ARAŞDIRMA

fi. 1. search, investigation, examination; hüq. inquest, inquiry; ~ aparmaq to hold* an inquiry (into); 2. research, analy sis; (ölkəni) exploration; qanı ~ blood analysis / test; elmi ~ scientific research; kosmik fəzanı ~ exploration of (outer) space; 3. reconnaissance; ay səthinin ~ lunar reconnaissance

ARAŞDIRILMAQ
ARAŞDIRMAQ
OBASTAN VİKİ
UFO araşdırma mərkəzləri
Dünyada UFO (NUO) ilə bağlı araşdırma və tədqiqatlar aparan və təhsil verən bəzi akademik qurumların siyahısını belədir: Staford Universiteti/ABŞ Alabama Universiteti/Montgomery - ABŞ Mississippi Universiteti, Oxford/Mississippi – ABŞ Edison Community College, Fort Myers/Philedelpdia – ABŞ Göttingen Universiteti/Almaniya Mains Universiteti/Almaniya Hamburq Universiteti/Almaniya Utrecht Universiteti/Hollandiya Glamorgan Universiteti/İngiltərə Bundan əlavə Rusiyada, Fransada və İngiltərədə, Çində, Meksikada, Çilidə, Peruda, Braziliyada, İtaliyada, Avstraliyada və daha bir çox yerdə NUO-lara aid tədqiqat mərkəzləri və qurumlar vardır. Stanford Universitetində Prof.Peter Sturrockun başçılığı ilə qurulan NUO Fenomeni Arştırma Təşkilatı, araşdırmaların sonunda yazdığı “UFO Enigma” adlı kitabında NUO məsələsin ən diqqətdə olan məsələ kimi qeyd etmiş və buna qarşı heç bir diqqətsizlik edilməməsini söyləmişdir.
İmarət Araşdırma Mərkəzi
İmarət Araşdırma Mərkəzi (ing. Research Centre Imarat; RCI) — Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatına bağlı laboratoriya. Telanqana ştatının Heydərabad şəhərində yerləşir. Laboratoriya Hindistan Silahlı Qüvvələri üçün raket sistemlərinin, idarə olunan silahların və qabaqcıl avionikaların tədqiqi və inkişafı üzrə məsuliyyət daşıyır. 1988-ci ildə Abdul Kalam tərəfindən təsis edilmişdir. Şri U Raca Babu hazırda "RCI" laboratoriyasının direktorudur. İmarət Araşdırma Mərkəzi raketlər üçün avionika və naviqasiya sistemlərinin hazırlanmasında dünya lideri hesab edilir.
Birləşmiş Nüvə Araşdırma İnstitutu
Birləşmiş Nüvə Araşdırma İnstitutu (rus. Объединённый институт ядерных исследований) və ya qısaca: BNAİ (rus. ОИЯИ) — Moskva şəhərinin 120 kilometr şimal-şərqində, Moskva vilayətində yerləşən Dubna şəhərində yerləşən nüvə elminin beynəlxalq tədqiqat mərkəzidir. Qurucuları BNAİ-nun 18 üzv dövlətidir. Tərkibini Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan da daxil olmaqla, 18 üzv ölkədən 5,500 nəfər heyət və 1000 doktorant təşkil edir. BNAİ-nun nəzəri və eksperimental tədqiqatlarının əsas istiqamətləri nüvə fizikası, elementar hissəcik fizikası və maddənin qatılaşdırılmış vəziyyətinin tədqiqidır. Sovet İttifaqı və Rusiyada aşkar edilmiş kimyəvi elementlərin dövri sisteminin bütün transuran elementləri BNAİ-da sintez edilmiş və digər ölkələrdə aşkar edilmiş transuran elementlərinin sintezi təkrar edilmişdir.1991-ci ilədək edilən yeni elementlərin sintezi üzrə nailiyyətlər elmi kəşflər kimi qəbul edilmiş və SSRİ-nin Kəşfiyyatlarının Dövlət Reyestrinə daxil olmuşdur. BNAİ-nun qurulduğu gündən bəri, bu institutda dünyadakı aşkarlanmış 18 elementdən- onu aşkar edilmişdir. Birləşmiş Nüvə Araşdırma İnstitutu maddənin əsas xüsusiyyətlərini öyrənmək üçün elmi və maddi potensialını birləşdirmək məqsədilə on bir qurucu dövlətin hökumət nümayəndələri tərəfindən 26 mart 1956-cı ildə Moskvada imzalanmış Sazişin əsasında yaradılmışdır. Eyni zamanda, Sovet İttifaqı 50 faiz, Çin Xalq Respublikasının 20 faizini təşkil etmişdir.
Türkiyə Kosmos Texnologiyaları Araşdırma İnstitutu
Kosmos Texnologiyaları Araşdırma İnstitutu (TÜBİTAK KOSMOS) — 1985-ci ildə, Orta Şərq Texniki Universiteti (ODTÜ) və Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı (TÜBİTAK) arasında imzalanan bir protokolla, Ankara Elektron Araşdırma və İnkişaf İnstitutu adı altında Orta Şərq Texniki Universiteti ətrafında yaradılmışdır. İnstitut personalının böyük bir qisimini kompüter, elektron və sənaye mühəndislərin meydana çıxarılmasına kömək edir. Bir ictimai quruluşu olan TÜBİTAK KOSMOS, iş dünyası və ictimai sektorundan çox təşkilatla müqavilə araşdırmalar icra etməkdədir. İnstitut, bir çox fərqli araşdırma sahələrində artım göstərməkdə olan tələbləri qarşılaya məqsədiylə 1995-ci ildə, hələ daxilində olduğu qurumla günümüzə qədər gələn yenidən quruluşlanma müddətinə girmişdir. Bu gün 12 fərqli araşdırma qrupu, ən son texnoloji vasitə təchizatı və yüksək keyfiyyətli mühəndis heyətiylə NATO, EUREKA və Dünya Bankı kimi təşkilatlarla əlaqəli olaraq həyata keçirilən bir çox beynəlxalq ortaq araşdırma layihələrinin yanında, sənaye və ictimai sektorları tərəfindən icra edilməkdə olan saysız milli proyektdə vəzifə yerinə yetirir. 1984 TÜBİTAK — ODTÜ Protokol imzalanıb. 1985 Ankara Elektron Araşdırma İnkişaf İnstitutu (TAEAGE) 1995 Məlumat Texnologiyaları və Elektron Araşdırma İnstitutu (KOSMOS) 1998 ODTÜ yerleşkesindeki yeni bina.
