Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Marketinqin idarəolunması
Marketinqin idarəolunması ( ing. marketing management) — müəssisə və təşkilatlarda marketinq yönümünün, onun texnika və üsullarının praktiki tətbiqinə, həmçinin marketinq resurslarının və firmanın fəaliyyətinin idarə edilməsinə yönəlmiş təşkilati intizam. == Strukturu == Marketinq menecmenti firmanın fəaliyyət göstərdiyi sənaye kontekstini təhlil etmək üçün iqtisadiyyat və rəqabət strategiyası alətlərindən istifadə edir. Bunlara Porterin beş qüvvəsinin təhlili, rəqiblərin strateji qruplarının təhlili, dəyər zəncirinin təhlili və başqaları daxildir. Rəqib təhlilində marketoloqlar SWOT təhlilindən istifadə edərək onların nisbi rəqabət üstünlükləri və çatışmazlıqlarına diqqət yetirərək bazarda hər bir rəqibin ətraflı profillərini qururlar. Marketinq menecerləri hər bir rəqibin xərc strukturunu, gəlir mənbələrini, resurslarını və səriştələrini, rəqabətli mövqeləşdirməni və məhsulun fərqləndirilməsini, şaquli inteqrasiya dərəcəsini, sənayenin inkişafına tarixi reaksiyalarını və digər amilləri araşdırır. Marketinq menecmenti tez-tez marketinq təhlili aparmaq üçün bazar araşdırması və marketinq araşdırması aparır. Marketoloqlar marketinq araşdırması aparmaq üçün müxtəlif üsullardan istifadə edirlər, lakin daha çox yayılmış olanlardan bəziləri bunlardır: Fokus qrupları və müxtəlif növ müsahibələr kimi keyfiyyətli marketinq tədqiqatları Statistik tədqiqat kimi kəmiyyət marketinq tədqiqatı Bazarları sınaqdan keçirmək kimi eksperimental üsullar Etnoqrafik (yerli) müşahidə kimi müşahidə üsullarıMarketinq menecerləri həmçinin tendensiyaları müəyyən etməyə və şirkət üçün marketinq təhlilini təmin etməyə kömək etmək üçün müxtəlif ətraf mühitin skan edilməsi və rəqabətli kəşfiyyat proseslərini tərtib edə və onlara nəzarət edə bilərlər. == İstinadlar == == Ədəbiyyat == Lenskold, James D. The Path to Campaign, Customer, and Corporate Profitability by James D. Lenskold. McGraw-Hill Education.
Yaddaşın idarəolunması bloku
Yaddaşın idarəolunması bloku (ing.memory management unit (MMU), ru. блок управления памятью )-virtual yaddaşın fiziki ünvanlara inikasını (fiziki ünvanlarla göstərilməsini) dəstəkləyən qurğu. Bəzi sistemlərdə (məsələn, 68020 tipli prosessorlara əsaslana sistemlərdə) MMU prosessordan ayrıdır, ancaq müasir kompüterlərdə MMU mərkəzi prosessorun mikrosxeminə yerləşdirilir. Bəzi sistemlərdə MMU mikroprosessor və yaddaşın interfeysini təmin edir, belə MMU tipi, adətən, ünvanın multiplekslənməsini, DRAM tipli yaddaş üçün isə həm də regenerasiyanı yerinə yetirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Relyasiyalı verilənlərin idarəolunması sistemi
Relyasiyalı verilənlərin idarəolunması sistemi (en. RDBMS (Relational Database Management System) - belə verilənlər bazalarında informasiya əlaqələr (RELATİONS) adlandırılan ikiölçülü cədvəllərdə saxlanılır. Cədvəlin sətirləri yazılar (TUPLE), sütunları isə atributlar (ATTRİBUTE) adlanır. Cədvəllər bir-biri ilə açar sahələrə görə bağlı olur. Relyasiyalı verilənlər bazaları konsepsiyası IBM şirkətinin əməkdaşı Edqar Kodd (Edgar F. Codd) tərəfindən 12 qayda şəklində ifadə olunub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Müştərilərlə qarşılıqlı münasibətlərin idarəolunması sistemi
Müştərilərlə qarşılıqlı münasibətlərin idarəolunması sistemi (CRM -CRM system - ing. Customer Relationship Management) şirkətin hazırkı və potensial gələcək müştərilər ilə əlaqələrinin idarə edilməsi üçün bir yanaşmadır. Bu yanaşmada şirkət ilə müştərilərin əlaqələri tarixi haqqında verilənlər bazası təhlil edilməsinə və müştərilər ilə biznes əlaqələrini inkişaf etdirilməsinə çalışılır və əsasən müştərilərin əldə saxlanılmasına və şirkətin gəlirlərinin artırılmasına önəm verilir.CRM yanaşmasının mühüm bir aspekti şirkətin internet saytı, telefonu, email ünvanı, canlı