Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlməzli
İlməzli — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. == Mədəniyyəti == 1988-ci ilə qədər İlməzli kəndinin tarixi təqribən 250 il civarında olmuşdur. Hələ car rusiyası dövründə molokanların Privolnuya köçürülməsinin 100 (yüz) illiyi qeyd olunarkən molokanlar çıxışlarında qeyd edirdilər ki, biz buralara köç edəndə bu ərazilərdə üç türk kəndi var idi İlməzli,Cücəkənd və Qaraisəli. İlməzli kəndi rayonda ən böyük kəndlərdən biri olmuşdur. İlməzlidə ilk orta məktəb 1929-cu ildən fəaliyyətə başlamışdır. İlməzli orta məktəbi o dövr üçün demək olar ki, Kalinino və Dmanisi rayonlarında yeganə orta məktəb idi.
İnəkli
İnəkli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km şimal-qərbdə, Abaran çayının sağ axarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə «İnəkli məzrəsi» formasında və İnəkli kimi, Qafqazın 5 verstlik xəritəsində İnəkli şəklində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Enakli, İnoğlu kimi də göstərilir. Toponim oğuz tayfalarından olan inək etnoniminə mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə düzəlmişdir və «İnək tayfasına mənsub yaşayış yeri» mənasını verir. Əbül Qazi qeyd edir ki, Duylı Kayının yanında Qorquddan başqa iki inək bəy var idi. Biri -Bayandur ilindən olan Bekdez, o biri - İqdir ilindən olan Dünkə idi». A.N.Kononov müxtəlif mənbələrə istinad edib qeyd edir ki, inək termini «yaxın nökər» mənasında işlənir. Monqolca inək sözü «inanılmış», «istəkli, sevimli» mənalarını ifadə edir. Xivə, Buxara şivəsində «atalıq» mənasında işlənən inək əvvəllər «tayfa başçısı», «xanın gizli məsləhətçisi», «əyalətin və ya şəhərin baş rəisi» mənaları bildirmişdir.
İpəkli
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Ələkli
Ələkli (əvvəlki adı: Əlikli) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibindəki Əlikli kəndi Ələkli kəndi adlandırılmışdır.
Giləkli (Qürvə)
Giləkli (fars. گيلكلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 442 nəfər yaşayır (101 ailə). Əhalisini kürdlər təşkil edir.
İlməzli (Sarvan)
İlməzli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Henle ilgəyi
Henle ilgəyi – nefronun bir hissəsi, proksimal və distal böyrək kanalıqlarını birləşdirən ilgək. Henle ilgəyinin əsas funksiyası su və ionların reabsorbsiysı və sidik cövhərinin mübadiləsini təmin etməkdir. Henle ilgəyi iki ayaqcıqdan ibarətdir: enən ayaqcıq (lat. crus descendens) və qalxan ayaqcıq (lat. crus ascendens); bunların ən dar hissəsinə boğaz – lat. isthmus deyilir. Bu boğaz əksərən enən ayaqcığın qalxan ayaqcığa keçən yerində olur; bəzən isə enən və ya qalxan ayaqcıqda təsadüf olunur. Alman anatomu və həkimi Yakob Henle (19 iyul 1809, Fürt; † 13 may 1885, Göttingen) nefronun quruluşunu tədqiq edərkən kəşf etdiyi ilgək onun adı ilə Henle ilgəyi adlandırılmışdır. == İstinadlar == == Mənbələr == Prof.
İstəkli (film, 1998)
Minyon (ing. The Minion) – 1998-ci ildə istehsal olunmuş ABŞ bədii filmidir. == Məzmun == 1999-cu il Yeni il gecəsində Nyu-York metrosunda təqribən 800 il yaşı olan qılınclı İnsan skeleti və yanında sirli açar tapırlar. Karen adlı cavan arxeoloq qız Skeleti Tarix muzeyinə aparmamışdan əvvəl yoxlamaq istəyirdi. Metroda Skeletin tapılması haqqında məlumat Kilsəyə çatır. Bu səbəbdən onlar qorxmaz döyüşçü Lukası bura göndərirlər. Bu müddətdə iblisin istəklisi olan ölməz Lütsifer Nyu-Yorku Armageddona çevirəcək... == Xarici keçidlər == Minyon — Internet Movie Database saytında.
