Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağbulaq (İsmayıllı)
Ağbulaq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Ağbulaq kəndi rayon mərkəzindən 15 km aralıqda yerləşir. == Tarixi == Kəndin bünövrəsi ötən əsrin 30-cu illərində qoyulub. Əhalsi əsasən dağ kəndlərindən olan Həftəsov və Lahıc kəndindən köç edənlər məskən salanlardır. Əsas yoldan 3 km aralıda yeləşir. Bu kənd haqqında informasiya əldə etmək asan deyil. Hətta keçmiş Azərbaycan Sovet Ensklopediyasında belə adı xatırlanmır. Bir zamanlar Təzəkənd sovetliyinə daxil olub. Baş Qafqaz silsiləsinin ətəyindədir. Ərəbşahverdi tayfasının qışlaq yerinin adı olmuşdur.
Bığır (İsmayıllı)
Bığır — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Elabad (İsmayıllı)
Elabad — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Qalacıq kənd inzibati ərazi dairəsi tərkibində mövcud olan yaşayış məntəqəsi Elabad kəndi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Elabad kəndi Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi İstisu kəndi olmaqla, İstisu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Əhalisi 53 nəfərdir ki onunda 27 nəfəri kişi, 26 nəfəri qadındır. Ləzgilərden ibaratdi.
Gendərə (İsmayıllı)
Gendərə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Həftəsov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Həftəsov kənd inzibati-ərazi vahidinin tərkibindəki Gendərə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Gendərə kəndi Girdimançayın sahilində, dağlıq ərazidə yerləşir. Oykonim gen və dərə komponentlərinin birləşməsindən ibarətdir. Girdiman çayının hövzəsi bu sahədə daha da genişləndiyi üçün çayın həmin hissəsi Gendərə adlanır. Kəndin adı yerləşdiyi ərazisinin relyef xüsusiyyətini özündə əks etdirir.
Göytəpə (İsmayıllı)
Göytəpə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 392 nəfərdir ki onunda 199 nəfəri kişi, 193 nəfəri qadındır.
Gəndov (İsmayıllı)
Gəndov — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gəndov kəndi "Lahıc" turizm zonasında, "İsmayıllı-Lahıc" şossesinin kənarında, Girdimançayın sağ sahilində yerləşir. Kəndin əhalisi 217 nəfərdir ki, onun da 101 nəfəri kişi, 116 nəfəri qadındır. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Girdimançayın sahillərində dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı kükürdlü suyu olan Gəndov mineral su bulağının adı ilə belə adlandırılmışdır.
Gənzə (İsmayıllı)
Gənzə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gənzə kəndi İsmayıllı rayonunun qədim tarixə malik yaşayış məskənlərindən biridir. Rayon mərkəzindən 25 km aralıda, yaşıllıqlar qoynunda yerləşir. Mənbələrdə Kənzə kimidə qeydə alınmışdır. == Tarixi == Bir çox mənbələrdə Qanza variantında da qeydə alınmışdır. Tədqiqatçılar hidronimi ərəb dilindəki kənisa (atəşpərəst məbədi, kilsə) sözünün təhrif olunmuş forması hesab edirlər. Qanza variantı isə qədim Azərbaycan dilində "coşan", "məcrasından çıxan, qəzəblənən" mənalarında işlənmişdir. Azərbaycan dilinin şimal qrupu dialektlərində qanza turşumuş qatığa deyirlər. Kənd öz adını yaxınlığındakı Gənzədağın adından almışdır. Dağın başında qədim məbəd xarabalıqları qalmaqdadır.
Gəraybəyli (İsmayıllı)
Gəraybəyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Gəraybəyli kəndi Qubaxəlilli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Gəraybəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 776 nəfərdir ki, onun da 382 nəfəri kişi, 394 nəfəri qadındır.
Hacı İsmayıllı
Hacıismayıllı (Cəlilabad)
Hapıtlı (İsmayıllı)
Hapıtlı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Hapıtlı kəndi Kürdmaşı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Aşıqbayramlı kəndi mərkəz olmaqla, Aşıqbayramlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi əsasən haputlulardan ibarətdir. Əhalisi 190 nəfərdir ki onunda 91 nəfəri kişi, 99 nəfəri qadındır.