yayım, marketinq materialları və son zamanlarda çox istifadə olunan sosial media vasitələri daxil olmaqla müxtəlif rabitə kanalları ilə məlumatları tərtib edən CRM sistemləridir. CRM yanaşması və onu asanlaşdırmaq üçün istifadə olunan sistemlər vasitəsilə biznes müəsssisələri öz hədəf auditoriyaları və onların ehtiyaclarını ən ayxşı yolla necə qarşılayacağı barəsində məlumat alırlar. Lakin CRM yanaşmasını qəbul etmək həmçinin istehlakçı auditoriyasında favoritizmə də gətirib çıxara bilər ki, bu da müştərilər arasında narazılığa səbəb olacaqdır və CRM-in məqsədlərini məğlub edəcəkdir. == Tarixi == === Müştəri Münasibətlərinin İdarə Edilməsi proqramının yaradılması === Müştəri Münasibətlərinin İdarə Edilməsi ilə bağlı ilkin ideyalar 1970-ci illərin əvvəllərində müştəri məmnunniyyəti illik sorğular aparmaqla və ya qeydiyyatda müştərilərdən soruşmaqla yaranmağa başladı. Bu zaman, biznes müəssisələri satışın avtomatlaşdırılması üçün müstəqil meynfreym sistemlərinə etibar etməli idilər, lakin texnologiyanın inkişafı onlara müştəriləri elektron cədvəllərdə və siyahılarda kateqoriyalaşdırmağa imkan yaratdı. Bu mərhələdə ən önəmli dönəm 1982-ci il idi, bu zaman Keyt və Robert Kestnbaum Məlumat bazası marketinqi anlayışını təqdim etdi. Bu anlayış müştəri məlumatlarını toplamaq və analiz etmək üçün statistik metodları tətbiq edirdi.4 il sonra Dallasdan olan Pat Sullivan və Mayk Möhne ACT adlanan müştəri qiymətləndirmə sistemləriniyaratdılar. Bu sistem ilk dəfə olaraq düzgün formalı əlaqə idarə xidmətini təklif edən rəqəmsal roleks prinsiplərinə əsaslanırdı.Bu trend 1993-cü ildə ilk dəfə CRM məhsulları Sibel sistemini CRM product Siebel Systems imzalayan Tom Sibel də daxil olmaqla bir sıra təsisçilər tərəfindən potensialdan maksimum səviyyədə istifadə edə bilmək üçün izlənilmişdir.
İdarəolunan silikon düzləndirici
idarəolunan silikon düzləndirici (SCR) 1. (silicon controlled rectifier, кремниевый управляемый выпрямитель, silikon kontrollü doğrultucu)-sabit cərəyan üçün bloklayıcı açar kimi fəaliyyət göstərən elektron komponent.2. Ekran qoruyucusu (SCREEN SAVER) fayllarının uzantısı. Windows əməliyyat sistemində . SCR faylı . EXE faylı kimidir, sadəcə, o, ekran qoruyucusu kimi quraşdırıla bilər; hesab edilir ki, o, ekranda qrafika əks etdirəcək. İnsanların aldanaraq ziyanverici proqramları başlatmaları üçün belə bir praktika geniş yayılıb: həmin proqramlara . EXE uzantısı deyil (çünki bu faylları hamı tanıyır), . SCR uzantısı verilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,750 s.
Tank əleyhinə idarəolunan raket
Tank əleyhinə idarəolunan raket (TƏİR) (ingiliscə: anti-tank guided missile (ATGM), və ya anti-tank guided weapon (ATGW)) tankların məhv edilməsi məqsədilə hazırlanmış silahdır. Bu raketlərin əsas vəzifəsi tank və ya digər zirehli döyüş maşınlarını vurmaq və məhv etməkdir. TƏİR-lər əsasən atəş məsafələrinə görə bir nəfər tərəfindən çiyindən, və ya bir birlik tərəfindən qurulan üçayaqlı qurğulardan, həmçinin helikopterlərdən də atıla bilir. Birinci nəsil TƏİR-lər hədəfi tapmaq üçün komanda qolu kimi bir alətlə operator vasitəsilə hədəfi tapa bilirdi. Ancaq, bu iş üçün operatorun yaxşı təcrübəsinin olması və raketin uçuşu zamanı hərəkətsiz qalması lazım gəlirdi. İkinci nəsil TƏİR-lərdə isə hədəf vurulana qədər operatorun nişangahı hədəfdən ayırmaması lazım idi. Bu sistemlərdə raketi idarə etmək üçün kabel, radio siqnalı, lazer işarələnməsi və ya raketə yerləşdirilən TV kamerasından istifadə olunurdu. Bu raketlərə ABŞ istehsalı TOW raketləri misal ola bilər. Ancaq, bu nəsil silahlarda da operatorun sabit qalması lazım gəlirdi. Çox inkişaf etmiş üçüncü nəsil TƏİR-lər isə lazer, elektronik görüş sistemlərindən istifadə olunur.
Sualtı qayıqlarda istifadə edilən idarəolunan raketlər üçün NATO kod adları
SSRİ-nin sualtı qayıqlardan buraxılan idarəolunan raketlərinin NATO kod adları