Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnstitut
İnstitut müəyyən bir məqsəd üçün yaradılmış olan mütəşəkkil bir təşkilatdır. Onlar müntəzəm olaraq müəyyən bir mövzular üzrə tədqiqatlar aparmaq məqsədilə yaradılırlar. Bəzi ölkələrdə institutlar universitetlərin bir hissəsi də ola bilirlər. İnstitut sözü latınca Institute və ya institutum sözündən götürülmüşdür. Ümumiyyətlə, institutlar müəyyən mövzularda tədqiqatllar aparmaq üçün yaradılmış olan tədqiqat və ya ictimai təşkilatlardırlar (tədqiqat institutu və ya sosial institut). Onlar həmçinin də müəyyən bir peşə ilə bağlı və yaxud da peşəkar təşkilatlar da ola bilərlər.
Temple Institute
Temple Institute (מכון המקדש – Machon HaMikdash) Yerusəlimdə bir muzey, tədqiqat institutu və təhsil mərkəzi edir. Bu 1987-ci İnstitutu-ci ildə qurulan iki həsr olunur [Qüds Yerusəlimdə Temples və İkinci Temple s Süleymanın Məbədi adlanır.
"Azdövsutəslayihə" institutu
Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu və ya qısaca Azdövsutəslayihə — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin strukturunda olmuş su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət institutu idi. Əsas binası Bakı şəhərində yerləşirdi. 16 may 2024-cü ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu (“Azdövsutəslayihə”) və Azərsu ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu ləğv edilib. Ləğv edilən institutlar birləşdirilərək Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu publik hüquqi şəxs yaradılıb. Yeni yaradılan publik hüquqi şəxs ləğv edilən institutların hüquqi varisi hesab edilib. == Tarixi və fəaliyyəti == === 1930–1950-ci illər === 1930-cu il yanvar ayının 15-də Azərbaycan Su Təsərrüfatı İdarəsində "Su təsərrüfatı obtektlərinin layihələndirilməsi və axtarışı" üzrə "Layihə şöbəsi" kimi yaradılmışdır. Bununla da "Azdövsutəslayihə" institunun əsası qoyulmuşdur. Fəaliyyətin ilk aylarında "Layihə şöbəsi bağlanmış müqavilələr əsasında kanallar, kanal üzərində qurğuların, gözətçi binaların layihələri hazırlanırdı. Meliorasiya və su təsərrüfatı sahəsində görüləcək işlərin yayılma sahəsinin genişlənəcəyini nəzərə alaraq, Azərbaycan Su Təsərrüfatı İdarəsinin "Layihə Şöbəsi" əsasında 1933-cü il aprel ayının 8-də Azərbaycan Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi və Axtarışı üzrə İdarə təşkil olundu. Qısa dövr ərzində layihə-axtarış idarəsində Mil düzündəki qədim suvarma sistemlərinin bərpası layihəsi, Şimali Muğan ərazisində suvarma və kollektor-drenaj sistemlərinin layihə sənədləri hazırlandı.
Fizika İnstitutu
Fizika İnstitutu — AMEA-nın strukturunda olan elmi müəssisə. == Təşkilatın tarixi == Fizika-riyaziyyat və texnika elmləri Bölməsi 1945-ci il martın 31-də Elmlər Akademiyasının ilk Ümumi yığıncağının qərarı ilə yaradılıb. O zaman bölmə "Fizika-texnika elmləri və neft bölməsi" adlanırdı və bölmənin tərkibinə Fizika və Riyaziyyat İnstitutu, Neft İnstitutu və Energetika İnstitutu daxil idi. Bölmənin ilk sədri akademik İ.Q.Yesman olub. 1950–1954-ci illərdə bölməyə akad.Y.Məmmədəliyev sədrlik edib. 1954–1957-ci illərdə isə sədri əvəz edən akademik-katib vəzifəsini akad.M.Nağıyev icra edib. 1957-ci ildə aparılan struktur dəyişiklikləri nəticəsində elmi bölmələr ləğv olunub və elmi müəssisələr müvafiq vitse-prezidentlərə tabe ediliblər. Fizika-texnika elmləri üzrə vitse-prezident akad.Z.Xəlilov seçilib. 1959-cu ildə aparılan yeni struktur dəyişiklikləri nəticəsində Fizika-riyaziyyat və Texnika elmləri bölməsi (FRTEB) təşkil olunub, Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Energetika İnstitutu, Astrofizika Sektoru bölmənin tərkibinə daxil edilib. Bölmənin akademik-katibi akademik Zahid Xəlilov seçilib.