Lahıc (İsmayıllı)
Lahıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Mədəniyyəti == Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların,həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir. 1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
Məhəmmədəli İsmayıllı
Məhəmmədəli Elxan oğlu İsmayıllı (6 may 1996; Kürdmahmudlu, Füzuli rayonu, Azərbaycan — 26 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş matrosu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhəmmədəli İsmayıllı 6 may 1996-cı ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olmuşdur. İdmançı olaraq bir çox çempionatlarda iştirak etmişdir. 2007-ci ildə Bakı şəhərində keçirilən Azərbaycan çempionatında 35 kq çəki dərəcəsində 3-cü yeri, 2007-ci ildə Füzuli rayonunda klublararası açıq çempionatda 40 kq çəki dərəcəsində 1-ci yeri, 2008-ci ildə Bakı şəhər açıq çempionatında 47 kq çəki dərəcəsində 1-ci yeri, 2009-cu ildə Bakı şəhər Səbail rayonunda keçirilən açıq çempionatda 50 kq çəki dərəcəsində 1-ci yeri, 2011-ci ildə Gürcüstan Respublikasının Poti şəhərində keçirilən beynəlxalq turnirdə 65 kq çəki dərəcəsində 1-ci yeri tutmuşdur. Məhəmmədəli İsmayıllı 2011-ci ildə Türkiyənin Antalya şəhərində karate üzrə keçirilən dünya çempionatında 70 kq çəki dərəcəsində 1-ci yerə çıxaraq dünya çempionu olmuşdur. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Karate Federasiyası tərəfindən fəxri fərmana layiq görülmüşdür. Qara kəmər, 1-ci və 2-ci danla təltif olunmuşdur. 2013-cü ildə Ramil Əkbərov adına Kürdmahmudlu kənd orta məktəbini bitirmişdir.Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mühafizəsində işə qəbul edilmişdir. == Hərbi xidməti == Məhəmmədəli İsmayıllı 2013-cü ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Məhəmmədəli İsmayıllıya xidmət müddətində fərqləndiyinə görə "baş matros" rütbəsi verilmişdir.
Məşədi İsmayıllı
Məşədiismayıllı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şəfibəyli kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Qalacıq (İsmayıllı)
Qalacıq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qalacıq İsmayıllı rayonundan 30 km Şimal Qərbdə dağ ətəyində yerləşir. Əhalisi əkinçilik, taxılçılıq, tütünçülük, meyvəçilik və heyvandalıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana vardır. Qalacıq yaxınlığında çayın sahilində 9-14 əsrlərə aid Qasımxan qalası xarabalıqları mövcuddur. Kənd eyniadlı turizm zonasında yerləşir. «Qasımxan» qalasının qalıqlarını görmək üçün kənddən qalaya qədər olan 8 km məsafənin 5 km-ni avtomobillə, 3 km-ni isə piyada və ya atla getmək olar. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə il boyu fəaliyyət göstərən yeməkxana vardır. İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutu kənddən keçir.
Qalagah (İsmayıllı)
Qalagah — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bu oykonim çox güman ki, kəndin ərazisində V-VI əsrlərə aid olan və xarabalıqları el arasında "Qız qalası" adlandırılan qədim qalanın adı ilə bağlıdır. Sözün birinci komponenti olan qala (qələ) sözü yerli şivələrdə qala və yaxud qələ varianlarında işlənmişdir. Gah komponenti yerli şivələrdə gəh və gə variantlarında işədilir. Mənşəcə İran dillərinə məxsus olan gah ünsürü həmin dillərdə (xüsusilə qədim və orta fars dillərində) "yer, məkan", "vaxt", "taxt-tac" mənaları daşıyan müstəqil söz kimi işlənmişdir. Müasir İran dillərində gah söz-şəkilçi funkisyasını yerinə yetirir. Linqvistik və ekstralinqivistik faktlar göstərir ki, bu yolla yaranmış mürəkkəb oykonimlər Azərbaycan toponimlər sistemində qədim yaşayış məntəqəsi adlarındandır. Onlar "gah"ın həm İran, həm də türk dillərində məhz müstəqil leksik vahid kimi işləndiyi dövrlərdə meydana gəlmişdir. Həm də toponimlərin tərkibindəki bu format başqa mənalarda deyil, məhz "yer, məkan" mənasında işlənmişdir. Topoformatın incə semantik çalarına diqqət edildikdə məlum olur ki, onda "yer, məkan" mənası ilə yanaşı, "kənd, yaşayış yeri, yaşayış məskəni" çaları daha güclüdür.