1848-ci ildəki inqilablar
1848-ci il üsyanları, Xalqların Baharı və ya İnqilab Yolu — Avropada ən geniş inqilab dalğası olmuşdur. İnqilablar, əvvəlki monarxik strukturların aradan qaldırılması və müstəqil dövlət qurumlarının yaradılması məqsədi ilə mahiyyətcə demokratik və liberal idi. Fevral ayında Fransada baş verən ilkin mərhələdən sonra inqilab bütün Avropaya yayılmışdır. 50-dən çox ölkəyə təsir göstərməsinə baxmayaraq, inqilabçılar arasında əhəmiyyətli koordinasiya və ya əməkdaşlıq olmamışdır. Üsyanlara təkan verən ən böyük amillər siyasi rəhbərliyə qarşı olan narazılıq, hökumət və demokratik proseslərdə daha geniş iştirak etmək, mətbuat azadlığı və işçi sinfin digər tələbləri, milliyyətçiliyin yüksəlməsi və hökumət qüvvələrinin yenidən qurulmasına dair tələblər daxil idi. İnqilab islahatçılar, orta və işçi təbəqə üzvlərindən ibarət müvəqqəti koalisya tərəfindən idarə olunduğuna görə uzunömürlü olmadı. On minlərlə adam öldürüldü və bir çoxları sürgünə məruz qaldı. Uzun müddət davam edən islahatlar Avstriya və Macarıstanda təhkimçiliyin ləğvi, Danimarkada mütləq monarxiyanın sona çatması və Hollandiyada parlamentli demokratiyanın tətbiqi ilə nəticələndi. İnqilablar Fransa, Hollandiya, Almaniya Konfederasiyası və Avstriya imperiyasını təşkil edən dövlətlər üçün mühim rol oynadı. == Başlanğıcı == İnqilablar müxtəlif səbəblərdən meydana gəldiyi üçün bu motivləri bir ardıcıl hərəkətdən görmək çətindir.
Roni Blekli
Roni Blekli (ing. Ronee Blakley, 24 avqust 1945, Aydaho, ABŞ) — ABŞ aktrisası, rejissoru, prodüseri, ssenaristi və müğənnisidir. == Həyatı == Roni Blekli 1945-ci ildə ABŞ-nin Aydaho şəhərində Don Blekli və Kerolun ailəsində dünyay gəlmişdi. Onun atası mühəndis olmuşdur. Orta təhsili bitirdikdən sonra Stanford Universitetinin Culyard məktəbində təhsil almışdır.Bu məktəbdə mədəniyyət haqqında öyrənmişdir. 1970-ci illərdə bir sıra albomlar çıxarmışdır. 1975-ci ildə çəkilən qara komediya "Neşvill" filminə görə Oskar, Qızıl Qlobus mükafatı, Qremmi mükafatı və BAFTA mükafatına layiq görülmüşdür. Bu film onun ilk rol aldığı film olmuşdur. 1984-cü ildə ABŞ rejissoru Ues Kreyven tərəfindən çəkilən Qarağac küçəsində qarabasma filmində Marc Tompson rolunda oynamışdır. Bu film də ona böyük uğur gətirmişdir.
Uilyam Faris Blekli
Vilyam Faris Blekli (ing. William Faris Blakely; 1875[…] – 1 sentyabr 1941) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Vilyam Faris Blekli evkaliptlər üzrə aparıcı mütəxəssis olmuşdur. == Əsərləri == Blakely, W.F. A key to the eucalypts. — Sydney, 1934. — 339 p. == Şərəfinə adlandırılmış taksonlar == Acacia blakelyi Maiden, 1917 Derwentia blakelyi B.G.Briggs & Ehrend., 1992 [≡ Veronica blakelyi (B.G.Briggs & Ehrend.) B.G.Briggs, 2007] Eucalyptus blakelyi Maiden, 1917 Micromyrtus blakelyi J.W.Green, 1983 Pultenaea blakelyi Joy Thomps., 1958 == İstinadlar == == Ədəbiyyat == Hall, N. Botanists of the Eucalypts 21. — 1978. Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [ing.]. — Ed.
Vilyam Faris Blekli
Vilyam Faris Blekli (ing. William Faris Blakely; 1875[…] – 1 sentyabr 1941) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Vilyam Faris Blekli evkaliptlər üzrə aparıcı mütəxəssis olmuşdur. == Əsərləri == Blakely, W.F. A key to the eucalypts. — Sydney, 1934. — 339 p. == Şərəfinə adlandırılmış taksonlar == Acacia blakelyi Maiden, 1917 Derwentia blakelyi B.G.Briggs & Ehrend., 1992 [≡ Veronica blakelyi (B.G.Briggs & Ehrend.) B.G.Briggs, 2007] Eucalyptus blakelyi Maiden, 1917 Micromyrtus blakelyi J.W.Green, 1983 Pultenaea blakelyi Joy Thomps., 1958 == İstinadlar == == Ədəbiyyat == Hall, N. Botanists of the Eucalypts 21. — 1978. Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [ing.]. — Ed.