Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İsveçli
İsveçlilər isveç dilində danışan millət. Yer üzündə 14 milyona yaxın isveçli var. Onların 85% (7,988,000) İsveç Krallığında yaşayır. Digərləri isə azlıq ABŞ, eləcə də Latın Amerikası, Avropa dövlətlərində və Avstraliyada məskunlaşıb. == Din == İsveçlilər xaçpərəstliyin protestant məzhəbinin bir qolu olan evanqelist luteran məzhəbinə mənsubdurlar. Aralarında ateistlər də var.
İsveçrə
İsveçrə (alm. Schweiz‎, fr. Suisse, it. Svizzera, romanş Svizra) və ya rəsmi adı ilə İsveçrə Konfederasiyası (alm. Schweizerische Eidgenossenschaft‎, fr. Confédération suisse, it. Confederazione Svizzera, romanş Confederaziun svizra) – Qərbi Avropada yerləşən suveren dövlət. 26 kantondan ibarətdir. Federal hökumətlərin hər biri ölkənin faktiki paytaxtı hesab olunan Bern şəhərində yerləşir. Qərbi, mərkəzi və cənubi Avropada yerləşən bu federal respublika cənubdan İtaliya, qərbdən Fransa, şimaldan Almaniya, şərqdən isə Avstriya və Lixtenşteynlə həmsərhəddir.
İsveçrədə islam
İsveçrədə islam — müasir İsveçrədə xristianlıqdan sonra ikinci ən böyük dini. 2001-ci il siyahıyaalınmasına əsasən, ölkədə 310.807 müsəlman qeydə alınıb. Bu da ölkə əhalisinin 4,3%-dir. 2009-cu ilə olan məlumata görə, ölkədə 400.000 müsəlman yaşayır və ya ölkə əhalisinin təxminən 5,%-ni təşkil edir. Ölkə müsəlmanlarının əksəriyyəti birinci və ikinci nəsil immiqrantlardır, əksəriyyəti (88%-dən çoxu) isə vətəndaşlığı olmayanlardır. == Tarix == Ölkədə ilk müsəlmanlar olan ərəblər və bərbərlər 10-cu əsrdə Fraxinet adlanan ərazidən gəlmişlər. 1945-ci ildən sonra ölkəyə xeyli sayda qonaq işçilər, həmçinin müsəlman ölkələrindən qaçqınlar gəldi. Ölkədə ilk Mahmud məscidi 1963-cü ildə Sürixdə tikilib. 1978-ci ildə Səudiyyə Ərəbistan Cenevrədə ikinci məscidin tikintisini maliyyələşdirdi. Hazırda ölkədə 4 məscid var, müsəlmanların sayında yüksək artımı nəzərə alsaq, ölkədə kifayət qədər tam hüquqlu məscid olmadığı aydındır.
Kanton (İsveçrə)
İsveçrə kantonu (alm. Kantone‎, fr. cantons, it. cantoni, romanş chantuns) — federativ dövlət kimi İsveçrənin ərazi quruluşu. İsveçrə Konfederasiyasının ən böyük dövlət ərazi vahidi. Paytaxt Bern şəhəridir.
İsveçrə Konfederasiyası
İsveçrə (alm. Schweiz‎, fr. Suisse, it. Svizzera, romanş Svizra) və ya rəsmi adı ilə İsveçrə Konfederasiyası (alm. Schweizerische Eidgenossenschaft‎, fr. Confédération suisse, it. Confederazione Svizzera, romanş Confederaziun svizra) – Qərbi Avropada yerləşən suveren dövlət. 26 kantondan ibarətdir. Federal hökumətlərin hər biri ölkənin faktiki paytaxtı hesab olunan Bern şəhərində yerləşir. Qərbi, mərkəzi və cənubi Avropada yerləşən bu federal respublika cənubdan İtaliya, qərbdən Fransa, şimaldan Almaniya, şərqdən isə Avstriya və Lixtenşteynlə həmsərhəddir.