Fiziologiya İnstitutu
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. Abbas Mirzə Şərifzadə küçəsində yerləşir. == Tarixi == AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutu 1968-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Fiziologiya sektoru əsasında yaradılmışdır (Azərbaycan SSR Nazirlər Kabinetinin 21 fevral 1968-ci il tarixli 80 saylı qərarı). İnstitutun ilk direktoru akademik Abdulla İsmayıl oğlu Qarayev olmuşdur. Hazırda institut onun adını daşıyır. == Fəaliyyət istiqamətləri == Orqanizmin inkişafının ekoloqo-fizioloji və biokimyəvi əsasları, şərti reflektor fəaliyyəti, analizator funksiyaların neyrofizioloji və neyrokimyəvi mexanizmləri, insan orqanizminin inkişafının və qocalmasının psixofizioloji və neyroendokrin qanunauyğunluqları. Azərbaycanın yüksək uzunömürlülük indeksinə malik olan regionlarında uzunömürlülərin tibbi-bioloji tədqiqi; Təbii mənşəli heroprotektorların fizioloji və biokimyəvi proseslərə təsiri; Prenatal ontogenezin müxtəlif dövrlərində stres faktorların təsirinə məruz qalmış baş beynin strukturlarında energetik mübadiləni tənzimləyən fermentlərin postnatal ontogenezdə fəallığının öyrənilməsi; Ağır metalların balıqların və siçovulların fizioloji göstəricilərinə təsiri; Sensor mərkəzlərin inkişafına hipoksiya və hipokineziyanın təsiri; Кütləvi istifadə edilən qeyri-ionlaşdırıcı elektromaqnit şüalanmalarının inkişafda olan orqanizmin redoks-homeostazına təsirinin öyrənilməsi; Sinir proseslərinin plastiki təminatinda monoaminergik sistemin iştirakının neyrofizioloji aspektləri; Qidanin zülal tərkibinin dəyişməsi fonunda toxumaların morfofunksional plastikliyi; Baş beyində strukturlararası qarşılıqlı əlaqələrin, sosial və şərti-reflektor davranışların və hüceyrələrin differensiasıyanın neyrofizioloji və neyrokimyəvi tədqiqi; Normada və müxtəlif funksional vəziyyətlərdə olan baş beynin inteqrativ sistemlərinin yaş xüsusiyyətləri; Tamamlanmış elmi-tədqiqat işlərinin araşdırılması, innovativ əhəmiyyətli nəticələrin üzə çıxarılması və təqdim edilməsi.
Folklor İnstitutu
Folklor İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktoru filologiya üzrə elmlər doktoru, akademik Muxtar Kazım oğlu İmanovdur. == Tarixi == Folklor İnstitutu 1994-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində "Folklor sarayı" Elmi Mədəni Mərkəzi kimi fəaliyyətə başlamışdır. Fəaliyyətinin ilk illərində Mərkəz Azərbaycan folkloru, Türk xalqları folkloru, Aşıq yaradıcılığı və Kompüter mərkəzi kimi struktur bölmələrdən ibarət olmuş, 2000-ci ildə "Kitabi Dədə Qorqud"un 1300 illik yubileyi ilə əlaqədar olaraq Qorqudşünaslıq şöbəsi ilə zənginləşmişdir. 2003-cü ildən isə AMEA-nın müstəqil struktur vahidinə — Folklor İnstitutuna çevrilmişdir. == Fəaliyyət istiqamətləri == Azərbaycan folklorunun və mifoloji mətnlərinin respublikanın bütün regionlarından və azərbaycanlıların kompakt yaşadığı xarici ərazilərdən toplanılması, sənədləşdirilməsi, elmi təsnifi, kataloqlaşdırılması, tərtibi və nəşr edilməsi; folklor mətnlərinin variantlarının və qaynaqlarının üzə çıxarılması, Azərbaycan folklorunun tarixi xronoloji ardıcıllıqla inkişaf xüsusiyyətlərinin şərh edilməsi və nəzəri problemlərinin araşdırılması, Azərbaycan folklorunun lokal, regional, etnik, milli və universal xüsusiyyətlərinin və əlaqələrinin tədqiqi, Azərbaycan bölgələrinin zəngin folklor antologiyalarının, folklor və mif mətnləri toplularının yaradılması, çoxcildli folklor, mifologiya və folklorşünaslıq tarixinin hazırlanması.
