PLİTƏ

[ rus. плита]
1. İri, yastı səthi düz daş, metal və s. parçası. Mərmər plitə. Beton plitə. Çuqun plitə.
2. bax pilətə. Qaz plitəsi.
PLEVRİ́T
PLİTKA
OBASTAN VİKİ
Filippin plitəsi
Filippin plitəsi — litosfer plitələri arasında dünyada sahəsinə görə on üçüncüdür. Plitənin böyük hissəsi Filippin dənizi dibində yerləşir. Luson adasının şimalını əhatə edir. Avrasiya plitəsi ilə Filippin plitəsinin toqquşduğu ərazilərdə hər zaman zəlzələlər və vulkan püskürmələri müşahidə edilir. Burada 50-dən çox fəaliyyətdə olan və sönmüş vulkan var.
Futuna plitəsi
Futuna plitəsi — mikroplitə olaraq 0,00079 steradian sahəyə malik plitə. Adətən Sakit Okean plitəsinin tərkib hissəsi olaraq göstərilir. Sakit okeanın cənubunda Futuna adası yaxınlığında yerləşir. Şimaldan Sakit Okean plitəsi, cənubdan Avstraliya plitəsi və şərqdən Niuafoou plitəsi ilə əhatələnmişdir.
Hind-Avstraliya plitəsi
Hind-Avstraliya plitəsi - Avstraliya qitəsi və ətrafdakı okean hissələrini əhatə edən əsas tektonik plitələrdən biri. == Xarakteristikası == Plitə şimala doğru genişlənir və Hindistan yarımadasını və ətrafdakı əraziləri də əhatə edir. Hind-Avstraliya Plitəsi 43 milyon il öncə Avstraliya və Hind plitələrinin toqquşması nəticəsində yaranıb. Son araşdırmalar və eləcə də 2012-ci il Hind okeanı zəlzələsi kimi seysmik hadisələr göstərir ki, Hind-Avstraliya plitəsi Himalay dağları boyunca Avrasiya plitəsi ilə qarşıdurma nəticəsində yenidən iki plitəyə ayrıla bilər. Şərq hissə (Avstraliya) şimala doğru ildə 5.6 sm sürətlə hərəkət etsə də,qərb hissədə (Hindistan) bu sürət Himalay dağlarının müqaviməti nəticəsində 3.7 sm-ə bərabərdir. Bu fərq plitənin mərkəzi Sumatrada kompresslənməyə səbəb olur və bunun nəticəsində Hind və Avstraliya kimi iki ayrı plitəyə ayrılma potensialını artırır. Adətən iki protoplitə kimi Hind plitəsi və Avstraliya plitəsi göstərilir. Üçüncü Kaprikorn plitəsi isə ola bilsin ki, Hind plitəsinin qərbindən ayrılmaqdadır. Hind yarımadası, Meqanesiya (Avstraliya, Yeni Qvineya və Tasmaniya), Yeni Zelandiya və Yeni Kaledoniya hamısı qədim superkontinent Qondvananın fraqmentləridir. Dəniz dabanının genişlənməsi nəticəsində bu quru hissələri bir-birilərindən ayrılıblar, lakin genişlənmə nəticəsi aktivliyini itirdiyindən bu quru sahələri yenidən birləşərək yeganə plitəni əmələ gətiriblər.
Hindistan plitəsi
Kermadek plitəsi
Kermadek plitəsi — uzunsov tektonik plitə. Sahəsi 0,01245 steradion təşkil edir. Hind-Avstraliya plitəsinin tərkib hissəsi hesab edilir. Şimaldan Kermadek novu, cənubdan isə Sakit okean ilə əhatələnir. Plitə Yeni Zelandiya və Kermadek adalarının təməli hesab edilir. Litosfer plitələrinin divergent sahəsi yaxınlığında yerləşir. Avstraliya, Sakit okean və Tonqa plitələri ilə sərhəddə malikdir.