Araşdırma
Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. Tədqiqat metodları aşağıdakılardır: yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu; elmi faktların əldə edilməsi vasitəsi; məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu. Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey. Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə. Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu, TÜBİTAK) — 1963-cü ildə, Türkiyədə planlı iqtisadiyyat dövrünün başlanğıcında qurulmuşdur. Quruluş mərhələsində ən fundamental vəzifələri, xüsusilə təbiət elmlərində təməl və tətbiqli akademik araşdırmaları dəstəkləmək və gənc araşdırmaçıları təşviq etmək, etina etdirmək idi. Bu vəzifələri yerinə gətirə bilmək məqsədiylə, təməl elmlər, mühəndislik, tibb, əkinçilik və heyvandarlıq sahələrində dörd araşdırma qrupu (indi on araşdırma qrupunu ehtiva edən Araşdırma Dəstək Proqramları Başçılığı) ilə Elm Adamı Yetişdirmə Qrupu (indi Elm İnsanı Dəstəkləmə Dairə Başçılığı) yaradılmışdır. Təşkilat, Türkiyədə müsbət elmlərdə araşdırma və inkişaf etdirmə fəaliyyətlərini ölkə inkişafındakı prioritetlərə görə inkişaf etdirmək, etina etdirmək, təşkil etmək və koordinasiya etmək; mövcud elmi və texniki məlumatlara çatmaq və çatılmasını təmin etmək məqsədi güdməkdədir. 2007 etibarilə təşkilatın bünyəsində saxladığı vahidlər: Elm İnsanı Dəstəkləmə Dairə Başçılığı (BİDEB) Araşdırma Dəstək Proqramları Başçılığı (ARDEB) Elm və Cəmiyyət Dairə Başçılığı Elm, Texnologiya və Yenilikçilik Siyasətləri Dairə Başçılığı (BTYPD) Texnologiya və Yenilik Dəstək Proqramları Başçılığı (TEYDEB) Beynəlxalq Əlaqələr Dairə Başçılığı (UİDB) Təşkilati İnkişaf Vahidi (KGB) Marmara Tədqiqat Mərkəzi (MAM) Çukurova Müasir Əkinçilik Texnologiyaları Tədqiqat İnstitutu (ÇİTTAGE) – Adana Müdafiə Sənayesi Tədqiqat və İşləmə İnstitutu (SAGE) – Ankara Türkiyə Sənaye İdarəetmə İnstitutu (TÜSSİDE) – Gebze TEKSEB və Texnopark – Gebze Fundamental Elmlər Tədqiqat İnstitutu (Fəza Gürsey İnstitutu) (TBAE) – İstanbul Milli Elektronik və Kriptoloji Tədqiqat İnstitutu (UEKAE) – Gebze, Ankara Milli Metrologiya İnstitutu (UME) – Gebze Kosmik Texnologiyalar Tədqiqat İnstitutu (UZAY) – Ankara Təşkilat, Türkiyədə elmi məşhurlaşdırmaq və insanları şüurlandırmaq məqsədilə üç ədəd aylıq məşhur elm jurnalı (Elm və texniki jurnalı, Elm uşaq jurnalı, Maraqlı kiçik jurnalı) və illik təxminən 20 ədəd məşhur elm kitabı nəşr etməkdədir. (Tübitak Məşhur Elm Kitabları) Təşkilat gərək lisans təhsili və gərək də sonrasındakı işləri üçün T. C. yurddaşlarına maddi qaynaq təmin etməkdədir. 2005 ÖSSdə ilk 5000ə girən şagirdlərə, fizika, kimya, biologiya, molekulyar biologiya və genetik, riyaziyyat, sosioloji, iqtisadiyyat, psixologiya, fəlsəfə və tarix hissələrindən birinə yerləşmələri halında, aylıq 250 YTL qarşılıqsız təqaüd verilmişdir. 50i aşan növü olan TÜBİTAK təqaüdləriylə əlaqədar (miqdarlar və müraciət şərtləri kimi) detallar təşkilatın şəbəkə səhifəsindən öyrənilə bilər. Ayrıca, doğrudan Türkiyədəki elm ictimaiyyətinə xitab edən 12 ədəd hakimli (Elmi Jurnal) çıxartmaqdadır.
Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi
Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi (rus. Уфимский федеральный исследовательский центр Российской Академии Наук, başq. Рәсәй Фәндәр академияһы Өфө федераль тикшеренеүҙәр үҙәге) — Rusiya Elmlər Akademiyasının Ufa şəhərində yerləşən Regional Elmi Mərkəzi. 1951-ci ildə SSRİ Elmlər Akademiyasının Başqırd filialı kimi qurulmuşdur. 2017-ci ildən müasir adını daşıyır. 1951-ci il. SSRİ Elmlər Akademiyasının Başqırd filialının (SSRİ EA BF) yaradılması. Tərkibinə Biologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, Mədən və Geologiya İnstitutu, iqtisadi tədqiqatlar və kimya sektorunun daxil idi. 1961—1963-cü illər. SSRİ Elmlər Akademiyasının yenidən qurulması zamanı SSRİ EA BF-nın əksər qurumları SSRİ Dövlət Elm və Texnologiya Komitəsinə verildi.