Pünhan İsmayıllı
Pünhan İsmayıllı (İsayev Pünhan Baba oğlu) - bədii qiraətçi. == Həyatı == 14 aprel 1966-cı ildə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olmuşdur.1990-cı ildən Azərbaycan Respublikası Dövlət neft Şirkətinin mədəniyyət evində aparıcı vəzifəsində çalışır.Azərbaycanda və xaricdə mədəni-kütləvi tədbirlərin mahir aparıcısıdır. Məmməd Araz, Bəxtiyar Vahabzadə, Musa Yaqub, Zəlimxan Yaqub, Ramiz Rövşən, Baba Vəziroğlu və başqa şairlərin, eyni zamanda aşıq poeziyasının danışan dilidir. Azərbaycan aşıq və şairlərinin poeziya incilərindən ibarət 36 musiqi albomunun və milli adət-ənənələrdən bəhs edən 400 səhifəlik ensiklopediya kitabının müəllififdir. == Musiqi albomları: == 1. Öyrətmə özünə öyrətmə məni - 2000 2. Gəldim yenə görüşünə, Ordubadım - 2001 3. Ocağınız gur yansın - 2002 4. Hamının Evində toy, nişan olsun - 2003 5. Oğul ya qız, fərqi nədir - 2004 6.
Qaraqaya (İsmayıllı)
Qaraqaya — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd “Mərkəzi” turizm zonasında yerləşir. Kəndin əhalisi 355 nəfərdir. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndin ərazisində “Kələmərc” istirahət mərkəzi fəaliyyət göstərir. Kənd “İsmayıllı-Lahıc”şossesinin kənarında yerləşir. Kəndin ərazisində yerləşən “Qaranohur” yeməkxanası ilboyu fəaliyyət göstərir. == Əhalisi == Əhalisi 363 nəfərdir ki onunda 179 nəfəri kişi, 184 nəfəri qadındır.
Qaravəlli (İsmayıllı)
Qaravəlli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Qoşakənd (İsmayıllı)
Qoşakənd (əvvəlki adı: Nərimankənd) – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 14 km cənub-şərqdə Girdimançayın sağ sahilindən 4 km aralı, Acınohur ön dağlığı yamacındadır. Əhalisi əsasən taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi var. == Əhalisi == Əhalisi 636 nəfərdir ki onunda 319 nəfəri kişi, 317 nəfəri qadındır.
Qəzli (İsmayıllı)
Qəzli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Əhalisi 197 nəfərdir ki onunda 93 nəfəri kişi, 104 nəfəri qadındır.
