Sürəməlik dağı

Sürəməlik dağıBabək rayonu ərazisində dağ (hünd. 1477,6 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin suayırıcısında sıldırım yamaclı zirvə. Qahabçayın sol sahilində Nəhəcir dağından 2 km şimal-qərbdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan alt miosen yaşlı Sürəməlik qrupu subvulkanik kütlələrindən biri olan andezit-dasit tərkibli ekstruziv günbəzdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında müşahidə edilən Sirab sinklinalını şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik fay qırılmasının yatan qanadında yerləşir.

Sürəməlik dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1477,6 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

"Qaracalal dağı" Babək rayonu ərazisində Sürəməlik dağının əhali arasında işlədilən bir başqa adıdır.[1]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.