İsveçrə ağquşarmudu
İsveçrə bayrağı
İsveçrə bayrağı — kvadrat ölçüdə qırmızı fonda ağ rəngli xaç təsviridir. Xaçın kənarları bayrağın kənarlarına çatmır. Xaçın xətləri bərabər ölçüdədir. Rəsmi şəkildə bayraq İsveçrənin rəsmi dövlət simvolu kimi 1889-cu ildə təsdiq edilib. == Bayrağın yaranma tarixi == Bir versiyaya görə bayraq Şvis kantonunun bayrağından götürülüb. Şvis 1291-ci ildə Uri və Unterveldenlə birlikdə İsveçrə Konfederasiyasını yaradıb. İlk dəfə bu bayraq 1339-cu ildə Laupene döyüşündə qaldırılıb. O zamanlar xaçın xətləri bayrağın kənarına çatırdı. == Mənbə == İsveçrənin bayrağı "Flags of the World" saytında. İsveçrənin dövlət bayrağı "www.swissworld.org" saytında.
İsveçrə bıçağı
İsveçrə bıçağı — isveçrə cib bıçağı və ya isveçrə hərbi bıçağı Victorinoks şirkəti tərəfindən istehsal olunan(2005-ci ildən həmçinin Wenger SA şirkəti tərəfindən də istehsal olunur) çoxfunksiyalı alətdir.İkinci Dünya Müharibəsindən sonra Amerikan əsgərləri tərəfindən almanca "Offiziersmesser" sözü tələffüz etməkdə çətinlik çəkdikləri üçün adı İsveçrə bıçağı kimi dəyişdirilmişdir.Müxtəlif funksiyalar bıçağın qolu içərisinə bir pivot nöqtəsi mexanizmi vasitəsilə yerləşdirilmişdir.İsveçrə bıçağının sapı adətən ənənəvi qırmızı rəngdə təsvir edilsə də, 2006-cı ildən bəri digər rənglər və formalar ortaya çıxdı. == Tarixi == İsveçrə bıçağı ilk çoxfunksiyalı cib bıçağı deyildi. 1851-ci ildə "Mobi Dik" əsərində Melvill buna bənzər bir bıçaq təsvir etmişdi. 1880-ci illərin sonlarında İsveçrə Ordusu əsgərləri üçün yeni qatlanan cib bıçağı hazırlamaq qərarına gəldi. Bu bıçaq, konservləşdirilmiş yeməklərin açılmasında və İsveçrə xidmət tüfənginin, Schmidt-Rubin-in yığılması üçün bir tornavida funksiyasını da daşımalı idi.1891-ci ilin yanvarında bıçaq rəsmi olaraq Modell 1890 adını aldı. 1891-ci ildə cərrahi avadanlıq hazırlayan bir şirkətin sahibi olan Karl Elsener İsveçrənin özündə də bıçaq istehsal etməyə başladı. === Victorinox və Wenger === 1908-ci ildə İsveçrə hökuməti, regional favoritizm mövzusunda bir məsələnin qarşısını almaq istəyərək, eyni zamanda qiymətlərin enməsinə ümid edərək rəqabət etmək istədiyi Victorinox və Wenger ilə müqaviləni bölüşdü, hər biri istehsalçı sifarişin yarısını götürdü. == Funksiyaları == Əsas funksiyaları; Kiçik bıçaq Dırnaq üçün/ dırnaq təmizləyicisi Taxta mişar çəngəl ayırıcı Qayçı tel kəsici Budama bıçağı Əczaçılıq spatulası Kiber Alət (Bit sürücüsü) LED işıq USB çubuq Böyüdücü linza Torpaq təmizləyicisi Qoşulma açarı === Kilidləmə mexanizmləri === Bəzi İsveçrə bıçaqlarında təsadüfən bağlanmaması üçün kilidləmə funksiyası var. Wenger, standart 85 mm modellərindən bir neçəsində əsas bıçaq üçün "PadLock" təklif edir. === Ölçülər === Victorinox modelləri 58 mm (2.3 in), 74 mm (2.9 in), 84 mm (3.3 in), 91 mm (3.6 in), 93 mm (3.7 in), 100 mm (3.9 in), 108 mm ( 4.3 in) və 111 mm Wenger modelləri 65 mm (2.6 in), 75 mm (3.0 in), 85 mm (3.3 in) 93 mm (3.7 in), 100 mm (3.9 in), 120 mm (4.7 in) və 130 mm (5.1) mövcuddur.
