Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bulbophyllum inquirendum
Bulbophyllum inquirendum (lat. Bulbophyllum inquirendum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Esquire
"Esquire" — ABŞ-nin kişilər üçün, 1932-ci ildə təsis edilmiş populyar işıltılı brend jurnal. Əsas mövzular: mədəniyyət, dəb və üslub, biznes və siyasət, texnologiya və avtomobillər, mətbəx və səhiyyə, personaj və müsahibə.
İnquri
İnquri çayı - Cənubi Qafqazın ən böyük çaylarından biri. Uzunluğu 213 km, hövzəsinin sahəsi 4060 km². Mənbəyini Böyük Qafqaz dağlarından götürür, Gürcüstan və Abxaziya sərhədində axır və Qara dənizə tökülür.
Marselo Aquire
Marselo Aquire (21 yanvar 1993) — Paraqvayı təmsil edən stolüstü tennisçi. == Karyerası == Marselo Aquire Paraqvayı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub. Daha sonra Marselo Aquire Paraqvayı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Marselo Aquire Paraqvayı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
İnquri çayı
İnquri çayı - Cənubi Qafqazın ən böyük çaylarından biri. Uzunluğu 213 km, hövzəsinin sahəsi 4060 km². Mənbəyini Böyük Qafqaz dağlarından götürür, Gürcüstan və Abxaziya sərhədində axır və Qara dənizə tökülür.
İquiqe zəlzələsi (2014)
Çili zəlzələsi — Çilinin şimal sahillərində 8,2 bal gücündə baş vermiş zəlzələ. Zəlzələ 1 aprel 2014-cü ildə yerli saatla 20.46-da, liman şəhəri olan İquiqenin 99 kilometr şimal qərbində baş verib. Zəlzələ 2 metrlik sunami dalğaları yaradıb. Zəlzələdən sonra sahil qəsəbələri boşaldılıb. Zəlzələdən sonra şəhərdəki həbsxanalardan birindən 300 məhbus qadın qaçıb. Zəlzələ dənizin 10 kilometr dәrinliyindә olub. İlk dalğalar 45 dəqiqə әrzindә Çilinin Şimal sahillərinə çatıb. Peru, Ekvador, Kolumbiya, Panama, Kosta Rika və Nikaraqua sahilləri isә təhlükə altındadır.
İnquri Su Elektrik Stansiyası
İnquri Su Elektrik Stansiyası — Qafqazın ən böyük su elektrik stansiyası. Abxaziya Respublikası ilə Gürcüstanın Samegrelo-Zemo Svaneti sərhədində, İnquri çayı üzərində, Cvari şəhəri yaxınlığında yerləşir. SES-in əsas qurğularının həm Qondarma Abxaziya Respublikası, həm də Gürcüstan ərazisində yerləşdiyinə görə istismar yalnız tərəflərin əməkdaşlığı ilə mümkündür. Hal-hazırda, hündürlüyü 271,5 metr (891 fut) olan dünyanın ikinci ən yüksək dəmir-beton bəndidir. == Tarixi == XX əsrin 60-cı illərinin əvvəllərində Sovet İttifaqı Kommunist Partiyasının Birinci Katibi və dövlət başçısı Nikita Xruşşov əvvəlcə Bzib çayında əsas bənd və su elektrik stansiyası tikmək təklifini verdi. Çünkü, ora onun ən sevimli kurortu Pitsunda çayının mənsəbinə yaxınlıqda yerləşirdi. Lakin bununla belə mütəxəssislər, Bzib çayı üzərində qurulan bir bəndin Pitsunda çimərliyinə ziyan vuracağına və bunun fəlakətli nəticələrə gətirib çıxaracağını təxmin etdilər. Bu səbəbdən onlar Bzib əvəzinə bəndin dəniz sahilindən xeyli uzaqda dağlardan axan İnguri çayı üzərində inşa edilməsi təklifini verdilər.1960-cı illərin əvvəllərində "Hidroproyekt" İnquri SES-in tikintisini layihələndirdi. İnquri bəndinin inşasına 1961-ci ildə başlanıldı. Bənd 1978-ci ildə müvəqqəti olaraq fəaliyyətə başlamışdı.