Kokos plitəsi
Kokos plitəsi — Sakit okeanın altında və Mərkəzi Amerikanın qərb sahilində yerləşdir. Plitənin adı üzərində yerləşən Kokos adasının adından götürülüb. Kokos plitəsi Şərqi-Sakit qalxması və Kokos dağ silsilələri boyunca dəniz dabanının genişlənməsi nəticəsində yaranıb. Bu geoloji kompleks ərazini geoloqlar Kokos-Naska genişlənmə sistemi də adlandırırlar. Şimal sərhədləri Mərkəzi Amerika çökəklikliyi ilə, şərq hissəsi Panama qırılma zonası ilədir. Cənub sərhəddində Qalapaqos qalxması, qərb sərhəddində isə Şərqi-Sakit qalxması yerləşir. Kokos və Naska plitələri 23 milyon il əvvəl ayrılmış Farallon plitəsinin qalıqlarıdır. Qalapaqos adaları altında olan ocaq Qalapaqos adaları boyunca uzanır. Kokos plitəsinin şimalındakı Rivera plitəsinin Kokos plitəsindən 5-10 milyon il əvvəl ayrıldığı güman edilir. Plitələr arasındakı sərhəd konkret olaraq qırılma əmələ gətirməsə də, bu plitələr iki ayrı plitə hesab olunur.
Konvey rif plitəsi
Konvey rif plitəsi — Litosfer plitəsi olaraq 0,01585 steradion sahəyə malikdir. Adətən Sakit Okean plitəsinin tərkibinə daxildir. Sakit okeanın cənubunda, Ficinin qərbində yerləşir. Qərbdən Yenihebrid plitəsi, Balmoral rif plitəsi ilə sərhəddir.
Manus plitəsi
Manus plitəsi — litosfer plitəsi 0.0002 steradion sahəyə malikdir. Bu mikro plitə litosfer plitələri arasında ən yaxşı arşdırılanıdır. Bir çoxları onu Sakit okean plitəsinin tərkib hissəsi hesab edir. Bismark dənizinin bir hissəsinin təməlidir. Cənub-şərqində Manus adası yerləşir. Adı eyni adanın adından götürülmüşdür. Manus plitəsi Şimali Bismark plitəsi və Cənubi Bismark plitəsi ilə sərhəddə malikdir.
Maoke plitəsi
Maoke plitəsi — tektonik mikro plitə olaraq 0,00284 steradion sahəyə malikdir. Adətən Avstraliya plitəsinin tərkib hissəsi kimi göstərilir. Yeni Qvineyanın şərqində yerləşir. Cənubda Avstraliya plitəsi, qərbdə Quşbaşı plitəsi və Vudlark plitəsi ilə sərhəddə malikdir.
Marian plitəsi
Marin plitəsi — elə də böyük olmayan litosfer plitəsi olub Marian novunun qərbində yerləşir. Litosfer plitəsi üzərində Marian adaları yerləşir. 0,01037 steradion sahəyə malikdir. Bəzən Filippin plitəsinin tərkib hissəsi kimi götürülür. Filippin plitəsi və Sakit okean plitəsi ilə sərhəddə malikdir. Cənub hissədə Marian, şimal-şərqdə isə İcu-Oqasavar novları yerləşir.
Naska plitəsi
Naska plitəsi — Perunun cənubundakı regionun adıyla adlandırılıb və Sakit okeanın şərqində Cənubi Amerika sahilində yerləşir. Peru-Çili çökəkliyi boyunca baş verən subduksiya nəticəsində (Cənubi Amerika plitəsinin altına) And dağ əmələ gəlmə proseslərinin əsas səbəbidir. Naska plitəsi qərbdə Sakit okean plitəsi ilə, cənubda isə Antarktika plitəsi ilə (Şərqi-Asiya qalxması və Çili qalxması boyunca) həmsərhəddir. Naska plitəsinin bir neçə isti nöqtələr üzərində hərəkəti bir neçə vulkanik adanın əmələ gəlməsinə səbəb olub. Naska həm süxurların yaşı, həm də müstəqil plitə olmaq baxımından nisbətən cavan plitə hesab olunur. Şərq hissədə Cənubi Amerika plitəsinin altına subduksiya edir və bu ərazidə konvergent sərhədlərə sahibdir, Peru-Çili çökəkliyini əmələ gətirir. Cənubda Antarktik plitə ilə (Çili qalxması) divergent sərhədlərə sahibdir. Şimalda isə sərhədlər Kokos adasıyladır (Qalapaqos qalxması). Naska plitəsinin Çilinin cənubunda subduksiya etməsi tarixin ən böyük zəlzələlərindən bəzilərini əmələ gətirib. (məsələn, Valdivia zəlzələsi (1960) - 9.5 bal) Khan Academy Explanation of evidence 750 million years of global tectonic activity.
