dünya səviyyəli keyfiyyəti üçün tanınır və olduqca davamlı və dayanıqlıdır.
Herpes
Herpes və ya qızdırma qabarcığı kimi tanınan, əsasən dodaqlara təsir edən herpes simplex virusunun infeksiya növü. == Təsviri == Virusun peyvəndi olmasa da, insan orqanizminin immun sistemi və spesifik anticisimlər adətən virusla mübarizə aparır. Virusa ən çox yoluxur: dəri, gözlər (konyunktivit, keratit), xarici cinsiyyət orqanları Xəstəliyin ağır vəziyyətlərində, herpetik meningit və ensefalitin inkişafı ilə nəticələnən mərkəzi sinir sisteminin zədələnməsi mümkündür. Bədənin müqavimətinin azalması xəstəliyin inkişafını tezləşdirir. Bədənin həddindən artıq istiləşməsi zamanı herpes isti havada da mümkündür. İnsanlarda 8 növ herpes virusu olur: Herpes virusu 1 növ — dodaqlarda qabarcıqlara ("soyuqdəymə") səbəb olan herpes simpleks virusu. Herpes virusu 2 növ — genital herpesə səbəb olur, əksər hallarda cinsiyyət orqanlarında problemlər yaradır. Su çiçəyi virusu — Çiçək və şingles (herpes zoster) xəstəliklərinə səbəb olan herpes virusu növ 3. Epştein-Barr virusu — 4-cü növ virus — infeksion mononükleoza səbəb olur. Sitomeqalovirus — sitomeqalovirus infeksiyasına səbəb olan 5-ci növ virus.
Seans
Seans (film, 1988)
Sears
Sears, Roebuck and Company (türk. Sirs, Roubak end Ko), Sears kimi daha yaxşı tanınır — bir neçə beynəlxalq pərakəndə satış şəbəkəsini idarə edən Amerika şirkəti. == Tarixi == Sears, XIX əsrin sonlarında Riçard Sirs və Alva Robark tərəfindən quruldu. Şirkətin yeniliyi, malların poçt sifarişi kataloqları vasitəsi ilə son müştərilər tərəfindən sifariş verilməsi idi. O vaxt şirkət mülki silahların, xüsusən Kolt revolverlərinin satışı üzrə ixtisaslaşmışdı. Bu fəaliyyətlə başlayaraq, XX əsrin ortalarına qədər şirkət ABŞ-nin ən böyük perakendecisi oldu və kataloqları dünya miqyasında şöhrət qazandı. Şirkət bir çox məşhur ədəbi əsərlərdə xatırlanır. İkinci Dünya Müharibəsindən sonra, rəqabət və demoqrafik dəyişikliklər nəticəsində şirkətin müştəriləri əhəmiyyətli dərəcədə daraldı — böyük mağazaları kənddə və şəhərin mərkəzində yerləşdi, əhali isə əsasən şəhərətrafına köçmüşdür. Zaman keçdikcə onların kataloqları xeyli azaldı. == İstinadlar == == Ədəbiyyat == «Сирс, Робак энд К°» // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Xeops
Xeops (Xufu və ya Xnum-Xufu – "Xnum, o məni qoruyur"; Herodota görə Χέωψ, Manefona görə Σοῦφις ; e. ə. XXVII əsr – e.ə. 2566) — IV sülalədən Misir fironu. O, Manefona görə 66 il, Turin papirusuna görə 23 il padşahlıq etmişdir. == Həyatı == Xeops Sneferunun oğlu və varisi idi. Xeops Memfis yaxınlığındakı Giza nekropolunda 146,6 m hündürlükdə Xeops ehramının inşaatçısıdır. Herodotun Misirdə yayılan hekayələr əsasında yazdıqlarına görə, o, piramidanın tikintisinə 30 il sərf etmişdir. Xeops öz hakimiyyətinin məqsədi olaraq ehramın tikintisini sonlandırmağı qarşısına qoymuş, misirlilərə ağır işlər vermiş, məbədləri bağlamış və hətta pul qarşılığında öz qızını satmışdır. Müasir alimlərə görə, növbəti dövrlərdə yaşamış Şimali Misir sakinləri ehramın böyüklüyündən heyrətlənərək bunun haqqında əfsanələr uydurmuşdular.
