İnəkli

İnəkli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.[2]

kənd
İnəkli
40°21′00″ şm. e. 44°16′00″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Karbi mahalı
Rayon Əştərək rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.450 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 357 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
İnəkli xəritədə
İnəkli
İnəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 16 km şimal-qərbdə, Abaran çayının sağ axarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə «İnəkli məzrəsi» formasında[3] və İnəkli kimi[4], Qafqazın 5 verstlik xəritəsində İnəkli şəklində[5] qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Enakli, İnoğlu kimi də göstərilir[6].

Toponim oğuz tayfalarından olan inək etnoniminə[7] mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə düzəlmişdir və «İnək tayfasına mənsub yaşayış yeri» mənasını verir. Əbül Qazi qeyd edir ki, Duylı Kayının yanında Qorquddan başqa iki inək bəy var idi. Biri -Bayandur ilindən[8] olan Bekdez, o biri - İqdir ilindən[9] olan Dünkə idi»[7]. A.N.Kononov müxtəlif mənbələrə istinad edib qeyd edir ki, inək termini «yaxın nökər» mənasında işlənir. Monqolca inək sözü «inanılmış», «istəkli, sevimli» mənalarını ifadə edir. Xivə, Buxara şivəsində «atalıq» mənasında işlənən inək əvvəllər «tayfa başçısı», «xanın gizli məsləhətçisi», «əyalətin və ya şəhərin baş rəisi» mənaları bildirmişdir[10]. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1.XII.1948 - cu il tarixli fərmanı ilə adı dəyişdirilib Antarut qoyulmuşdur.

1828-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə azərbaycanlılar deportasiya olunmuş və bura İranın Xoy, Salmas vilayətlərindən, Türkiyənin Van vilayətindən ermənilər köçürülərək yerləşdirilmişdir[6].

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.88
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.101
  5. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.102
  6. 1 2 Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.284
  7. 1 2 Кононов А.Н. Родословная туркмен. Сочинение Абул Гази хана Хивинского, М. Л., Издство АН СССР, 1958. s.57
  8. tayfasından, elindən
  9. tayfasından
  10. Кононов А.Н. Родословная туркмен. Сочинение Абул Гази хана Хивинского, М. Л., Издство АН СССР, 1958. s.99