İsmayıllı
İsmayıllı — Azərbaycanda şəhər, İsmayıllı rayonunun inzibati mərkəzi. == Coğrafiya == Şəhərdən Bakıya qədər olan məsafə 175 kilometrdir. == Əhali == 1859–1864-cü ilə olan məlumata əsasən, Bakı quberniyasının Şamaxı qəzasının İsmayıllı kəndində 212 evdə 487 nəfəri kişilər, 463 nəfəri isə qadınlar olmaqla 950 nəfər sünni təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı.13–22 aprel 2019-cu il tarixində aparılmış Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən İsmayıllı şəhərində (ümümillikdə 87500) 55,004 nəfər (7,550 nəfəri kişilər, 7,454 nəfəri qadınlar) əhali yaşayır. == Şəhidləri == İsmayıllı şəhərinin 50 sakini Qarabağ müharibəsi zamanı şəhid olmuş, ikisi isə Milli Qəhrəman adına layiq görülmüşdür. Çingiz Qəribxan oğlu Əmrəliyev 1966–20.08.1993 Mirzağa Kamal oğlu Əzimov 1966–03.03.1994 Natiq Yavər oğlu Abdullayev 1970–16.04.1994 Leytenant Fazil Lətif oğlu Əzimov 1962–22.05.1994 Bəhruz Bədəl oğlu Əbilov 1964–05.05.1994 Ruslan Marif oğlu Bədəlov 1969–01.02.1993 Ramiz Əbülfət oğlu Hacıyev 1963–15.01.1994 Zəfər Bəyi oğlu Mirzəyev 1968–12.01.1994 Mübariz Fəzayıl oğlu Orucov 1964–13.06.1992 Şahməmməd Məmməd oğlu Seyfəliyev 1971–08.05.1992 Rəşad Hüseyn oğlu Teyubzadə 1976–08.10.1995 Namiq Əsgər oğlu Şalbuzov 1973–23.01.1993 Eldar Səftər oğlu Məmmədov 1966–30.04.1994 Cavid Möhtəşəm oğlu Məmmədov 1973–25.02.1993 itkin Şirzad Zeydil oğlu Quliyev 1976–19.04.1997 itkin Polkovnik-leytenant Ağahüseyn Ağacəfhər oğlu Aslanov 1950–25.04.1994 == Tarixi == İsmayıllı rayonu ərazisi e.ə II və I əsrdə Albaniyanın ərazisinə daxil olmuşdur. Girdimançayın dərəsini ətrafında isə güclü Alban dövləti mövcud olmuşdur. İndiki İsmayıllı şəhəri 1959-cu ilə kimi kənd, 1967-ci ilə kimi isə şəhər tipli qəsəbə olub. 1967-ci il 14 yanvarda bura rayon tabeli şəhər statusu verilib. == Turizm == Şəhərdə "Qız qalası" istirahət zonası Ax-Ox çayın sahilində Nağakənd bölgəsində yerləşir.
Soltankənd (İsmayıllı)
Soltankənd — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Soltankənd kəndi Qalagah kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Soltankənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 604 nəfərdir ki, onun da 305 nəfəri kişi, 299 nəfəri qadındır.
Talış (İsmayıllı)
Talış — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Talış kəndi Kürdmaşı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Aşıqbayramlı kəndi mərkəz olmaqla, Aşıqbayramlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 292 nəfərdir ki onunda 136 nəfəri kişi, 156 nəfəri qadındır.
Topçu (İsmayıllı)
Topçu — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Topçu rayon mərkəzindən 14 km şimal qərbdə Alazan-Həftəran vadisində, Qafqaz dağlarının cənub ətəyində yerləşir. Əhalisi maldarlıq və əkinçiliklə məşğuldur. Topçuda orta məktəb, klub, kitabxana, tibb məntəqəsi vardır. Ərazi sıx meşəliklə örtülüdür. Topçu meşəsində ğözəl istirahət güşələri fəaliyyət göstərir. Əhalisi 1403 nəfərdir. Kənd işıqla və mavi yanacaqla təmin olunur . Kənddə ilboyu fəaliyyət göstərən yeməkxana və çayxana vardır. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları və rayon ərazisindən keçən əsas turist marşrutu kəndin yanından keçir.
Təzəkənd (İsmayıllı)
Təzəkənd — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Təzəkənd kəndi adından da göründüyü kimi elə də qədim tarixə malik olan kənd deyil. 1936-cı ildə yaranıb. Ötən əsrin əvvəllərində dağ kəndlərində yaşayan əhali yavaş-yavaş məskən salmaq üçün bu kəndin aşağı hissəsinə Qazmalar yeri deyilən (indi camaat ora Heyvalıq deyir) əraziyə köç edib. 1936-cı ildə isə hal-hazırkı ərazidə Təzəkənd kəndini qurublar. Əhali əsasən Müdri, Həftəsov, Müdirsə, Mişgəmir, Kəlfərəc, Zanqı və s. kimi kəndlərdən gəlmələrdir. Bakı-İsmayıllı yolu üzərində, Girdimançayın yaxınlığında (şimala baxanda sol tərəfində) yerləşir. Rayon mərkəzindən 12 km aralıqdadır. Kəndin yuxarı hissəsindən geniş meşə zolağı başlayır.