Geologiya İnstitutu
Geologiya və Geofizika İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. == Tarixi == 1926-cı ildə Azərbaycanın tədqiq olunması və öyrənilməsi cəmiyyəti yaradılmışdır (geologiya və geofizika sahəsində tədqiqatlar daxil olmaqla). 1932-ci ildə bu cəmiyyətin bazasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi (EAZDAzŞ) təşkil edilmişdir. 1935-ci ildə EAZFAzŞ bir sıra institutlar ilə və o cümlədən Geologiya sektoru ilə birlikdə SSRİ-in Elmlər Akademiyasının Azərbaycan filialına çevrilmişdir. 1938-ci ildə Azərbaycanın görkəmli alimləri — Ş.A.Əzizbəyov, M.A.Qaşqay, Ə.A.Yaqubovun təklifi və SSRİ EA-nın yardımı ilə müstəqil elmi-tədqiqat idarəsinə — Geologiya İnstitutuna çevrilmişdir (Geologiya İnstitutunun təşkil edilməsinin rəsmi tarixi). 2003-cü ildə Geologiya İnstitutu və Dərin neftqaz yataqları problemləri institutunun (DNQYPİ) bazasında Azərbaycan MEA Geologiya İnstitutu yaradıldı. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu adlandırıldı. İnstitutun yaranması və inkişaf Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafı ilə eyni vaxta düşdü. İnstitutun qurulmasında və inkişafında məşhur rus alimləri İ.M.Qubkin, D.B.Qolubyatnikov, Vladimir Boqaçyov, N.B.Vasseviç, V.V.Veber, A.V.Vinaqradov, S.A.Kovalevskiy, D.V.Nalivkin, E.F.Savarenskiy, J.V.Rizniçenko, M.A.Sadovskiy, Vladimir Tixomirov, B.S.Sokolov, Viktor Xain və s. böyük rolu olub.
Huver institutu
Huver müharibə, inqilab və sülh institutu (ing. Hoover Institution on War, Revolution, and Peace) — Stenford Universiteti sisteminin bir hissəsi olan ABŞ-də yerləşən siyasi araşdırma mərkəzi. == Tarixi == 1919-cu ildə Bir Dünya müharibəsi kitabxanası olaraq Herbert Huver tərəfindən qurulmuşdur. Huver, XX əsrin əvvəlləri ilə əlaqəli çox sayda material topladı və "müharibə, inqilab və sülh kitabxanası" yaratmaq üçün öz ana vətəni Stanford'a bağışladı. Zaman keçdikcə kitabxana siyasət və iqtisadiyyatda uzunmüddətli analitik proqramlar üçün vacib bir tədqiqat mərkəzinə çevrildi. == Kitabxana == Huver İnstitut Kitabxanası, Birinci Dünya Müharibəsi və Oktyabr İnqilabı dövründə Rusiya tarixindəki ən böyük xarici anbarlardan biridir. Bu sənədlər arasında general Pyotr Vranqel, Aleksandr Kerenski, general Lavr Kornilov, knyaz Qeorqiy Lvov , Vladimir Kokovtsov, Rusiyanın Parisdəki səfiri Vasili Maklakov, rus diplomatı Mixail Qirs, general N. N. Yudenich və başqaları kimi Rusiyanın və ağ hərəkatın görkəmli ictimai və siyasi xadimlərinin şəxsi fondları və fərdi sənədləri yerləşir. Kitabxanada 1895-1917-ci illər arasında çar gizli polisinin Huver Maklakova verilən arxivləri vardır . Əvvəlcə hərbi kitabxana ümumi fondlardan ayrı olaraq Stenford Universitetində yerləşdirildi və 1941-ci ildə Huver Qülləsinə köçdü.
Kamoeş İnstitutu
Kamoeş İnstitutu (port: Instituto Camões) - Portuqal dili və portuqal mədəniyyətini xarici ölkələrdə təbliği üçün Portuqaliya hökuməti və Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış qurum.
Karolinska İnstitutu
Karolinska İnstitutu (ing. Karolinska Institute) — İsveçin Solna şəhərində yerləşən ali təhsil müəssisəsi.