İsveçrə frankı
İsveçrə frankı (valyuta kodu ISO 4217 CHF və ya 756) — İsveçrə və Lixtenşteynin qanuni ödəniş vasitəsi. == Ədəbiyyat == Bernard Lescaze, Une monnaie pour la Suisse. Hurter, 1999. ISBN 2-940031-83-5 Michel de Rivaz, The Swiss banknote: 1907—1997. Genoud, 1997. ISBN 2-88100-080-0 H.U. Wartenwiler, Swiss Coin Catalog 1798—2005, 2006. ISBN 3-905712-00-8 Otto Paul Wenger, Введение в нумизматику, журнал банка Кредит Свисс, август 1978 (fr.). Swissmint, 150 лет швейцарских монет: короткий исторический экскурс Arxivləşdirilib 2005-09-01 at the Wayback Machine. (ing.) Swissmint, Чеканка швейцарских монет с 1850 года, 2000.
İsveçrə gerbi
. İsveçrə gerbi — İsveçrənin 1889-cu ildə qəbul edilmiş dövlət simvolu. Qırmızı qalxanda ağ xaç təsvir edilib, əsas dövlət atributlarından biridir, həmçinin bayraqla yanaşı rəsmi səfərlər və tədbirlər zamanı da istifadə edilir. == Təsviri == Qırmızı qalxanda xətləri kənarı kəsməyən ağ xaç təsvir edilib. Qırmızı və ağ rənglər ölkənin müstəqilliyinin işarəsidir, xaç isə İsveçrənin suverenliyinin toxunulmazlığını bildirir. Əsrlərlə bu simvol dəyişilməz qalıbdır.
İsveçrə ittifaqı
İsveçrə ittifaqı — 1291-ci ildən 1798-ci ilə qədər Mərkəzi Avropada fəaliyyət göstərmiş dövlət birliyi. == İttifaqın yaranması == 1291-ci ildə Uri, Şvis və Untervalden kantonlarının meydana gətirdiyi üç meşə kantonu nümayəndələri bir Federal Bəyannamə imzaladılar. Bəyannaməyə imza atan tərəflər, o zamanlar Müqəddəs Roma Alman İmperiyasında Avstriya Qraflıqını əlində tutan Habsburq xanədanının hökmünə qarşı çıxa bilmək üçün birləşməyi təklif edirdilər. 15 Noyabr 1315-ci ildə Morgarten Vuruşmasında Habsburg ordusunu məğlub oldu. İsveçrəlilər, Müqəddəs Roma German İmperiyası içində İsveçrə İmperiyasın Konfederasiyasının varlığını güvən altına aldılar. 1353-ci ildə gəlindiyində ilk birləşən üç kantona əlavə olaraq Qlarus və Zug kantonlarıyla Lüzern, Sürix və Bern şəhər dövlətləri də birliyə qatılaraq XV əsrə qədər varlığını davam etdirən (Sürix bir torpaq anlaşılmazlığı səbəbiylə 1440-cı ildə konfederasiyadan atılmışdır) və səkkiz əyalətdən ibarət olan "Köhnə Federasiyası" qurdular.1470-ci ildə Bourgogne Qraflıqı I Çarlza qarşı qazandıqları zəfərlər və İsveçrə pullu əsgərlərinin müvəffəqiyyətləriylə federasiyanın həm gücü həm də zənginliyi artdı. İsveçrə kantonları sıralaması edilərkən ənənəvi olaraq, şəhər dövlətlərini ardınca qurucu kantonlar ilk səkkiz "Köhnə Kanton" olaraq qabaqda deyilir, 1481-ci ildən sonra federasiyaya qatılan digər kantonlar tarix sırasına görə düzülər. Müqəddəs Roma German İmperatoru I. Maximiliana qarşı İsveçrəlilərin 1499-cu ildə qazandığı zəfər nəticəsində, İsveçrə, Müqəddəs Roma German İmperiyasından ayrılıb de facto müstəqilliyini qazanmışdır. 1506-cı ildə II. Julius, indiki vaxtda hələ Vatikanı qoruyan İsveçrəli Gözətçiləri işə götürdü. Federasiyanın genişləməsi və ilk döyüşlərdə əldə edilən məğlub olmamaqla qazanılan məşhurluq.
İsveçrə platosu
İsveçrə platosu - İsveçrənin əsas landşaft tiplərindən biridir. İsveçrənin 30% burada yerləşir. Alp dağlarının cənub-şərqində yerləşir. Hündürlüyü dəniz səviyyəsindən 400-600 m-dir. Bura İsveçrənin ən çox əhalinin məskunlaşdığı zonadır. == Coğrafiyası == Platonun şimal və şimal-qərbi Yur dağları ilə əhatələnib. Platonun cənub-qərb hissəsi Cenevrə və Nevşat gölləri ilə əhatələnir. İsveçrə sərhəddi 300 km uzunluğu platodan keçir. Enliliyi qərbdən şərqə azalır. Cenevrə yaxınlığında platonun eni 30 km-dir.
