Orta Surəməlik dağı — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində dağ (hünd. 1144,1 m).
Orta Surəməlik | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1144,1 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Naxçıvan çökəkliyinin şimal-şərq kənarında, Qaracalal-Qızılboğaz tirəsinin cənub-qərb yamacında yerləşir. Nəhəcir kəndindən 3,2 km qərb-cənub-qərbdədir. Alt Miosenin Qafqaz regiomərtəbəsinə aid Vayxır lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı yüksəklikdir. Yamacları Orta Pleystosenin allüvial-prolüvial törəmələrilə örtülmüşdür. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Sirab sinklinalının şimal-şərq qanadında yerləşir. [1]