Araşdırma mərkəzi
Araşdırma mərkəzi və ya siyasi tədqiqat institutu (ing. think tank; policy institute; research institute) — ölkələrin siyasi qərar qəbulu prosesində idarəçilərə doğru və həqiqi siyasətlər müəyyən etmək məqsədilə müxtəlif tövsiyələr və hesabatlar nəşr edən araşdırma mərkəzidir.
Araşdırma jurnalistikası
Araşdırmaçı jurnalistika — müxbirlərin ciddi cinayətlər, irqi ədalətsizlik, siyasi korrupsiya və ya korporativ qanun pozuntuları kimi maraq doğuran bir mövzunu dərindən araşdırdıqları jurnalistika forması. Araşdırmaçı jurnalist aylarla, illərlə araşdırma aparıb reportaj hazırlaya bilər. Təcrübəçilər bəzən "gözətçi hesabatı" kimi terminlərdən istifadə edirlər. Araşdırmaçı jurnalistika əsasən, ənənəvi olaraq qəzetlər, xəbər agentlikləri və frilans jurnalistlər tərəfindən aparılır. Reklam gəlirinin azalmasına görə bir çox ənənəvi xəbər xidmətləri bahalı olduğu və çox vaxt apardığı üçün araşdırma jurnalistikasını maliyyələşdirməkdə çətinlik çəkir. Jurnalist araşdırmaları zaman keçdikcə daha çox birgə işləyən xəbər təşkilatları, hətta beynəlxalq səviyyədə (Panama sənədləri və Paradise sənədlərində olduğu kimi) və ya öz işlərini maliyyələşdirmək üçün ictimaiyyət və xeyriyyəçilər tərəfindən dəstəklənən ProPublica kimi qeyri-kommersiya qurumları tərəfindən həyata keçirilir. Missuri Universitetinin jurnalistika professoru Stiv Veynberq araşdırmaçı jurnalistikanı belə izah edir: "birinin təşəbbüsü və iş məhsulu haqqında oxucular, izləyicilər və ya dinləyicilər üçün əhəmiyyət kəsb edən məsələlər barədə xəbər vermək". Bir çox hallarda xəbər subyektləri araşdırılan məsələlərin açıqlanmamasını istəyirlər. Hazırda universitetdə araşdırmaçı jurnalistikanı tədris edən kafedralar var. Konfranslar araşdırmaçı jurnalistikaya dair resenziyalı araşdırmaları təqdim etməklə keçirilir.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi — Heydər Əliyev irsinin öyrənilməsi və təbliği ilə məşğul olan qurum. Mərkəz 10 may 2004-cü ildən etibarən ümummilli liderimizin zəngin irsini – çıxışları, müsahibələri, görüşləri, bəyanatları və məktublarının mətnlərini 50 dildə geniş auditoriyaya təqdim edən “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanasının əsasında yaradılmışdır. Mərkəzinin portalında Heydər Əliyevin fəaliyyətinin — xarici və daxili siyasət, iqtisadiyyat, neft strategiyası, ordu quruculuğu, beynəlxalq terrorizmlə mübarizə, böyük siyasətə qayıdış və s. kimi sahələri geniş əhatə olub. Heydər Əliyev İrsini Araşdırma Mərkəzi “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanası, Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən regional bürolar, siyasətçilər, politoloqlar, diplomatlar və tarixçilər üçün ən müxtəlif dillərdə kitablar nəşr edən nəşriyyat qrupundan ibarətdir. Mərkəz həmçinin, orijinal tədris proqramları əsasında gənc müəllimlər, ali məktəblərin magistrantları və tələbələri üçün “Heydər Əliyev irsini öyrənirik” interaktiv kursları və yay məktəbləri təşkil edir, eləcə də planetin mühüm elmi mərkəzləri ilə internet körpülər yaradır. Oxucuların böyük əksəriyyətini dünyanın tanınmış elm mərkəzləri, rəsmi qərarların qəbul edildiyi dövlət qurumları, nüfuzlu KİV orqanları, transmilli şirkətlər təşkil edir. Mərkəzin fəaliyyəti ekspertlərdən ibarət Elmi-Redaksiya Şurası tərəfindən istiqamətləndirilir.
Gülhanə Təhsil və Araşdırma Xəstəxanası
Gülhanə Təhsil və Araşdırma Xəstəxanası və ya əvvəlki adı Gülhanə Hərbi Tibb Akademiyası — 30 dekabr 1898-ci ildə II Əbdülhəmid tərəfindən İstanbulda Gülhane Seririyat Xəstəxanası olaraq qurulub. 1941-ci ildə xəstəxana Ankaraya köçürülüb. Türkiyə respublikası qurulduqdan sonra uzun müddət Türkiyə Silahlı Qüvvələri nəzdində Gülhanə Hərbi Tibb Akademiyası kimi fəaliyyət göstərib. Hazırda Keçiören Etlikte Təhsil və Araşdırma Xəstəxanası olaraq fəaliyyətini davam etdirir. Xəstəxana ilk dəfə Sultan II Əbdülhəmidin doğum günü olan 30 dekabr 1898-ci ildə şəxsən onun iştirkı ilə təntənəli təşkil edilən mərasimlə açıldı. Xəstəxana onun tərəfindən “Gülhanə Səririyyət Xəstəxanası” adlandırılıb. "Gülhanə" adı ilə qurulduqdan dərhal sonra "Tıbbiye-i Şahane"dən məzun olan hərbi həkimlər bir illik praktiki təhsilə burada başladılar. Əvvəllər hərbi həkimlər vəzifə başına keçməzdən qabaq Haydarpaşa Əsgəri Xəstəxanasında təcrübə keçirdilər. 1908-ci ildə İkinci Məşrutiyyətin elan edilməsindən sonra tibb sahəsində islahatlar cəhdləri nəticəsində hərbi və mülki tibb fakültələri birləşdirildi. 1909-cu ildə təcrübəli on bir professor-müəllim heyəti İstanbul Universiteti Tibb Fakültəsinə köçürüldü.