HEAT
Yüksək partlayıcılı tank əleyhinə mərmi (ing. high-explosive anti-tank) (HEAT) və ya Kumulyativ mərmi - kumulyativ effektdən istifadə olunan əsas artelleriya təyinatlı mərmi növüdür. Zirehli (tank, pzm və sairə), eləcə də dəmir-beton hədəfləri vurmaq üçün nəzərdə tutulur. Kumulyativ mərmi korpusdan, partlayıcı doldurucudan, kumulyativ çuxurcuqdan, partladıcıdan və trasserdən ibarətdir. Yüksək çıxış sürətini Neuman effekti ilə istifadə edərək möhkəm və qalın zirehi daha təsirli bir şəkildə vurur. Səs sürətindən 25 dəfə daha sürətli hərəkət edərək, zirehə yüksək təsir göstərir. Mərminin xarici hissəsi metal astarla örtülmüşdür. İkinci Dünya Müharibəsi dövründə misdən istifadə edilmişdir. Mərmi tank zirehinə çatmazdan 2 metr əvvəl əsasən bölünür və dağılır. HEAT mərmisinin effekttivliyi əsasən döyüş başlığının diametri ilə mütənasibdir.
Hans
Hans — kişi adı və təxəllüs Hans Morqentau — alman əsilli amerika siyasətçisi və tarixçisi. Hans Frank — alman vəkil. Hans Hollayn — Avstriyalı memar və dizayner. Hans Friçe — Radioaparıcı, jurnalist. Hans fon Bülov — alman pianoçusu, dirijor, bəstəkar, musiqi yazıçısı. Hans Memlinq — alman mənşəli Niderland rəssamı, Hans Zimmer — Alman film-musiqi bəstəkarı və musiqi prodüseri Hans Ersted – Danimarka fiziki. Hans Olsen (velosipedçi) — Danimarkalı keçmiş peşəkar velosiped yarışçısı. Hans adası — Nares boğazının tərtkib hissəsinə daxil olan Kennedi boğazında yerləşən elədə böyük olmayan ada Hans Ferdinand Helmolt — alman əsilli tarixçi və publisist. Hans Ayzenk — ingilis psixoloqu. Hans Bronzart von Şellendorf — Alman pianoçu və bəstəkar.
Help!
Help! — Böyük Britaniyanın "The Beatles" rok qrupunun beşinci studiya albomu. == Mahnı siyahısı == "Help!" (Lennon, Makkartni) "The Night Before" (Lennon, Makkartni) "You've Got to Hide Your Love Away" (Lennon, Makkartni) "I Need You" (Harrison) "Another Girl" (Lennon, Makkartni) "You're Going to Lose That Girl" (Lennon, Makkartni) "Ticket to Ride" (Lennon, Makkartni) "Act Naturally" (Morizon, Russell) "It's Only Love" (Lennon, Makkartni) "You Like Me Too Much" (Harrison) "Tell Me What You See" (Lennon, Makkartni) "I've Just Seen a Face" (Lennon, Makkartni) "Yesterday" (Lennon, Makkartni) "Dizzy Miss Lizzie" (Vilyams) == Xarici keçidlər == Help!
Abbasabad (Heris)
Abbasabad (fars. عباس اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 252 nəfər yaşayır (52 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Müvəzəkan kəndistanında, Vərzəqan qəsəbəsindən 24 km cənubda, Təbriz-Əhər avtomobil yolunun 13 kilometrliyindədir.
Afşord (Heris)
Afşord (fars. افشرد‎) və ya Əfşar — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 527 nəfər yaşayır (104 ailə).
Alpovut (Heris)
Alpovut (fars. الپاوت‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (19 ailə).
Angel Beats!
