Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dövlət istiqrazı
Uşaqların cinsi istismarı
Pedofiliya (Uşaqların cinsi istismarı) — insan hüquqlarının daimi və çox ağır pozuntularından biridir. Üstəlik, AIDS dövründə qız uşaqları zorakılığa qarşı daha zəif olurlar və adətən insanlar tərəfindən ticarət obyektinə çevrilirlər və ya zorla seks-biznesə cəlb olunurlar. Lakin seksual zorakılığa cəlb olunan uşaqlar arasında HİV infeksiyasının dərəcəsi hələ ki, məlum deyil. Azərbaycanda uşaqların cinsi zorakılığa məruz qalması halları geniş yayılmasa da, bundan sığortalanmış da deyilik. Bir sözlə, pedofillik adlanan bu cinayət təkcə Azərbaycanın yox, bütün dünyanın problemidir. Modelyerlər hələ yetkinlik yaşına çatmamış qız uşaqları üçün dikdaban ayaqqabılar, cəlbedici alt paltarları və çimərlik paltarları hazırlayırlar. Fransada 10 yaşlı qız uşağının və cəlbedici, açıq-saçıq paltarla obyektivin qabığına keçib şəkil çəkdirməsi «pedofillik» mövzusunu gündəmə gətirib. Yetkinlik yaşına çatmış adamların yetkinlik yaşına çatmamış 4-11 yaş arasındakı uşaqlara qarşı seksual maraqları pedofiliya adlanır. Bütün dünyada, xüsusilə də Avropa ölkələrində pedofiliya əsas seksual cinayətlərdən biri hesab olunur. Pedofillik daha çox kişilərdə müşahidə olunur.
Əl-Aməl Əl-İştiraki (qəzet)
"Əl Aməl Əl İştiraki" (ərəb. الامل الاشتراكي‎) — həftəlik qəzet. == Haqqında == "Sosialist fəhlə" mənasını verən “Əl Aməl Əl İştiraki” qəzeti ərəbcə həftəlik qəzet olub, təsisçisi Rəcəb Tulfah Əl Cümeyli, məsul baş yazarı Dr. Xəlil Əlabbas idi. Redaksiyası Kərkükdə xalq çalışmaları milli təşkilatında (Əl Munazzamat Əl Vataniyyə Əl Aməl Əl Şəbi) yerləşirdi. Bircə sayı 1963-cü il iyulun 6-sı nəşr edilmiş bu qəzet 12 səhifəlik olub Kərkük bələdiyyə mətbəəsində nəşr edilib.
Ukraynalıların Efiopiya–Eritreya münaqişəsində iştirakı
Ukraynalıların Efiopiya–Eritreya münaqişəsində iştirakı — Efiopiya–Eritreya müharibəsi zamanı Ukrayna Silahlı Qüvvələrinin hərbi məsləhətçilərinin, həm Eritreya Silahlı Qüvvələri, həm də Efiopiya Silahlı Qüvvələrinin tabeliyində olan ukraynalı muzdluların fəaliyyəti . == Tarixi == 1998-ci ilin mayında Eritreya ilə Efiopiya arasında ərazi mübahisəsi zəminində silahlı münaqişə baş tutmuşdur. Qarşıdurma həm də etnik mənbəyə malik idi. Toqquşmalar sərhəddəki insidentdən sonra başlamış, ardınca Eritreya Silahlı Qüvvələri Efiopiyanın Tıqray və Afar vilayətlərinin ərazisinə daxil olmuşdu. Rusiya ordusuna güvənən efiopiyalılardan fərqli olaraq, eritreyalılar Ukraynanın hərbi-texniki dəstəyinə müraciət etmişdilər. Artıq yayda Kiyev–Əsməra hava körpüsü təşkil edilmişdi.Elə həmin il bir qrup eritreyalı pilot Ukraynanın təlim mərkəzlərində yeni avadanlıqlar üçün sürətləndirilmiş yenidən hazırlıq kursu keçmişdi. Ukrayna və Bolqarıstan texniki işçiləri Eritreya Hərbi Hava Qüvvələrinə xidmət etmək üçün ölkəyə gəlmişdilər. Ukraynalılar təlimatçı pilot kimi də fəaliyyət göstərirdilər. Eyni zamanda, üçüncü dövlətlər tərəfindən Eritreyaya verilən silah və hərbi texnikanın daşınması ilə də məşğul olurdular. 17 iyul 1998-ci ildə xüsusi texnika daşıyan Ukraynanın İl-76MD (qeydiyyat nömrəsi UR-UCI) təyyarələrindən biri Əsməra yaxınlığında qəzaya uğrayaraq qəzaya uğramışdı.Bəzi məlumatlara görə, ukraynalı mütəxəssislər efiopiyalıların tərəfində vuruşan keçmiş sovet respublikalarının vətəndaşları ilə, xüsusən də ruslar ilə toqquşmalara girə bilərdilər.
Rus-türk müharibələrində ermənilərin iştirakı (kitab)
== Haqqında == Kitab AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuşdur. “Azərbaycanlıların soyqırımı haqqında” Respublika prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı əsasında hazırlanmışdır. Elmi məsləhətçi: Yaqub Mahmudov əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü,tarix elmləri doktoru, professor Redaktorları: Cəbi Bəhramov (t.ü. fəlsəfə doktoru) Hacı Həsənov (t.ü. fəlsəfə doktoru)Kitabda “Böyük Rusiya” uğrunda rusların, “Böyük Ermənistan” uğrunda ermənilərin birgə qüvvələrlə türk torpaqlarında apardıqları qanlı müharibələrdən, türklərə qarşı törətdikləri dəhşət və vəhşətlərdən bəhs edilir. == İstinadlar == Məmmədov İsrafil Süleyman oğlu. Rus-türk müharibələrində ermənilərin iştirakı. Səbəb və nəticələr. Баkı, «Elm və təhsil», 2011. – 272 səh.
Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü
Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü qadınların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində tam və bərabər çıxışını və iştirakını təşviq etmək üçün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 22 dekabr 2015-ci ildə 70/212 saylı qətnamə qəbul edərək, fevralın 11-ni hər il qeyd olunan xüsusi gün kimi elan etdi. Elmdə gender bərabərliyi üçün fokus nöqtəsi ətrafında xüsusi diqqət və müzakirə sahəsini vurğulamaq üçün hər il mövzu seçilir. Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü hər il UNESCO tərəfindən BMT-nin Qadınlar Təşkilatı ilə birgə təşkil olunur. Hər iki təşkilat elmi sahələrdə qadınların və qızların rolunu təşviq etmək və bu sahədə artıq uğur qazananları qeyd etmək kimi ortaq məqsədə nail olmaq üçün milli hökumətlər, hökumətlərarası təşkilatlar, vətəndaş cəmiyyəti tərəfdaşları, universitetlər və şirkətlərlə işləyir.