İSTƏKLİ


1. is. Sevgili.
[Fərman:] Ata, mənə dövlət lazım deyil, … mənə ancaq öz istəklim lazımdır. Ə.Haqverdiyev.
[Səriyyə:] Neçə illər idi ümid edir idim ki, gələcəkdə Rüstəm əmim oğlu istəklim ilə bəxtiyar yaşayacağam. C.Cabbarlı.
Gül ey doğma Vətənimin; İstəklisi, yetirməsi; Oyna, sevin, biz dinləyib; Fərəhlənək bu şən səsi. M.Dilbazi.

2. sif. Əziz, sevimli, mehriban, ən çox istənilən. İstəkli adam. İstəkli övlad.
– Qaşların qarasından; Xal düşüb arasından; Adam da əl çəkərmi; İstəkli balasından? (Bayatı).
Yazıq qızcığaz istəkli dostu Qaraca qızla görüşə bilmədi. S.S.Axundov.
Varaz istəkli oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı bilirdi. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İSTƏKLİ istəkli bax 1. sevgili 1; 2. sevimli 1; 3. mehriban 1
  • İSTƏKLİ sevimli
  • İSTƏKLİ əziz — sevimli — mehriban
İSTƏKAN
İSTƏKLİLİK
OBASTAN VİKİ
İstəkli (film, 1998)
Minyon (ing. The Minion) – 1998-ci ildə istehsal olunmuş ABŞ bədii filmidir. == Məzmun == 1999-cu il Yeni il gecəsində Nyu-York metrosunda təqribən 800 il yaşı olan qılınclı İnsan skeleti və yanında sirli açar tapırlar. Karen adlı cavan arxeoloq qız Skeleti Tarix muzeyinə aparmamışdan əvvəl yoxlamaq istəyirdi. Metroda Skeletin tapılması haqqında məlumat Kilsəyə çatır. Bu səbəbdən onlar qorxmaz döyüşçü Lukası bura göndərirlər. Bu müddətdə iblisin istəklisi olan ölməz Lütsifer Nyu-Yorku Armageddona çevirəcək... == Xarici keçidlər == Minyon — Internet Movie Database saytında.

Digər lüğətlərdə