Kibernetika İnstitutu
İdarəetmə Sistemləri İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan elmi tədqiqat institutu. 2014-cü ilə kimi Kibernetika İnstitutu adlanmışdır. == Elmi istiqamətləri == İnstitutda aşağıdakı istiqamətlərdə fundamental nəzəri və tətbiqi elmi tədqiqat işləri yerinə yetirilir: İdarəetmənin nəzəri və tətbiqi problemləri; Süni intellekt texnologiyaları; Sosial-iqtisadi sistemlərin tədqiqi. == Tarixi == Azərbaycanda Kibernetika sahəsində ilk tədqiqatlar 1952-ci ildə AEA-dakı Neft ekspedisiyası nəzdində Elektromodelləşdirmə laboratoriyasında başlanmışdır. 1952–1953-cü illərdən bu laboratoriyada quraşdırılmış şəbəkə modellər maşını neft laylarındakı müxtəlif proseslərin modelləşdirilməsi, süzülmə nəzəriyyəsi və neft yataqlarının əlverişli işlənməsi məsələləri həll edilirdi. Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq Laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama mərkəzi adlandırılmışdır. 1959–1960-cı illərdə Azərbaycana ilk universal rəqəmli elektron maşınları ‒ "Ural-1" ,"BESM-2" gətirildikdən sonra ədədi üsullar, proqramlaşdırma, alqoritmlər yaradılması və ümumiyyətlə xalq təsərrüfat əhəmiyyətli səciyyəvi məsələlərin həlli sahəsində fəaliyyət başlandı və tezliklə xeyli sürətləndi. 1960-cı ildə isə Hesablama Mərkəzi müstəqil təşkilat kimi təsdiq edilmişdir. 1965-ci ildə Hesablama Mərkəzinin əsasında Kibernetika İnstitutu yaradılmışdır. 1971-ci ildə İnstitutun nəzdində təsərrüfat hesablı "Avtomatlaşdırılmış İdarəetmə Sistemləri" şöbəsi (2002-ci ildə müstəqil İnformasiya Texnologiyaları İnstitutuna çevrildi) yaradılmışdır.
Konfutsi İnstitutu
Konfutsi İnstitutu (çin. 孔子学院) — Çin Xalq Respublikası Təhsil Nazirliyinə bağlı qeyri-kommersiya ictimai təhsil təşkilatı; xaricdə Çin dilinin yayılması üçün Çin mədəniyyət və təhsil mərkəzidir. Mərkəzi iqamətgahı Xanban adlanır. == Tarixi == İlk dəfə 2004-cü ildə yaradılmışdır. Belə ki, həmin vaxt ilk Konfutsi İnstitutu Koreya Respublikasının paytaxtı Seulda açılıb. 2012-ci ildə dünyanın 96 ölkə və regionunda 328 Konfutsi İnstitutu fəaliyyət göstərirdi. == Missiyası == Konfutsi İnstitutunun missiyası Çin dilinin başa düşülməsi, Çin mədəniyyətinin bütün dünyada təbliğ edilməsi və Çinlə digər ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirməkdir. == "Çin dili körpüsü" == Konfutsi İnstitutunun qərargahı Xanban tərəfindən bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili körpüsü" adlı müsabiqəsi keçirilir. Bu müsabiqə Çin dili üzrə təşkil olunmuş əhəmiyyətli beynəlxalq yarışdır. 2008-ci ildən başlayaraq 2015-ci ilə kimi 8 belə müsabiqə uğurla keçirilib.
