Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İmplantat kardioverzion-defibrilyator
İmplantat kardioverzion-defibrilyator (ICD) 1980-ci ildə Mişel Mirovski tərəfindən icad edilmiş, qəfləti ölümə səbəb olan ürək ritm pozğunluqlarında mədəciklər taxikardiyası və fibrilyasiyasını aradan qaldırmaq üçün 10–40 J gücündə elektrik cərəyanı verən elektrokardiostimulyator kimi insan bədəninə implantasiya edilə bilən bir tibbi cihaz. Cihaz özü iki hissədən: diaqnostik və terapevtik hissədən ibarətdir. Diaqnostik hissənin vəzifəsi meydana çıxan potoloji ritm pozğunluğunu aşkar etmək, tanımaq, terapevtik hissə isə tanınıb analiz olunduqdan sonra ritm pozğunluğuna müvafiq 10–40 J gücündə cərəyan ötürməkdən ibarətdir. Bu cihazın köməyi ilə bədxassəli ritm pozğunluğundan əziyyət çəkən insanları qəfləti ölümün pəncəsindən qurtarmaq mümkündür. İmplantat kardioverzion-defibrilyator kiçik cərrahi müdaxilə ilə döş qəfəsi, körpücükaltı nahiyəyə dəri altına implantasiya olunur. Onun ürək daxili naqilləri isə körpücükaltı venadan daxil edilməklə aşağı boş venadan keçməklə ürək daxilinə yeridilərək ürək əzələsinə sancılır. İmplantat kardioverzion-defibrilyatorlu pasientlərin maqnit dalğalarının təsirindən cihazın iş rejimi pozulduğundan nüvə-maqnit rezonans müayinəsi qəti qadağandır.
İmplantlar
İmplant — çatışmayan bioloji quruluşu əvəz etmək, zədələnmiş bioloji quruluşu dəstəkləmək və ya mövcud bioloji quruluşu gücləndirmək üçün hazırlanan tibbi cihaz. Tibbi implantlar transplantasiya edilmiş biotibbi toxuma olan transplantasiyadan fərqli olaraq süni cihazlardır. Bədənlə təmasda olan implantların səthi ən funksional olandan asılı olaraq titan, silikon və ya apatit kimi biotibbi materialdan hazırlana bilər. Bəzi implantlar, məsələn, implantasiya edilə bilən həblər və ya dərman daxil edən stentlər kimi dərialtı dərman ötürmə cihazları bioaktivdir. == Növləri == İmplantlar tətbiqinə görə şərti olaraq qruplara bölünə bilər: === Sensor və nevroloji === Sensor və nevroloji implantlar ilkin hiss orqanlarına və beyinə təsir edən pozuntular, həmçinin digər nevroloji xəstəliklər üçün istifadə olunur. Onlar əsasən katarakta, qlaukoma, keratokonus və digər görmə pozuntuları kimi vəziyyətlərin müalicəsində istifadə olunur: otoskleroz və digər eşitmə problemləri, həmçinin orta qulaqın xəstəlikləri (məs. orta otit), epilepsiya, Parkinson xəstəliyi və müalicəyə davamlı depressiya kimi nevroloji xəstəliklər.. === Ürək-damar === Ürək-damar tibbi cihazları ürəyin, onun klapanlarının və digər qan dövranı sisteminin pozulduğu hallarda implantasiya edilir. Onlar ürək çatışmazlığı, ürək aritmiyası, mədəcik taxikardiyası, stenokardiya və ateroskleroz kimi xəstəlikləri müalicə etmək üçün istifadə olunur. Nümunələrə süni ürək, süni ürək qapağı, implantasiya edilə bilən kardioverter-defibrilator, süni kardiostimulyator və koronar stent daxildir.
İmpakt faktor
İmpakt faktor - elmi jurnalın əhəmiyyətinin rəqəmlə göstəricisidir. 1960-cı illərdən başlayaraq o hər il 1992-ci ildə Thomson korporasiyasi tərəfindən alınmış və hazırda Thomson Scientific adlanan Elmi İnformasiya İnstitutu tərəfindən hesablanır və “Journal Citation Report” jurnalında dərc olunur. İF-yə görə jurnalların səviyyəsi, onlarda dərc olunmuş məqalələrin keyfiyyəti qiymətləndirilir, tədqiqatçılara maliyyə yardımı verilir və əməkdaşlar işə götürülür, impakt-faktor elmi tədqiqatın nəticələrinin qiymətləndirilməsinə böyük, lakin birmənalı olmayan təsir göstərir. == Hesablama metodikası == İmpakt faktorun hesablanması 3 illik dövrə əsaslanır. Məsələn, jurnalın 2014-cü ildəki i2014 impakt factoru aşağıdakı kimi hesablanmışdır: İ2014=A/B, burada A- Elmi İnformasiya İnstitutu tərəfindən 2014-cü il ərzində izlənilən jurnallarda 2012-2013-cü illərdə olan istinadların sayı, B-2012-2013-cü illərdə bu jurnalda dərc olunmuş məqalələrin sayıdır. Hesablamada bir sıra nüanslar (incəliklər) vardır. Elmi İnformasiya İnstitutu müəyyən tip məqalələri (xəbər, məktub, səhvlərin düzəliş siyahısı və s.) öz hesablamalarında nəzərə almış və bəzən yeni jurnallar üçün impakt faktor yalnız iki illik dövrə əsasən hesablanır. == Üstünlüklər və qüsurlar == Jurnalın İF-si tədqiqat sahəsindən və onun tipindən asılıdır: ildən ilə o əhəmiyyətli dərəcədə dəyişə bilər, məs., jurnalın adı dəyişdikdə çox aşagı hədəfə enə bilər və s. Bununla belə bu gün İF yaxın elm sahəsində elmi tədqiqatın səviyyəsini müqayisə etmək üçün ən mühüm göstəricilərdən (kriteriyalardan) biridir. Məsələn, elmi tədqiqatın investoru öz investisiyasının perspektivini qiymətləndirmək üçün tədqiqatçıların nəticələrini müqayisə etmək istəyə bilər.
The Plant List
The Plant List (ingiliscədən tərcüməsi "Bitkilərin Siyahısı") — bitkilər aləminə aid müasir taksonların bioloji adlarının daxil olunduğu ensiklopedik internet-layihə.
Australian Plant Name Index
Avstraliya Bitki Adları İndeksi (ing. Australian Plant Name Index) — Avstraliyada bitən bitki adlarının indeksi.
International Plant Names Index
Bitkilərin Elmi Adının Beynəlxalq Siyahısı (ing. IPNI — ing. International Plant Names Index) — İnternet şəbəkəsində bitkilərin latın dilində adları olan verilənlər bazasına keçidi təmin edən sayt. Vəsait botaniki nomenklatura haqqında informasiyaların standartlaşdırılması məqsədilə yaradılıb.