İsveçrə qvardiyası
İsveçrə qvardiyası (tam adı: lat. Cohors pedestris Helvetiorum a sacra custodia Pontificis – azərb. Roma papasının müqəddəs mühafizəsinin piyada İsveçrə koqortası‎) — Vatikanın silahlı qüvvələrindən biri. İsveçrə qvardiyasını günümüzədək gəlib çatmış dünyanın ən qədim ordusu hesab etmək olar. 1506-cı ildə əsası qoyulmuş İsveçrə qvardiyası hal-hazırda cəmi 110 qvardiyaçıdan ibarətdir, onlar İsveçrə silahlı qüvvələrində hazırlanır və Vatikanda xidmət keçirlər. Lakin müharibədə onlar ancaq bir dəfə, 1527-ci ildə iştirak etmişlər. == İsveçrə qvardiyasının tarixi == İsveçrə qvardiyası Roma papası II Yulinin sərəncamı ilə yaradılmışdır. Məşhur incəsənət hamisi olan bu Roma papası tarixə həm də apardığı müharibələrinə görə qalmışdır. Roma papası olduğu on il ərzində (1503-1513) II Yuli fasiləsiz müharibə aparırdı. O dövrdə isveçrəlilər bir çox Avropa ölkələrinin qoşunlarında xidmət edirdilər və Avropada ən yaxşı əsgərlər sayılırdılar.
İsveçrə şəhərləri
Əhalisinin sayı 20 000 nəfərdən çox olan İsveçrə şəhərləri.
İsveçrə əhalisi
1975-ci ilədək İsveçrənin əhalisi həm təbii artım, həm də immiqrasiya hesabına artırdı. Sonradan immiqrasiya tempi azalmağa başladı. Əhalinin say hesabı 15 yaşa qədər — 23,4%, 60 yaşdan yuxarı — 15,1%-dir.. == Mənbə == "History Database of the Global Environment". 2012-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-10. == Ədəbiyyat == Урланис Б.Ц. Рост населения в Европе. — Москва., 1941.
İsveçrə quşarmudu
İsveçrə quşarmudu (lat. Sorbus intermedia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == İsveçrə, Şərqi Danimarka, Finlandiya, Estoniya, Latviya, Polşada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10-20 m-dək, möhkəm gövdəli,diametri 60 sm-dən, 2-3 m-dək olan, boz qabıqlı ağacdır. Çətiri (kupol) minarə formalı, möhkəm, horizontal budaqlıdır. Yarpaqların uzunluğu 7-12 sm, eni 5-7 sm, yuxarısı yaşıl, alt tərəfi boz-ağ tükcüklü, kənarları xırda dişlidir. Payızda sarımtıldan boz-qonur rəngli olur. Çiçəklərin diametri 15-20 mm, 5 ağ ləçəkli və 20 sarımtıl-ağ erkəkciklidir. Meyvəsi narıncı-qırmızı, diametri 10 mm, uzunluğu 15 mm, payızın ortaları yetişir. == Ekologiyası == Meşələrdə başlıca olaraq, palıd, palıd-vələs, vələs meşələrində başqa ağac cinsləri ilə birlikdə bitir, eləcə də meşə kənarlarında tək-tək və qrup halında təsadüf edilir.
