Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Halil İnalcık
Xəlil İnalcık (26 may 1916, Konstantinopol və ya Osmanlı imperiyası – 25 iyul 2016[…], Ankara)— Krım Tatar əsilli Türk tarixçi. Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.. == Həyatı == Balıkesir Müəllim Məktəbini tamamladı. 1935-ci ildə Ankara Universiteti Dil, Tarix və Coğrafya Fakültəsi Yeni Çağ Tarixi bölümündə yüksek öyrəniminə başladı. 1942-ci ildə Tanzimat ve Bulgar Meselesi adlı doktora tezini verdi. Uzun illər eyni fakültədə Osmanlı və Avropa tarixi üzerinə dərslər verdikten sonra 1972-ci ildə Chicago Üniversitesi Tarix Bölümünə "Osmanlı Tarixi Üniversite Profesörü" olaraq dəvət edildi. 1973-cü ildə kitabı The Ottoman Empire The Classical Age 1300-1600 yayımlandı. Yurt içi ve dışında çeşitli üniversitelerden fahri doktora payeleri aldı. 1993 yılında Bilkent Üniversitesinə dəvet edildi və burada Tarix bölümünü qurdu. Hələ Bilkent Üniversitesi Osmanlı Tarixi Bölümündə yüksek lisans və doktorluq tələbələrinə seminar dərsi verməkdədir.
Xəlil İnalcık
Xəlil İnalcık (26 may 1916, Konstantinopol və ya Osmanlı imperiyası – 25 iyul 2016[…], Ankara)— Krım Tatar əsilli Türk tarixçi. Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.. == Həyatı == Balıkesir Müəllim Məktəbini tamamladı. 1935-ci ildə Ankara Universiteti Dil, Tarix və Coğrafya Fakültəsi Yeni Çağ Tarixi bölümündə yüksek öyrəniminə başladı. 1942-ci ildə Tanzimat ve Bulgar Meselesi adlı doktora tezini verdi. Uzun illər eyni fakültədə Osmanlı və Avropa tarixi üzerinə dərslər verdikten sonra 1972-ci ildə Chicago Üniversitesi Tarix Bölümünə "Osmanlı Tarixi Üniversite Profesörü" olaraq dəvət edildi. 1973-cü ildə kitabı The Ottoman Empire The Classical Age 1300-1600 yayımlandı. Yurt içi ve dışında çeşitli üniversitelerden fahri doktora payeleri aldı. 1993 yılında Bilkent Üniversitesinə dəvet edildi və burada Tarix bölümünü qurdu. Hələ Bilkent Üniversitesi Osmanlı Tarixi Bölümündə yüksek lisans və doktorluq tələbələrinə seminar dərsi verməkdədir.
Atatürkün dini inancı
Müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün dini inancı ilə bağlı bir mübahisə var. Dini inancı, onun ifadələri ilə prezidentlik dövründəki ictimai və siyasi tətbiqləri əsas alınaraq fərqli formalarda şərh olunmaqdadır. Bəzi araşdırmaçılar onun dinə bağlı ifadələrinin dövri olduğunu vurğulamaqda və bu mövzu ilə əlaqəli müsbət görüşlərinin 1920-ci illərin başları ilə məhdud olduğunu bildirirlər.Bəzi türk mənbələri iddia edir ki, o dindar bir müsəlman idi. Bununla birlikdə, digər mənbələrə görə Atatürkün özü ümumiyyətlə din əleyhdarı və anti-islamçı olan bir aqnostik, yəni doktrinyor olmayan deist və ya ateist idi. Mənbələr, Atatürkün dini skeptik və azadfikirli olduğunu ortaya qoyur. 1933-cü ildə ABŞ səfiri Çarlz H. Şerill onunla görüşdü. Müsahibədə Atatürk ümumiyyətlə aqnostik olduğuna dair qəbul edilmiş inancı rədd etdi, ancaq dininin yalnız kainatın ixtiraçısı və hakimi tək Allaha inanmaq olduğunu söylədi. O, həmçinin hesab edir ki, bəşəriyyətin belə bir Allaha inanması lazımdır. Bundan əlavə, dua ilə Allaha səslənməyin insanlıq üçün yaxşı olduğunu söylədi. Atatürkün fikrincə, türk xalqı İslamın nə olduğunu bilmir və Quran oxumaz.