Mikrobiologiya İnstitutu
Mikrobiologiya institutu (əvvəllər Mikrobiologiya sektoru) 1972-ci ildə təşkil olunub. Fəaliyyət istiqaməti: Bioloji aktiv maddələrin produsenti olan mikroorqanizmlərdən istifadənin fizioloji-biokimyəvi və ekoloji əsasları Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: makromisetlərdə oksireduktaza və hidrolazaların sintezinin fizioloji-biokimyəvi və biotexnoloji əsasların tədqiqi. Struktur bölmənin əsas elmi nəticələri: Makromisetlərdə hidrolazaların sintezinin təbiətinin müəyyənləşdirilməsi, bitki mənşəli tullantıların utilizasiyasının bioloji üsullarının elmi və praktik əsaslarının işlənib hazırlanması. Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Neft mikrobiologiyası və ekoloji biotexnalogiya. Landsaftin çirklənməyə davamlılığı probleminin nəzəri əsaslarının işlənib hazırlanması; layların neft çıxımını artırmağa imkan verən mikrobioloji metodun işlənib hazırlanması və tətbiq edilməsi; texnogen təsirdən pozulmuş torpaq ekosistemlərində biorenudatsiya metodlarının nəzəri problemlərinin və tətbiqinin işlənib hazırlanması. Struktur bölmənin əsas elmi nəticələri: Abşeronun neft yataqlarında yüksək iqtisadi səmərə ilə tətbiq edilən layların neft çıxımını artırmağa imkan verən metod işlənib hazırlanıb; "Neftçıxarmanın biotexnalogiyası" adlı monoqrafiya və 100-dən çox elmi məqalə çap olunub, Azərbaycanın və keçmiş SSRİ-nin 16 patenti və müəlliflik şəhadətnaməsi alınıb. Neftlə çirklənmiş torpaqların biorenudasiya metodu işlənib hazırlanmış və Abşeronda tətbiq edilmişdir. Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Xəzər dənizinin Azərbaycan sahillərinin sularının və gruntunun mikroobioloji tədqiqi. Struktur bölmənin əsas elmi nəticələri: Xəzər dənizənin sularının mikrobiosenozunun ekoloji vəziyyətinin dəyişilmə dinamikası haqqında kifayət qədər faktiki material toplanmış, suyun və qruntun avtoxton mikroflorasının tərkibi və yayılması qanunauyğunluqları müəyyən edilmişdir. Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: 1.
Rays İnstitutu
Rays Universiteti (ing. Rice University) və ya tam adı Vilyam Marş Rays Universiteti (ing. William Marsh Rice University) və ya sadə şəkildə adlanması Rays — ABŞ-nin özəl elmi-tədqiqat universiteti. Texas ştatında, Hyustonda, Hyuston muzeylər rayonu və Texas Tibb Mərkəzi yaxınlığında yerləşir. Universitetin tarixi Massaçusets ştatından olan biznesmen Vilyam Marş Raysın adı ilə bağlıdır. Texas ştatında pambıq satışı ilə məşğul olan Rays yüksək məbləğdə vəsait əldə edir. O, 1891-ci ildə Hyuston şəhərində öz adını daşıyan müstəqil təhsil müəssisəsi yaratmaq qərarına gəlir. Lakin 1900-cü il sentyabrın 23-də qəflətən vəfat edir. Ölümündən sonra Raysın vəsiyyətnaməsi ətrafında mübahisələr yaranır. Sonradan onun vəkili Albert Patrikin vəsiyyətnamədə saxtakarlığa yol verdiyi məlum olur və o, həbs edilir.
Ruhi institutu
Ruhi İnstitut ruhani-mənəvi təhsil institutudur və onun təqdim etdiyi təhsil 50 il əvvəl Kolumbiyada bu ölkənin əhalisi üçün hazırlanmışdır. İnstitut ikili məqsəd daşıyır. Bu, bir tərəfdən cəmiyyətin rifahı və çiçəklənməsi, digər tərəfdən isə, kursu keçən insanlara bilik qazanmaqda, ruhani keyfiyyətlərini və qabiliyyətlərini inkişaf etdirməkdə, öz ətraflarına xidmət etmək bacarıqları əldə etməkdə onlara kömək etmək məqsididir. İlk silsilə kurslar 7 kitabdan ibarətdir Birinci kitab Ruhun həyatı haqqında düşüncələr adlanır. Bu kursda iştirakçılar ruhun təbiəti, insana bəxş edilmiş qabiliyyətlər, habelə gündəlik həyatlarında göstərə biləcəkləri məziyyətlər haqqında öyrənir, həyatın mənası, öz taleləri və həyat məqsədləri üzərində düşünür, dua və onun insan həyatında necə bir mühüm təsirə malik olması barədə öyrənirlər. Kursun gedişatı zamanı iştirakçılar aldıqları bilikləri praktikada tətbiq edir, bu bilikləri başqaları ilə bölüşür, dostları və yaxınları üçün həyatın ən müxtəlif hallarına aid dualar oxunan görüşlər keçirməyi öyrənirlər. İkinci kitab Bu kitabda iştirakçılar daha çox inam əldə edir, öz ətraflarını nəzərə almaqla xidmət mövzusunu daha dərindən öyrənir və öz biliklərini bölüşmək üçün ziyarətlər etmək qabiliyyəti əldə edirlər. Üçüncü kitab Bu kitab 5–7 yaşlı uşaqların ruhani tərbiyəsinə həsr olunmuşdur. İştirakçılar uşaqlar üçün sadə məşğələlər aparmağı öyrənir və ruhani keyfiyyətlərini inkişaf etdirməkdə onlara kömək edirlər. Dördüncü kitab Təlimləri ilə bəşəriyyətin həyatında yeni epoxanın əsasını qoyan iki xüsusi Şəxsiyyətin, Allahın Elçilərinin həyatı ilə tanış olur və Bu Günün(yeni vəhy dövrünün) əhəmiyyəti barədə anlayış əldə edirlər.