Azərbaycan Araşdırmaları (jurnal)
Xəzər Humanitar və Sosial Elmlər Jurnalı — Bakıda, Xəzər Universitetində nəşr edilən, Humanitar və Sosial Elmlər üzrə tədqiqatların nəticələrini özündə əks etdirən, ildə 4 dəfə dərc olunan beynəlxalq elmi jurnaldır. Çap versiyası: ISSN: 2223-2613 Elektron versiya: E-ISSN: 2223-2621 "Xəzər Humanitar və Sosial Elmlər Jurnalı", humanitar, sosial, ictimai siyasi sahələr üzrə nəzəri və tətbiqi, ciddi elmi axtarışları, orijinallıq və aktuallığını saxlayan mövzular üzrə elmi məqalələri dərc edir. Eyni zamanda jurnal konfrans, simpozium kimi tədbirlər və kitab şərhlərinə də yer verir. Əsas məqsəd elmdə baş verən yenilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq, yerli və xarici alimlər arasında elmi ünsiyyət qurmaqdır. "Xəzər Humanitar və Sosial Elmlər Jurnalı" Web of Science (Thomson Reuters/Clarivate Analytics) bazası tərəfindən indeksləşdirilmişdir (bu mənada Humanitar və Spposial elmlər sahəsində Azərbaycanda tək elmi jurnaldır). Jurnal həmçinin Scirus (Elsevier), DuraSpace, DOAJ, İnfoseek, IndexCopernicus, Genamics və s. kimi çocsaylı nüfuzlu elmi bazalar tərəfindən indeksləşdirilir və beynəlxalq elmi ictimaiyyətə təqdim olunur. "Xəzər Humanitar və Sosial Elmlər Jurnalı 1998-ci ildən ildə 4 dəfə, "Azərbaycan Araşdırmaları Jurnalı" adı altında çap olunan jurnalın davamıdır. 2011-ci ilin birinci nömrəsindən başlayaraq,yeni ad altında çap olunan bu nəşr tarix, siyasət, beynəlxalq münasibətlər, təhsil, mədəniyyət, fəlsəfə, dil və ədəbiyyat, iqtisadiyyat və hüquq sahələrini əhatə edən elmi-tədqiqat jurnalıdır. Təqdim olunan məqalələr ilk növbədə redaksiya heyətinin ciddi nəzarətindən keçirilir və rəyə göndərilir.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək). 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək). 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək). 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
Beynəlxalq Elmi Araşdırmalar Jurnalı
INTERNATIONAL JOURNAL OF ACADEMIC RESEARCH (IJAR) ISSN 2075-4124 Elmin müxtəlif sahələri üzrə tədqiqatların nəticələrini özündə əks etdirən "Int. J. of Academic Research" (Beynəlxalq Elmi Araşdırmalar Jurnalı) ayaşırı dərc olunan beynəlxalq elmi jurnaldır. Beynəlxalq Elmi Araşdırmalar Jurnalında elmin kompleks problemləri, humanitar və ictimai siyasi, tətbiqi, təbiyyat elmləri üzrə indiyədək dərc olunmayan, orijinallığı, yeniliyi və aktuallığı, ciddi elmi arqumentasiyası, qabaqcıl nəzəri və praktiki əhəmiyyəti ilə diqqəti cəlb edən elmi-texniki məqalələr dərc edilir. Jurnal eyni zamanda konfranslar, simpoziumlar, elmi məktəblər, ümumiyyətlə, elmi həyatda cərəyan edən hadisələr haqqında məlumatlara da səhifələrində yer verir.Azərbaycan elminin beynəlxalq ictimaiyyətə çatdırılması, yerli alimlərlə müxtəlif ölkələrin alimləri arasında elmi kommunikasiyaların yaradılması nəşrin qarşıya qoyduğu başlıca vəzifələrdəndir. Məqalələr yalnız beynəlxalq ekspertlər qrupu (Redaksiya heyəti) tərəfindən ən azı 2 dəfə yoxlanıldıqdan sonra dərc üçün təsdiqlənə bilər. Akademik və professorlarla yanaşı elmin müxtəlif sahələrində tədqiqat aparan gənc aspirant və doktorantlar, tədqiqatçılar da jurnalın müəllifi ola bilərlər.
Filoloji araşdırmalar (elmi toplu)
Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu
Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut national de la statistique et des études économiques, qıs. INSEE və ya Insee) — institut Fransada rəsmi statistika hesablamalarını və təhlilini həyata keçirir. İqtisadiyyat, Sənaye və məşğulluq Nazirliyi tərəfindən idarə olunur. Oktyabr ayından etibarən İnstitutun direktoru Jan-Filip Kotidir.
