Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İfritə
İfritə — folklora və xalq xürafatlarına görə, iblislə ittifaq bağlamış cadugər qadın. İfritələrə inam xüsusilə orta əsrlərdə yayılmışdır. XV–XVII əsrdə baş vermiş ifritələrin ovu ilə əlaqədar "İfritələrin gürzü" kodeksi buraxılmışdır. Ehtimal edilmişdir ki, ifritələr cin-şəyatinlə ünsiyyət üçün gecə məclislərinə (şabaşlara) süpürgə, keçi və ya donuz üstündə uçuşub gəlirdilər. Habelə hesab edilmişdir ki, ifritələr təqvim bayramları zamanda (məsələn, Valpurgiya gecəsində) xüsusilə təhlükəlidirlər. İfritələr haqqında təsəvvürlər təsviri sənətdə (Hans Baldunq) və ədəbiyyatda (Vilyam Şekspir, Nikolay Qoqol) var. == Kaftar == Türk və fars mədəniyyətində iştirak edən bir cadugər fiqurudur. İnanışa görə Kaftar, buynuzlu bir qadın görünüşündədir. Cadu edər, ölüləri məzardan çıxarıb aparır. Çirkin bir görünüşü vardır.
İllit
Hidromikalar - minerallar, H3O, OH, H2O ilə zənginləşmiş mikalar: hidrobiotit, hidromuskovit, hidrofloqopit, illit. Hidromikalar tərkib və xassələrinə görə biotit, muskovit və vermikulitin arasında aralıq mövqe tutur. Vermikulitə nisbətən daha yaxşı köpürlər. Gillərin adi komponentləri, dəniz və kontinental çöküntülərin terrigen və autigen minerallarıdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Ageratina illita
Ageratina illita (lat. Ageratina illita) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
İlfat Abdullin
İlfat Abdullin (9 yanvar 1998) Qazaxıstan oxçusu. Olimpiya Oyunlarının iştirakçısı. == Tərcümeyi-hal == İlfat Abdullin 9 yanvar 1998-ci ildə Taldıkorqanda anadan olmuşdur. === Karyera === Antalyada keçirilən Dünya Kubokunun üçüncü mərhələsində çıxış etdi. Qazaxıstanlı oxçunun 651 xal toplayaraq 79-cu yeri tutduğu reytinq turu nəticəsində ilk turda belaruslu Anton Prilepovu vuraraq ona 2:6 hesabı ilə uduzdu.Dəkkədə keçirilən 2017 Asiya Çempionatında Abdullin 1/32 finala yüksəldi. Cakartada keçirilən 2018 Asiya Oyunlarında Abdullin dördüncü oldu. Yarımfinalda bürünc medal uğrunda dueldə isə İndoneziyalı Riau Eqa Aqat Salsabillaya 2: 6 hesabı ilə məğlub oldu. O, həmçinin kişilərdən ibarət komandada beşinci, qarışıq cütlər turnirində isə doqquzuncu yeri tutdu. Elə həmin il Dünya Kubokunun üç mərhələsinə qatıldı: Şanxayda fərdi turnirdə 57-ci, qarışıq komandada 9-cu, Antalyada ilk matçlarda məğlub olaraq 57-ci oldu. Ən yaxşı nəticə Berlində göstərildi və fərdi turnirdə 1/16 finala çıxdı.
İlita Daurova
İlita Daurova (rus. Или́та Кири́лловна Да́урова) — Sovet pilotu. İkinci Dünya müharibəsinin Şərq cəbhəsində döyüşmüşdür. İlk osetin qadın pilot kimi tanınır. == Həyatı == İlita Daurova 26 dekabr 1919-cu ildə Hussar Lamardon kəndində anadan olub. Uşaqlıqdan hərbi sahə ilə maraqlanan İlita Daurova on yaşında olarkən silah istifadə etməyi öyrənmiş və bir neçə dəfə ayı ovlamışdır. İbtidai məktəbi bitirdikdən sonra Stalin kolxozunda işləmiş, sonradan isə kolxoz sədri olmuşdur. Kolxozdan sonra XTNS-da işləməyə başlamışdır. 1934-cü ildə Komsomol üzvlərindən biri kimi "Artek"ə göndərildi. Burada döyüş təyyarəsi pilotu Hariton Salamov ilə tanış oldu və ona pilot olmaq istədiyini bildirdi.