Smitsonian İnstitutu
Smitsonian İnstitutu (ing. Smithsonian Institution) — ABŞ-nin milli muzeyi, dünyanın isə ən böyük muzeyi və tədqiqat mərkəzlərindən biri İnstitut hər il yay ayları paytaxt Vaşinqtonda dünya ölkələrinin mədəni ənənələrinin tanıdılması məqsədilə Smitsonian Folklor Festivalı keçirir.
Veysman İnstitutu
Xaim Veysman adına institut (ivr. ‏מכון ויצמן למדע‏‎) Rexovotda — İsraildə ali təhsil müəssisəsi və çoxprofilli elmi-tədqiqat institutu. Veysman institutunda təbiət elmləri sahəsində (riyaziyyat, fizika, kimya, biologiya, informatika, nevrologiya və beyinin tədqiqi) tədqiqat şöbələri vardır. İnstitutda həmçinin ikinci və üçüncü akademik səviyyəyə daxil olmaq istəyən tələbələr üçün Faynberq adına ali məktəb fəaliyyət göstərir. İnstitut bakalavr səviyyəsində fəaliyyət göstərmir. Tədris ingilis dilində həyata keçirilir. Ali məktəb Rexovotda 1934-cü ildə Ziv ailəsi tərəfindən vaxtsız vəfat etmiş oğlanları Daniel Zivin xatirəsinə təsis edilib.
Zoologiya İnstitutu
ARETN Zoologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Elmi-Tədqiqat institutlarından biri idi. 28 iyul 2022-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyini-nin tabeliyinə keçib. Direktor vəzifəsini aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Ələddin Qismət oğlu Eyvazov icra edir. Azərbaycanın öz milli elmi kadrları və zooloji tədqiqatlar aparan xüsusi təşkilatları olmadığından, heyvanlar aləminin öyrənilməsi kiçik stansiya və laboratoriyalarda yerinə yetirilirdi. Azərbaycanda heyvanlar aləminin hərtərəfli, planauyğun, sistemli tədqiqi yalnız bu məqsədə xidmət edən elmi idarələrin və ali təhsil ocaqlarının geniş şəbəkəsinin yaradılmasından sonra mümkün oldu.1932-ci ildə SSRİ EA Zaqafqaziya Filialı Azərbaycan şöbəsinin tərkibində quru və su faunası seksiyalarından ibarət Zoologiya bölməsi yaradıldı və professor V. S. Yelpatyevski bölməyə rəhbər təyin edildi. SSRİ EA Azərbaycan filialı Rəyasət heyətinin qərarı ilə 1936-cı il martın 1-də Zoologiya bölməsi bazasında Zoologiya İnstitutu təşkil olundu. Zoologiya İnstitutu yaradıldığı ildə iki şöbədən – quru heyvanları və su heyvanları şöbələrindən ibarət idi. V. S. Yelpatyevski institutun direktoru və quru onurğalı heyvanları şöbəsinin rəhbəri, professor S. M. Qubin direktor müavini, professor A. N. Derjavin su heyvanları şöbəsinin rəhbəri təyin edildi. 1939-cu ildən 1950-ci ilə qədər instituta b.e.n. Ə. Əlizadə, 1950–1960-cı illərdə akademik S. Əsədov, 1960-cı ilin mart ayından 2011-ci ilədək akademik M. Musayev, 2011-ci ildən 2016-cı ilin mart ayınadək AMEA-nın müxbir üzvü İ. X. Ələkbərov, 2016–2019 illərdə E. F. Yusifov rəhbərlik etmiş, hazırda institutun direktoru vəzifəsini aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Ələddin Qismət oğlu Eyvazov icra edir.