Marketinq araşdırmaları
Marketinq araşdırmaları (ing. marketing research) — bazarın diktə etdiyi iqtisadiyyatda istehlakçıların, rəqiblərin və bazarların davranışlarını, istəklərini və üstünlüklərini anlamağa yönəlmiş biznes tədqiqatının bir forması və tətbiqi sosiologiyanın istiqaməti. 1923-cü ildə ACNielsen şirkətinin yaradılması ilə statistik elm kimi marketinq tədqiqatı sahəsinə Artur Nilsen tərəfindən öncülük edilmişdir. Marketinq tədqiqatı metodları şirkətin mövcud olduğu marketinq mühitinin empirik, nəzəri və praktiki öyrənilməsi və təhlili üsulları, prosedurları və əməliyyatlarıdır [1]. sahə tədqiqatı üsulları - təbii şəraitdə marketinq mühitinin tədqiqi (sorğular, sınaqlar); kreslo bazarının tədqiqi üsulları; müntəzəm tədqiqat (dövri tədqiqat); təkrar tədqiqat - əvvəllər əldə edilmiş məlumatı dəqiqləşdirmək, təsdiqləmək məqsədilə aparılan tədqiqat; tək müşahidələr (məqsədli tədqiqatlar); davamlı tədqiqat; nümunə tədqiqatları; Müşahidə obyektindən asılı olaraq tədqiqat metodları fərqləndirilir. xarici marketinq obyektlərinin tədqiqi; özünü müşahidə (məsələn, müştəri xidmətinin keyfiyyətinin tədqiqi). sorğu hədəf auditoriyanın fikirlərini öyrənmək yolu ilə məlumat əldə etmək üsuludur; müşahidə müşahidə obyektinə heç bir təsir göstərmədən məlumat əldə etmək üsuludur; eksperiment müəyyən amillərin tədqiqat obyektinə təsirinin bir və ya bir neçə amildə idarə olunan dəyişikliklər metodu ilə öyrənildiyi və onların öyrənilən obyektə təsirinin izləndiyi bazar tədqiqatı üsuludur; simulyasiya modelləşdirmə tədqiqat obyektinin davranışını adekvat surətdə əks etdirən əvvəllər işlənmiş riyazi modeldən istifadə etməklə marketinq tədqiqatı üsuludur; ekspert qiymətləndirmələri üsulu - mütəxəssislərdən məlumat əldə etməyə, onun təhlilinə və ümumiləşdirilməsinə yönəlmiş prosedurlar məcmusudur. Auditoriya cəlb edilməsinin qanunauyğunluğuna görə bazar tədqiqatı üsullarının təsnifatı təsadüfi seçmə — hədəf auditoriyaya aid tədqiqat respondentləri üçün təsadüfi seçilmiş; giriş paneli marketinq sorğularında iştirak edən respondentlərin daimi bazasıdır.
Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin Hərbi Korpusu
379 zabit, 19 gəmi, 14 təyyarə
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu və ya qısaca MİMTA — Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatı. Fond qədim tarixə, yüksək mədəniyyətə malik Azərbaycanın tarixini, milli irsini, mənəvi dəyərlərini qoruyub-saxlamaq və inkişaf etdirməyə kömək məqsədilə təsis edilmişdir. 31 yanvar 2005-ci ildən fəaliyyət göstərən fondun icraçı direktoru Pərviz Əmirovdur. Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycanın milli irsi, mədəni, tarixi dəyərlərini tədqiq edib həm ölkədə, həm də ölkədən kənarda təbliğ etmək, xarici ölkələrdə Azərbaycanın milli irsini, mədəniyyətini, tarixini əks etdirən sərgilər, konfranslar və s. tədbirlər təşkil etmək, istedadlı gənclərə, yaşlı ziyalılara maddi və mənəvi kömək göstərmək, təhsil, səhiyyə, mədəniyyət və sosial sahədə xeyriyyə tədbirləri, simpoziumlar, seminarlar, müsabiqələr keçirmək və ayrı-ayrı şəxsləri Azərbaycan tarixi, mədəniyyəti, irsi üçün əhəmiyyətli olan uğurlara görə mükafatlandırmaqdan ibarətdir. 1906-cı il noyabrın 1-i Əli bəy Hüseynzadənin baş redaktorluğu ilə nəşrə başlayan, amma mütərəqqi və milli fikirləri təbliğ etdiyindən 1907-ci ilin noyabrında çar hökuməti tərəfindən çapı dayandırılan “Füyuzat” jurnalı 100 il sonra – 2007-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən bərpa edilmiş və “Füyuzat”ın davamı kimi 33-cü nömrədən nəfis şəkildə çap etdirilməyə başlanmışdır. MİMTA fondunun mətbu orqanı olan müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Jurnal milli dəyərlərə, irsimizə, zəngin mədəniyyətimizə, tarixi köklərimizə bağlılıq və bununla da dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiq qalmışdır. Jurnalın baş redaktoru filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur. 1911-ci il yanvarın 22-də maarifpərvər ziyalı Xədicə Əlibəyovanın baş redaktorluğu və Mustafa bəy Əlibəyovun naşirliyi ilə çap olunan və milli mətbuatımızın ilk qadın mətbu orqanı kimi tarixə düşən “İşıq” qəzeti 68 nömrədən sonra – 1912-ci ildə fəaliyyətini dayandırsa da, 2012-ci ilin yanvar ayından etibarən Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsisçiliyi ilə “İşıq-qadın” jurnalı kimi bərpa edilmişdir.
Qadın araşdırmaları
Qadın tədqiqatları (ing. women’s studies, həmçinin feminologiya) — müəyyən bir tarixi dövrdə qadınların dünya səviyyəsində, müəyyən cəmiyyətdə və ya mədəniyyətdə vəziyyətini və mövqeyini öyrənən bir elmi intizamdır. Bu elmi fəaliyyət sahəsində qadınların həyat təcrübəsi sosial və mədəni reallıq sistemində nəzərə alınır. Qadın tədqiqatlarında dörd mərhələ var: 1960-cı illərin sonları — 1970-ci illər, qadın təcrübəsi, faktların, proseslərin və fenomenlərin təhlilinə qadın yanaşması əyani şəkildə göstərildi. Yeni bir qadın yanaşmasının tətbiqi ənənəvi sosial və humanitar fənlərin gender baxımından kor olduğunu, qadınların təcrübələrini laqeyd yanaşdıqlarını və kişilərin qərəzliliyini əks etdirdiyini göstərdi. Bu mərhələ yeni bir akademik sahə yaratmaq səyləri ilə xarakterizə edildi. 1977-ci ildə ABŞ-də Yeni Təhsil Proqramlarının yayılmasına kömək edən Milli Qadın Araşdırmaları Birliyi quruldu. Dərnək NWSA Jurnalı (indiki Feminist Formasyonları) nəşr etdirdi, illik konfranslar təşkil etdi, proqramları izlədi və ali təhsil müəssisələrinə məlumat göndərdi. 1980-ci illərin əvvəlləri — ənənəvi bilik və təhsil kurslarına yenidən baxılması mərhələsi idi. Bu zaman yeni bilik sahələri (ataerkilliyin mahiyyəti, şəxsi həyat, zorakılıq və s.) haqqında sual qaldırıldı.