Muazzez İlmiyə Çığ
Muazzez İlmiyə Çığ (türk. ; 20 iyun 1914, Bursa, Xudavəndigar vilayəti) — Türk şumeroloqu. == Bioqrafiyası == Krım tatarı ailəsində anadan olmuşdur. Əcdadları Krımı tərk edib Türkiyəyə mühacirət edir. Ata ailəsi Merzifonda, ana ailəsi isə Bursada yerləşir. Orada Muazzzez Birinci Dünya müharibəsinin başlamasından bir neçə həftə əvvəl anadan olur. Valideynləri əvvəlcə İzmirə köçür və daha sonra Yunan birlikləri 15 iyun 1919-cu ildə İzmirə hücum etdikdən sonra Çoruma gedirlər. Çorumda ibtidai məktəbdə oxuyur, daha sonra Bursada Fransız məktəbini bitirir və Bizim Mektep adlı məktəbdə skripka dərsləri alır. 1926-cı ildə Bursa Qız Müəllimlər Məktəbinə (Bursada qadın müəllim hazırlığı məktəbi) qəbul imtahanından keçir. 1931-ci ildə kolleci bitirdikdən sonra atasının dərs dediyi Eskişehirdə işə düzəlir.
İfritə Meymunə (1992)
== Məzmun == Mövzusu "Min bir gecə" nağıllarından götürülmüş bu filmdə məhəbbətin gücündən, bütün çətinliyə qalib gəlməsindən danışılır. == Film haqqında == Film Belarus Animasiya Mərkəzinin sifarişi ilə çəkilmişdir.
İfritə Meymunə (film, 1992)
== Məzmun == Mövzusu "Min bir gecə" nağıllarından götürülmüş bu filmdə məhəbbətin gücündən, bütün çətinliyə qalib gəlməsindən danışılır. == Film haqqında == Film Belarus Animasiya Mərkəzinin sifarişi ilə çəkilmişdir.
İçite
İçite Xatun — türk və altay mifologiyasında sağlamlıq tanrıçası. Xəstəlikləri önləyər, insanlara sağlamlıq verir. Yaşlı və müdrik görünüşlü bir qadındır. Sahib olduğu güc köməyilə dərdi xəstənin bədənindən qovar. Qırmızı saçlı, inci dişli, gələcəkdən xəbərlər verə bilən, insanları bəladan qoruyan bir varlıqdır. Ətrafı sıx meşələrlə qablı bir gölün içində yaşar. == Etimologiya == (İy/İz/İç) kökündən törəmişdir. İye/İçə yəni qoruyucu ruh və sahib mənalarıyla əlaqəlidir. Bundan başqa Ece/Ece yəni kraliça və bacı sözləriylə də yaxından əlaqədardır. Türkcədə inyeksiya etmək (şpris etmək) mənasını verən "İçitmek" adlı sözlə bənzərliyi də ilgi maraqlıdır.
Ignite (mahnı)
Ignite (IGNITE kimi göstərililir) — Yaponiya müğənnisi Eyr Aoy tərəfindən ifa olunmuş sinql. Bu sinql müğənninin 7-ci sinqlıdır. 20 avqust 2014-cü ildə yayımlanmışdır. Sinql Japan Hot 100 hit paradında 1-ci yerə, həftəlik Oricon hit paradında isə 9-cu yerə çatmışdır. Sinql "Sword Art Online" anime serialının ikinci mövsümünün ilk açılış mahnısı kimi (I-XIV seriyalar) istifadə olunmuşdur. == Trek siyahısı == == Hit paradlarda == == Qəbul == 2016-cı ilin iyulunda Charapedia istifadəçiləri tərəfindən bu mahnı qadın müğənni tərəfindən ifa olunan ən yaxşı 11-ci (143 səs) anime mahnısı seçilmişdir.