Əlyazmalar İnstitutu
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar fondu) orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsi əsasında yaradılmışdır. 1945-ci ilə qədər Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutu binasında xüsusi bir otaq vardı ki, qapısında "Əlyazmalar şöbəsi" yazılan lövhə vurulmuşdu. Otağın rəflərində iki minə yaxın fars, ərəb, Azərbaycan dillərində kitab, bir neçə şairin, ədibin arxivi düzülmüşdü. 1950-ci ildə bu balaca şöbə Məmmədağa Sultanovun səyi nəticəsində müstəqil Respublika Əlyazmalar fonduna çevrilib. Əlyazmaların respublikamızda toplanması işinə hələ XX əsrin əvvəllərindən, sovet hakimiyyətinin ilk illərindən başlanmışdır. 1924-cü ilin 21–24 sentyabrında Bakıda Birinci Ümumazərbaycan diyarşünaslar qurultayı keçirildi. Burada mədəni quruculuqla əlaqədar başqa məsələlərlə yanaşı Azərbaycan Tədqiq və Tətəbbö cəmiyyəti nəzdində xüsusi əski çap kitabları və əlyazmalar şöbəsi olan elmi kitabxana təşkili məsələsinə də baxıldı. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsinin əsasında yaradılmışdır. Ötən əsrin 80-ci illərində Respublika Əlyazmalar Fondu (RƏF) öz fəaliyyətində Akademiyanın institutlarından geri qalmır, akademik elmi-tədqiqat institutu kimi işləyirdi.
Sorb İnstitutu
Sorb İnstitutu (y.sorb Serbski institut, alm. Sorbisches Institut‎, ) — Almaniyanın Bautzen şəhərində yerləşən elmi müəssisədi. Sorb dillərinin tədqiqi və tarixi, mədəniyyəti və sosial həyatı ilə bağlı araşdırmalarla məşğuldur. İnstitut 1992-ci ildə yaradılmışdır. 1951-ci il mayın 1-də sorbiyalı professor Pavol Novotnının təşəbbüsü ilə Bautzendə yaradılmış Sorb Etnologiyası İnstitutunun bazasında yaradılmışdı. 1 avqust 1952-ci ildə Sorb Etnologiyası İnstitutu Almaniya Akademiyasının (1972-ci ildən - ADR Elmlər Akademiyası) tərkibinə daxil olmuşdu. Sorb İnstitutunun rəhbərliyi Bautzendə yerləşir. Elmi müəssisənin filialı Kottbusda yerləşir. Ştat cədvəli 15 elmi işçi və 11 elmi, texniki və inzibati heyətdən ibarətdir. Sorb İnstitutunun əməkdaşları Almaniyada və xaricdə müxtəlif ali təhsil müəssisələrində dərs deyirlər.
Lemkin İnstitutu
Lemkin Soyqırımın Qarşısının Alınması İnstitutu (ing. Lemkin Institute for Genocide Prevention) — ABŞ qeyri-hökumət təşkilatı. == Tarixi == Lemkin İnstitutu 2021-ci ildə ABŞ-nin Pensilvaniya ştatında qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçmişdir. Təşkilat öz internet səhifəsində bildirir ki, institutun yaradılması ideyası onun gələcək təsisçiləri Şimali İraqa səfər edərək İslam Dövləti tərəfindən həyata keçirilən dini və etnik azlıqların soyqırımının nəticələrini müşahidə edərkən yaranmışdır. Daha sonra onlar soyqırımının qarşısının alınması və hesabatlılıq üçün İraq layihəsini yaratmışdılar. İnstitutun həmtəsisçiləri Kin Ştat Kolleci və Stokton Universitetinin professoru Eliza fon Coden-Forci və beynəlxalq hüquq professoru və İndiana Universitetinin məzunu İrin Viktoriya Massiminodur. İnstitutun missiyası soyqırımıların qarşısının alınmasının zəruriliyi ilə bağlı qlobal konsensus yaratmaqdır. == Tənqidi == Azərbaycanın "Faktyoxla Lab" saytı 20 avqust 2022-ci il tarixli buraxılışda Lemkin İnstitutu tərəfindən dərc olunan "Azərbaycandan erməni soyqırımı təhlükəsi haqqında" adlı hesabatın etibarlılığını və açıq fikirliliyini şübhə altına almışdır. Sayt iddia etmişdir ki, institut ABŞ-də erməni diasporu ilə qarşılıqlı əlaqədədir və onun həm-direktoru Eliza fon Koden-Forci Ermənistana səfəri zamanı mühazirələrlə çıxış edərkən açıq şəkildə həmin ölkəyə rəğbətini ifadə etmişdir. Türkiyənin "Avrasiya Araşdırmaları Mərkəzi" 14 iyun 2023-cü il tarixli buraxılışda Lemkin İnstitutunun ABŞ Dövlət Departamentinə "Artsaxda yeni erməni soyqırımı təhlükəsi ilə bağlı" açıq məktubunu "qərəz və birtərəfliliyin ifadəsi" adlandırmışdır.