Niuafoou plitəsi
Niuafoou plitəsi — tektonik mikroplitə olaraq 0,00079 steradian sahəyə malikdir. Adətən Hind-Avstraliya plitəsinin tərkib hissəsi kimi göstərilir. Tonqa adasından qərbdə yerləşir. Şimaldan Sakit okean plitəsi, qərbdən Futuna plitəsi, şərqdən isə Tonqo plitəsi ilə sərhədlənir.
Okinava plitəsi
Okinava plitəsi — uzun, ensiz litosfer plitəsi olub, 0,00802 steradion sahəyə malikdir. Adətən Avrasiya plitəsinin tərkib hissəsi kimi göstərilir. Plitə Tayvan adasının şimalından başlayaraq Kyuşu adasının cənubuna qədər uzanır. Okinava plitəsi şərqdən Filippin plitəsi ilə əhatələnir və aralarında Kyuşu novu yerləşir. Qərbdən Yanszı plitəsi ilə divergent sərhəddə malikdir. Bu iki plitə arasında Okinava novu yerləşir. Şimaldan isə Amur plitəsi ilə sərhədlənir.
Oxot plitəsi
Oxot plitəsi — materik məşəlli litosfer plitə. Avrasiya materikinin şimal-şərqi, Yaponiya adalarının bir hissəsi və Oxot dənizinin ərazisini əhatə edir. Şərqdə Kuril novu və Sakit Okean plitəsi, cənubdan isə Filippin plitəsi ilə əhatələnmişdir. Seysmik baxımından aktiv bölgə hesab edilir. Tetsuzo Seno, Taro Sakurai, and Seth Stein. 1996. Can the Okhotsk plate be discriminated from the North American plate? J. Geophys.
Panama plitəsi
Panama plitəsi — mikro litosfer plitəsi olaraq 0,00674 steradion sahəyə malikdir. Rəsmi olaraq Karib plitəsinin tərkib hissəsi hesab edilir. Panama və Kosta-Rika ərazilərində yerləşir. Naska, Şimali And və Kokos plitələri arasında yerləşir.
Pasxa ada plitəsi
Pasxa ada plitəsi — kiçik ölçülərə (550 km x 410 km) malik olan tektonik plitə. Sakit okean plitəsinin tərkibinə daxildir. 0,00411 steradian ölçüyə malikdir. Plitə qərbdə Sakit okean plitəsi, şərqdən isə Naska plitəsi ilə əhalətənmişdir. Sakit okean daxilində yerləşir. Mikroplitə üzərində yerləşən Pasxa adasının adına uyğun olaraq adlandırılmışdır. Bird, P., An updated digital model of plate boundaries, Geochem. Geophys. Geosyst., 4 (3), 1027, doi: 10.1029/2001GC000252, 2003.
Plitələr tektonikası
Tektonik plitələr (lat. tectonicus, q.yun. τεκτονικός) Yer Kürəsinin litosferində baş verən geniş-miqyaslı yerdəyişmələri izah edən elmi nəzəriyyədir. Bu model iyirminci əsrin əvvəllərində inkişaf etdirilmiş qitələrin hərəkəti modeli üzərində qurulub. Bu ideya elmi cəmiyyətlər tərəfindən dənizdabanının genişlənmə(ing. seafloor spreading) konsepsiyasının inkişaf etdirilməsindən sonra,1950-ci illərin sonu,1960-cı illərin əvvəllərində qəbul edilməyə başladı. Litosfer tektonik plitələrə bölünüb. Yer Kürəsində 7 və ya 8 böyük (plitələrin necə tərif edilməsindən asılı olaraq) və bir çox kiçik plitə mövcuddur. Plitələrin qarşılaşdığı ərazilərdə onların nisbi hərəkəti sərhədlərin xarakterini müəyyən edir: konvergent, divergent və ya transform sərhədlər. Zəlzələlər, vulkanik aktivlik, dağların əmələ gəlməsi kimi hadisələr məhz plitələrin görüşdüyü bu ərazilədə baş verir.
