Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İstismar
İstismar - istənilən şeyin tükənməsi hesabına istifadəsi. Texniki istismar - istifadə müddəti dövründə, məmulatdan(əmək alətləri, qurğular, texniki sistem və s.) yararlanma prosesi. Təbiətin - təbii qaynaqların - yataqların, münbit torpağın, meşələrin və suların, ovçu və balıqçı örüşlərinin istismarı. İnsanın istismarı - marksist siyasi-iqtisadına aid anlayış. Başqa insanın əməyinin nəticələrinin bir hissəsinin qarşılıqsız mənimsənilməsi.
İstintaq (1979)
İstintaq — Ssenari müəllifi Rüstəm İbrahimbəyov, Rejissoru Rasim Ocaqov olan Azərbaycan filmi. == Məzmun == Ölkədəki ictimai məsələləri cəsarətlə qaldıran film vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi-etik problemlərə toxunmuşdur. Filmin mövzusu 60-cı illərdə Azərbaycanda baş vermiş hadisələr ətrafında cərəyan edir. Qeyd etmək lazımdır ki, o dövr üçün Sovetlər Birliyinin tərkibində olan sovet ölkəsində mafiyanın varlığından bəhs etmək böyük risq idi. Bu baxımdan filmin müəllifləri ilk dəfə olaraq cəsarətli addım atmağa nail ola bildilər. Ancaq bu, heç də asan başa gəlmədi. Çünki söhbət bir ölkədə fəaliyyət göstərən mafiyadan gedirdi. Mafiyada fəaliyyət göstərən cinayətkarlar isə daima xüsusi orqanlar tərəfindən dəstəklənirlər. Əvvəllər güləşmə üzrə məşhur idmançı olan Murad Əbiyev (Həsən Məmmədov) gözlənilmədən qalantereya sexinin rəisi təyin edilir. Günlərin birində o, qeyri-qanuni mal istehsal edib satdığına görə (milyon manat məbləğində) həbs olunur.
Çarpaz istinad
Çarpaz istinad (ing. cross-reference, XREF) – 1. Proqramda dəyişənlərə müraciətin baş verdiyi yerlərə istinadlar. Translyasiya, assemblerləmə və bağlama (LINK) prosesində çarpaz istinadlar cədvəli (CROSS-REFERENCE TABLE) yaradılır ki, onun köməyilə sazlayıcı (DEBUGGER) proqramı simvollu şəkildə sazlamağa imkan verir (hər bir identifikatorun cədvəldə tipi, ünvanı, təyin edilmə yeri və istifadə yerlərinin siyahısı verilir). 2. Mətn prosessorlarında: hər hansı məsələnin müzakirəsi ilə bağlı sənədin içindəkilərə istinad etmək üçün kod sözü. Oxucunun rahatlığı üçün tətbiq olunur. Elektron sənədlərdə çarpaz istinadlar çox zaman hiperistinadlarla əvəz olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İstiyar (Heris)
İstiyar (fars. استيار‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 266 nəfər yaşayır (55 ailə).
İstintaq (film, 1979)
İstintaq — Ssenari müəllifi Rüstəm İbrahimbəyov, Rejissoru Rasim Ocaqov olan Azərbaycan filmi. == Məzmun == Ölkədəki ictimai məsələləri cəsarətlə qaldıran film vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi-etik problemlərə toxunmuşdur. Filmin mövzusu 60-cı illərdə Azərbaycanda baş vermiş hadisələr ətrafında cərəyan edir. Qeyd etmək lazımdır ki, o dövr üçün Sovetlər Birliyinin tərkibində olan sovet ölkəsində mafiyanın varlığından bəhs etmək böyük risq idi. Bu baxımdan filmin müəllifləri ilk dəfə olaraq cəsarətli addım atmağa nail ola bildilər. Ancaq bu, heç də asan başa gəlmədi. Çünki söhbət bir ölkədə fəaliyyət göstərən mafiyadan gedirdi. Mafiyada fəaliyyət göstərən cinayətkarlar isə daima xüsusi orqanlar tərəfindən dəstəklənirlər. Əvvəllər güləşmə üzrə məşhur idmançı olan Murad Əbiyev (Həsən Məmmədov) gözlənilmədən qalantereya sexinin rəisi təyin edilir. Günlərin birində o, qeyri-qanuni mal istehsal edib satdığına görə (milyon manat məbləğində) həbs olunur.