Lilite Zatlere
Lilita Zatlere — Latviyanın 2-ci Birinci xanımı (2007—2011). == Həyatı == Lilita Zatlere 1953-cü il fevralın 24-də Riqa şəhərində anadan olub. == Ailəsi == Lilita Zatlere birinci həyat yoldaşı rəssam Ayvaru Manquli idi. Həmin nigahdan onun Agnese adında qız övladı var. 2007-2011-ci illərdə Latviya Prezidenti olan Valdis Zatlers ilə nigahdan isə, Karlis adında oğul övladı var.
Elite (serial, 2018)
Elite (isp. Élite) — İspaniya istehsalı dram internet serialı. == Məzmun == Məktəblərin çökməsindən sonra üç işçi sinifi dostları Samuel, Nadia və Kristiana İspaniyanın əən məşhur məktəbi olan Las Enkinas tərəfindən təqaüd verilir. Təqaüdlər, məktəbin çökməsi ilə əlaqəli olan inşaat şirkəti tərəfindən dəstəklənir. Üç dost əvvəlcə varlı şagirdlər tərəfindən təklənir. Məktəb ili irəlilədikcə həyatları, yaşayış tərzləri, hirslilik və qısqanclıq savaşı içində keçmişdir.
Steins;Gate Elite
Steins;Gate Elite (シュタインズ・ゲート エリート, Shutainzu Gēto Erīto) – 2018-ci ildə Yaponiyada buraxılmış elmi fantastika vizual romanı və interaktiv film videooyunu. "Science Adventure" seriyasına daxildir. Oyun 2009-cu ildə buraxılmış "Steins;Gate" oyununun yenilənmiş, animasiya edilmiş remeykidir. Oyunun hazırlanması zamanı 2011-ci ildə yayımlanmış anime serialının səhnələrindən, eləcə də, White Fox studiyası tərəfindən hazırlanmış yeni animasiyalardan istifadə olunmuşdur. Oyun Çiyomaru Şikura tərəfindən vizual roman janrını inkişaf etdirmək məqsədilə yaradılmışdır. O, xüsusilə, tam animasiya olunmuş "Yarudora" oyun seriyasından təsirlənmişdir, lakin yüksək xərclər və uzun istehsal müddəti səbəbilə mövcud animasiyalardan istifadə etməyə qərar vermişdir. Oyun tənqidçilər tərəfindən bəyənilmişdir. == Ümumi baxış == "Steins;Gate Elite" elmi fantastika janrında olan vizual roman və interaktiv film oyunudur. 2009-cu ildə buraxılmış "Steins;Gate" oyununun yenilənmiş versiyasıdır. "Science Adventure" seriyasına daxil olan digər oyunlardan fərqli olaraq tam animasiya olunmuşdur.
İlie Ketereu
İlie Ketereu (rum. Ilie V. Cătărău, doğulduğunda soyadı Katarov, 1888, Orhey[d], Bessarabiya quberniyası[d] – 1952, Transilvaniya) Bessarabiyada doğulan siyasi macəraçı, əsgər və casus idi. Həyatının bir hisssini Rumıniyada keçirmişdir. O, Rumıniya ilə Avstriya-Macarıstan arasındakı gərginliyin artmasına yönəlmiş iki terror hücumunun əsas günahkarlarından hesab edilir. Ketereu Katarov Rusiya imperiyasının və Rumıniyanın xüsusi xidmətləri üçün işləyən ikili agent idi. == Bioqrafiya == Ketereu Katarovun mənşəyi və erkən həyatı hələ müəyyən deyil. O, Rusiya İmperiyasının Bessarabiya əyalətində yerləşən Orxey — yaxud yaxınlıqdakı Markauti kəndindən idi. Qeydlər göstərir ki, onun doğulduğu il 1888, valideynləri isə Vasily Konstantinoviç və Aleksandr idi. Rumıniya qaynaqları isə Ketereunun Rumıniya cəmiyyətinin üzvü deyil, daha çox Bessarabiya Bolqarı olduğunu iddia edir. Ketereu və bir çox bacısı erkən yaşda yetim qaldı.