Plitələrin tektonikası
Tektonik plitələr (lat. tectonicus, q.yun. τεκτονικός) Yer Kürəsinin litosferində baş verən geniş-miqyaslı yerdəyişmələri izah edən elmi nəzəriyyədir. Bu model iyirminci əsrin əvvəllərində inkişaf etdirilmiş qitələrin hərəkəti modeli üzərində qurulub. Bu ideya elmi cəmiyyətlər tərəfindən dənizdabanının genişlənmə(ing. seafloor spreading) konsepsiyasının inkişaf etdirilməsindən sonra,1950-ci illərin sonu,1960-cı illərin əvvəllərində qəbul edilməyə başladı. Litosfer tektonik plitələrə bölünüb. Yer Kürəsində 7 və ya 8 böyük (plitələrin necə tərif edilməsindən asılı olaraq) və bir çox kiçik plitə mövcuddur. Plitələrin qarşılaşdığı ərazilərdə onların nisbi hərəkəti sərhədlərin xarakterini müəyyən edir: konvergent, divergent və ya transform sərhədlər. Zəlzələlər, vulkanik aktivlik, dağların əmələ gəlməsi kimi hadisələr məhz plitələrin görüşdüyü bu ərazilədə baş verir.
Qalapaqos mikro plitəsi
Qalapaqos mikro plitəsi — kiçik okeanik məşəlli tektonik plitə. Cənubi Amerikanın qərbində yerləşir. Qalapaqos adalarının təməlini təşkil edir. Sahəsi 0.00036 steradiandır. Naska plitəsinin tərkib hissəsi kimi göstərilir. Naska, Kokos, Sakit okean plitələri ilə sərhəddə malikdir. Şimalında Şimali Qalapaqos mikro plitəsi yerləşir. Qalapaqos mikro plitəsinin tərkib hissəsinə daxildir.
Qorda plitəsi
Qorda plitəsi — okean məşəlli tektonik plitə, Sakit okeanın altında, Kaliforniyanın şimalında yerləşir. Farallon plitəsinin tərkib hissəsidir. Şərq sərhəddi konvergent sərhəddə malikdir və burada Şimali Amerika plitəsi ilə sərhədlənir. Sakit okean plitəsi ilə qərbdən divergent sərhəddə malikdir. Burada Qorda silsiləsi yerləşir. Şimaldan Xuan de Fuka plitəsi ilə sərhədlənir. Hər iki plitə birlikdə Farallon plitəsinin tərkibini təşkil edir.
Sakit okean plitəsi
Sakit okean plitəsi — Sakit okeanın altında yerləşən tektonik plitədir. Sahəsi 105 milyon kvadrat kilometr olmaqla bu ən böyük tektonik plitə hesab olunur. Şimal-şərq tərəfdə bu plitə Kəşfiyyatçı plitəsi, Xuan de Fuka plitəsi və Qorda plitəsi ilə sərhədlərə sahibdir və bu sərhədlər müvafiq olaraq Kəşfiyyatçı, Xuan de Fuka və Qorda dağ silsilələrini əmələ gətirir. Şərq hissədə mərkəzdə isə San Andreas qırığı üzrə Şimali Amerika plitəsi ilə və eləcə də Kokos plitəsi ilə sərhədlərə sahibdir. Cənub-şərq hissədə isə Naska plitəsi ilə divergent sərhədlər Şərqi-Sakit qalxmasını əmələ gətirir. Cənub hissə Antarktika plitəsi ilə sərhədlərə malikdir və bu sərhəddə Sakit-Atlantik dağ silsiləsi əmələ gəlir. Qərb hissədə plitə Oxotsk plitəsi ilə (burada Kuril-Kamçatka çökəkliyi və Yapon çökəkliyi əmələ gəlir), Filippin dənizi plitəsi ilə subduksiya nəticəsində konvergent, Karolina plitəsi ilə transform və Şimali-Bismark plitəsi ilə kəsişmə sərhədlərinə sahibdir. Cənub-qərbdə Sakit okean plitəsi Hind-Avstraliya plitəsi ilə mürəkkəb də olsa, ümumilikdə konvergent sərhədlərə sahibdir. Yeni Zelandiyanın şimalında subduksiya etməsi nəticəsində Tonqa çökəkliyi və Kermadek çökəkliyi əmələ gəlir. Alp qırığı bu plitələr arasında transform sərhəddi müəyyən edir və uzaq cənuba doğru Hind-Avstraliya plitəsi Sakit okean plitəsinin altına subduksiya etməklə Puysequr çökəkliyini əmələ gətirir.