Siyasi Araşdırmalar İnstitutu (Paris)
Siyasi Araşdırmalar İnstitutu (Paris) (fr. Institut d'études politiques de Paris), qıs. Sciences Po — Fransanın siyasi və diplomatik elitasının qurucusu. Yalnızca siyasi və iqtisadi elmlərə deyil, hüquq, rabitə, maliyyə, sahibkarlıq, şəhər siyasəti, menecment və jurnalistika sahələrinə də diqqət yetirir. İnstitut, Sena yaxınlığında, Sen-Jermen və Raspay bulvarları arasında, Parisin Paris Notr-Dam, Panteon və Milli Məclis kimi əsas görməli yerlərinin əksəriyyətinə piyada məsafədə yerləşir. İnstitut, Sena çayının sol sahilindəki yeddinci bölgədə yerləşən XVII və XVIII əsrlərdə malikanələrdə yerləşir. Science Po adı üç ayrı, lakin bir-birini tamamlayan qurumları nəzərdə tutur: 1945-ci ildə əvəz edilmiş Azad Siyasi Elmlər Məktəbi: Siyasi Elmlər üçün Milli Təqdimat (FNSP), bir araşdırma mərkəzi; və Paris Siyasi Araşdırmalar İnstitutu (IEP Paris), tələbələrin birbaşa öyrədildiyi yerdir. Sciences Po 1872-ci ilin fevralında bir qrup Fransız alimləri, siyasətçiləri və iş adamları tərəfindən Sərbəst Siyasi Elmlər Məktəbi (École Libre des Sciences Politiques) olaraq quruldu; bunlar arasında İppolit Ten, Ernest Renan, Alber Sorel, Pyer Pol Lerua-Bolye, Emil Butminin rəhbərlik etdiyi Fransua Qizo vardı. 1870-ci ildə müharibədə məğlubiyyətdən, III Napoleonun, Paris Kommunasından ayrılmasından sonra bu insanlar Fransız siyasətçilərinin hazırlanması sistemində islahatlar aparmağa çalışdılar. Bu istək Fransanın siyasi və diplomatik korpuslarının yetərincə təhsili olmadığı üçün beynəlxalq siyasi və iqtisadi statusunun azalması qorxusundan irəli gəlirdi.
Strateji Araşdırmalar Mərkəzi (Azərbaycan)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək). 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
Xəzər Universiteti Şərq dilləri və Din Araşdırmaları Departamenti
Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin nəzdində olan Şərq Dilləri və Din Araşdırmaları Departamenti, Xəzər Universitetində uzun müddət fəaliyyət göstərən Şərqşünaslıq və İslam Araşdırmaları departamentinin əsası üzərində 2008-ci ildə qurulmuşdur. Departamentin hədəfi Yaxın və Orta Şərq, eləcə də Şimali və Şərqi Asiya xalqlarını dil, din, tarix, sənət, ədəbiyyat və mədəniyyətin digər aspektlərindən tədqiq və tədris etməkdir. Müvafiq dillər sahəsində Departament Ərəb, Fars, Türk, İbri, Yapon, Çin, Koreya və Urdu dilləri kimi qeyri-Avropa dillərini əhatə edir. Qeyd olunan dillərdən Ərəb və Fars dilləri, hal-hazırda Sosial və Bəşəri Elmlər fakültəsinin tələbələrinə ikinci ixtisas fənni kimi, digər dillər isə seçmə fənn kimi tədris olunur. Departament həmçinin yuxarıda qeyd olunan dillərin vətənində doğulmuş və daha sonra dünya mədəniyyətinin mühüm bir parçasına çevrilmiş Orta Şərq mənşəli Yəhudilik, Xristianlıq və İslamla yanaşı Buddizm, Konfüçianizm, Hinduizm, Jainizm, Şintoizm, Taoizm kimi Şimali və Şərqi Asiya dinlərini də tədqiq edir. Dini Araşdırmalar sahəsinin hədəflərindən biri də bu ənənəvi dinlərin tarixini tədqiq etməklə yanaşı onlardan da bəhrələnərək meydana çıxmış yeni dini hərəkatları, dini plüralizm, dinlərarası münasibətlər və dialoq, din və qloballaşma münasibətinin tədqiqi və tədrisidir. Departamentin təklif etdiyi fənnlərdən bəziləri bunlardır: Ərəb dili və Ədəbiyyatı, Fars dili və Ədəbiyyatı, Türk dili və Ədəbiyyatı, İbri dili, Yapon dili, Çin dili, Koreya dili, Urdu dili, Dinlər Tarixi, Din və Qloballaşma, Dinlərarası Münasibətlər, Din Fəlsəfəsi, Müqəddəs Kitabların Tədqiqi, Qur’an Araşdırmaları, İslam Tarixi, İslam mədəniyyəti, İslam fəlsəfəsi, İslam Hüququ, İslam Əxlaqı, Təsəvvüf (Sufizm) Departament, Universitetin müvafiq digər departament və mərkəzləri ilə əməkdaşlıq etməklə Orta Şərq, eləcə də Şimali və Şərqi Asiya Araşdırmalarına dair bakalavr səviyyəsində (graduate-level) sahə araşdırmaları həyata keçirir, eləcə də tələbələr və sahənin mütəxəssisləri üçün açıq mühazirə (public seminare) və seminarlar keçirir. Departament eyni zamanda Dini Araşdırmalar və Şərq dilləri sahəsində müxtəlif yayınlar nəşr etməkdədir. Departamentin əsas hədəflərindən biri də Universitetdəki Tərcümə Araşdırmaları Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq edərək müxtəlif məqalə və kitabların xüsusilə Ərəb və Fars dillərindən Azərbaycan dilinə və əksinə tərcümə edilməsidir. Departament xaricdə (Türkiyə, İran, İraq, Yaponiya, ABŞ, AB ölkələri) Ph.