İstintaq davam edir
İstintaq davam edir — Əlisəttar Atakişiyevin filmi. == Məzmun == Filmdə Vətənin təhlükəsizliyinin və Bakı şəhərinin əhalisinin əmin-amanlığının qorunmasında Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən, sıravi vətəndaşların sayıqlığından söhbət açılır. Filmdə təhlükəsizlik orqanları tərəfindən xarici kəşfiyyatın apardığı əməliyyatın açılmasından bəhs olunur. == Film haqqında == Film aktrisa Larisa Xələfovanın kinoda ilk işidir. Film aktyor Fuad Poladovun kinoda ilk işidir. Film aktyor Ənvər Həsənovun kinoda ilk işidir. Film yazıçı Cəmşid Əmirovun "Sahil əməliyyatı" povestinin motivləri əsasında lentə alınmışdır. Film bəstəkar Polad Bülbüloğlunun kinoda ilk işidir. Prokata çıxdığı 1-ci il əzrində filmə 28,2 milyon tamaşaçı baxdı. Bu, 1963-cü ildən bəri çəkilən filmlərimiz arasında ən yüksək göstəricidir.
Əstindar-i Süfla
Əstindar-i Süfla (fars. استين درسفلي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 56 nəfər yaşayır (15 ailə).
Əstindar-i Vusta
Əstindar-i Vusta (fars. اسدي‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 21 nəfər yaşayır (5 ailə).
Əstindar-i Ülya
Əstindar-i Ülya (fars. استين درعليا‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 23 nəfər yaşayır (8 ailə).
İstintaq davam edir (film, 1966)
İstintaq davam edir — Əlisəttar Atakişiyevin filmi. == Məzmun == Filmdə Vətənin təhlükəsizliyinin və Bakı şəhərinin əhalisinin əmin-amanlığının qorunmasında Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən, sıravi vətəndaşların sayıqlığından söhbət açılır. Filmdə təhlükəsizlik orqanları tərəfindən xarici kəşfiyyatın apardığı əməliyyatın açılmasından bəhs olunur. == Film haqqında == Film aktrisa Larisa Xələfovanın kinoda ilk işidir. Film aktyor Fuad Poladovun kinoda ilk işidir. Film aktyor Ənvər Həsənovun kinoda ilk işidir. Film yazıçı Cəmşid Əmirovun "Sahil əməliyyatı" povestinin motivləri əsasında lentə alınmışdır. Film bəstəkar Polad Bülbüloğlunun kinoda ilk işidir. Prokata çıxdığı 1-ci il əzrində filmə 28,2 milyon tamaşaçı baxdı. Bu, 1963-cü ildən bəri çəkilən filmlərimiz arasında ən yüksək göstəricidir.
İslam Dünya Elmi İstinad Mərkəzi
İslam Dünyasının Elmi İstinad Mərkəzi (az. İDEİM - ing. ISC) — İslam dünyası ölkələrinin akademik, elmi təsisatlarının nəşrlərini, elmi əsər, elmi jurnal və dərgilərini etibarlı elmmetrik meyarlara əsaslanaraq təhlil edən mərkəzdir. 2008-ci ildə professor Cəfər Mehradın rəhbərliyi ilə formalaşmışdır. Bu elmi mərkəzin baş ofisi İranın Şiraz şəhərində yerləşir. Mərkəz sitat araşdırmaları sahəsində 60 illik təcrübəyə malik olan ABŞ-dən, həmçinin Hollandiyadan sonra üçüncü dünya istinad sistemini qurmuşdur. == Tarixi == İslam Ölkələri Təhsil Nazirlərinin 2008-ci ilin oktyabrında Azərbaycan Respublikasının paytaxtı Bakıda keçirilən IV iclasında İDEİM təsdiq edildi.