Angel Beats! (エンジェルビーツ!, Enjeru Bītsu!, azərb. Mələk ritmləri!‎) — Seyci Kişinin rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı. Anime serialının istehsalında Cun Maeda böyük rol oynamışdır. Ssenarini o yazmış, musiqini Anant-Garde Eyes qrupu ilə birlikdə bəstələmiş, Na-Ga ilə birlikdə personajları dizayn etmişdir. Maeda və Na-Ga vizual roman brendi olan Key şirkətinin əməkdaşlarıdırlar və hər ikisi "Kanon", "Air" və "Clannad" vizual romanlarının istehsalında iştirak etmişdilər. Anime serialı Yaponiyada 2010-cu ilin 3 aprelindən 26 iyununa kimi yayımlanmışdır. Birinci OVA seriyası 2010-cu ilin dekabrında, ikinci OVA seriyası 2015-ci ilin iyununda buraxılmışdır. Anime serialında hadisələr axirət dünyasında baş verir və hadisələrin əsas diqqət mərkəzində olan personaj öldükdən sonra yaddaşını itirən Yuzuru Otonaşi adlı oğlandır. Otonaşi axirət dünyasındakı bir məktəbə qatılır və Yuri Nakamura adlı qızla rastlaşır.
Arbatan (Heris)
Arbatan (fars. اربطان‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,824 nəfər yaşayır (670 ailə).
Ağaəlili (Heris)
Ağaəlili (fars. اقاعلي لو‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (35 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kələybar bölgəsinin Kərmadüz kəndistanında daxil idi. Kələybar qəsəbəsindən 31 km şimalda, Əhər-Kələybar avtomobil yolundan 30 km aralıda yerləşir.
Barıq (Heris)
Barıq (fars. باروق‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,070 nəfər yaşayır (273 ailə).
Bizvan (Heris)
Bizvan (fars. بزوان‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 248 nəfər yaşayır (49 ailə).
Bərəzin (Heris)
Bərəzin (fars. برازين‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 898 nəfər yaşayır (175 ailə).
Hers
Hers (qısaca ing. Hz, azərb. Hs‎) — Beynəlxalq vahidlər sistemində (Sİ) dövri proseslərinin (məs. yırğalanma) hmg tezliyinin vahididir. Hers — xüsusi adlanmaya və işarəyə malik törəmə vahididir. Beynəlxalq sistemin başqa vahidləri kimi Hs-də müəyyən ifadəyə malikdir: 1 Hs = 1 san−1 1 Hers — cismin 1 saniyə müddətində 1 tam dövrünün malik olduğu tezliyə bərabərdir. Sİ-nin qaydalarına əsasən Hers vahidin yazılışı birinci hərfi böyük olmaqla sətri hərflərlə ilə yazılır. == Tarixi == Vahid XIX əsrdə yaşamış və elektrodinamikanın inkişafında misilsiz töhfələri olan alman fiziki Henrix Hersin şərəfinə adlandırılmışdır. Ad 1930-cu ildə Beynəlxalq elektrotexnika komissiyası tərəfindən təsis edilmişdi.. 1960-cı ildə XI Baş konfransda bu ad Sİ-də tezliyin vahidi olaraq qəbul edilmişdi.
Bacabac (Heris)
Bacabac (fars. باجاباج‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (67 ailə).
Bulbophyllum hians
Bulbophyllum hians (lat. Bulbophyllum hians) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bəşir (Heris)
Bəşir (fars. بشير‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 268 nəfər yaşayır (59 ailə).
Həbəş
Həbəş (Meşkinşəhr)
Hədis
Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. == Tarixi == Müsəlmanlara görə İslam iki əsas sütunun – Qurani-Kərim və sünnənin əsasında duran sonuncu dindir. İslamın əsaslandığı ikinci sütundan – sünnədən – hədislərin tarixi haqqında. Doğrudur, bir çox alimlərə görə, Sünnə hədisdən daha geniş mənaya malikdir. Ancaq bunların arasında fərqin olmadığını düşünənlər də az deyildir. Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. Bunun üçün hədisləri çox vaxt [əl-əhədis əl-qavliyyə] – ( Məhəmməd peyğəmbərin dediyi, sözlə ifadə etdiyi hədislər), [əl-əhədis əl-filiyyə] – (Məhəmməd peyğəmbərin davranışını, etdiyi işləri, əməlləri, hərəkətlərini ifadə edən hədislər) və [əl-əhədis ət-təqririyyə] – Məhəmməd peyğəmbərin ətrafında olan insanların davranışlarına, hərəkətlərinə, dediklərinə olan təqriredici münasibətini bildirən hədislər) deyə üç qismə ayırırlar. Bəzən Məhəmməd peyğəmbərin fitri xüsusiyyətlərini, əxlaqı xarakterini də hədis məfhumuna daxil edirlər.
Həmas
HƏMAS (Ərəbcə: حماس, Tam adı: حركة المقاومة الاسلامية; Hərəkət əl-Müqavəmə l-İslamiyyə, İslami Müqavimət Hərəkatı) — Fələstinli hərbiləşdirilmiş təşkilat və siyasi partiya. == Quruluşu və inkişafı == 1987-ci ildə Şeyx Əhməd Yasin, Əbdüləziz əl Rantisi və Məhəmməd Taha tərəfindən İlk intifadanın başlanğıcında Misirdəki Müsəlman qardaşlar təşkilatının Fələstindəki hissəsi olaraq qurulub. 1988-ci ildəki Həmas öz siyasi proqramında Fələstinin əsla, qeyri-müsəlmanlar tərəfindən qurulmuş bir İslam ölkəsi olmayacağını bildirmişdi və fələstinli Müsəlmanlar üçün Fələstinin idarəsini İsraildən almaq məqsədilə döyüşməyi dini cihad kimi qiymətləndirirdi. Bu, 1988-ci ildə İsraili bir dövlət kimi tanıyan Fələstin Azadlıq Təşkilatı ilə Həmas arasında münaqişəyə gətirib çıxardı. 1992-ci ilin sonunda Qəzzədə 600 məscid vardı. Həmas öz təsir gücünü univerisitetlərə, bazarlara, peşə təşkilatlarına yayırdı. 2004-cü ildə başlayan yerli siyasi müqaviməti genişlətdirməzdən əvvəl zəkat və xəyir işləri ilə ətrafını gücləndirirdi. == Əməliyyat == Həmas təşkilatı tərəfindən həyata keçirilən əməliyyat hadisələri: 6 iyul 1989-cu ildə Kiryat Yearim yaxınlığında meydana gələn bir intihar hücum nəticəsində 22 nəfər öldü. 6 aprel 1994-cü il tarixində Afulada (İsrail) bir avtobusda meydana gələn intihar-hücum nəticəsində 8 nəfər öldü. 13 aprel 1994-cü il tarixində Haderada bir avtobus dayanacağında meydana gələn intihar hücum nəticəsində 5 nəfər öldü.
Həbs
Həbs yaxud azadlıqdan məhrumetmə — cinayət hüququnda cəza növü; məhkumun məcburi sürətdə cəmiyyətdən təcrid edilməsi. == Azərbaycanda == Azərbaycanda azadlıqdan məhrumetmə həbs cəzası formasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü fəslinin 28-ci maddəsində qeyd edilir: "Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər". == SSRİ-də == Sovet cinayət hüququna görə azadlıqdamn məhrumetmə yalnız məhkəmənin hökmü ilə 3 aydan 10 ilədək, qanunla müəyyən edilən xüsusi hallarda isə 15 ildən çox olmamaqla müəyyən edilir. Cinayət edənədək 18 yaşına çatmamış şəxsə cəza təyin edilərkən azadlıqdan məhrumetmə müddəti 10 ildən artıq ola bilməz. Bu, Azərbaycan SSR Cinayət Məcələssinin 23-cü maddəsində qeyd olunmuşdur. Məhkumlar azadlıqdan məhrumetmə cəzasını, bir qayda olaraq, islah-əmək koloniyalarında (həddi-buluğa çatmamışlar tərbiyə-əmək koloniyalarında) çəkirlər. Azadlıqdan məhrumetmə cəzasının çəkilmə qaydasaı Azərbaycan SSR İslah-Əmək Məcəlləsinin üçüncü bölməsinin 12-82-ci maddəlləri ilə nizama salınırdı. Azadlıqdan məhrumetmə həbs cəzası formasında xüsusi təhlükəli residentlərə və ya 18 yaşı tamam olduqda xüsusi təhlükəli dövləti cinayət, yaxud digər ağır cinayətə görə 5 ildən artıq müddətə məhkum edilmiş şəxslərə tətbiq edilirdi. Digər sosialist dövlətlərində azadlıqdan məhrumetmə sovet qanunvericiliyindəki prinsiplərə əsaslanırdı.