Skotiya plitəsi
Skotiya plitəsi — okeanik plitə olaraq şimaldan Cənubi Amerika plitəsi, şərqdən Sandviç mikroplitəsi, cənubdan və qərbdən Antarktika plitəsi ilə əhatələnir. Sahəsi — 0,0419 steradian. Bəzən Sandviç mikroplitəsi ilə birlikdə götürülür. Antarktika plitəsi ilə qərb sərhəd zəif öyrənilmişdir. Karib plitəsinin təsiri ilə şimal və cənub istiqamətdən təzyiqə məruz qalır. Bəzi mənbələrdə Dreyk plitəsi olaraq adlandırılır.
Solomon dənizi plitəsi
Solomon dənizi plitəsi — litosfer plitəsi Solomon adalarının cənub-qərbində, Sakit okeanın cənubunda yerləşir. Sahəsi 0,00317 steradion təşkil edir. Avstraliya plitəsinin tərkib hissəsi kimi göstərilir. Solomon dənizi plitəsi okean qabığı üzərində yerləşir. Cənub-şərqdə Vudlark plitəsi, şimal-qərbində isə Cənubi Bismark plitəsi ilə sərhədə malikdir. Şimal-şərqdə isə Sakit Okean plitəsi yerləşir.
Somali plitəsi
Somali plitəsi — tektonik plitə. Sahəsi — 0,01585 steradian. adədən Afrika plitəsinin tərkib hissəsi olaraq göstərilir. Somali plitəsi afrika plitəsinin şərqində, Böyük Rift Dərəsi boyunca yerləşir. Böyük Rift Dərəsi qarşı tərəfində yerləşən sahəsi isə bəzən Nubiya plitəsi adlandırılır. Bu iki plitə hər zaman Afrioka plitəsinin bir parçası hesab edilir. Somali plitəsi qərbdə Böyük Rift dərəsi, araf novu, şimalda Ədən silsiləsi, şərqdə Mərkəzi Hind silsiləsi, cənubda isə Qərbi-Hind silsiləsi ilə əhatələnir. İl ərzində şərqə 45 mm hərəkət edir. Sərhəd olduğu plitələr: Afrika, Antarktika, Hind-Avstraliya, Ərəbistan.
Adriatik plitəsi
Adriatik plitəsi — Təbaşir dövründə transformasiya qırılması ilə Afrika plitəsindən qopan kiçik tektonik mikroplitədir. Kontinental qabığasahibdir. Avrasiya plitəsi ilə toqquşma zamanı lövhənin şimal hissəsi Alp qırışıqlığı zamanı deformasiyaya məruz qalmışdır. Adətən Avrasiya lövhəsinin bir hissəsi hesab olunur. Adriatik plitəsi hələ də Avrasiya plitəsinə doğru irəliləyir, bununla belə ikincisi birincinin altına enir. Alp dağlarından keçən periadriatik qırılma bu lövhələri ayırır. Afrika plitəsinin okean qabığının bir hissəsi Adriatik plitəsinin cənub sərhəddində aşağı enərək İtaliyanın cənubundakı vulkanları əmələ gətirir. Apennin yarımadasının şərqi və Adriatik dənizi Adriatik plitəsinin bir hissəsidir. Mezozoy çöküntüləri plitə introduksiyasıdır, əhəngdaşıdan ibarətdir və Cənubi Əhəngdaşı Alplarını təşkil edir.

Digər lüğətlərdə