Pərinçək İsveçrəyə qarşı
Pərinçək İsveçrəyə qarşı — Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozuntusu haqqında Türkiyə vətəndaşı Doğu Pərinçəkin 10 iyun 2008-ci il tarixdə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 15 oktyabr 2015-ci il tarixdə qəbul edilmiş qərar. Ermənistan Hökumətinə prosesə müdaxilə etmək və əlavə olaraq iclasda iştirak etmək hüququ verilib. Türkiyə, Ermənistan və Fransa Hökumətləri işdə üçüncü tərəf qismində çıxış etmişdir. == Faktlar == Ərizəçi 1942-ci ildə doğulub və Ankarada yaşayır. O, hüquq elmləri doktorudur və Türkiyə İşçi Partiyasının sədridir. 2005-ci ildə ərizəçi İsveçrədə üç ictimai xarakterli tədbirdə iştirak edib. Sözügedən tədbirlərdə ərizəçi “Erməni soyqırımı” kimi Hitlersayağı yalanlara inanmayın”, “Odur ki, kürd problemi və erməni məsələsi hər şeydən əvvəl problem sayılmır və ümumiyyətlə mövcud olmayıb...” kimi bəyanatlarla çıxış edib. Bundan sonra ərizəçi özü tərəfindən yazılmış “Böyük Güclər və Erməni məsələsi” adlı kitabçaları ətrafdakılara paylayıb. Kitabçada o, 1915-ci ildə və ondan sonrakı illərdə baş verən hadisələrin soyqırım olduğunu inkar edib. 15 iyul 2005-ci il tarixdə İsveçrə-Ermənistan Assosiasiyası ərizəçinin yuxarıda qeyd olunan birinci bəyanatı ilə bağlı ona qarşı cinayət qaydasında şikayət edib.
Yeni il İsveçrədə
Yeni il İsveçrədə — İsveçrədə təntənə ilə qeyd olunan bayram İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı — ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.
Azərbaycan–İsveçrə münasibətləri
Azərbaycan–İsveçrə münasibətləri — Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Birjevaya küçəsi 14 ünvanında İsveçrənin nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Klottyu rəhbərlik etmişdir. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin yanvar ayının 21-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Elton Məmmədov olmuşdur. 4 mart 2016-cı il tarixindən Bahar Muradova işçi qrupunun rəhbəridir.
Ermənistan–İsveçrə münasibətləri
İsveçrə—Ermənistan münasibətləri — İsveçrə və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. 23 dekabr 1991-ci ildə İsveçrə Ermənistanın müstəqilliyini tanımışdır. O vaxtdan bəri ölkələr arasında diplomatik əlaqələr davam edir. Ermənistanın İsveçrədəki və İsveçrənin Ermənistandakı səfiri (Tiflisdəki) 2002-ci ildə akkreditə olunmuşdur. 9 ildən sonra, 2011-ci ildə İsveçrə İrəvanda səfirlik açmışdır. Ermənistanınsəfirliyi isə Cenevrədə, Birləşmiş Millətlər Təşkilatındakı Ermənistan nümayəndəliyindədir. İsveçrə 16 dekabr 2003-cü ildə erməni soyqırımını tanımışdır. Ölkədə soyqırımın inkar edilməsi cərimə ilə cəzalandırılır. İsveçrədə 4000-6000 arası erməni yaşayır və Ermənistanda 26 İsveçrə vətəndaşı vardır.
Qədim İsveçrə İttifaqı
İsveçrə ittifaqı — 1291-ci ildən 1798-ci ilə qədər Mərkəzi Avropada fəaliyyət göstərmiş dövlət birliyi. == İttifaqın yaranması == 1291-ci ildə Uri, Şvis və Untervalden kantonlarının meydana gətirdiyi üç meşə kantonu nümayəndələri bir Federal Bəyannamə imzaladılar. Bəyannaməyə imza atan tərəflər, o zamanlar Müqəddəs Roma Alman İmperiyasında Avstriya Qraflıqını əlində tutan Habsburq xanədanının hökmünə qarşı çıxa bilmək üçün birləşməyi təklif edirdilər. 15 Noyabr 1315-ci ildə Morgarten Vuruşmasında Habsburg ordusunu məğlub oldu. İsveçrəlilər, Müqəddəs Roma German İmperiyası içində İsveçrə İmperiyasın Konfederasiyasının varlığını güvən altına aldılar. 1353-ci ildə gəlindiyində ilk birləşən üç kantona əlavə olaraq Qlarus və Zug kantonlarıyla Lüzern, Sürix və Bern şəhər dövlətləri də birliyə qatılaraq XV əsrə qədər varlığını davam etdirən (Sürix bir torpaq anlaşılmazlığı səbəbiylə 1440-cı ildə konfederasiyadan atılmışdır) və səkkiz əyalətdən ibarət olan "Köhnə Federasiyası" qurdular.1470-ci ildə Bourgogne Qraflıqı I Çarlza qarşı qazandıqları zəfərlər və İsveçrə pullu əsgərlərinin müvəffəqiyyətləriylə federasiyanın həm gücü həm də zənginliyi artdı. İsveçrə kantonları sıralaması edilərkən ənənəvi olaraq, şəhər dövlətlərini ardınca qurucu kantonlar ilk səkkiz "Köhnə Kanton" olaraq qabaqda deyilir, 1481-ci ildən sonra federasiyaya qatılan digər kantonlar tarix sırasına görə düzülər. Müqəddəs Roma German İmperatoru I. Maximiliana qarşı İsveçrəlilərin 1499-cu ildə qazandığı zəfər nəticəsində, İsveçrə, Müqəddəs Roma German İmperiyasından ayrılıb de facto müstəqilliyini qazanmışdır. 1506-cı ildə II. Julius, indiki vaxtda hələ Vatikanı qoruyan İsveçrəli Gözətçiləri işə götürdü. Federasiyanın genişləməsi və ilk döyüşlərdə əldə edilən məğlub olmamaqla qazanılan məşhurluq.
