Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hermetizm
Hermetizm — ellinizm dövründə yaranmış və yayılmış mistik dini-fəlsəfi təlim. Neoplatonizm cərəyanı olmasa da, onun yaranmasına təkan verən təlimlərdən biri idi. Bir çox yeni-platonçu filosofların astrologiya, mistika, teurgiya(tanrıların rəğbətini qazanmaq üçün onların iradəsinə təsir etmək sənətidir), cadugərliyə meylləri də Hermetizmdən qaynaqlanırdı. == Tanrı Hermes == Bu təlimin adı Misir tanrısı Totla bağlıdır. Yunanlar ona Hermes və ya Üç Kərə Ulu Hermes (yun. Ἑρμῆς ὁ Τρισμέγιστος, lat. Hermes Trismegistus) deyirdilər. Mistik mətnə görə, bu ad dünyanın mistik yönlərini özündə ifadə edir. Romada Hermes Merkurius tanrısı ilə eyniləşdirilməsinə görə, ona Ulu Merkurius (lat. Mercurius ter Maximus) deyirdilər.
Herpetica
Səna (lat. Senna) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Hereti
Hereti, Ereti və ya Şəki — Qafqaz Albaniyasının vilayətlərindən biri. Cənubi Qafqazda, indiki Azərbaycan Respublikası ərazisinin qərbində, indiki Gürcüstan Respublikası ərazisinin şərqində və indiki Dağıstan Respublikası (Rusiya) ərazisinin cənubunda yerləşən əraziləri əhatə etmişdir. Ərəblərin Azərbaycana yürüşləri ərəfəsində, 787-ci ildə ərazidə Şəki knyazlığı adlı feodal qurumu formalaşmışdır. == Adı == D. Musxeleşvili Şərqi Gürcüstanın tarixi coğrafiyasına dair kitabında ərazini "Hereti" adı ilə təqdim etsə də, qeyd edir ki, "Gürcü mənbələrində X əsrə qədər Hereti barədə heç bir məlumat yoxdur. D. Musxeleşviliyə görə gürcülər bu dövləti ən yaxın qonşularının, qədim alban tayfalarından biri olan her tayfasının adı ilə, ərəblər onu paytaxtı Şəki şəhərinin adı ilə, ermənilər və bizanslılar isə onu bu yerdə daha əvvəl mövcud olmuş Albaniya çarlığının adı ilə tanıyırdılar. Hereti xoronimi Herov adlı alban qəbiləsinin adından götürülmüşdür və yalnız gürcü mənbələrində öz əksini tapmışdır. Lakin bu gün Qubada yaşayan Qrız kənd sakinləri danışdıqları Qrız dilində kəndlərini Hered özlərinə isə Her deyirlər böyük ehtimal ki bu dilin və Qrız kəndinin bu günə qədər qalmağı onların nə vaxtsa Azərbaycanın şimal qərbindən Qubaya köç etmə ehtimalı verir Ərəbdilli mənbələrdə Hereti, vilayət mərkəzi olan Şəki şəhərinin adıyla təqdim edilir. D. Musxeleşvili hesab edir ki ərəb mənbələrində adı çəkilən "Şəki" əslində Hereti knyazlığıdır. Lakin həm də qeyd edir ki, nədənsə "Kartlis tsxovreba"da da bəzən "Hereti" adı əvəzinə "Şəki" adı işlədilir. == Ərazisi == Hereti əyaləti şərqdə Qafqaz dağlarına, qərbdə Kür çayına, şimalda Telebdən yuxarıdakı Tke-Tba yaxud Qulqula gölünə, cənubda isə Alazan və İori çaylarının hövzəsinə kimi uzanan bir ərazini əhatə edirdi.