İnternet Araşdırmaları Agentliyi
İnternet Tədqiqatları Agentiliyi (İTA; rus. Агентство интернет-исследований)— həmçinin Qlavset olaraq da bilinir. Rusiyada daha çox Olqinonun trolları da adlandırılır. Rusiyanın iqtisadi və siyasi maraqları üçün xidmət edən bir agentlikdir. Mərkəzi Sankt-Peterburq-da olub rusiyalı biznesmen Yevgeni Prigojin ilə əlaqəli olduğu idda edilir. Agentliyin, böyük sosial şəbəkələrdə, müzakirə platformalarında, elektron qəzet saytlarında və video hostinq xidmətlərində yaradılan saxta hesablardan istifadə edərək, Rusiyanın daxili və xarici siyasi maraqlarını Ukrayna və Orta Şərqdə dəstəkləmək üçün istifadə etdiyi və ABŞ-nin 2016-cı il prezident seçkilərinə təsir göstərməyə çalışdığı iddia edilir. 2015-ci ildə agentliyin təkcə bir binasında 1000-dən çox işçinin çalışdığı bildirildi. Şirkət 2013-cü ilin ortalarında yaradılmışdır. Novaya Qazeta qəzetinin hesabatına əsasən Internet Research Agency Ltd-nin ofisi Sankt-Peterburqun tarixi rayonu olan Olqino-da yerləşirdi. Bir hesabata əsasən 2015-ci ildə Savuşkina küçəsində 1000-dən çox bloqqer və şərhçi çalışırmış.
İqtisadi araşdırmalar (jurnal)
İqtisadi araşdırmalar (qısa adı: İAJ) — Azərbaycanda nəşr olunan elmi məqalələr — elmi əsərlər toplusu olan beynəlxalq jurnal. "İqtisadi araşdırmalar" (İAJ) elmi məqalələr — elmi əsərlər toplusu olan beynəlxalq jurnal 2017-ci ildə Azərbaycan Respublikasında təsis edilmiş və 23.06.2017 ci ildə 4124 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət reyestrinə daxil edilmişdir. Jurnalın elm aləmində böyük nüfuza malik Azərbaycanın görkəmli iqtisadçı alimləri ilə yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna, Avstriya və bir sıra digər ölkələrdən iqtisadçı alimlərdən ibarət redaksiya heyəti yaradılıb. "İqtisadi araşdırmalar" jurnalı (İAJ) müstəqil beynəlxalq, resenziyalı elmi jurnaldır. Jurnalın ölkə daxili və eyni zamanda beynəlxalq miqyasda rəqabətliliyinin artırılması, dünyanın aparıcı ölkələrinin elmi ictimaiyyətində maraq doğurması jurnalın qarşısında duran ən vacib məsələlərdəndir. Bu istiqamətdə tədbirlər planı hazırlanıb və mərhələli şəkildə işlərin intensivliyinin artırılması nəzərdə tutulmuşdur. Jurnalın elm aləmində böyük nüfuza malik Azərbaycanın görkəmli iqtisadçı alimləri ilə yanaşı bir sıra xarici ölkələrdən tanınmış iqtisadçı alimlərdən ibarət redaksiya heyəti yaradılıb. Jurnalın beynəlxalq jurnal olduğu üçün çapa 4 dildə (Azərbaycan, türk, ingilis və rus dillərində) elmi əsərlər — elmi məqalələrin çap edilməsi, dünyanın tanınmış elm və təhsil müəssisələrinə, dünyada xüsusi çəkiyə malik olan kitabxanalara göndərilməsi nəzərdə tutulubdur.
İqtisadi araşdırmalar jurnalı
İqtisadi araşdırmalar (qısa adı: İAJ) — Azərbaycanda nəşr olunan elmi məqalələr — elmi əsərlər toplusu olan beynəlxalq jurnal. "İqtisadi araşdırmalar" (İAJ) elmi məqalələr — elmi əsərlər toplusu olan beynəlxalq jurnal 2017-ci ildə Azərbaycan Respublikasında təsis edilmiş və 23.06.2017 ci ildə 4124 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət reyestrinə daxil edilmişdir. Jurnalın elm aləmində böyük nüfuza malik Azərbaycanın görkəmli iqtisadçı alimləri ilə yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna, Avstriya və bir sıra digər ölkələrdən iqtisadçı alimlərdən ibarət redaksiya heyəti yaradılıb. "İqtisadi araşdırmalar" jurnalı (İAJ) müstəqil beynəlxalq, resenziyalı elmi jurnaldır. Jurnalın ölkə daxili və eyni zamanda beynəlxalq miqyasda rəqabətliliyinin artırılması, dünyanın aparıcı ölkələrinin elmi ictimaiyyətində maraq doğurması jurnalın qarşısında duran ən vacib məsələlərdəndir. Bu istiqamətdə tədbirlər planı hazırlanıb və mərhələli şəkildə işlərin intensivliyinin artırılması nəzərdə tutulmuşdur. Jurnalın elm aləmində böyük nüfuza malik Azərbaycanın görkəmli iqtisadçı alimləri ilə yanaşı bir sıra xarici ölkələrdən tanınmış iqtisadçı alimlərdən ibarət redaksiya heyəti yaradılıb. Jurnalın beynəlxalq jurnal olduğu üçün çapa 4 dildə (Azərbaycan, türk, ingilis və rus dillərində) elmi əsərlər — elmi məqalələrin çap edilməsi, dünyanın tanınmış elm və təhsil müəssisələrinə, dünyada xüsusi çəkiyə malik olan kitabxanalara göndərilməsi nəzərdə tutulubdur.
İran: İngilis Fars Araşdırmaları Jurnalı
İran: İngilis Fars Araşdırmaları Jurnalı, İran araşdırmalarını əhatə edən hakimli akademik jurnaldır. İlk baş redaktoru Laurence Lockhart; digər redaktorlar Georgina Herrmann , C. Edmund Bosworth , Vesta Sarkhosh Curtis, və Cameron A.Petriedir. Louis D. Levine, Inna Medvedskaya, Roger Moorey, Michael Roaf , T. Cuyler Young və RanZadokun kimi tədqiqatçıların araşdırmalarını yayımladı. Jurnal, 1961-ci ildə Tehranda tarix və arxeologiyaya dəyər verən bir instut olaraq qurulan İngilis Fars Araşdırmaları Universiteti tərəfindən yayımlandı. Üyeleri arasında: Basil Grey ve Pirouz Mojtahedzadeh . Universitetdə həmçinin bir kitabxana da yerləşir.