86 saylı İsmayıllı seçki dairəsi
87 saylı Ağsu-İsmayıllı seçki dairəsi
Ağsu-İsmayıllı seçki dairəsi
Qalacıq bələdiyyəsi (İsmayıllı)
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qırmızı Oktyabr (İsmayıllı)
Yenikənd (əvvəlki adı: Qırmızı Oktyabr) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Kəlbənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Oktyabr kəndi Yenikənd kəndi adlandırılmışdır. == Əhalisi == Əhalisi 812 nəfərdir.
İsmayıl İsmayılov
İsmayıl İsmayılov (texnik)— Texnika elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2017). İsmayıl İsmayılov (jurnalist)— Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. İsmayıl İsmayılov (nazir müavini) — Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini.
İsmayıl İsmayılov (alim)
İsmayıl İsmayılov (idman)
İsmayıl İsmayılov (jurnalist)
İsmayıl Ələsgər oğlu İsmayılov (28 may 1924, İrəvan – 23 oktyabr 2003, Bakı) — nasir, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1969), Əməkdar jurnalist (1985). == Həyatı == İsmayıl İsmayılov 1924-cü il mayın 28-də İrəvanda bağban ailəsində doğulmuşdur. 1941-ci ildə burada orta məktəbi bitirmişdir. İkinci Dünya müharibəsi başlayan il səfərbərliyə alınmışdır: onun döyüş yolu Novorossiysk şəhəri uğrunda qanlı vuruşmalardan başlamış, Polşa, Çexoslovakiya və Almaniya ölkələrinin alınması ilə sona çatmışdır (1942–1946). 1947-ci ildə ordudan tərxis olunmuş, 1948–1953-cü illərdə "Sovet Ermənistanı" qəzeti redaksiyasıbda ədəbi işçi, stilist vəzifələrində işləmişdir. 1953-cü ildən Ermənistan Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan dilində radio verilişləri redaksiyasına redaktor təyin olunmuşdur. Azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası zamanı Ermənistanı tərk etmişdir. Ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır. Onun oçerk və hekayələri "Sovet Ermənistanı" qəzetində, "Ədəbi Ermənistan" almanaxında çap olunmuşdur. Onun heyakə və povestləri "Drujinaçı" (1965), "Müasirlərimiz" (1970), "Doğrulmayan etimad" (1978) kitablarında kütləvi tiraja buraxılmışdır.
İsmayıl İsmayılov (nasir)

İsmayıl İsmayılov (professor)
İsmayıl Mahmud oğlu İsmayılov (25 oktyabr 1946, Bakı) — Texnika elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2017) == Həyatı == == Əsas elmi nailiyyətləri == Uçuş informasiyasının çevrilməsi və emalına tətbiqlə siqnalların diskretləşməsi və diskretləşdirmədən sonra bərpası metodlarının analizi əsasında zamanda və fəzada dəyişən parametrlərin optimal diskretləşmə tezliyinin qiymətləndirilməsi və seçilməsi metodikası təklif edilmişdir. Ölçü siqnalının geniş zolaqlı olması və xətaların mövcudluğu, həmçinin diskretləşdirmə və müşahidə intervallarının məhdudluğu şəraitində rəqəmsal dinamik ölçmələrin dəqiqliyinin yüksəldilməsi və informasiyanın qeyri-müəyyənliyində naviqasiya ölçmələri nəticələrinin qiymətləndirilməsi metodu təklif edilmişdir. Trendə (qeyri-stasionar tərtibedici) və stasionar tərtibediciyə bölünmə prinsipindən istifadə etməklə və sonradan birinciyə zaman oblastında, ikinciyə isə tezlik oblastında analiz tətbiq etməklə qeyri-stasionar siqnalların analizi üçün rəqəmsal qurğu təklif edilmişdir. Uçuşların təhlükəsizliyinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən peyk və pilotaj informasiyasının birgə emalından istifadə etməklə hava gəmisinin dəqiq nəzarətli kompleks enmə sistemi yaradılmışdır. Bu