İNCİNMEK
İNÇ
OBASTAN VİKİ
İncir
Əncir (lat. Ficus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi. == Əncirin orqanizmə təsiri == Azərbaycanın bir çox yerlərində yetişdirilir. Orta əsr Azərbaycan müəllifləri bu bitkinin meyvələrinin müalicəvi əhəmiyyətindən ətraflı məlumat verirlər. Məhəmməd Mömin yazır ki, əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır. Bununla belə, əncir ödqovucu və qara ciyəri möhkəmlətmək təsirinə malikdir. Əncir ağacıO, həmçinin, sidiyin tutulmasına, şiddətli ürəkdöyüntüsünə qarşı xeyirlidir. Ənciri astma, öskürək, ciyərlər ətrafında ağrı və xırıltı zamanı məsləhət görürlər. . Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həm də yarpaqlarından da istifadə edirlər. Onun tərkibində qətranlı maddələr, furokominlər, P, C vitaminləri və üzvü turşular mövcuddur.
İncirlik Hərbi Hava Bazası
İncirlik Hərbi Hava Bazası (türk. İncirlik Hava Üssü; ing. Incirlik Air Base; IATA: UAB, ICAO:LTAG) — Adana ilinin İncirlik bölgəsində yerləşən hərbi hava bazasıdır. Adana şəhər mərkəzinin 8 km şərqində və Aralıq dənizinə 56 km məsafədədir. İlk olaraq ABŞ Hərbi Hava Qüvvələri və Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən baza Kral Hərbi Hava Qüvvələri tərəfindən də istifadə edilir. İncirlik Hərbi Hava Bazası Türkiyə Silahlı Qüvvələrinə aid Hərbi Hava bazalarından birisidir, üzərindəki bütün infrastrukturla birlikdə mülkiyyəti Türkiyə Cümhuriyyəti dövlətinə aiddir. Avropada taktiki nüvə silahı olan altı NATO bazasından biridir. 1951-ci ildə tikintisinə başlanılan İncirlik Bazası 1951-ci ilin dekabrında Türkiyə Silahlı Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin ortaq xidməti üçün istifadəyə verildi. İncirlik Hərbi Hava Bazasının qurulma qərarı 1943-cü ilin dekabrında ikinci Qahirə Konfransında verilsə də, tikintisinə İkinci Dünya müharibəsindən sonra başlanıldı. ABŞ Ordusu Mühəndislər Birliyi 1951-ci ilin bahar aylarında İncirlik Hərbi Hava Bazasının tikintisinə başladı.

Digər lüğətlərdə