Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Humanist psixologiya
Humanist psixologiya— Psixoanalitik istiqamət şəxsiyyətin motivasiyası və strukturunu öyrənməklə psixologiyada mühüm yenilikləri, kəşfləri meydana çıxardı. Lakin psixoanaliz şəxsiyyətin bir sıra keyfiyyətlərinin məqsədyönlü şəkildə inkişafının mümkünlüyünü inkar edirdi. Bundan başqa, psixoloqlar psixoanalitiklərin şəxsiyyətin inkişafının uşaqlıq dövründə başa çatması ilə razılaşmır, hesab edirdilər ki, şəxsiyyət həyatı boyu inkişaf edir. == Humanist psixologiyanın yaranması və inkişafı == Humanist psixologiya ötən əsrin 40-cı illərində ekzistensialit fəlsəfi məktəbin əsasında ABŞ-da yarandı. Onun ilk yaradıcılarından biri Q.Olport qeyd edirdi ki, Amerika psixologiyası Seçenov, Bine, Freyd və digər alimlərin yaratdıqlarını inkişaf etdirib, yayıb, sintez edib humanist psixologiyanı formalaşdırdı.30-50-ci illərdə aparılan tədqiqatlar göstərdi ki, insanın yalnız mühitə uyğunlaşdırılması motivasiyası kifayət etmir. Situasiyanın təzyiqini aradan qaldırmaq imkanları insanlarda deyildiyindən daha çoxdur. İnsanların mənəvi tərəflərinin inkişafı problemlərini ənənəvi təbii-elmi determinantlarla izah etmək mümkün deyildi. Deməli, yeni fəlsəfi yanaşmalar da tələb olunurdu. Humanist psixologiyada şəxsiyyətin cəmiyyətlə qarşılıqlı münasibəti, eləcə də sosial mühitin şəxsiyyətə təsiri məsələləri araşdırılmaqla başlandı. Humanist psixologiyanın nümayəndələri psixoanalizin şəxsiyyətlə mühit arasındakı barışmaz ziddiyyətin olması fikrini qəbul etmirdilər.
Humanizm
Humanizm — (lat. humanitas — "insanlıq", humanus — "insani", homo — "insan") — insanın öz həyatının məzmununu və formasını müəyyən etmək hüququna və öhdəliyinə malik olduğunu iddia edən demoktarik və etik həyat mövqeyidir. Humanizm insanın bilik və bacarıqlarından istifadə etməklə insani və digər ali dəyərlərə söykənən etika əsasında daha humanist cəmiyyətin yaradılmasına səsləyir. Humanizm teizm elementlərini özündə ehtiva etmir və dini dünyagörüşünü inkar edir. Humanizm insani məsələlərdə təbiətüstü inancların hakimiyyətini tamamilə rədd edir, amma bununla yanaşı inancların özünü hədəf olaraq seçmir. Ümumi mənada ateizm və aqnostizmlə bütünləşir, amma humanist anlayış bunlara daxil deyil. Humanizm bu cür təbiətüstü güclərin varlığı ilə bir növ maraqlanmayan etik yanaşmadır. Humanizmin əsas məqsədi hər cür avtoritarlıqdan insanı azad etməkdir. Humanizmə görə həqiqəti tapmaq insanın haqqıdır. Amma həqiqəti tapmaq yolunda mistisizm, inanclar və bu kimi məntiqlə tamamlanmayan üsullar doğru deyil.
Tumanis nahiyəsi
Tumanis nahiyəsi XIV əsr — 1801əsr-XIX əsrlərdə inzibati nahiyə. Borçalının bölgələrindən biri.
The Humans (qrup)
The Humans — Rumıniyanın Buxarest şəhərində yaradılmış musiqi qrupu. Qrupun tərkibində vokalist Kristina Karamarku, gitaraçı Aleksandru Çismaru, klavişli musiqi alətlərin ifaçısı Aleksandru Matei, bassist Alin Neaqoe və təbilçi Adi Tetrade yer almışdır. Onlar "Goodbye" mahnısı ilə Rumıniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.
Goodbye (The Humans mahnısı)
Goodbye (azərb. Sağ olun‎) — Rumıniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.The Humans qrupu "Goodbye" mahnısı ilə Rumıniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi The Humans qrupunun üzvləri Matei Aleksandru və Alin Neaqoeyə, sözləri isə qrupun vokalisti Kristina Karamarkuya aiddir.