Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Archaic sapiens
Arxaik Homo sapiens, anatomik cəhətdən müasir bir görünüşə sahib olan insandan (Homo sapiens sapiens) fərqli olaraq 500.000 il əvvəl yaşamış Homo cinsinin bəzi növlərini əhatə edən geniş bir termindir. Termin Homo heidelbergensis, Homo rhodesiensis, Homo neanderthalensis və bəzən Homo antisessor növlərini əhatə edir. Neandertallar kimi böyük olan digər ibtidai insanlar, neandertallara məxsus olan, xüsusilə üz cizgilərindəki struktur xüsusiyyətlərini daşımırlar. Məlumdur ki, 1862-ci ildə K. Fokt insanların insanabənzər meymunlardan yaranması nəzəriyyəsini irəli sürmüşdür (simial nəzəriyyə). İnsanlarla meymunlar arasında aralıq mərhələ təşkil edən canlı varlıqların nə vaxtsa mövcud olduğunu əsas götürən Ernest Hekkel 1866-cı ildə onları meymun insan yaxud pitekantrop adlandırmışdı. Pitekantropların ilkin qalıqları 1891–1893-cü illərdə İndoneziyanın Yava adasında Solo çayı sahilində Trinil kəndi ərazisində Y. Dübua tərəfindən aşkar olundu. 1891-ci ildə diş qalıqları, 1892-ci ildə 3 kəllə sümüyü, diş və bud sümüyünün qalıqları aşkar olundu və 1893-cü ildə Avropaya gətirildi. Tapıntılar 1894-cü ildə ilk dəfə bioloji cəhətdən tədqiq edildi. Həmin dövrdə Yava tapıntılarının yaşı geoloji şkalaya uyğun olaraq 600 min il bundan əvvələ aid edilsə də, müasir dövrdə onların təxminən 2 milyon il bundan əvvəl mövcud olduqları müəyyənləşdirildi. Müasir dövrdə həmin tapıntılar ən qədim insanlara aid edilir və Arxantropların ilkin tapıntısı kimi qəbul olunurlar.
Sundar Pichai
Sundar Piçay (Sandar Piçay, Pichai Sundararajan; 10 iyul 1972, Maduray[d], Tamilnad) — Google şirkətinin baş icraçı direktoru. == Həyatı == Sundar Piçai (eng. Sundar Pichai) 12 iyul 1972-ci ildə Hindistanın Çennai (eng. Chennai) Tamil Nadu əyalətinde iki otaqlı bir evdə dünyaya gəldi. Atası elektrik mühəndisi, anası isə stenoqraf idi. Xaragpur`da Hindistan Texnologiya İnstitutun Metallurgiya Mühəndisliyini diplomunu alan Piçai, oxuğuduğu vaxtda dövrünün ən yaxşısı olaraq tanınırdı və Stenford Univesitetinindən magistr üçün burs qazandı. Amma Piçainı ABŞ göndərmək üçün kifayət qədər pulu olmadığından və kredit ala bilməyincə atası Requnatha Piçai, topladıqları pulla Sundarı ABŞ-yə göndərdi. Piçai, Stenford Universitetini bitirə bilmədi, amma Pensilvaniya Univesitetindən MBA dərəcsi aldı. Applied Materials və McKinsey & Company şirkətlərində işlədi. 2004-cü ildə Googleda işləməyə başladı.
İcraçı direktor
İcraçı direktor — şirkətin rəhbərlərindən biri, direktor və baş direktor vəzifələrinə uyğundur. Bəzi şirkətlərdə bu vəzifələr paralel fəaliyyət göstərir.
Kill chain
Öldürmə zənciri (ing. Kill chain) termini hücumun strukturunu müəyyən edən hərbi anlayışdır. O, ibarətdir: hədəfin müəyyənləşdirilməsi (Detect) qüvvələrin hədəfə göndərilməsi (Deliver) hədəfə hücumun başlaması (Decide) hədəfin məhv edilməsi (Kill)Rəqibin öldürmə zəncirini "qırmaq" ideyası müdafiə və ya qabaqlayıcı hərəkət üsuludur. == Hərbi == === F2T2EA === Bir hərbi "öldürmə zənciri" modeli aşağıdakı mərhələləri özündə cəmləşdirən "F2T2EA"dır: Tapın: hədəfi müəyyənləşdirir. Müşahidə və ya kəşfiyyat məlumatları daxilində və ya kəşfiyyat vasitələri ilə hədəfi tapır. Düzəlt: Hədəfin yerini düzəldin. Mövcud məlumatlardan və ya əlavə məlumat toplamaqla hədəf üçün xüsusi koordinatlar əldə edin. Track: Hədəfin hərəkətinə nəzarət edin. Hədəflə əlaqə qurmamaq barədə qərar qəbul edilənə və ya hədəf uğurla nişanlanana qədər hədəfi izləyin. Hədəf: İstədiyiniz effektləri yaratmaq üçün hədəfdə istifadə etmək üçün uyğun silah və ya aktiv seçin.