Tanrı inancı (Bartolini)
"Tanrı inancı" (it. La Fiducia in Dio) - neoklassik üslubda işləmiş italyan heykəltəraşı Lorenzo Bartolininin ən məşhur əsərlərindən biridir. Ağ mərmərdən yonulmuş əsərin üç əsas nüsxəsi vardır ki, onlar da Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində, Sankt-Peterburqdakı Ermitajda və Milandakı Muzey Poldi-Pezzolidə saxlanılır. == Tarixi == Əsər Can Cakomonun anası Roza Trivulzio Poldi Pezzoli tərəfindən sifariş edilmişdir. 1833-cü ildə həyat yoldaşını itirdikdən sonra dul Roza Bartolinidən, onun inancını əks etdirən, ev üçün təsəlliverici bir heykəl işləməsini xahiş etmişdir. Bartolini tənha qadının hisslərini oturaraq əllərini dizlərinin üstündə birləşdirmiş çılpaq qadın fiqurunda təcəssüm etdirmişdir. Etik və dini dəyərlərin təsviri olan heykəlin hazırlanmasında sənətkarın nümayiş etdirdiyi nəfis mərmər işləmə bacarığı heykəlin böyük uğur qazanmasına səbəb olmuş və tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Sifarişçiyə təslim edilməmişdən əvvəl heykəl Florensiya, Parma və 1837-ci ildə Milanda Brera Akademiyasında sərgilənmişdir. == Təsviri == Əsərdə diz çökərək oturmuş orta yaşlı çılpaq qadın təsvir edilmişdir. Orta çəkili bədən quruluşuna malik olan qadın əllərini dizinin üstündə birləşdirmişdir.
Qatilin inancı: Mənşə (film, 2009)
Assasinin kredosu: Mənşə (ing. Assassin’s Creed: Lineage) — Qatilin İnancı II videooyunu əsasında çəkilmiş üç qısa bölümdən ibarət bir filmdir. Film Ubisoft tərəfindən çəkilmişdir. Və birinci bölümü də 26 oktyabr 2009-cu ildə YouTube-də çıxmışdır. Filmin məqsədi videooyun üçün həvəs yaratmaq idi, bununla bərabər, həm də o, Ubisoft-un film sahəsinə girməsində ilk addım oldu. Filmi kanadalı rejissor İv Simono yönəltmişdir. == Süjet == Filmdəki əhvalat Qatilin İnancı II oyunundakı əhvalatın başlanğıcıdır. Diqqətlər videooyunun baş qəhrəmanı Ezio Auditore da Firenze-nin atası Covanni Auditore-nin üzərində cəmləşir. Covanni XV əsr intibah dövrundə İtaliyada yaşayan bir Qatildir. Yeni bir çağın başlanğıcında satqın bir ailə tərəfindən birləşmiş vahid İtaliyanı dağıtmaq üçün İtaliyanın güclü ailələrindən olan Medisi ailəsinə qarşı sui-qəsd qurulur.
