Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sürəməlik
Sürəməlik yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir kəndindən 3 km qərbdə, təpəlik ərazidə yaşayış yeri. Yaşayış yerində orta əsrlər dövrünə aid dördkünc formalı tikili (2 x 3 m, 3 x 5 m) qalıqları möhrədən və çiy kərpicdən tikilmişdir. Təbii aşınma səbəbindən tikililər xeyli dağılmışdır. Tikililərin özül hissəsi qaya parçalarından və çay daşlarından ibarətdir.AMEA Naxçıvan bölməsinin ekspedisiyası tərəfindən qeydə alınmış, mədəni təbəqənin 1-3 metr olması müəyyən edilmişdir. Ərazisində bir ədəd batmış kəhriz və heyvan saxlamaq üçün kahalar vardır. Ərazisi təqribən 4 ha olan yaşayış yeri bir tərəfdən dərin yarğan, digər tərəfdən düzənlik əraziyə uzanır. Yerüstü keramika məmulatlarına əsasən yaşayış yerini XVI-XX əsrlərə aid etmək olar. Ehtimal etmək olar ki, yaşayış yeri dərənin digər tərəfindəki yaşayış məskənləri ilə eyni dövrdə olmuşdur. Yerli sakinlər XX əsrin əvvəl lərində erməni qəsbkarlarının hücumuna məruz qalan əhalinin qonşu Qahab, Sirab kəndlərinə köçdüklərini söyləyirlər.
Sürəməlik (dəqiqləşdirmə)
Sürəməlik yaşayış yeri - Culfа rayonunun yaşayış yeri
Sürəməlik dağı
Sürəməlik dağı — Babək rayonu ərazisində dağ (hünd. 1477,6 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin suayırıcısında sıldırım yamaclı zirvə. Qahabçayın sol sahilində Nəhəcir dağından 2 km şimal-qərbdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan alt miosen yaşlı Sürəməlik qrupu subvulkanik kütlələrindən biri olan andezit-dasit tərkibli ekstruziv günbəzdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında müşahidə edilən Sirab sinklinalını şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik fay qırılmasının yatan qanadında yerləşir. "Qaracalal dağı" Babək rayonu ərazisində Sürəməlik dağının əhali arasında işlədilən bir başqa adıdır.
Sürəməlik nekropolu
Sürəməlik nekropolu — Culfa rayonu ərazisində eyniadlı yаşаyış yеrinin qərb tərəfində hündür təpənin üzərində yеrləşən nekropol. Nеkrоpоlun ərаzisində şirsiz, bəzən isə şirli sахsı məmulаtınа rаstlаnır. Аrхеоlоji tаpıntılаrа və qəbir tiplərinə əsаsən nеkrоpоlu XVI-XVIII əsrlərə аid еtmək оlаr.
İrəməl dağı
İrəməl dağı (başq. Ирәмәл) — Cənubi Uralda hündürlüyünə görə ikinci ən böyük dağ. Zirvə Başqırdıstan Respublikası Uçalı rayonunun şimal-qərbində, Belores rayonun şimal-şərqində yerləşir. Başqırdıstanın şərqində, Cənubi Ural dağlarının ən hündür zirvəsi olan Yamantau dağı Böyük İrəməldən 53 km şimal-qərbdə yerləşir. Dağ öz növbəsində iki zirvəli bir massivdir: Böyük İremel Qaban adlı platoyabənzər zirvə, hündürlüyü 1582,3 m; Kiçik İremel, hündürlüyü 1449,4 metr.Zirvələr öz növbəsində eni 1 km, hündürlüyü 1200—1250 metr olan sahə ilə ayrılırlar. Uzunluğu şimal-şərqdən cənub qərbə 12 km, şimal-qərbdən cənub-şərqə 8 km təşkil edir. Dağın yaxınlığından Tıqın, Sinyak, Böyük Avnyar, Karaqayka və Tyulyuk çayları axır. Bu çaylar öz növbəsində Ağidel çayının qollarıdır. Bu çay öz başlanğıcını Avalyak silsiləsindən götürür. Başqırdıstan Respublikası Hökumətinin qərarı ilə İrəməl dağı və Avalyak silsiləsi təbiət parkı elan edilmişdir.
Orta Surəməlik dağı
Orta Surəməlik dağı — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində dağ (hünd. 1144,1 m). Naxçıvan çökəkliyinin şimal-şərq kənarında, Qaracalal-Qızılboğaz tirəsinin cənub-qərb yamacında yerləşir. Nəhəcir kəndindən 3,2 km qərb-cənub-qərbdədir. Alt Miosenin Qafqaz regiomərtəbəsinə aid Vayxır lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı yüksəklikdir. Yamacları Orta Pleystosenin allüvial-prolüvial törəmələrilə örtülmüşdür. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Sirab sinklinalının şimal-şərq qanadında yerləşir.
Sürəməlik yaşayış yeri
Sürəməlik yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir kəndindən 3 km qərbdə, təpəlik ərazidə yaşayış yeri. Yaşayış yerində orta əsrlər dövrünə aid dördkünc formalı tikili (2 x 3 m, 3 x 5 m) qalıqları möhrədən və çiy kərpicdən tikilmişdir. Təbii aşınma səbəbindən tikililər xeyli dağılmışdır. Tikililərin özül hissəsi qaya parçalarından və çay daşlarından ibarətdir.AMEA Naxçıvan bölməsinin ekspedisiyası tərəfindən qeydə alınmış, mədəni təbəqənin 1-3 metr olması müəyyən edilmişdir. Ərazisində bir ədəd batmış kəhriz və heyvan saxlamaq üçün kahalar vardır. Ərazisi təqribən 4 ha olan yaşayış yeri bir tərəfdən dərin yarğan, digər tərəfdən düzənlik əraziyə uzanır. Yerüstü keramika məmulatlarına əsasən yaşayış yerini XVI-XX əsrlərə aid etmək olar. Ehtimal etmək olar ki, yaşayış yeri dərənin digər tərəfindəki yaşayış məskənləri ilə eyni dövrdə olmuşdur. Yerli sakinlər XX əsrin əvvəl lərində erməni qəsbkarlarının hücumuna məruz qalan əhalinin qonşu Qahab, Sirab kəndlərinə köçdüklərini söyləyirlər.
Rhodiola iremelica
Çəhrayı rodiola (lat. Rhodiola rosea) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü. == Təbii yayılması == == Botaniki təsviri == Çəhrayı radiola (qızıl kök) çoxillik ot bitkisidir. Kökümsovları qalın olub, kökləri nazik çıxıntılardan ibarətdir. Kəsilmiş kökü və kökümsovu müxtəlif cür olur. Kökümsovların uzunluğu 9 sm, eni isə 2-5 sm, sərt, qırışıq, yuxarı hissəsi parlaq olub, pulcuqlu yarpaqlardan ibarətdir. Köklərinin uzunluğu 2-9 sm, eni isə 0,5-1 sm-ə bərabərdir. Xarici qatı qaşınan zaman limonu-sarı rəngli olur. Gövdəsi çoxsaylı, bəzən tək, düzqalxan, budaqlanmayan, adətən hündürlüyü 10-40 sm-ə bərabərdir. Yarpaqları oturaq, uzunsov-yumurtaçəkilli, ellipsçəkilli demək olar ki, neştərşəkilli, itiuclu, yuxarı hissəsi yabayabənzər-dişcikli olub, hündürlüyü 0,7-3,5 sm, eni isə 0,5-3 sm-ə bərabərdir.