Baş icraçı direktor
Baş icraçı direktor və ya CEO (ing. chief executive officer sözlərinin baş hərfləri) — Anglo-Sakson iqtisadi modeli olan ölkələrdə (ABŞ, İngiltərə və s.) direktor, baş idarəçi vəzifəsi. Azərbaycanda bu vəzifənin adı adətən İdarə Heyətinin Sədri kimi ifadə olunur. == Məsuliyyəti == Bir təşkilatın İdarə Heyətinin Sədrinin məsuliyyətləri, şirkətin qanuni quruluşuna bağlı olaraq, İdarə Heyəti və ya başqa bir səlahiyyətli orqan tərəfindən müəyyən olunur. Bu məsuliyyətlər son dərəcə geniş və ya məhdudlaşdırılmış olur və adətən Səlahiyyətli bir heyətə bağlı olurlar. Çox vaxt bu səlahiyyətlər şirkətin strategiyasını və siyasi mövqeyini müəyyənləşdirmək, liderlik, idarəçilik, şirkətin rabitə və alınan qərarları tətbiq etmək kimi sahələri əhatə edir. İdarə Heyətinin Sədri rabitə üzrə məsul olaraq mətbuata və şirkətin əməkdaşlarına lazımi açıqlamaları edir. Lider kimi rəhbərlik kabinetinə lazımi məsləhətləri verir, işçiləri motivasiya edir və şirkət daxilindəki dəyişiklikləri idarə edir. Bir rəhbər olaraq da şirkətin gündəlik əməliyyatlarını idarə edir. Bu xüsusiyyətlər İdarə Heyətinin Sədrinin şirkətin bütün sektorlardakı orqanları və biznes sahələri — fəaliyyətlər, reklam, maliyyə, insan resursları da daxil olmaqla — üzərində həyatı qərarları vermək səlahiyyəti olduğunu göstərir.
Chai Khana media
ing. Chai Khana media – Cənubi Qafqazda qadınlara, kənd icmalarına, münaqişə zonalarına istinad edən kreativ beynəlxalq media platformasıdır. Platforma daha çox barəsində danışılmayan mövzu və problemləri işıqlandırmağa istiqamətlənmişdir. == Tarixi == Chai Khana media ilk olaraq 2015-ci ilin fevralında fəaliyyətə başlamışdır. Media startapı Gürcüstanın paytaxtı Tbilisidə yerləşir və əsas diqqəti qadınlar, azlıqlar, kənd əhalisi və münaqişələrə yönəldir. Başlanğıcda platformada çalışanların təxminən 80%-i qadınlar olmuşdur. 2019-cu ilin yayında Lika Antadze 26 yaşında baş redaktor təyin edilmişdir. == Mövzu və məqsədlər == Chai Khana Cənubi Qafqazın hər üç ölkəsini əhatə etməklə miqrasiyadan bazara qədər müxtəlif mövzularda mütəmadi olaraq yeni nəşrlər dərc edir. Çayxana və ya çay evi insanların bir yerə toplaşaraq öz hekayələrini paylaşdığı simvolik ümumi məkanı ifadə etdiyi kimi Chai Khana platforması da bütün Cənubi Qafqazda və onun sərhədlərindən kənarda olan insanlarla ünsiyyətə girərək bu məkanı yeni mərhələyə çıxarır. Chai Khana özünəməxsus mentorluq proqramı ilə istedadlı, gənc jurnalistlərin bacarıqlarını inkişaf etdirir və professional media nümayəndələrinin növbəti nəslinə dəstək olur.Azərbaycan, Ermənistan, Gürcüstan və münaqişə bölgələrində qadınlar, kvir insanlar, etnik, irqi və dini azlıqlar, münaqişədən təsirlənmiş insanlar və digər marginal qruplar üçün açıq müzakirə sahəsi təmin etmək, empatiya yaratmaq, cəmiyyətlərdə təsəvvürləri dəyişmək və regionda transsərhəd dialoq yaratmaq platformanın əsas məqsədlərindəndir.
Cucumis melo var. ananas-i-chair-verte
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.