Nadil
Nadil — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Nadil Göygöl r-nunun Balçılı i.a.v.-də kənd. Qoşqarçayın (Kürün qolu) sahilində, Qaflanqala silsiləsinin ətəyindədir. Yerli malumata görə,- yaşayış mantəqəsi XIX əsrin sonlarında Akarca və ona yaxın olan digər oymaqlardan köçüb gəlmiş ailələr tərəfindən onlar üçün ayrılmış ərazidə salınmışdır. Bəzi tədqiqatçıların fikrincə, oykonim nadel (çar Rusiyada təhkimçilik hüququ ləğv edildikdən sonra kəndlilərə vərilən kiçik torpaq sahəsi belə adlanırdı) sözündən olub, "kəndli ailələrinin istifadəsinə verilmiş torpaq payı” manasındadır. Lakin XV əsrə aid mənbədə Azərbaycanda XIII əsrdə baş vərən hâdisələrlə bağlı Şəmkir səhrasında Natil yər adının çəkilməsi bu izahın doğruluğunu şübhə altına alır. Nat/nət/nit bəzi türk dillərində "kürək” demakdir. Güman etmək olar ki, bu tarixi ərazinin adı Şəmkir, Göygöl, Goranboy, Yevlax r-nları ərazisində axan Kürəkçayın adı ilə bağlı yaranmışdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1133 nəfər əhali yaşayır.
İncil
İncil (ərəb. إنجيل‎; yun. εὐαγγέλιον Evanqelion – "xoş xəbər") — Müasir əsasən xristiyanların Müqəddəs Kitablarının bir hissəsi. Hal-hazırda İncil dedikdə, adətən Əhdi-Cədid nəzərdə tutulur. Əhdi-Cədidin ilk dörd kitabı olan və İsa Məsihin doğulmasından, həyatından, möcüzələrindən, ölümündən, dirilməsindən və göyə qalxmasından bəhs edən yazılara da ayrı-ayrılıqda “Evanqelion” deyilir, lakin Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində bu dörd kitab “İncil” deyil, “Müjdə” olaraq tərcümə olunmuşdur. == İncil kanonu == İncil kanonu dedikdə, Kilsə tərəfindən Allahdan ilham almış yazı, Allahın Kəlamı olaraq qəbul edilən yazıların toplusu nəzərdə tutulur. İsa Məsih kitab yazmayıb və yazdırmayıb. Onun İncili və ya Müjdəsi yazıya alınmazdan əvvəl şifahi formada mövcud idi. Həvari Paul eramızın I əsrində bu şifahi Müjdəni (yunan dilində εὐαγγέλιον Evanqelion) İsa Məsihin Özündən aldığını yazırdı. Bu şifahi “İncil” həm İsa Məsihin Müjdəsi, həm də sonra Onun Kilsəsi, yaxud İmanlılar Cəmiyyətinin Müjdəsi olub.
Nadil bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Məhəmməd peyğəmbər və İncil
Məhəmmədin peyğəmbərliklərinin İncildə mövcud olduğuna dair arqumentlər Məhəmmədin ümmətinin erkən tarixindən müsəlman ənənəsinin bir hissəsini təşkil etmişdir (ərəb: أُمّة icması). Dəməşqli Yəhya və Con Kalvin kimi tarix boyu bir sıra xristianlar Məhəmmədi Əhdi-Cədidin Dəccalı kimi şərh etmişlər. Müsəlman ilahiyyatçıları iddia etdilər ki, bibliya mətnindəki bir sıra xüsusi keçidlər həm İbrani İncilində/Əhdi-Cədiddə, həm də Xristian Əhdi-Cədidində xüsusi olaraq Məhəmmədə istinad kimi müəyyən edilə bilər. Quranda bir neçə ayədə və bir neçə hədisdə Məhəmmədin İncildə təsvir edildiyi bildirilir. Digər tərəfdən, alimlər ümumiyyətlə bu ayələri İsrail icmasına və ya Yehovanın israillilərə və ya sadiq icma üzvlərinə dair şəxsi soterioloji hərəkətlərinə istinad kimi şərh etdilər, məsələn, Yeşaya 42. Barnabanın apokrif İncili, açıq şəkildə Məhəmmədi xatırladır, alimlər tərəfindən Erkən Müasir Dövrün uydurması kimi geniş tanınır. Bəzi müsəlman ilahiyyatçıları da Parakletin (Yunanca Əhdi-Cədidin) Məhəmməd olduğunu iddia etdilər, baxmayaraq ki, alimlər onu Müqəddəs Ruhla eyniləşdirirlər.