sistemdə naviqasiya və pilotaj informasiyasının çevrilməsi və emalının işlənilmiş alqoritmləri havada hərəkətin idarə olunması və nəzarətin avtomatlaşdırılması, həmçinin uçuşların təhlükəsizliyinin təmin olunması işlərini yerinə yetirərkən effektli bir metod və vasitə kimi qəbul olunmuşdur. Müxtəlif predmet oblastlarında intellektual və ekspert sistemlərinin işlənilməsi, biliklər bazasının və biliklərin təqdim olunması modellərinin yaradılması və onların tədqiqi istiqamətində elmi araşdırmalar aparılmış, süni neyron şəbəkələrindən (SNŞ) istifadənin yer aldığı intellektual-ölçmə kompleksləri yaradılmış, statistik metodlardan və süni neyron şəbəkələrindən birgə istifadə etməklə bort dinamik sistemlərin proqnozlaşdırılan nəzarət üsulu işlənilmişdir. İnsan-maşın konseptual modeli əsasında “Ekipaj-Hava gəmisi” altsistemində ölçmə məlumatı ilə mübadilənin informasiya sisteminin yaradılmasının yeni kosepsiyalarını irəli sürülmüş, erqodik inteqrallaşdırılmış naviqasiya kompleksinin çoxsəviyyəli informasiya sisteminin strukturu yaradılmışdır. Oracle VBİS-dən istifadə etməklə aviasiya və aeronaviqasiya informasiyalarının qorunması və onlarla işləmək üçün maksimal mühafizə infrastrukturunun konseptual sxemi yaradılmış və onun proqram təminatı işlənilmişdir. == Pedaqoji fəaliyyəti == MAA-nın Aerokosmik İnformasiya sistemləri kafedrasının müdiridir. == Elmi tədqiqatları == Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı - 118; xaricdə çıxmış elmi əsərlərinin sayı - 28 beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı - 10 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı - 10 fəlsəfə doktorlarının sayı - 3 == Elmi – təşkilati fəaliyyəti == MAA-nın Elmi Şurasının üzvü, MAA-nın Aerokosmik fakültəsinin Elmi Şurasının üzvü, MAA nəzdində fəaliyyət göstərən D06.001-Dissertasiya Şurasının üzvü, AMEA-nın İnformasiya texnologiyaları İnstitutu nəzdindəki müdafiə Şurasının elmi seminarının üzvü, AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Texnika Problemləri üzrə Elmi Şurasının üzvü, Azərbaycan Respublikası Kosmik məsələlər üzrə Şuranın Elmi katibidir.
İsmayıl İsmayılov (texnik)

İsmayıl İsmayılov (məşqçi)
İsmayıl İsmayılov (1 yanvar 1957, Naxçıvan) — alim, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini. == Bioqrafiyası == İsmayılov İsmayıl Sultan oğlu 1957-ci il 1 yanvarda Naxçıvan şəhərində anadan olub. === Təhsili === 1978–1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1984–1988-ci illərdə Moskva Dövlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun aspiranturasının "Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası" nı idman məşqçi və müalicə bədən tərbiyəsi ixtisası üzrə bitirmişdir. ==== Elmi nailiyyətləri ==== 1990-cı ildə Moskvada İxtisaslaşdırılmış Doktorluq Şurasında namizədlik dissertasiyasını müdafiə edərək "Pedoqoji elmlər namizədi" alimlik dərəcəsinə layiq görülmüşdür. (diplom KO № 044690) 2009-cu ildə Professor elmi adına layiq görülmüşdür.. === Ailəsi === Ailəlidir, iki oğlu var. == Fəaliyyəti == 1982–1990-cı illərdə Ağır atletika idman növü üzrə SSRİ yığma komandasının elmi-kompleks qrupunun rəhbəri. 1992–1994-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində baş mütəxəssis vəzifəsində işləmişdir. 1994–1996-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baş təlimatçı vəzifəsində işləmişdir.
İsmayıl İsmayılov (nazir müavini)