Əməliyyat araşdırması
Əməliyyat araşdırması (ƏA, ing. operations research — OR, həmçinin ing. management science — idarəetmə elmi və ya ing. decision science — qərarlar haqqında elm) — insan fəaliyyətinin müxtəlif sahələrində riyazi modelləşdirmə, statistik modelləşdirmə və müxtəlif evristik yanaşmalara əsaslanan optimal həllərin tapılması metodlarının inkişafı və tətbiqi ilə məşğul olan bir intizam. Bəzən ad riyazi əməliyyatlar tədqiqatı üçün istifadə olunur. Əməliyyatlar Tədqiqatı, məqsədyönlü insan fəaliyyətinin bütün sahələrində qərarları məlumatlandırmaq üçün riyazi, kəmiyyət metodlarının tətbiqidir. Əməliyyat araşdırması qərarları əsaslandırmaq üçün bu və ya digər riyazi aparatdan istifadə edildikdə başlayır. 1915-ci ildə Voenny Sbornik jurnalı tərəfindən nəşr olunan "Döyüşən Tərəflərin sayının itkilərinə təsiri" məqaləsində Hərbi Topoqraflar Korpusunun general-mayoru M.P.Osipov qlobal silahlı qarşıdurmanın riyazi modelini təsvir edərkən hərbi işlərdə təsvir edərkən müharibə edən tərəflərin zamanla azalması və əməliyyatların riyazi nəzəriyyəsinə daxil edilməsi, İngilis riyaziyyatçısı Frederik Uilyam Lançesterdən bir il qabaq. İkinci Dünya Müharibəsi dövründə əməliyyat tədqiqatları hərbi əməliyyatların planlaşdırılması üçün geniş istifadə edilmişdir. Məsələn, Əməliyyat Tədqiqatı Mütəxəssisləri Birləşmiş Krallıqda yerləşən Amerika Birləşmiş Ştatları Bombardıman Komandanlığı üçün çalışdılar.
ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi
ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi (ing. Defense Advanced Research Projects Agency, DARPA) — silahlı qüvvələrin maraqları və istifadə üçün yeni texnologiyaların hazırlanmasına cavabdeh olan Müdafiə Nazirliyi nəznində idarə. DARPA-nın məqsədi ABŞ silahlı qüvvələrinin texnoloji üstünlüyünü qorumaq, ABŞ üçün yeni texniki müharibə vasitələrinin meydana gəlməsinin qarşısını almaq, irəliləyişli araşdırmalara dəstək vermək, təməl tədqiqat və hərbi sahədə istifadə arasındakı boşluğu aradan qaldırmaqdır. DARPA 1958-ci ildə SSRİ-də ilk süni Yer peykinin buraxılmasına cavab olaraq təsis edilmişdir. DARPA-ya ABŞ hərbi texnologiyasının inkişaf etdirilməsi tapşırıldı. DARPA şərti hərbi tədqiqat institutlarından asılı olmayaraq mövcuddur və birbaşa Müdafiə İdarəsinin rəhbərliyinə hesabat verir. DARPA-nın təxminən 240 işçisi var (onlardan təxminən 140 nəfər texniki mütəxəssisdir); Təşkilatın büdcəsi təxminən 3 milyard dollardır. Bu rəqəmlər təxmini olaraq verilir, çünki DARPA, podratçı şirkətlərin kiçik, xüsusi seçilmiş kooperasiyaları tərəfindən həyata keçirilən qısamüddətli proqramlara (iki ildən dörd ilədək) diqqət yetirir. Əvvəlcə İdarə ARPA adlandırıldı, sonra 1972-ci ildə DARPA olaraq dəyişdirildi (Müdafiə sözünün əlavə edilməsi ilə), daha sonra 1993-cü ildə yenidən ARPA, və nəhayət 11 mart 1996-cı ildə yenidən DARPA oldu . DARPA paylanmış kompüter şəbəkəsinin ARPANET (sonradan İnternet yaranan), həmçinin BSD (Berkli Universiteti) versiyası UNIX və TCP / IP protokol yığımının maliyyələşdirilməsinə cavabdeh idi.
Rusiya İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası
Rusiya İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası (rus. Российская ассоциация научно-исследовательских институтов общественных наук; РАНИОН) — RSFSR-nin elmi araşdırma institutları birliyi. Assosiasiya 1924-cü ildən 1930-cu ilədək fərqli formda mövcud olmuşdur. 1929–1930-cu illərdə RİEEAİA-nın institutlarının çoxu Kommunist Akademiyanın tərkibinə daxil olmuşlar. Xalq Maarif Komissariatı Dövlət Elm Sovetinin 15 may 1924-cü il tarixli qərarıyla Moskva Dövlət Universiteti İctimai Elmlər Fakültəsi nəzdində sosial-iqtisadi profil — iqtisadiyyat, sovet hüquqları, ədəbiyyat tarixi və dilşünaslıq, arxeologiya və incəsənətşünaslıq, fəlsəfə, eksperimental psixologiya, müqayisəli ədəbiyyat tarixi və Şərq-Qərb dilləri üzrə fəaliyyət göstərən 7 ilkin elmi araşdırma institutlarını birləşdirən İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası yaradılıb. Daha sonralar isə assosiasiyanın tərkibinə SSRİ Xalq Yazıları və Dilləri İnstitutu, torpaq inzibatı, köçürmə və kənd təsərrüfatı iqtisadiyyatı institutları daxil edilmişdir.

Digər lüğətlərdə