Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Histologiya
Histologiya — orqanizmi təşkil edən toxumaların morfoloji-funksional xüsusiyyətlərini öyrənən tibb sahəsi. Xüsusi histologiya yaxud mikroskopik anatomiya ayrı-ayrı orqanların mikroskopik quruluşunu öyrənir. İlk dəfə bitki toxumaları və hüceyrələri haqqında anlayışı 1665-ci ildə fizik Robert Huk irəli sürmüşdür. Sonralar bitki və heyvan toxumalarının hüceyrəvi quruluşunu 1671–1695-ci illərdə M.Malpigi, N. Gryu və Antoni van Levenhuk təsvir etmişdir. Antoni van Levenhuk 300 dəfə böyüdən mikroskop ilə eritrositlərin kapilyarlarda hərəkətini, spermanı, eninə zolaqlı əzələ liflərini, sinir liflərini və s. quruluşunu öyrənmişdir. XVII–XVIII əsrlərdə mikroskopiki tətqiqatların müvəffəqiyyətlərinə baxmayaraq, mikroskopların aşağı keyfiyyətdə olması və preformasiya nəzəriyyəsinə görə bu tədqiqatlar geniş yayılmadı. Bu nəzəriyyəyə görə təbiətdə heç bir şey yenidən əmələ gəlmir, orqanizmin inkişafı cinsiyyət hüceyrələrində əvvəlcədən qoyulmuş mayaların hesabına olur. Preformistlər spermada kiçik formalaşmış insanı axtarırdılar. Bəziləri qeyd edirdilər ki, Adəmin (ə.
Dietologiya
Dietologiya — Sağlamlığı öyrənən elm. Dietologiya bölməsi sağlam insanın düzgün qidalanmasıyla bağlı bütün məsələlərlə, həmçinin müxtəlif xəstəliklərdən əziyyət çəkən və xüsusi qidalanmaya ehtiyacı olan bir qrup insanların qidalanmasıyla məşğul olur. Şöbənin işi, insan sağlamlığını möhkəmlədən faktorların ayrılmaz bir hissəsinin qidalanma olmasının tam anlayışında əsaslanır. Dietologiya bölməsi artıq çəkini təhrik edən xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olur. Dietologiya sadəcə yemək haqqında elm yox, artıq çəkinin səbəblərini(endokrinoloji problemlər, kardioproblemlər, qastroentroloji problemlər və s.) əks etdirən daha dərin anlayışdır.1929-cu ildə Niderlandın Utrext Universitetinin alimi Kristian Eykman nevritə qarşı vitamin kəşfinə görə və Böyük Britaniyanın Kembric Universitetinin alimi Frederik Hopkins böyüməni stimullaşdıran vitaminlərin kəşfinə görə hər ikisi Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı adına layiq görülmüşlər.
Hidrologiya
Hidrologiya — təbii suları, onlarda gedən hadisələri və prosesləri öyrənən elm. Hidrologiya su obyektlərinin və onları öyrənmə metodlarının spesifik xüsusiyyətləri ilə əlaqədar okeanologiya (okean və dənizlərin hidrologiyası) və qurunun hidrologiyasını (qurunun səth sularını) öyrənir; potamologiya (çayların hidrologiyası), limnologiya (gölşünaslıq), qlyasiologiya, bataqlıqşünaslıq sahələri var; qurunun hidrologiyasına hidrometriya, hidroqrafiya, hidrokimya daxildir. Müasir hidrologiyanın əsas problemləri təbiətdə su dövranının tədqiqi, insanın təsərrüfat fəaliyyətinin ona təsiri, su obyektlərinin, ərazilərin və ümumiyyətlə Yerin hidroloji elementlərinin (suyun səviyyəsi, sərfi, temperaturu və s.) zaman, məkan analizi, həmin elementlərin tərəddüdünün qanunauyğunluqlarının aşkar edilməsi və s. ibarətdir. Çoxillik hidroloji müşahidələr və tədqiqatlar arasında hidroloji proqnozlar tərtib edilir.