Ukraynanın İsveçrə səfirliyi
Ukraynanın İsveçrə səfirliyi (ukr. Посольство України в Швейцарській Конфедерації) — Ukraynanın İsveçrənin Bern şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il fevralın 6-da Ukrayna və İsveçrə dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı. 1992-ci ildə isə Ukraynanın İsveçrə səfirliyi yaradıldı. Ukraynanın İsveçrədə olan fövqəldə və səlahiyyətli səfiri Artyom Rıbçenxodur. O, 2018-ci ildən bu vəzifədədir.
İsveçrə Federal sarayı
İsveçrə Federal sarayı (alm.Bundeshaus; fr.Palais fédéral; it.Palazzo federale; lat.Curia Confoederationis Helveticae) İsveçrənin Bern şəhərində yerləşən və İsveçrə Federal Məclisinə ev sahibliyi edən tarixi bina. == Tarixi == Saray memar Hans Auer tərəfindən dizayn edilmiş və 1 aprel 1902-ci ildə istifadəyə verilmişdir. Binanın tikilməsinə 7.198.000 İsveçrə frankı xərclənmişdir. == Quruluşu == Sarayın qübbəsinin iç hissəsində İsveçrə gerbi təsvir olunmuşdur. Gerbin ətrafinda Latınca "Unus pro omnibus, omnes pro uno" (Birimiz hamımız, hamımız birimiz üçün) yazısı yazılmışdır. Qübbənin üzərində isə İsveçrənin 22 kantonunun (1902-ci il) gerbi ilə bəzədilmişdir. Daha sonra qurulan Yura kantonunun gerbi mozaikanın xaricində təsvir olunmuşdur.
İsveçrə şəhərlərinin siyahısı
Əhalisinin sayı 20 000 nəfərdən çox olan İsveçrə şəhərləri.
İsveçrə–Türkmənistan münasibətləri
Türkmənistan–İsveçrə münasibətləri — Türkmənistan və İsveçrə arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə ATƏT-in və BMT-nin həqiqi üzvüdür, üstəlik bitərəflik siyasətinə də sadiqdirlər. == Tarix == Türkmənistan 8 may 1992-ci ildə İsveçrə ilə diplomatik əlaqələr qurmuşdur. 2008-ci ildə İnvestisiyaların Təşviqi və Qarşılıqlı Qorumaya dair Hökumətlərarası Saziş imzalanmışdır. Türkmənistanın 11 aprel 2011-ci ildən bəri İsveçrədə bir səfirliyi və Cenevrədə BMT yanında Daimi Nümayəndəliyi var. İsveçrənin Azərbaycanda səfirliyi var. Bu səfirlik həmdə Türkmənistanla bağlı məsələlərə baxır. İkitərəfli münasibətlər tarixində ilk dəfə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 8 oktyabr 2012-ci ildə İsveçrəyə səfər edir. Türkmənistan və İsveçrə Konfederasiyası arasında gəlir və kapital vergiləri ilə bağlı ikiqat vergitutmanın qarşısını almaq üçün Konvensiya, Türkmənistan Xarici İşlər Nazirliyi ilə İsveçrə Federal Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu, Türkmənistan Xarici İşlər Nazirliyinin BƏİ ilə Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi arasında Anlaşma Memorandumu imzalanmışdır. Türkmənistan Ticarət və Sənaye Palatası və İsveçrə-Rusiya/MDB Birləşmiş Ticarət Palatası arasında Anlaşma Memorandumu vardır.