Dehxuda İnstitutu
Dehxoda İnstitutu — (fars. مؤسسه دهخدا‎) Tam adı Dehxoda Lüğət İnstitutu və ya Fars dili təhsili üzrə beynəlxalq mərkəz Tehran Universitetinə bağlı akademik institutdur. Dehxoda İnstitutu İranda fars dili öyədilməsi və lüğət yaratmaq üçün yaradılmış ilk elmi təşkilatdır.
Məbəd İnstitutu
Temple Institute (מכון המקדש – Machon HaMikdash) Yerusəlimdə bir muzey, tədqiqat institutu və təhsil mərkəzi edir. Bu 1987-ci İnstitutu-ci ildə qurulan iki həsr olunur [Qüds Yerusəlimdə Temples və İkinci Temple s Süleymanın Məbədi adlanır.
Laz İnstitutu
Laz İnstitutu (türk. Laz Enstitüsü) — 17 may 2013-cü ildə laz xalqının dilini, mədəniyyətini və tarixini qorumaq, inkişaf etdirmək və populyarlaşdırmaq məqsədi ilə yaradılmış institut. Həmin il Türkiyə Respublikası Milli Təhsil Nazirliyi ilə Laz İnstitutu arasında imzalanan protokolla təhsil işçilərinə laz dili hazırlığı kursları verilməyə başlanmışdır. Nəticədə Milli Təhsil Nazirliyinin orta məktəb proqramına laz dilinin seçmə dərslərinə əlavə olunmuşdur. İnstitutun fəaliyyəti nəticəsində 2014-cü ildən Boğaziçi Universitetində seçmə laz dili kursu təklif olunur. İnstitut laz dilində çıxan ilk qəzet "Mçita murutsxi"nin ilk nömrəsinin nəşr tarixi ilə Kazım Qoyuncunun doğum gününə uyğun olaraq 7 noyabr tarixini "Laz Dili Günü" elan etmişdir.
Lixtenşteyn İnstitutu
Lixtenşteyn İnstitutu — Lixtenşteyndə elmi tədqiqat mərkəzi və akademik müəssisə. İnstitut Lixtenşteyn Knyazlığının Qamprin-Bendern şəhərində yerləşir. İnstitut Lixtenşteynin tarixi, siyasəti, hüququ və iqtisadiyyatı ilə bağlı araşdırmalar aparır. == Tarixi == 1986-cı il avqustun 15-də (Lixtenşteyn Knyazlığının milli günü) institut Lixtenşteynlə bağlı praktiki və fundamental tədqiqatlar üçün tədqiqat mərkəzi kimi yaradılmışdır. 1998-ci ildən bəri İnstitut Bendern kilsəsinin yanında yerləşir. Lixtenşteyn Knyazlığının ali təhsil aktına əsasən, Lixtenşteyn İnstitutu universitetə ​​bənzər bir qurumdur. İnstitut Lixtenşteynin özəl və korporativ qanunlarına uyğun olaraq qeyri-kommersiya cəmiyyəti kimi təşkil edilmişdir. Lixtenşteyn İnstitutu hazırda dövlət orqanları tərəfindən maliyyə olunur. == Araşdırmaları == Lixtenşteyn İnstitutunun tarixi araşdırmaları iki dünya müharibələri arasındakı vaxta və indiki Lixtenşteyn əyalətində Lixtenşteyn knyazlıgı ailəsinin hakimiyyətinin keçidinə yönəlib. 2016-cı ildən Lixtenşteyn İnstitutu 1988-ci ildə Lixtenşteyn Knyazlığının Tarixi Assosiasiyası tərəfindən yaradılmış lüğətin kitab formatına əsaslanan Lixtenşteyn Knyazlığının onlayn Tarixi lüğətinə (eHLFL) cavabdehdir.