Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kanada hiyləsi
Kanada hiyləsi — 1980-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsi və Kanada hökuməti tərəfindən altı amerikalı diplomatı xilas etmək üçün təşkil edilən gizli əməliyyatın adıdır. 4 noyabr 1979-cu ildə Amerikanın Tehrandakı səfirliyinin islamçı tələbələr və milislər tərəfindən ələ keçirilməsi zamanı bu altı diplomat qaçmağa və girov yoldaşlarının taleyindən yayınmağa müvəffəq oldu.
İynəsiz mikrosxem daşıyıcısı
İynəsiz mikrosxem daşıyıcısı (en. leadless chip carrier (LCC)) – mikrosxemlərin lövhələrdə quraşdırılması üsulu. İynəsiz mikrosxem daşıyıcısının lövhə ilə birləşmək üçün kontaktları olur, mikrosxem isə, sadəcə, yuvaya salınır. Kompüter istehsalçıları bu üsuldan istifadə edirlər, çünki bu üsul IBM və Compaq şirkətlərinin istifadə etdiyi millər sırası vasitəsilə bərkitmək üsulundan daha ucuzdur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.