Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnquri
İnquri çayı - Cənubi Qafqazın ən böyük çaylarından biri. Uzunluğu 213 km, hövzəsinin sahəsi 4060 km². Mənbəyini Böyük Qafqaz dağlarından götürür, Gürcüstan və Abxaziya sərhədində axır və Qara dənizə tökülür.
İnquri çayı
İnquri çayı - Cənubi Qafqazın ən böyük çaylarından biri. Uzunluğu 213 km, hövzəsinin sahəsi 4060 km². Mənbəyini Böyük Qafqaz dağlarından götürür, Gürcüstan və Abxaziya sərhədində axır və Qara dənizə tökülür.
Aleksey İnauri
Aleksey Nikolayeviç İnauri (gürc. ალექსი ნიკოლოზის ძე ინაური; 12 may 1908, Qori, Tiflis quberniyası – 23 iyun 1993, Tbilisi) — sovet hərbçisi və dövlət xadimi. 1954–1988-ci illərdə Gürcüstan SSR Nazirlər Soveti yanında DTK-nın sədri. General-polkovnik (1967). Sovet İttifaqı Qəhrəmanı (1985). == Həyatı == Aleksey Nikolayeviç İnauri 1908-ci il aprelin 29-da (yeni üslubla 12 may) Tiflis quberniyasının Qori şəhərində vaqon işçisi ailəsində anadan olub. 1924-cü ildən Aleksey fəhlə, 1925-ci ilin may ayından Qoridəki konserv zavodunda çəkicçi, 1926-cı ildən Tiflisdəki vaqon deposunda çəkicçi işləyib. 1926-cı ildə Qoridə axşam orta məktəbini bitirib, növbəti il ​​Tiflisə köçüb. 1927-ci ilin avqustunda İnauri Qırmızı Ordu sıralarına çağırıldı. 1931-ci ildə o, Krasnodarda Şimali Qafqaz Dağ Millətləri Süvari Məktəbini bitirib.
Takaşi İnuy
Takaşi İnui (2 iyun 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib, 2 qol vurub.
İnquri Su Elektrik Stansiyası
İnquri Su Elektrik Stansiyası — Qafqazın ən böyük su elektrik stansiyası. Abxaziya Respublikası ilə Gürcüstanın Samegrelo-Zemo Svaneti sərhədində, İnquri çayı üzərində, Cvari şəhəri yaxınlığında yerləşir. SES-in əsas qurğularının həm Qondarma Abxaziya Respublikası, həm də Gürcüstan ərazisində yerləşdiyinə görə istismar yalnız tərəflərin əməkdaşlığı ilə mümkündür. Hal-hazırda, hündürlüyü 271,5 metr (891 fut) olan dünyanın ikinci ən yüksək dəmir-beton bəndidir. == Tarixi == XX əsrin 60-cı illərinin əvvəllərində Sovet İttifaqı Kommunist Partiyasının Birinci Katibi və dövlət başçısı Nikita Xruşşov əvvəlcə Bzib çayında əsas bənd və su elektrik stansiyası tikmək təklifini verdi. Çünkü, ora onun ən sevimli kurortu Pitsunda çayının mənsəbinə yaxınlıqda yerləşirdi. Lakin bununla belə mütəxəssislər, Bzib çayı üzərində qurulan bir bəndin Pitsunda çimərliyinə ziyan vuracağına və bunun fəlakətli nəticələrə gətirib çıxaracağını təxmin etdilər. Bu səbəbdən onlar Bzib əvəzinə bəndin dəniz sahilindən xeyli uzaqda dağlardan axan İnguri çayı üzərində inşa edilməsi təklifini verdilər.1960-cı illərin əvvəllərində "Hidroproyekt" İnquri SES-in tikintisini layihələndirdi. İnquri bəndinin inşasına 1961-ci ildə başlanıldı. Bənd 1978-ci ildə müvəqqəti olaraq fəaliyyətə başlamışdı.