Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İdeya
İdeya [yun. idea – anlayış, təsəvvür, fikir, ideya] insan şüurunda reallığı əks etdirən təsəvvür və anlayışların məcmusu; insanın reallığa onun dünyaya baxışının əsasını təşkil edən münasibəti; hər hansı bir şeyin məzmununu müəyyənləşdirən fikir, mahiyyət; istək, fikir, plan; "məna", "mahiyyət" bildirən, həmçinin şüur və təfəkkürün kateqoriyaları ilə sıx bağlı olan fəlsəfi termin; insan şüurunda varlığı (həqiqi və ya yanlış şəkildə) əks etdirən və onun bizi əhatə edən mühitə münasibətini ifadə edən anlayış, təsəvvür; dünyagörüşünün əsas və ən mühüm prinsipi; məfkurə, məslək, əqidə. Məsələn, ideya mübarizəsi, ideya silahı; fikir, qayə, məqsəd. Məsələn, [sülh]]ü qorumaq və möhkəmləndirmək ideyası. == Ədəbiyyat == Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
İdeyalar tarixi
İdeyalar tarixi — bəşəri fikirlərin yaradılması, qorunması və dəyişdirilməsi tarixi prosesi haqqında elm. İdeyalar tarixi intellektual tarix, fəlsəfə tarixi, elm tarixi, ədəbiyyat tarixi və ümumiyyətlə mədəniyyət tarixi ilə sıx əlaqədardır və bu səbəbdən onların bir hissəsi və ya tərkibindəki tətbiq olunan bir intizam kimi qəbul edilə bilər. Metod bir-biri ilə yeni birləşmələrə gələn və ifadə formalarını dəyişən, nisbətən dəyişməz qalan vahid fikirlərin öyrənilməsinə əsaslanır. Konsepsiya bu intizamın qurucusu olan Artur Lavcoy (Great Being Chain of Being: A History of a Idea, 1936) tərəfindən təqdim edilmişdir. == Nümayəndələri == Nümayəndələri Artur Lavcoy Rene Uellek Leo Şpitser Pol Azar Tədqiqatçılar İsayya Berlin Mişel Fuko == İstinadlar == == Biblioqrafiya == Лавджой, А. Великая цепь бытия: История идеи / Пер. с англ. Владислав Софронов. — М.: Дом интеллектуальной книги, 2001. — 376 с. ISBN 5-7333-0239-9 История идей как методология гуманитарных исследований.
Bütöv Azərbaycan ideyasi
Bütöv Azərbaycan — hazırda azərbaycanlıların yaşadığı və tarixən əsasən azərbaycanlılar yaşamış ərazilərin birləşdirilməsini nəzərdə tutan milli ideya. == Ərazi == Bütöv Azərbaycan ərazisinə bu ərazilər daxildir: Cənubi Azərbaycan — İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Ərdəbil, Qəzvin, Həmədan Qum Mərkəzi ostanları və Astara şəhristanı. Qərbi Azərbaycan — Ermənistanın bütün ərazisi. Dərbənd — Rusiyanın Dərbənd rayonu, Dağıstan Respublikası. Borçalı — Gürcüstanın Aşağı Kartli diyarı. Kərkük, Ərbil və s. — İraq.Bütöv Azərbaycan ideyasının ideoloqlarından biri Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəy hesab olunur.
Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala (kitab)
Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala — akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə hazırlanmış ikicildli monoqrafiya. Kitab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən iki cilddə nəşr edilmiş, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuşdur. Kitabda ilk dəfə olaraq ədəbiyyatda Heydər Əliyev obrazı tədqiqata cəlb edilərək, ədəbiyyatın Heydər Əliyev fenomeninə münasibəti, reaksiyası, dahi şəxsiyyətin bədii əsərlərdə obrazının təcəssümlənməsi məsələləri sistemli tədqiq olunmuşdur.Kitabın təqdimatı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keşirilmişdir. == Birinci cild == İnstitutun elmi şurasının qərarı ilə çap olunan monoqrafiyanın birinci hissəsinin rəyçiləri professorlar Məmməd Əliyev və Məhərrəm Qasımlı, məsul redaktoru isə Tehran Əlişanoğludur. Birinci kitab 400 səhifə həcmində, altı fəsildən ibarətdir. Giriş - "Ədəbiyyatın yüksək amalı və böyük borcu" (akademik İsa Həbibbəyli) birinci fəsli - “Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz” (akademik İsa Həbibbəyli) ikinci fəsli - “Poeziyada Heydər Əliyev idealı” (Filologiya üzrə elmlər doktoru, dosent Elnarə Akimova) üçüncü fəsli - “Folklorda və bədii nəsrdə Heydər Əliyev obrazı” (AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu) dördüncü fəsil - “Dahiyə layiq bədii-sənədli epopeya” (Filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənova) beşinci fəsil - “Uşaq ədəbiyyatında Heydər Əliyev mövzusu” (Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı) altıncı fəsil - “Heydər Əliyevin ədəbi-filoloji portreti” (Filologiya üzrə elmlər doktoru, professor Əlizadə Əsgərli) == İkinci cild == 2019-cu ildə çap olunan “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala” kitabının ikinci cildi Ümummilli Liderin ölkəmizdə siyasi hakimiyyətə başlamasının 50 illiyinə ithaf olunub. Monoqrafiyada akademik İsa Həbibbəyli “Heydər Əliyev epoxası: dahilik, zaman və müasirlik”, “İlham Əliyev erası”, “Azərbaycan Heydər Əliyevşünaslığı: nailiyyətlər və vəzifələr” başlıqlı üç sanballı tədqiqatla Ümummilli Liderin tarixi və bədii obrazını yaradıb. İkinci kitabda, həmçinin Elnarə Akimovanın “Ulu Öndər yolunun davamı və sabahı – İlham Əliyev”, Tehran Əlişanoğlunun “Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”, Lalə Həsənovanın “Beynəlmiləl məfkurədən milli ideyaya doğru (xarici ölkələrin publisistikasında Heydər Əliyev obrazı)”, Aygün Bağırlının “Heydər Əliyevin bədii obrazı dramaturgiya və teatrda”, Əlizadə Əsgərlinin “Elmi-ədəbi fikirdə Heydər Əliyev dühası” kimi əhatəli yazıları da yer alıb.İkinci kitabın rəyçisi AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, məsul redaktoru Tehran Əlişanoğludur.