Xristologiya
Xristologiya (yunan. Χριστός, xristos, "Məsih", + yunan. λογος, logos, "elm") yaxud Bibliya xristologiyası – xristian teologiyasının bir sahəsi, Nazaretli İsanın şəxsiyyəti, təbiəti və işləri haqqında Bibliya əsasında qurulan təlim. Xristianların Müqəddəs Yazılarında İsanın şəxsiyyəti dünyanın Xilaskarı olaraq təqdim olunduğuna görə, Bibliya xristologiyası soteriologiya (xilas haqqında təlim) ilə sıx əlaqəlidir. Bibliya xristologiyası "Əhdi-Ətiq xristologiyası" və "Əhdi-Cədid xristologiyası" olmaq üzrə iki böyük bölməyə ayrılır. İsadan əvvəlki Müqəddəs Yazılarda (Əhdi-Ətiqdə) dünyaya gələcək olan Xilaskar-Messiyadan (Məsihdən) bəhs edən parçaları tədqiq edən Əhdi-Ətiq xristologiyası həmçinin messianizm adlanır. Əhdi-Cədid xristologiyası artıq İsanın şəxsində dünyaya gəlmiş olan Məsihi tədqiq edir. == Messianizm == Məsih (yaxud Messiya) və Məsihin Padşahlığı haqqında təlim başlanğıcdan sabit və dəyişməz şəkildə əmələ gəlməyib, tədricən formalaşmışdır. Bibliyada messianizmin bir neçə mərhələsini görmək olar: İlk nişanəsi. Adəm ilə Həvva günaha batanda, Allah-Taala onları yoldan çıxardan ilana belə deyib: "Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram.
Litologiya
Litologiya (q.yun. λίθος ("daş") + λόγος ("elm"); ing. Sedimentology) — çöküntülər, çökmə süxurlar haqqında olan geoloji elm sahəsi. Qərbi Avropada və ABŞ-də bu elm sedimentologiya adlanır. Litologiya çöküntülərin, çökmə süxurların mənşəyi, tərkibi, quruluşu və yer kürəsində paylanmasının əsas qanunauyğunluqlarını tədqiq edir. Müasir litologiya stratiqrafiya, tektonika, paleocoğrafiya, geokimya, paleontologiya, iqlimşünaslıq, biologiya, riyaziyyat və s. elm sahələri ilə sıx əlaqədə inkişaf edir. Litologiyanın başlıca metodu petroqrafik, mineraloji, kimyəvi, fasial və formasiya analizi, habelə müqayisəli-litoloji metoddur.
Sitologiya
Sitologiya və ya hüceyrə biologiyası (yun. sitos - hüceyrə, loqos - elm) hüceyrələrin fiziologiyasını, quruluşunu, tərkibindəki orqanoidləri, ətraf mühitlə əlaqəsini, həyat dövrünü, bölünməsi və ölümünü öyrənən elmdir. Bu proses həm molekulyar, həm də mikroskopik miqyasda həyata keçirilir. Sitologiya tədqiqatları bakteriya və protozoa kimi təkhüceyrəli orqanizmlərdən tutmuş insanlar kimi çoxhüceyrəli orqanizmlərə qədər dəyişir.Sitologiyanın əsası bir elm kimi təxminən 100 il əvvəl qoyulmasına baxmayaraq, hüceyrə özü 1665-cı ildə Robert Huk kəşf edilmişdir və ona hüceyrə (hücrə) adı vermişdir. == Hüceyrə == Hüceyrəni öyrənən elm sahəsi sitologiya adlandırılmışdır. O da bioloji elmlər sırasına daxildir. Müasir sitologiya hüceyrənin mikroskopik və ultra mikroskopik quruluşundan, onun funksiyasından, inkişafından, kimyəvi təşkil xüsusiyyətlərindən, fiziki-kimyəvi xassələrindən, özünü törətməsi, regenerasiyası, mühitə uyğunlaşmasından bəhs edən elmdir. Hüceyrə orqanizmin çoxalan elementar canlı hissəsidir. Ona görə də biologiyanın inkişafı bir çox cəhətdən sitologiyanın inkişafı ilə əlaqədardır. Canlılar adi gözlə görünməyən kiçik hüceyrələrdən təşkil olunmuşlar.