Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adi şirquyruğu
Uşaq bizquyruğu
Uşaq bizquyruğu (lat. Enterobius vermicularis) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Uşaq bizquyruğu uzunluğu 5–10 mm olan çox balaca qurddur. Erkəyin arxa tərəfi spiralvari burulmuş, dişilərdə isə biz kimi uzun və sivridir.. Dişi qurdların uzunluğu 9–12 mm, erkəklərin 2–5 mm çatır. Parazit həyat tərzi keçirir. Bizquyruq insanın nazik və yoğun bağırsağında yaşayır. Çox vaxt uşaqlarda rast gəlinir. Mayalanmış dişilər anal dəliyinə tərəf enir, burada uzun müddət yaşayır və şiddətli qaşınma əmələ gətirir. Yumurtalar anal dəliyinə yaxın dəri üzərinə qoyulur..Bizquyruqlar yoluxmuş adamın əsasən nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayırlar.
At quyruğu sindromu
At quyruğu sindromu – onurğa beyni kötüklərinin bel-oma nahiyəsində sıxılması nəticəsində onurğa sutununun aşağı hissəsində ağrı, aşağı ətraflarda əzələ zəifliyi, yəhərvarı anesteziya (S4 zədələnməsi), həmçinin sidik və nəcisi saxlaya bilməmək. Səbəblər – fəqərə diskinin yırtığı, şiş, infeksion xəstəliklər, re-gionar anestesiya ilə bağlı ağırlaşma.
Amerika qılquyruğu
Amerika qılquyruğu (lat. Melanitta americana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü.